Ətraflı axtarış
Baxanların
10970
İnternetə qoyma tarixi: 2008/01/05
Sualın xülasəsi
Məsum kəlməsinin xarici mənası nədir?
Sual
Məsum kəlməsinin xarici mənası nədir?
Qısa cavab

            İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır.

Ümumi bir bölümdə ismət iki növdür:

1. Ümumi məsumluq və günahdan qorunma.

2. Çoxalıb və azala bilən nisbi ismət.

Buna əsasən, məsum beş dəstəyə deyilir:

  1. İlahi Peyğəmbərlərin hamısı.
  2. İmamların hamısı.
  3. İlahi mələklərin hamısı.
  4. Üç qurupdan qeyrilərinin isməti (çünki, ismət Peyğəmbərlik ya İmamətə yalnız aid deyil. Ona görə ki, ola bilər ki, Peyğəmbər olmayan şəxs məsum olsun), həzrət Fatimə (s) və həzrət Məryəm (s) kimi.
  5. İxlaslı insanların bir dəstəsi.
Ətreaflı cavab

            İsmət lüğətdə qorunmaq və uzaq olmaq mənasında, elmi termində xəta, səhv, unutqanlıq və günahdan qorunmaq və uzaq olmaq mənasındadır.[1] Başqa sözlə, ismət daxili bir güc və nəfsani xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki qala günahı etməyə) saxlayır.

Xəta və günahdan uzaq olmaq iki cürdür:

  1. Ümumi məsumluq və günahdan uzaqlıq, həyatın bütün dövrlərində (anadan olandan ömrünün sonunadək) İlahi dini öyrənmək, öyrətmək və icra etməkdə, bütün səhv, unutqanlıq, günah və xətadan. Bu iş yalnız mələklər, Peyğəmbərlər və İmamlar (ə) üçün baş verib və deigərlərində onun baş verməsinə sübutumuz yoxdur.[2]
  2. Çoxalıb və azala bilən nisbi ismət ki, müxtəlif şəxslərdə fərqli və dəyişkəndir. Din işlərində çox vaxt çoxlu çalışmalar və əməllərdən sonra müəyyən qədər yaranır və həmin şəxslər vasitəsi ilə qorunur, halbu ki, ömrünün sonuna qədər onu qorumağa heç bir zəmanət yoxdur. Ona görə də, nisbi isməti onun çoxalıb və azalmasını nəzərə almaqla digərlərinə də aid edə bilərik. Bu hala adi insanlarda "ədalət mələkəsi" deyilir. Yəni şəxs elə dərəcədədir ki, böyük günah və bilərəkdən olan səhv onda gözə dəymir.[3]

Axırıncı meyara əsasən, məsum həm Peyğəmbərlər, İmamlar və mələklərə şamil olur, həm də özlərini islah etməklə günah etməyən insanlara şamil olur. Buna əsasən, bu məqam və mövqe yalnız Peyğəmbərlər və on dörd məsuma aid deyil. Digər ixlaslı varlıqlar da, bəzi dərəcələrdə bu xüsusiyyətə malikdirlər.

Ona görə də, biz məsumları bir qismə bölür və onların ismətinin sübutları barəsində qısa şərh veririk:

  1. Peyğəmbərlər (ə):

Səmavi Peyğəmbərlər günahın hər növündən, böyük və kiçik olmaqla, uzaq olmalıdırlar və heç vaxt bir an da olsa günaha tərəf getməməlidirlər. Şiə alimlərinin nəzərinə əsasən, Peyğəmbərlər dörd cür ismətdə bir- biri ilə bərabərdirlər: vəhyi alıb və onu çatdırmaqla ismət, etiqadlarda ismət, günahlardan ismət xəta və unutqanlıqdan ismət. Peyğəmbərlərin ismətinin əqli sübutları:

Kəlam elminin böyük alimləri, ağıl yolu ilə Peyğəmbərlərin ismətinin lazımlığına çoxlu sübutlar gətiriblər ki, onların bəzisi bunlardır:

a)- Daxili səbəblər:

Peyğəmbərlərin vücudunda, günah səbəbləri (cahillik, elmsizlik, şəhvət və həvəslərin qələbə çalması və...) günahın qarşısını alan səbəblər qarşısında məğlubdur.

b)- Etimad və hədəfin aradan getməsi sübutu:

Məlum olduğu kimi, Peyğəmbərlərin göndərilməsindən məqsəd, İlahi əmrlər sayəsində bəşəri hidayət etməkdir.

Bu hədəf o zaman təmin olar ki, camaatın Peyğəmbərlərin sözlərinə və təlimlərinə heç bir şəkk və şübhələri olmasın. Belə ki, onların sözünü Allahın sözü bilsinlər və onların təlimlərini İlahi təlimlər bilsinlər ki, onları can və başla qəbul etsinlər və yüz faiz onun qarşısında təslim olub və ona inansınlar.

Ağıllı, alim və həkim olan şəxsin, məqsəd və hədəfinin əksinə iş görməməsi qətidir. Əgər onlar günah və xətadan məsum olmasalar, insanları səhv yola çəkərlər. Bu da, Peyğəmbərlərin seçilmə hədəflərinin tam ziddinədir.

c)- Cahilliyə yönəltmək və səhvə həvəsləndirmək mümkün deyil

Allahın öz bəndələrini hidayət etməkdə heç vaxt onların xətaya həvəslənməsinə ya onları səhv yola dəvət etməyə səbəb olan ən balaca işi etməyəcəyi qətidir. Çünki, belə bir işin hər kəs tərəfindən, xüsusilə böyük Allahın pak zatı tərəfindən baş verməsi, çox pis işdir. Əgər Allah Peyğəmbərlik sübutlarını, möcüzə və elmi sübutlar olmaqla, qeyri- məsumun (yəni yalan deməsi, səhv etməsi və günah etməsi mümkün olan şəxs) ixtiyarına qoysa, öz bəndələrini səhv yola salıbdır və bunu həkim Allaha nisbət vermək, qeyri mümkündür.

d)- Vəhyi qəbul etməyə qeyri- məsumun ləyaqətinin çatmaması:

Bildiyiniz kimi, hər bir hikmətli məsuliyyətin ona uyğun qabiliyyət və ləyaqətə ehtiyacı var. Nalayiq və qabiliyyətsiz insanların z vəzifələrini düzgün formada yerinə yetirmələri mümkün deyil. Bunu da bilirik ki, Peyğəmbərlər Allahın əmrini vəhy yolu ilə alıb və insanlara çatdırırlar. Elə bir əmr ki, hər tərəfi nur və mənəviyyət və onun məzmununda hər tərəfi iman və təqvadır. Məlumdur ki, belə bir əmri alan elə pak və təmiz olmalıdır ki, təbiətdən yuxarı və hər eyb və nöqsandan uzaq olan Allahın pak zatı ilə əlaqə yarada bilsin və məzmunu təqva və paklıq ilə dolu olan xəbəri və əmri qəbul edə bilsin.

Peyğəmbərlərin ismətinin nəqli sübutları:

Quranın neçə ayəsi Peyğəmbərlərin ismətinə işarə edir ki, aşağıda onların bəzisinə işarə edirik:

a)- Peyğəmbərləri müxləsindən sayan ayələr. Müxləsin o şəxslərdir ki, hətta şeytan da onları düz yoldan çıxarmağa məyus olub və onları istisna edibdir. "(İblis) dedi: "Sənin izzətinə- qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını mütləq haqq yoldan azdıracağam, yalnız sənin müxləs (xalisləşdirilmiş) bəndələrindən başqa".[4] Müxləs məsumla bərabərdir ki, Peyğəmbərlər onun xarici mənalarından biridirlər. Allah Taala buyurur: "(Ya Peyğəmbər!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, müxləs (xalisləşdirilmiş bir bəndə) idi. O (bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir Peyğəmbər idi".[5] Həmçinin həzrət Yusif barəsində buyurubdur: "Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, bizim müxləs (xalisləşdirilmiş) bəndələrimizdəndir).[6]

b)- Qurani- kərim Peyğəmbərlərə itaət etməyin mütləq formada lazım bilib[7] və mütləq itaət isməti lazım tutur.

c)- Qurani- kərim İlahi mənsəbləri zülmlə bulanmamış şəxslərə aid edir.[8] Hər bir günah ən azı özünə zülmdür və hər bir günahkar Qurani- kərimdə zalım adlanır.

2. İmamlar (ə):

İmamların ismətinin də Peyğəmbərlərin isməti ilə fərqi yoxdur. Onlar da doğulan gündən məsumdurlar.[9] Bu fərqlə ki, İmamlar barəsində vəhyi qəbul etmə və çatdırma yerinə, vəhy maarifini izah və açıqlamaqdan söz gedir.[10]

İmamların ismətinin əqli sübutları, Peyğəmbərlərin ismətində gələnlərdir. Amma İmamların ismətinin nəqli sübutları bunlardır:

Təthir ayəsi:[11]

Quran buyurur: "Allah bütün eyibləri (çatışmamazlıq və günahları) yalnız siz Əhli- beytdən uzaqlaşdırmaq və sizi tananilə pak etmək istəyir". Ayənin bu hissəsində, iki cəmlik əvəzliyi işlənibdir ki, hər ikisi kişi cinsinin cəmi formasında gəlibdir və Peyğəmbərin (s) adətən xüsusiliyi çatdıran "innəma" kəlməsinin gəlməsi (bizim dildə onun yerinə "yalnız" ya "təkcə" deyilir) ayədə gələn İlahi fəzilətin Peyğəmbər (s) ailəsinə məxsus olmasına və digərlərinə aid olmamasına sübutdur.

