Ətraflı axtarış
Baxanların
11148
İnternetə qoyma tarixi: 2013/01/14
Sualın xülasəsi
İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
Sual
İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
Qısa cavab
İrafan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü  ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır. Nöqtədən məqsəd, allah-Taalanın həqiqi vəhdətidir və bu həqiqi vəhdətin şəkli insan qəlbinin dərinlkilərindən qərar tutmuşdur. Ona görə də kamil insan, varlıq aləminin mərkəzi kimi tanıtdırılmışdır. Allah-taalanın yer üzündə həqiqi vəhdətindəki xəlifəsidir. Əmirəl-mömininin (əleyhissalam) “ Mən, ba hərfinin altındakı nöqtəyəm” – sözünün irfanı mənası budur.
Ətreaflı cavab
  1. İrfanda ədədlər həriflər elmi;
Ədəd və huruf elmələri ən qədim zamanlardan irfan məktəbində diqqət nəzərdə olmuşdur.  Amma, onu da yadda saxlamaq lazımdır ki, bu məktəbdə istifadə olunan ədəd və huruf elmləri adi halda bu elm haqqındakı təsəvvürümüz kimi deyildir.  İrfan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü  ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır.
Həriflər və ədədlər elminin mahiyyəti haqqında sözlər həddən artıqdır. Bəzən bu elmin əsl həqiqətindən xəbərsiz olduqlarına görə xurafat, sehr-cadu və sair qədimi şəkilləri də düşünənlər vardır.  Şair bu haqda yazır:
 
 
 
Alçaq kişilər dərvişlərin hərflərini oğurlayar,
Bəlkə, bununla sağlam insanlara əfsun oxusun! [1]
Heç bir şəkk yoxdur ki, irfan alimlərinin nəzərində bu elmlərin mahiyytində xüsusi paklıq və müqəddəslik vardır. Ariflərdən Mühəddin ibn Ərəbi özünün Əddürrül-məknun kitabında yazır: “hərəflər, Allah-Taalanın xəzinələridir. Onlarda Allahın sirləri, adları, elm, əmr, sifətlər, qüdrət və Allahın məqsədi vardır.”[2] Qeyd etmək lazımdır ki, irfan aləmində ədəd elminin hərflər elmi ilə birbaşa əlaqəsi vardır. Çükni, irfan nəzərində hər bir hərfin hər bir ədədlə xüsusi bağılılğı var və ədədlər, hərflərin və kəlmələrin ruhu hesab olurlar. Şair yazır:
Əyan və ağıl sahiblərinin yanında,
Hərf cismdi onun canı ədəddir can kimi,[3]
Digər tərəfdən həndəsə elmində olan şəkillər də ədədlərin nisbətindən xətlər və şəkillər halında əmələ gəlmiş təmsillərdən başqa bir şey deyillər. Belə terminlərin irfan ədəbiyyatında çox şahidi oluruq. Bəzən qeybi və metafizik bir mətləbi açıqlamaq və arifin daha da mövzu ilə yaxından tanış olması və bu həqiqətlərlə əlaqə qurmasından ötrü istifadə olunur. Arif şəxs bu terminlər vasitəsi ilə qeyb almindən şühud aləminə, nəzəri və fikri cəhətdən, bu mətləblərin batini, qeyb və müşahidə aləminə müntəqil olur.
İbni Ərəbi özünün İnşaud-Dəvair yazır: Allah-taala əşyağarın əsl həqiqətini mənə göstərdiyinə və bu varlıq aləmində əşyaların nisbətləri və həqiqətlər arasındakı əlaqələrini kəşf etdirdiyinə görə bu varlıqlar arasındakı batini əlaqələri hiss olunacaq şəkillərə gətirdim ki, belə həqiqətləri dərk etməkdə bəsirət gözü olmayanlar üçün də düşünülmüş olsun.”[4]
2-İrfan aləmində nöqtənin mənası;
Belə rəmzi dilin nişanələrindən biri irfan alimlərinin öz terminlərində, əsərlərində və şerlərində “Nöqtə”  sözündən istifadələridir. “Xal” terminin bu aləmdə istifadə olunması də həmin “vəhdət nöqtəsindən” başqa bir ifadədir. Ayətullah Şəbstərinin Gülşəni raz kitabında bu terminin açıqlaması haqqında oxuyuruq:
“O üzü xal nöqtəsi əhatə edib,
Ki, O da bütün varlığın əsli və mərkəzəidir.[5]
Şerdə xaldan məqsəd, Allah-Taalanın həqiqi vəhdətidir. Mühitdən isə məqsəd bütün varlıq aləmidir. Beləliklə, həqiqi vəhdət, Allah-Taalanın zatı-pakından ayrılmaz bir hissədir və bütün varlıq aləminin əsli və mərkəzi sayılır. Başqa sözlə desək, məşuqun çöhrəsində olan vəhdətdir. Haqqın zatından ayrılması qeyri-mümkün olan bir cüzüdür. Ona görə də həqiqi vəhdət, varlığ aləminin mərkəzi və əsli sayılır. Vəhdət olan xal nöqtəsindən mülk və mələkut aləmindəki varlıq vücuda gəlir. Yəni, hər iki aləmin varlığı həqiqi ilahi vəhdətə əsasən vücuda gəlir. Həmçinin, varlıq aləminin mərkəzi və əsli olan həqiqi vəhdət iki aləmdə, insanın natiq nəfsi və zahiri qəlbində zahir olur. Bu cəhətdən deyilir ki, varlıq nöqtəsinin mərkəzi, insan qəlbinin və varlığının mərəkzi sayılan soydası,[6] Allah-Taalanın həqiqi vəhdətinin ayinəsidir. Şair yazır:
Bilmirəm Onun xalı qəlbmizin əksidir,
Va ya qəlb, O gözəl xalın əksidir?
Onun xalında qəlb vücuda gəlmiş!
Yaxud qəlbin əksi orda tapıldı!
Qəlb ondadır və ya o qəlbdədir?
Mənə bu müşkil iş məlum olmadı.[7]
Beləliklə, “Nöqtə” – Allah-Taalanın həqiqi vəhdətidir ki, əksi insanların qəlbində qoyulmuşdur. Ona görə də kamil insan mümkün varlıq aləmində mərkəz və əsl kimi tanıtdırılır. Çünki, kamil insan, Allah-taalanın həqiqi vəhdətinin yer üzündə yeganə xəlifəsidir.
 
 
3-“Mən ba hərfinin altındakı nöqtəyəm” – rəvayətinin mənası;
Bəzi rəvayətlərdə nöqtə termininin, ədədlər və həriflər elmi kimi qeyb aləminə işarə olaraq istifadə olunması gözə dəyir. Bunların ən maraqlısı isə Əmirəl-möminin Əlinin (əleyhissalam) buyurduğu rəvayətə oxuyuruq:
““Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirlər isə Bismilləhdədir. Və Bismilləhdə olan bütün sirlər Bismilləhdəki bə hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin (ə) belə buyurduğunu rəvayət etmişdir: Mən hərfinin altındakı nöqtəyəm.” [8]
Bu rəvayətdə belə bir məsələ işarə olunur ki, varlıq aləmində nə varsa Quranın həqiqətində cəmləşib. