Ətraflı axtarış
Baxanların
7418
İnternetə qoyma tarixi: 2007/11/22
Sualın xülasəsi
Təzə müsəlman olan və alimlərlə əlaqəsi olmayan şəxslərin ələm təqlid mərcəsini seçmək üçün asan və doğru yolu hansıdır?
Sual
Xahiş edirəm ki, ədalətli şahidin nəzəri ilə, ələm mərcəyi təqlidin seçimi barəsində izah verin? Məqsəd şahidlərim müctehid olmalarıdırmı? Təzə müsəlman olan, fars dilli alimlərə əli çatmayan və özü heç bir müctəhidi tanımayan bir şəxs, necə ələm təqlid mərcəyini tanıya bilər? Həmçinin, niyə ingilis dilində olan risalələr, iki alim adil şahidin şərt olmasını gətirməklə, məsələni niyə çətinləçdirirlər? İngilis dilində alim kəlməsi, yalnız İslam elmlərini bilən və müctəhid olanlara deyil, əksinə hər bir elmi bilən şəxsə deyilə bilər.
Qısa cavab

            Ələm müctəhidə təqlid yəni, fiqhi məsələlərdə mütəxəssis olmayan insanlar şərii vəzifələrini yerinə yetirməkdə, fiqh elmində tam mütəxəssis olan və digər müctəhidlərdən elmi daha çox olan (ələm) müctəhidin fətvasına əməl etməlidirlər. Ələm müctəhidi bu üç yoldan biri ilə tanımaq olar:

Birinci: İnsanın özü yəqin etsin.

İkinci: Ələm və qeyri ələmi ayıra bilən iki nəfər alim adil, bir şəxsin müctəhid ya ələm olmasını təsdiqləsin.

Üçüncü: Elm adamlarından bir dəstəsi, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər.

Xoşbəxtlikdən indiki zamanda, Qum elmi hövzəsinin ustadlarından bir dəstəsi, lazımi səlahiyyətlərə malik şəxslərdən neçəsini, təqlid mərcəyi olaraq tanıtdırıblar. Hər bir müsəlman şəxs, bu şəxslərdən hər birini özünə mərcəyi təqlidi seçib və əməllərini onun izahlı hökmlərinə uyğun yerinə yetirə bilər. Belə olduqda, o öz şərii vəzifələrinə əməl edibdir. İndiki dövrdə kütləvi informasiya vasitələri müxtəlif formalarda və bir neçə dildə mövcuddur və təzə müsəlman olan şəxslər, bu məsələlərdən rahatlıqla məlumat əldə edə bilərlər.

Ətreaflı cavab

Qeyri mütəxəssis insanların mütəxəssis insanlara müraciət etmələri, bütün insanların qəbul etdiyi və ağıla uyğun bir işdir. Çünki, bir nəfər bütün sahələrdə mütəxəssis ola bilməz. Deməli mütəxəssis olmadığı sahədə, mütəxəssisə müraciət edir. Fiqh terminində ələmə təqlid yəni, fiqhi məsələlərdə mütəxəssis olmayan insanlar, fiqh elmində tam təxəssüsü olan və digər müctəhidlərdən elmi daha çox olan (ələm) şəxsə müraciət edib və şərii vəzifələrini onun fətvasına uyğun (təxəssüsi nəzəriyyəsinə) yerinə yetirirlər.

Ələm müctəhidi (fiqhdə ən alim mütəxəssis) tanımaq üçün, üç yol müəyyənləşdirilibdir ki, camaat asanlıqla bu yollardan biri ilə özünün inandığı təqlid mərcəyini tanıyıb və seçə bilsinlər:

Birinci: İnsanın özü yəqin etsin. Elm əhlindən olub və müctəhid və ələmi tanıya bilən şəxs kimi.

İkinci: Müctəhid və ələmi tanıya bilən iki nəfər alim adil şəxs, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər. Bu şərtlə ki, digər iki alim adil onların dediyinə qarşı çıxmasınlar.

Üçüncü: Müctəhid və ələmi müəyyən edə bilən və dediklərindən əminlik yaranan elm əhlindən bir dəstə, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər.[1]

İndiki dövrdə texnologiya inkişaf etdiyinə görə, dünyanın hər bir yerindən, elmi hövzə, ruhanilər və təqlid mərcələrini bilən hər bir kəslə əlaqə yaradıb və öz təqlid mərcəyini seçmək olar. Qeyd etmək lazımdır ki, xoşbəxtlikdən inkidi dövrdə Qum elmi hövzəsinin ustad və müctəhidlərindən bir dəstəsi, lazımi səlahiyyətlərə malik insanlardan neçəsini təqlid mərcəyi kimi tanıtdırıblar. Bu şəxslər əlifba hərfi ilə bunlardır:

  1. Ayətullah Əl- uzma seyid Kazim Hairi
  2. Ayətullah Əl- uzma seyid Əli Xamneyi
  3. Ayətullah Əl- uzma seyid Əli Sistani
  4. Ayətullah Əl- uzma seyid Musa Şubeyri Zəncani
  5. Ayətullah Əl- uzma Lütfüllah Safi Gülpayqani
  6. Ayətullah Əl- uzma Nasir Məkarim Şirazi
  7. Ayətullah Əl- uzma Hüseyn Vəhid Xorasani

Hər bir müsəlman bu şəxslərdən hər hansını özünün təqlid mərcəyi seçib və əməllərini onun risaləsinə uyğun yerinə yetirsə, öz şərii vəzifəsinə əməl edibdir.

İzahlı şəriət hökmlərini digər dəlillərə o cümlədən ingilis dilinə tərcümə etmək barəsində deməliyik ki, bu sahədə çoxlu çalışmalar olsa da, lakin təəssüflər olsun ki, hələdə çatışmamazlıqlar mövcuddur. Ümid edirik yaxın gələcəkdə çoxlu səylər nəticəsində aradan qalxar.

Həzrət Ayətullah Hadəvi Tehrani (damət bərəkatuh) cənablarının cavabı belədir:

İnandığınız iki alimə müraciət etməklə, ya əminliyə səbəb olan məşhurluqla ya yəqin və əminliyə səbəb olan hər bir yolla, öz təqlid mərcəyinizi təyin edə bilərsiniz.

 


[1] - Tozihul- məsail, (əl- məhşi lil- İmamil- Xumeyni), cild 1, səh 15; Məlumdur ki, bu cümlədə elm əhlindən məqsəd, İslami elmlərə alim olandır.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154443 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117600 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109485 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98114 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53241 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44702 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42705 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...