Please Wait
8612
İsmət amanda qalmaq, günaha bulaşmaqdan və unutmaqlığa mane olmaq mənasınadır. İsmət müxtəlif dərəcə və mərtəbələrə malikdir. Onun ən yüksək mərtəbəsi ilahi peyğəmbərlərə və övsiyalara məxsusdur. Bu məqamlar Quran nəssinə və rəvayətlərə əsasən ancaq onların barəsində isbat edilir. Digərləri barəsində isə baxmayaraqki, bir həddədək əlçatılası və tanınasıdır. Amma başqalarının seyri onların mərtəbəsinə və həddinə çatmamışdır. Başqalarının tanıması da nəss və seçilmə vasitəsi ilə olmamışdır. Əksinə onun əsərləri və nişanələri (məsələn, niyyətlərdən agahlıq, kəramətlər göstərmək və s) aşkarlanması cəhətinə müəyyən olunmuşdur.
İnsan ixtiyarlı varlıqdır. Bir cür yaradılıbdır ki, düzgün seçim və əməli saleh və Allahda itaət etməklə Xəlkifətullah məqamına belə çata bilər. Yəni bir insana mümkün olan bütün münasib kamalları özündə toplayıb, dünyanın alçaq naqisliklərindən uzaqlaşıb, qəlblərdə təsərrüf etməyə malik olsun.[1]
İnsanın düzgün seçimi onun elmi və güclü iradəsindən qaynaqlanır. Bu da dinin, fitrətin və ağlın ardıcıllığıdır. Elm və güeclü iradə nə qədər güclü olarsa, o qədər xəta və səhvdən amanda qalar. Əgər həmişə zikr halında olsa və Allahı yada salıb, onunla etinalı davranarsa, xəta və unutmağa düçar olmaz. Bu da həmin ismət məqamıdır. Bu məqam yavaş- yavaş fərdin tədrici yüksəlişinə və vilayət məqamına və xilafət dərəcəsinə çatmasına səbəb olacaq. Allahın peyğəmbərləri və vəsiləri Allahın vəhyinin əmanətdarı olduqları üçün imam və bəşərin nümənələri kimi sayılırlar. Məhz buna görə bu məqamların zirvəsində yer tuturlar. Tainki:
1- Allahın vəhyi kamil və düzgün şəkildə bəşəriyyətin ixtiyarında qərar tutsun.
2- Camaat edə bilsinlər onların dediyinə və əməllərinə etimad etsinlər.
3- Onların rəftar, davranış və əxlaqından nümunə götürərək, onları nümunə kimi tanısınlar. Özlərini onlar kimi tərbiyət etsinlər. Xəlifətullah məqamına yetişmək üçün addım atsınlar. Tainki bu yolu davam etdirməklə Allahın liqasına çatsınlar. Bu səbəbdəndir ki, Allahın inayəti sayəsində bütün çirkinliklərdən uzaq qalır və səhvə yol vermirlər. Buna görədə kütlə onlara inanır və güvənir bununlada göccət hamıya tamam olur.
Deməli hər bir insan ismətə çatmaq üçün və xilafət və imamət məqamına yetişmək üçün addım atarsa, bu yolda hər nə qədər çox çalışarsa, təqvanı daha çox riayət edərsə, Allahın daha çox inayətindən bəhrələnəcək. Çünki o vədə veribdir ki, Allahın təqvasını tutun. Tainki Allah sizə öyrətsin.[2] Həmçinin buyurub: Hər kəs bizim yolumuzda çalışarsa, bizdə öz yolumuzu ona bildirərik, Allah həmişə yaxşılarladır.[3] Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir![4] Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)[5]
Qüdsi hədisdəgəlibdir: Əgər mənim bəndəmə mənimlə məşğuliyyət qalib gəlsə, mən onun ləzzətini öz zikrimi deməkdə qərar verərəm. Nəticədə o mənim aşiqim və mən də onun aşiqi olarıq. Onunla öz aramda olan hicabları götürərəm. Camaat səhv və xətaya düçar olduqda O səhv və xətaya düçar olmaz. Nəticədə əgər danışarsa, sözləri peyğəmbərlər kimidir və onlar həqiqətən də zamanının ucalarıdır. Onlara görədir ki, Əgər mən yer üzündə bir əzabı göndərmək istədikdə onların yadına düşüb, əzabı yer üzündən qaytarıram.[6]
Peyğəmbərlərdə və İmamlarda ismətin olması nəqli və əqli dəlillərlə isbat olunmuşdur.[7] Lakin ancaq onlara məxsus deyil. Hər şəxs öz təqva, elm və güclü iradəsi nəticəsində və səyində ondan bəhrələnə bilər. Tainki onun əlamətləri və onda zühur və büruz etsin.
