Ətraflı axtarış
Baxanların
13476
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
Sual
Quranın ayə-ayə nazil olmasının səbəbi nədir? Neçə surə ayrı-ayrılıqda nazil olmuşdur?
Qısa cavab

Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən:

1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini möhkəmləndirirdi;

2. Vəhyin davam etməsi və ayələrin tədrici nazil olması Peyğəmbər və müsəlmanlar üçün ruhi asayişə və qəlblərinin sabitləşməsinə səbəb olurdu;

3. Ayələr camaata tədrici şəkildə oxunmalı idi ki, onların barəsində yaxşı-yaxşı düşünə, təfəkkür edə  bilsinlər, onu əzbərləsinlər və Quran elmi əməllə yanaşı olsun.

Quranda çoxlu mətləblər bəyan olunduğuna görə bu mətləblər təsnif olunmuş şəkildə, hər biri də ona münasib olan digər mətləblərlə bir məcmuə şəklinə düşməli və həm də başqa mətləblərdən seçilməli idi. Buna görə də Quran müstəqil ayə və surələrdən təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, hər ayənin əvvəli və axırı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsi göstərişi ilə təyin olunurdu (bu işə “tovqif” deyilir) və onu qeydsiz-şərtsiz qəbul və itaət etmək lazımdır. Əlbəttə, Quranın kiçik surələrindən bəziləri bir dəfəyə nazil olmuşdur ki, onların adı ətraflı cavabda qeyd olunacaqdır.

Ətreaflı cavab

Qurani-məcid 23 il ərzində və tədrici olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur. Digər tərəfdən də belə oxuyuruq: “Quran Ramazan ayında (bir gecədə) nazil olmuşdur.”[1] Bu ayədə aşkar şəkildə buyurulur ki, Qurani-məcid mübarək Ramazan ayında nazil olmuşdur. Həmçinin,  إِنَّا أَنْزَلْناهُ فِی لَیْلَةِ الْقَدْرِ “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”[2]إِنَّا أَنْزَلْناهُ فِی لَیْلَةٍ مُبارَکَةٍ “Həqiqətən Biz onu bərəkətli bir gecədə nazil etdik”[3] ayələri göstərir ki, Qurani-məcid bir gecədə nazil olmuşdur. Bu üç ayəni birlikdə müqayisə etdikdə aydın olur ki, Quran mübarək Ramazan ayında nazil olmuşdur.

Hədislərdə deyilir ki, Quran iki cür nazil olmuşdur:

Həfs ibni Ğiyas deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Allah-taala buyurur: شَهْرُ رَمَضانَ الَّذِی أُنْزِلَ فِیهِ الْقُرْآنُ “Ramazan ayı o aydır ki, Quran onda nazil edilmişdir” halbuki Quranın özü 23 il ərzində nazil olmuşdur?!” Həzrət buyurdu: “Quranın hamısı Ramazan ayında – əvvəlcə Beytül-məmura, oradan isə tədriclə (Peyğəmbərin qəlbinə) nazil olmuşdur.”[4]

Əhli-sünnətin rəvayətlərində Beytul-məmurun yerinə Beytul-izzət qeyd olunur.

“Təfsri Safi”nin 9-cu müqəddiməsində “Beytul-məmur” (yəni abad olunmuş ev)  “Peyğəmbərin qəlbi” kimi təbir olunur və deyilir: “Sanki, onun Peyğəmbərin qəlbinə nazil olması nəzərdə tutulur. Çünki Allah-taala buyurur: نَزَلَ بِهِ الرُّوحُ الْأَمِینُ عَلى قَلْبِکَ “Onu Ruhul-Əmin sənin qəlbinə nazil etmişdir.” Bundan sonra 23 il ərzində tədrici olaraq o həzrətin qəlbindən dilinə cari olmuşdur.

Quranın tədrici şəkildə nazil olmasının səbəbi

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sağlığında müsəlmanlar üçün bir hadisə baş verəndə, yaxud böyük bir problemlə qarşılaşanda onu həll edib aradan qaldırmaqla əlaqədar, yaxud irəli çıxan suallara cavab vermək məqsədi ilə bir surənin müəyyən ayələri nazil olurdu. Bu münasibətləri, yaxud hadisələri termində “əsbabun-nüzul”, yaxud “şəni-nüzul” adlandırırlar. Belə ki, ayələrin çoxunun dəqiq başa düşülməsində bu məsələ (şəni-nüzul) barəsində məlumat əldə etmək zəruridir.

Buna əsasən, Quran hicrətdən əvvəlki və sonrakı dövrlərdə baş verən müxtəlif hadisələrlə əlaqədar 23 il ərzində və tədriclə nazil olmuşdur. Bu nazil olma bəzən ayrı-ayrı ayələr, bəzən də bir surə qalibində idi. Peyğəmbərin həyatının axırıncı ilinə qədər bu minvalla davam etdi. Sonra bütün ayələr bir yerə yığılaraq “Quran” adlı bir kitab şəkilinə salındı.