"Yuridu" (Allahın iradəsi var və istəyir)... cümləsi.

Allahın təkvini iradəsinə işarədir. Yəni Allah təkvini (yaranış) bir əmr ilə iradə edibdir ki, sizi bütün eyiblərdən uzaqlaşdırsın və pak etsin, nəinki, təşrii (qanun qoyma) iradəsi ilə. Çünki təşrii iradə, onları öz paklıqarını qorumağa vəzifəli etməkdir. Bildiyimiz kimi bu vəzifə Peyğəmbər (s) ailəsinə məxsus deyil. Müsəlmanların hamısı öalərini pak saxlamağa borcludurlar.

"Rics" lüğətdə təmiz olmayan şey[12] mənasındadır. Alimlərin bəzi izahlarında "rics" "günah" ya "şirk" ya "batil etiqad" ya "paxıllıq və həsəd" mənasında təfsir olsa da, əslində geniş mənanın təzahürlərindən biridir.

Hər halda, bu kəlmənin əvvəlinə gələn əlif və lamı (ər- rics) nəzərə alsaq, burada ümumi mənanı çatdırır. Ayənin mənası belə olur ki, Allah eyiblərin hər hansı bir növünü onlardan uzaq etməyi iradə edibdir.

"Və yutəhhirəkum təthira" cümləsi, "təthirin" mənasının pak etmək olduğunu nəzərə aldıqda, qabaqkı cümlədə gələn bütün eyiblər və çirkinliklər inkar etmək məsələsinə əlavə təkiddir.

Elmi termində mütləq məful (tamamlıq) olan "təthirən" kəlməsi, yenə də bu mənaya digər bir təkiddir.

Nəticə budur ki, Allah müxtəlif təkidlərlə, İslam Peyğəmbərləri (s)- in Əhli- beytini hər növ eyb və çirkinlikdən pak və uzaq etməyi iradə edibdir.

Əlbəttə, digər sübutlar. Peyğəmbər (s)- in Əhli- beytinin on dörd məsuma aid olmasını açıqca bəyan edirlər.[13]

3.İlahi mələklər:

İmam Həsən Əsgəri (ə) buyurur:

"Allahın mələkləri İlahi lütflərin köməyi ilə, küfr və bəyənilməyən işlərdən məsum və amandadırlar".[14]

Həmçinin ardında buyurur: Mələklər Peyğəmbərlər və İmamlar kimidirlər.[15]

4.Üç dəstədən qeyrisinin isməti

(Çünki ismət Peyğəmbərlik ya İmamlığı lazım tutmur. Ona görə ki, bir şəxsin Peyğəmbər olmadan məsum olması mümkündür), Həzrət Fatimə (s) və Həzrət Məryəm (s) kimi.

Quran ayələrinin bəzisi Məryəmin paklıq və təharətinə şəhadət verir..........." Ya Məryəm, Həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur".[16] Təfsirçilər bu ayənin o həzrətin ismətinə sübut olduğunu təsdiqləyir.[17] Həmçinin təthir ayəsi həzrət Fatimənin ismətinə dəlalət edir, necə ki, yuxarıda deyildi.

  1. Muxləs insanların bir dəstəsi ismətin bəzi dərəcələrinə yəni günahdan ismətinə çata bilərlər.[18]

Çünki ismətin mənşəyi insanın iradə və ixtiyardır. Əlbəttə ismət hər yerdə İlahi övliyaların xüsusi bir dəstəsinə məxsusdur. Amma təqvalı möminlərin bəzisi nəfsi saflaşdırmaq sayəsində öz işlərinin böyük bir hissəsində günah etməkdən uzaq qala bilərlər və bu iş ixtiyari bir işdir.[19] Əslində əmrləri yerinə yetirməyə sabit qədəm olmaq, qadağan olunmuşlardan çəkinmək və kiçik günahları təkrar etməmək xüsusiyyətidir. Buna bəzən ədalət mələkəsi də deyilir.

 


[1] - Əqayidul- İmamiyyə, səh 187.

[2] - Baxın: Misbah Yəzdi, Maarifi Quran, səh 4 və 5 (rah və rahnumaşenasi), səh 147- 212; Amuzeş əqaid, cild 2, səh 232- 260, Dərs 24- 26.

[3] - 178- ci nömrədəki cavabdan götürülüb (sayt: 1395).

[4] - Sad surəsi, ayə 82;

«قال فبعزتك لاغوينهم اجمعين الا عبادك منهم الـمـخلصين»

[5] - Məryəm surəsi, ayə 51.

«واذكر فى الـكـتاب موسى انه كان مخلصا و كان رسولا نبيا»

[6] - Yusif surəsi, ayə 24

«كذلك لنصرف عنه السوء والفحشاء انه من عبادنا المخلصين»

[7] - Bəqərə surəsi, ayə 124.

«و ما ارسلنا من رسول الاليطاع باذن اللّه»

[8] - Bəqərə surəsi, ayə 124.

«لا يـنـال عـهـدى الـظـالـمـيـن»

[9] - Rahnumaşenasi, Məhəmməd Təqi Misbah Yəzdi, səh 673.

[10] Mənşure əqayede İmamiyyə, səh 110 və 111; Porsemane ismət, Həsən Yusifiyan, səh 43.

[11] - «انَّما يُريدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِرَّكُمْ تَطهيراً»

[12] - İstərsə insan təbiəti nəzərindən çirkin və pislənmiş olsun, ya ağılın ya şəriətin hökmü ilə və ya bunların hamısı. Ona görə də, Rağib Müfrədatda, ricsi qəzər (çirkin) şey mənasında məna edəndən sonra, onun üçün dörd forma qeyd edir. (İnsan təbiəti ya ağıl, ya şəriət və ya bunların hamısının nəzərindən çirkin olmuş).

[13] - Baxın: Göstərici: Əhli- beytin xarici mənaları, sual 1247 (sayt:)

[14] - Bəharul- ənvar, cild 56, səh 321:

«إِنَّ مَلَائِكَةَ اللَّهِ مَعْصُومُونَ مَحْفُوظُونَ مِنَ الْكُفْرِ وَ الْقَبَائِحِ بِأَلْطَافِ اللَّهِ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ فِيهِمْ لا يَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ وَ يَفْعَلُونَ ما يُؤْمَرُونَ»

[15] - Bəharul- ənvar, cild 56, səh 322,

«ثُمَّ قَالَ ع لَوْ كَانَ كَمَا يَقُولُونَ كَانَ اللَّهُ قَدْ جَعَلَ هَؤُلَاءِ الْمَلَائِكَةَ خُلَفَاءَ عَلَى الْأَرْضِ وَ كَانُوا كَالْأَنْبِيَاءِ فِي الدُّنْيَا أَوْ كَالْأَئِمَّةِ فَيَكُونُ مِنَ الْأَنْبِيَاءِ وَ الْأَئِمَّةِ»

[16] - Ali- imran surəsi, ayə 42;

«يا مَرْيَمُ اًِّنَّ اللَّهَ اصْطَفاكِ وَ طَهَّرَكِ وَ اصْطَفاكِ عَلي نِسأِ الْعالَمِينَ»

[17] - Əl- mizan, cild 3, səh 217.

[18] - Baxın: Vilayətnamə, Əllamə Təbatəbayi, tərcümə Humayun Hümməti, səh 48- 55.

[19] - Mənşure əqayede- İmamiyyə, səh 116.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    7835 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    6586 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...
  • Нәјә ҝөрә Әһли-Бејти (әлејһимуссалам) бир нечә нәфәрә нисбәт верирсиниз?
    7731 Qədim kəlam 2010/11/22
    “Әһли-Бејт” термининин он дөрд Мәсума (әлејһимуссалам) нисбәт верилмәси бәшәрин вә ади инсаларын нәзәријјәси дејилдир. Белә бир инһисар Тәтһир ајәсиндәки илаһи кәламдан вә Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) рәвајәтләриндән әлә ҝәлир. ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7226 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Илаһи истәклә инсанын истәји арасында нә әлагә вар?
    7619 Qədim kəlam 2010/06/13
    Инсан мүмүкүн мөвҹуд олмагла јанашы өз варлығыны тамамилә Аллаһ-тааладан алыр вә Аллаһ-таала өз тәквини (сабит) гануну илә инсаны мүхтар вә ирадә саһиби кими јаратмышдыр. Бу үстүнлүклә дә инсан бүтүн варлаглара үстүн гәрар верилмишдир. Беләликлә, инсан ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10276 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...
  • Haram yeməyi meyl etməyin hökmü nədir?
    8293 Nizamlar hüquq və əhkam 2011/10/13
    Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli ...
  • Kovsər hovuzu nədir?
    11181 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Quranda burucdan məqsəd nədir?
    15664 Təfsir 2012/02/15
    "Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi ...
  • Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
    18734 Nizamlar hüquq və əhkam 2011/06/27
    Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165532 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165128 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120182 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114476 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112099 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94616 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55653 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55123 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46781 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46189 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...