Ətraflı axtarış
Baxanların
13529
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
İmam Hüseyn (ə)- a bu qədər əzadarlıq etməyin səbəbi nədir?
Sual
1400 il qabaq şəhid olan imam Hüseynə (ə) niyə bu qədər əzadarlıq etmək lazımdır? (Xahiş edirik əqli dəlillərlə ya mötəbər rəvayətlərlə, ya da Quran ayələri ilə izah verin).
Qısa cavab

Hər bir millətin keçmiş hadisələrində dəyərli ibrət və təcrübələr var ki, çoxlu zəhmətlə ələ gəlibdir və o millətin gələcəyi və taleyində çox böyük bir təsiri ola bilər. Bu dəyərli təcrübədən istifadə etmək üçün, bu hadisələrə həmişə yenidən baxılmalı və qorunmalıdır. Bu misilsiz hadisələrdən biri, Kərbəla hadisəsidir. Məsum imamlar (ə) qanlı Kərbəla hadisələrini və imam Hüseynin (ə) şəhadətini yad etməyə çoxlu təkid ediblər ki, insan nəslinin bu böyük hadisəni ibrət və dərslərindən daha çox faydalanması üçündür.

Digər bir tərəfdən, bütün insanlar, onların yaşayışının yaxşılaşması və oyanmaları üçün çalışan insanlar qarşısında təşəkkür etmək vəzifələri varlarıdır. Hüseyn ibn Əli (ə)- in əzadarlıq məclisləri, o həzrətin və köməkçilərinin insanların bəsirət və oyanmaları yolunda çəkdikləri əziyyətlərə bir növ təşəkkür sayılır.

Bundan əlavə, hər il dünyanın hər yerində imam Hüseynin əzadarlığı üçün keçirilən məclislər, o həzrətin ardıcılları arasında vəhdətin yaranması, camaatın imamlar (ə)- ın yolu ilə tanış olması, ilahi höccətlərlə qəlbi bağlılığın yaranması, hər bir cəmiyyətdə olan zülm və pislikləri islah etmək və ...kimi nəticə və təsirləri var ki, belə bir mərasimin tətil olması, belə bir yaxşılıqlardan məhkum olmağa səbəbdir.

Ətreaflı cavab

Hər bir millətin keçmiş hadisələri o millətin və digər millətlərin taleyində böyük təsirə malik ola bilər. Əgər o hadisə faydalı bir hadisə olub və öz yerində təsirləri olubsa, onu yaşatmaq və araşdırmağın çoxlu təsirləri və nəticələri ola bilər. Onu unutmaq isə insan cəmiyyəti üçün dözülməz ziyanlara səbəb ola bilər. Çünki millətlərin tarixində yaranan mühüm hadisələr, xalqlar üçün böyük itkilərlə yaranışdır. Bu itkilər madi və mənəvi itkilər ola bilər. Məsələn böyük şəxsiyyətləri itirmək, bir millətin əzab və çətinlik çəkmələri və ...

Buna əsasən, insanların ibrət almaları olduğu bu böyük hadisələr və təcrübələr, hər bir xalqın hətta bütün insanların böyük təcrübələrindəndir. Belə hadisə və təcrübələrin qorunub, yaşanması və istifadə olunmasına ağıl hökm edir.

Şübhəsiz, müxtəlif cəhətləri olan aşurada baş verən böyük hadisə, insanlar üçün baş vermiş itkili hadisələrdən biridir. Çünki məsum imam (ə)- ın (kamil insan) və o həzrətin vəfalı dostlarının şəhid olması və o həzrətin ailə və uşaqlarının əziyyət və çətinlikləri və... kimi bahasına başa gəlmişdir.

Digər bir tərəfdən, qurup və tayfa mənfəətləri üçün) olmayıbdır. Əksinə Kərbəla hadisəsi, Hüseyn ibn Əli (ə)- in və vəfalı dostlarının şəhid olmaları bir məktəbdir. Hansı ki, tövhid, imamət, yaxşılığa əmr və pislikdən çəkindirmə, həqiqət tələbəlik, zülümlə mübarizə, nəfsin kəraməti, izzət və... kimi ibrət və hədəfləri var.

Əgər bu insan tərbiyə edən məktəb, nəsildən nəslə insanlar arasında yayılsa, insanlar onun üçün ödədikləri bahanın qarşısında ondan faydalanıb, ən çox mənfəəti əldə edə bilər. Amma əgər Allah eləməmiş, bu hadisə unudulub, ya təhrif olsa, insan cəmiyyətinə xüsusilə dindarların cəmiyyətinə çoxlu zərər dəyəsək. Əgər məsum imamlar (ə)- ın[1] o həzrətin əzadarlıq məclislərini keçirməyə təkid olunduğunu görürüksə, bu ona görədir ki, o həzrətin insan tərbiyə edən məktəbi həmişə yaşasın və qanın qılınca və həqiqət tələbliyin haqla mübarizəyə qalib gəlmə təcrübəsi həmişə yanan alov kimi, insanların yolunu işıqlandırsın.

Məsumlar (ə)- ın bu təkid etmələri imam Hüseyn (ə)- ın əzadarlıq məclislərinin o həzrətin şəhid olduğu zamandan indiyə kimi, bir yaşayan, fəal və inqilabi hərəkət formasında olmasına və minlərlə şair, yazıçı və xətibin bu barədə söz demələrinə səbəb olubdur. Baxmayaraq ki, düşmənlər bu böyük hadisəni təhrif etmək üçün geniş fəaliyyətlər ediblər. amma elə əzadarlıq məclisləri, islamın həmişəlik yaşamasına və Hüseyn ibn Əli (ə)- ın dünyanın hər yerində şüarlarından biri olaraq zülmlə mübarizə şüarı yayılır.

Dediyimiz kimi, aşura hadisələrini qorumaq və yaşatmaq elə bir məsələdir ki, ağıl açıqca ona dəlalət edir və məsumlar (ə)- ın belə bir mərasim və məclisləri yaşatmaq üslubu olubdur. İmam Rza (ə) buyurur: "Atamın (imam Musa bin Cəfər (ə) ) həmişəlik üslubu bu idi ki, Məhərrəm yetişən zaman onun ağlamaq və müsibət günü idi. Aşura on günlüyü keçməyincə üzü gülməzdi. Aşura günü onun ağlamaq və müsibət günü idi."[2]

Əlqəmə bin Məhəmməd Həzrəmi deyir: "İmam Baqir (ə) Hüseyn (ə) üçün ağlayır və nalə edirdi. Evində olan bütün şəxslərə ağlamaq əmri verirdi. O həzrətin evində əzadarlıq məclisi təşkil olurdu. Və o müsibəti bir- birlərinə təsliyət deyirdilər."[3]

Bilməlisiniz ki, həzrət Hüseyn (ə) bin Əli Allah yanında olan dərəcə ilə, belə bir əzadarlıq mərasimlərinə ehtiyacı yoxudur. İmamlar (ə)- ın belə bir məclisləri təşkil etməyə təkid etmələri, bu məclislərin təsir və nəticəsinə görədir. Onların bəzisi bunlardan ibarətdir:[4]

1.     İmam Hüseyn (ə)- ın ardıcılları arasında vəhdət yaratmaq: Həcc mərasimi, islam firqə və məzhəblər arasında vəhdət yaratdığı kimi, bu məclislər o həzrətə məhəbbəti olan və şiələr arasaında vəhdət və birliyi möhkəmlədir.

2.     Camaatın imamların yolu ilə tanış olması: Çünki bu məclislər o həzrətin üslub və hədəflərini açıqlamaq üçün ən yaxşı fürsətdir. Belə məclislərdə iştirak edən insanlar, belə məsələləri qəbul etməyə daha hazırdırlar.

3.     İlahi höccətlərlə qəlbi bağlılıq yaratmaq və o həzrətlərin xüsusi köməklərindən faydalanmaq: Çünki imamlar (ə) belə məclisləri təşkil etməyə çox təkid ediblər. belə məclisləri təşkil etmək, əslində imamların əmrinə itaət etməkdir. Məlumdur ki, bu əmrə tabeçilik, o həzrətlər tərəfindən cavabsız qalmayaq.

4.     Aşura hadisəsini açıqlayanda, islam düşmənlərinin zülmləri açıqlanan və islam xilafətinə iddialıların həqiqi üzü ortaya çıxan zaman, eşidənlərin zehnləri öz cəmiyyətlərindəki mövcud təhriflərə yönəlir və hər zamanın Yezidindən uzaqlaşmaq və zəmanəsinin Hüseyninə itaət etməklə, öz cəmiyyətlərini düzəltmək istəyirlər. Zülm və düz yoldan çıxmaların xüsusiu bir zamana aid olmadığını və hər zaman cəmiyyətin belə bir hadisələrə düçar olmasını anlayırlar. Başqa sözlə, bu məclislər insanların öz zamanları barəsində məlumatlı olmalarına səbəb olur. İnsan öz vəzifələrini bu məclislərdə tanıyırlar.