Bur cür nazil olma Qurana məxsus xüsusiyyətlərdən olmaqla onu digər səmavi kitablardan seçib ayırır. İbrahim (əleyhis-salam)-ın səhifələri, Musa (əleyhis-salam)-ın lövhələri bir yerdə nazil olmuşdu. Bu da müşriklərin Quran barəsində eyib axtarmasına səbəb olmuşdu. Quran buyurur: “Kafir olanlar dedilər: “Nə üçün Quran bir dəfəyə ona nazil olmur?!” Onların cavabında isə belə buyuruldu: “Səbəbi odur ki, onun vasitəsi ilə sənin qəlbini möhkəmləndirək, (buna görə də) onu tədrici olaraq sənə nazil edirik.”[5] Başqa yerdə buyurulur: “Elə bir Quran ki, onun ayələri bir-birindən ayrılmışdır, ta ki, onu dərin təfəkkürlə camaata oxuyasan; və Biz onu tədrici olaraq nazil etdik.”[6]

Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində çox dəyərli və incə məsələlərə işarə edərək buyurur: “Ayə, xas bir şəkildə düzümündən əlavə, bütün Quran maariflərinə şamildir. Bu maarif Allahın yanında xüsusi kəlmələr və ibarələr qalibindədir ki, tədrici nazil edilmədən bəşərin dərkinə sığmaz. Buna görə də bu aləmin xüsusiyyətinə – tədriciliyə münasib olaraq tədrici şəkildə nazil olmalıdır ki, camaat onu asanlıqla dərk edib əzbərləyə bilsinlər. Buna əsasən yuxarıdakı şərif ayə   إِنَّا جَعَلْناهُ قُرْآناً عَرَبِیًّا لَعَلَّکُمْ تَعْقِلُونَ وَ إِنَّهُ فی‏ أُمِّ الْکِتابِ لَدَیْنا لَعَلِیٌّ حَکیم‏ “Həqiqətən Biz Quranı ərəbcə qərar verdik ki, bəlkə düşünələr, həqiqətən o, Bizim yanımızda Ümmül-kitabdadır”[7] ayəsinin təqdim etmək istədiyi mənanın bəyanı məqamındadır. Quranın ayrı-ayrılıqda və tədrici nazil olmasının hikməti bu səmavi kitab barəsində elm əldə və göstərişlərinə əməl etməklə yanaşıdır.[8] İnsanların istedadlarının çiçəklənməsi ondan əldə edilən maarifin dərkinə bağlıdır. Quran ayələrinin tədrici olaraq, hissə-hissə, surə-surə və ayə-ayə nazil olması camaatın onun əsil maariflərinin, etiqadlarının, fəri və əməli hökmlərinin əldə etməyə dair istedadının tamamlanması üçündür. O, bəşər üçün nəzərdə tutulan bütün məsləhətləri tələb edir. O da bundan ibarətdir ki, Quran elmi ona əməl etməklə yanaşı qərar verilmişdir ki, insanın təbiəti onun hökm və maariflərini əxz etməkdən yorulmasın, insanlar onun maariflərini biri digərindən sonra dərk etsinlər ki, tövratın taleyinə düçar olmasın. Tövrat bir yerdə nazil olduğuna görə yəhudilər onu əxz və qəbul etməkdən imtina etdilər. Allah-taala Tur dağını onların başı üzərində asılı vəziyyətdə qərar verməyincə onu qəbul etməyə razı deyildilər.”[9]

Həmçinin, Qurandan əldə olunan bəzi məsələlər onun ayələrinin tədrici nazil olmasının hikmətini bəyan edir: o hikmət də budur ki, Peyğəmbər və müsəlmanlar daim Allahın xüsusi inayətlərinin intizarında olsunlar, onların Allah-taala ilə olan əlaqələri daim bərqərar olsun. Vəhyin və ayələrin bu cür nazil edilməsi müsəlmanların qəlbində xatircəmlik yaranmasına, imanlarının möhkəmlənməsinə şərait yaradırdı.[10]

Ayələrin müxtəlif münasibətlərlə əlaqədar və müxtəlif zamanlarda nazil olmasından sonra surələr şəkilində bir yerə yığıldı və “Quran” adlı bir məcmuə şəklinə salındı. Hər surənin ayələrinin sayı “tovqifi” (Allah və Peyğəmbər tərəfindən olan xüsusi göstərişə bağlı olan) bir məsələdir və ən kiçik surədən (üç ayədən ibarət olan “Kövsər”) tutmuş, ən böyük surəyə qədər (286 ayədən ibarət olan “Bəqərə”) hamısı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xüsusi göstərişi ilə tənzim olunmuş və indiyə qədər bir kəs onda dəyişiklik etməmiş, həmin vəziyyətdə qalmışdır. Bu da Quranın özü ilə əlaqədar möcüzə, onun ayələri ilə əlaqədar bir sirdir.[11]