Peyğəmbər və imamlarda bu növ əlamət və nişanələrin açıqlanmasından əlavə Allah tərəfindən də ismətin olmasına sübutlar mövcuddur. Əgər bu türlü olmasaydı Allahın elm və hikməti peyğəmbərlərin besətindən və imamların vilayətindən Yəni insanları tərbiyə və hidayət etmək uyğun olmazdı.[8] Amma başqalarında bunun müəyyənləşdirilməsi əlamət və nişanələrin olmasına bağlıdır. O cümlədən:
1- Əksər insanların adi formada düçar olduqları günah şərayitində günahdan çəkinmək və post, məqam, mal, şəhvət kimi çirkinliklərdən uzaqlaşmaq.
2- Onlardan qeyri adi işlərin və kəramətlərin baş verməsi. Məsələn insanların fikirlərinə və niyyətlərinə elm vəxəstələri sağaltmaq və digərlərinin giriftarçılıqlarını aradan qaldırmaq ki onun əncamı hər şəxsin əlindən gəlmir.
3- Onun nifrətinin ya duasının qəbul olunması.
4- Ürəklərə nüfuz etmə və onlarda dəyişiklik və inqilab icadı.
5- Geniş ürəklilik. Aramlıq, fərdi və ictimayi işlərdə münasib mövzü tutması.
6- Allahın feyz yolu olub, bu səbəbə bərəkətlər və nemətlər nazil olur və bəlalar dəf olur.
Əlbəttə bunu qeyd etməliyik ki, hətta peyğəmbərlər içində belə İslam peyğəmbəri özünə məxsus bir məqama malıkdir ki, ona çatmaq heç bir şəxs üçün mümkün deyil. Peyğəmbərlərin öz aralarında da belə mərtəbələr var. İslam Peyğəmbəri onlarında ən yüksəyində durur. Sonra sonuncu vəsi və sonra digər imamlar sonra başqa peyğəmbərlər və sonra kütlə dayanır. Yəni ismətin üfüqi yüksəlişi və əmudi genişliyi Allahın xilafət məqamına çatması üçün elə bir rəngarəngliyə malikdir ki, hamı bir səthdə dayanmacaq və onu müəyyənləşdirmək Allahın elminə bağlıdır.[9]
İstifadə olunmuş ədəbiyyat
1- Quranikərim
2- Jəvadi Amoli, Abdullah, Təmhidol qəvaidin təmhidi, Əz- zəhra nəşriyyatının çapı, çap 1, 1372, Tehran
3- Jəvadi Amoli, Abdullah, Quranda vilayət, İsra çapı, çap 1, 1379, Qum
4- Jəvadi Amoli, Abdullah, İbadətlərin səbəbi, İsra çapı, çap 2, 1378, Qum
5- Hüseyni Tehrani, Məhəmməd Hüseyn, Tövhide elmi və eyni, Əllamə təba təbayi nəşriyyatı, çap 2, 1417, Məşhəd
6- Ayətullah Sədr, seyyid muhəmməd Baqir, Xelafəte insan və govahiye Peyambəran, Tərcümə: Jəmal Musəvi, ruzbeh çapı, 1359, Tehran
Rəvaqe Hekmət mədəni müəssisəsinin vasitəsiilə çap olmuşdur.
7- Kiyaşimşəki, Əbulfəzl, İrfanda vilayət, Darus- Sadiqin çapı, çap 1, 1378, Tehran
8- Mütəhhəri, Mürtəza, İnsane Kamil, Sədra çapı, çap 8, 1372, Qum
9- Mütəhhəri, Mürtəza, velaha və velayətha, İslam çapı ofisi, Qum
10- Məliki Təbrizi, Cavad, Risaleye liqaollah, Türbət, çap 2, 1379, Tehran.
[1] - Göstəricilər: Allahın sevimlisi olmaq, insanın kamal və səadəti, Allahın yaxınlığı, və...
[2] - Bəqərə surəsi, Ayə 282, Təğabon surəsi, ayə 11
[3] - Ənkəbut surəsi, ayə 69
[4] - Ənfal surəsi, ayə 29
[5] - Nəhl surəsi, ayə 97
[6] - Ayətullah Məhəmməd Hüseyn Hüseyni Tehraninin Tövhide elmi və eyni kitabında, səh 337
[7] - Misbah Yəzdi, Muhəmməd təqi, Rah və rahnəmaşenasi, səh 147 və 212
[8] - Misbah Yəzdi, Muhəmməd təqi, Rah və rahnəmaşenasi, səh 147 və 212
[9] - Göstəricilər: Quran baxışında peyğəmbərlərin isməti, Ayələrin zahirində peyğəmbərlərdə günah və ismət