Bunlar imam Hüseyn(ə)- ın əzadarlıq məclislərinin bəzi nəticələri və təsirləridir ki, belə bir məclislər tətil olunan zaman, cəmiyyət ondan məhrum olacaq. Diqqət olunası məsələ budur ki, böyük aşura hadisəsi ən yaxşı formada keçirilməlidir. Elmi seminar keçirtməklə ya film çəkmək və kitab və roman yazmaqla, o hadisənin xatirəsini yaşatmaq mümkündür. Amma bunların heç biri ən yaxşı üslub deyil. Çünki insan mərifət, cəmiyyət, təbiət, hiss və ...müxxtəlif cəhətlərin toplusudur. Əgər biz Kərbəla hadisəsi kimi dəyərli və mühüm bir hadisəni yaxşı bir formada yaşatmaq və insanları onun nemətlərindən faydalandırmaq istəyiriksə, onun mərasim və əzadarlığı elə formada olmalıdır ki, insanın bütün bu vücudunun cəhətləri onu yaşatmaqda, rolu olmalıdır. Bnuna əsasən, imam Hüseyn (ə)- ın əzadarlıq məclisləri adət formasında imamlar (ə)- ın zamanından indiyəcən həmişə qəm, göz yaşı və müsibətləri açıqlamaqla birgə olubdur. Belə ki, insanların hissiyyatını təkrik etmək, bu məclisləri yaşatmaq üçün ən yaxşı formadır. Çünki bu formada bu hadisənin xırdalıqlarını tanımaqdan əlavə, qəlbin dərinliyi ilə əlaqəlidir. Ona görə də hamı belə məclisləri təşkil edən özlərini borclu sayır və mövcud imkanlarla (pul, elm, qələm, danışıq və...) bu məclisləri təşkil etməyə çalışrlar.

Əlbəttə bu barədə həmişə təhriflərə diqqət etmək lazımdır ki, imamlar həmişə bizə xəbərdarlıq ediblər.

Bundan əlavə, Hüseyn bin Əli (ə) insanlıq və bəşər dəyərlərinin yolunun şəhidi olduğuna görə, bütün nəsillər insan fitrəti və haqq tanımaqlıq hökmünə əsasən o həzrətin və dostlarının fədakarlığına təşəkkür etməyi özünə lazım bilir. (belə bir məclislər keçirtməklə).

Deyilənlərə əsasən insanlar insani dəyərləri qorumaq və onlara doğru hərəkət etmək üçün, o həzrətin xatirəsini həmişə yaşatmağa ehtiyaclıdırlar. Əgər bir gün Hüseyn bin Əli (ə)- ın adı və o həzrətin fədakarlıq və hədəflərinin xatirəsi unudulsa, bəşər cəmiyyəti zərər görəcəkdir.  

Bu məsələni Quran da təsdiqləyir. Qurani- məcid İbrahim surəsində həzrət Musa (ə)- ya əyyamullahı camaata xatırlatmağı əmr edir:

«... و ذکّرهم بایام الله انّ فی ذلک لایات لکل صبّار شکور»[5]

Yəni: Allahın günlərini camaata xatırla, çünki bu günlərdə səbrli və şükr edən insanlar üçün əlamətlər var."

Ustad Əllamə Təba- təbai bu ayənin təfsiri barəsində deyir: "Şübhəsiz, Əyyamullahdan məqsəd, o zamanlardır ki, Allahın əmri, onun yeganəliyi və onun səltənəti aşkar olub və ya aşkar olur... Həmçinin Allahın rəhmətinin zühur etdiyi günlər. Əlbəttə o günlər ki, ilahi nemətlər elə aşkar olublar ki, digər günlərdə o cür aşkar olmayıblar. Həzrət Nuh (ə)- ın gəmidən çıxdığı gün və həzrət İbrahim (ə)- ın oddan nicat tapdığı gün və ...kimi."[6]

Buna əsasən, aşura hadisəsi və Hüseyn bin Əli (ə) və dostlarının hüznü ilə islamın yaşaması Əyyamullahın mənalarından biridir ki, bizim hamımız onu xatırlamaq, nizamlamaq və əzizləməyə əmr olunmuşuq.



[1] - Biharul- ənvar, cild 44, səh 292, Vəsailüş- şiə, cild 3, səh 282.

[2] - Vəsailüş- şiə, cild 10, səh 394.

[3] - Vəsailüş- şiə, cild 10, səh 398.

[4] - Daha çox məlumat almaq üçün baxın: Göstərici; Bəqi ziyarətçilərinin ağlaması.

[5] - İbrahim surəsi, ayə 5.

[6] - Əl- mizanın tərcüməsi, cild 2, səh 23.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...