Quran surələrinin müxtəlif ayələrdən hansı əsasda təşkil olunmasına gəldikdə isə, demək lazımdır: hər bir surənin tərtibi, tənzimi və ayələrinin sayı Peyğəmbərin həyatında və o həzrətin birbaşa göstərişi ilə baş verirdi. Bu məsələ “tovqifi” olduğuna görə onu qeydsiz-şərtsiz qəbul etmək, Quranda mövcud olan həmin tərtiblə oxumaq lazımdır. Hər surə “Bismillahir-Rəhmanir-Rəhim”in nazil olması ilə başlanır, ayələri də nazil olma tərtibi ilə qeydə alınır. Nəhayət, ikinci bir “Bismillahir-Rəhmanir-Rəhim” nazil olur və digər bir surə başlanır. Bu, ayələrin təbii tənzimidir. Bəzi hallarda isə Peyğəmbər Cəbrəil (əleyhis-salam)-ın işarəsi ilə göstəriş verirdi ki, filan ayəni təbii nəzminin əksinə olaraq başqa bir yerdə qərar versinlər. Məsələn, “Bəqərə” surəsinin 281-ci ayəsi  وَ اتَّقُوا یَوْماً تُرْجَعُونَ فیهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى کُلُّ نَفْسٍ ما کَسَبَتْ وَ هُمْ لا یُظْلَمُونَ barəsində deyilmişdir ki, bu, nazil olan ən axırıncı ayədir, amma həzrət göstəriş vermişdi ki, onu “Bəqərə” surəsinin daxilində – 281-ci ayədə yazsınlar.

Buna əsasən, ayələrin surələr daxilində qeyd olunması – istər təbii tənzimlə olsun, istərsə də “tovqifi” göstəriş əsasında – Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsən özünün nəzarət və göstərişi ilə baş verirdi və ona tabe olmaq lazımdır. Belə də deyildi ki, hər bir yerdə və mətləbin tamam olması ilə eyni zamanda ayə sona çatmış olsun; çox hallarda mətləbin ortasında ayə tamam olurdu, amma mətləbin davamı sonrakı ayədə gəlirdi. Deməli, bir ayənin uzun və ya qısa olması onda dərc olunan mətləbə bağlıdır və sırf şəkildə “tovqifi” bir əmrdir. Keçmiş alimlər ayələrin həcmi ilə əlaqədar azacıq nəzər ixtilafına malikdirlər. Səbəbi də budur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bəzi hallarda müəyyən ayədə dayanır və tilavətini davam etdirmirdi. Bu zaman ayənin tamam olmasını güman edirdilər. Bəzi hallarda isə arada dayanmadan digər bir ayəni tilavət edirdi.[12]

Amma bir yerdə, bir dəfəyə və məcmu halında nazil olan surələrə gəldikdə isə, onlar aşağıdakılardan ibarətdir: “Fatihə”, “Vəz-zuha”, “İxlas”, “Kövsər”, “Təbbət”, “Bəyyinə”, “Mürsəlat”, “Maidə”, “Ənam”, “Tövbə”, “Səff”, “Adiyat”, “Kafrun”, “Nəsr”,  “Fələq” və “Nas”.[13]



[1] “Bəqərə” surəsi, ayə: 185:

شَهْرُ رَمَضانَ الَّذِی أُنْزِلَ فِیهِ الْقُرْآنُ

[2] “Qədr” surəsi, ayə: 1

[3] “Duxan” surəsi, ayə: 3

[4] “Kafi”, “Təfsiri Safi”dən nəqlən, 9-cu müqəddimə

[5] “Furqan” surəsi, ayə: 32:

وَ قالَ الَّذینَ کَفَرُوا لَوْ لا نُزِّلَ عَلَیْهِ الْقُرْآنُ جُمْلَةً واحِدَةً کَذلِکَ لِنُثَبِّتَ بِهِ فُؤادَکَ وَ رَتَّلْناهُ تَرْتیلاً

[6] “İsra” surəsi, ayə: 106:

وَ قُرْآناً فَرَقْناهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلى‏ مُکْثٍ وَ نَزَّلْناهُ تَنْزیلا

[7] “Zuxruf” surəsi, ayə: 3 və 4

[8] “İnsanların istedadının buluğ və inkişaf həddinə çatması”

[9] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 13-cü cild, səh. 305 və 306

[10] Mərifət, Məhəmməd Hadi, “Ülumi Qurani”, Qum, “Təmhid” mədəniyyət müəssisəsi, 1380-ci il, səh. 60-61

[11] “Ülumi Qurani”, səh. 111

[12] “Ülumi Qurani”, səh. 117

[13] Əsrar, Müstəfa, “Danistənihaye Quran”, səh. 28; Həsənzadə, Sadiq, “Kilidi Quran”, səh. 134

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...