Please Wait
7355
Peyğəmbərimizin həzrət Ədnandan öncə olan babalarının (yəni İbrahim Peyğəmbərə və ondan da Adəm Peyğəmbərə kimi) adlarının sayılmasını qadağan etməsi barəsində müxtəlif kitablarda hədislər vardır. Bununda əsas səbəbi, Ədnandan öncə olan babalarının adlarının dəqiq olmamasıdır. Peyğəmbərimiz bu işlə tarixçilər arasında olan ixtilafı həll etmiş olur.
Bəzi hədis kitablarında, o cümlədən biharul- ənvar,[1] kəşkul ummə fi mərifətul- əimmə,[2] Əlmənaqibiu ali Əbi Talib[3] və sair. Peyğəmbərdən (s) belə hədis nəql olmuşdur ki, "mənim nəsil və əcdadımı Ədnana kimi tanıtdırmağınız kifayət edər. (Ondan sonrakıları saymayın)"
Ayrı bir hədisdə isə o həzrətə (s) belə buyurmuşdur: "Hər kəs mənim ulu babalarımız adını Məəd ibni Ədnandan İbrahimə (ə) kimi saysa yalan demişdir".[4]
Bu məsələnin sirri dəqiqliyi ilə məlum deyildir. Amma bizə çatan dəlil budur ki, bu barədə tarixçilərin nəzərləri müxtəlif olduğu üçün Peyğəmbər (s) bu işdən insanları çəkindirmişdir. Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Hər kəs mənim əcdadımı sayaraq Ədnana çatdı dayansın. Sonra bu ayəni oxumuşdur: Biz adı da, səmudu da, Rəss əhlini də (Şüeyb Peyğəmbərin nəsli) həmçinin onların arasında olan bir çox nəsilləri də əməllərinin cəzası olaraq yerlə yeksan etdik."[5] Bunun arasında isə belə buyurmuşdur: "Allahdan savayı bunların hikmətini bilən yoxdur."[6]
Yuxarıda qeyd etdiyimiz hədis və ayələrdən də məlum olur ki, Ədnandan qabaqkı, əcdadların adlarında və kimliyində tarixçilərin nəzərləri fərqlidir.
[1] - Biharul- ənvar cild 15, səh 105.
«إِذَا بَلَغَ نَسَبِی إِلَى عَدْنَانَ فَأَمْسِکُوا»
[2] - Kəşful- umma fil mərifətil əimmə, cild 1, səh 65.
[3] - Əl- mənaqibul ali Əbu Talib cild 1, səh 15.
[4] - Əl- umdə səh 24.
[5] - Furqan surəsi, ayə 38.
[6] - Qəsəsul Ənbiya, Rəvəndi, səh 316.
«روی عنه (ص): إذا بلغ نسبی إلى عدنان فأمسکوا ثم قرأ: «وَ عاداً وَ ثَمُودَ وَ أَصْحابَ الرَّسِّ
وَ قُرُوناً بَیْنَ ذلِکَ کَثِیراً»، لا یعلمهم إلا الله تعالى جل ذکره».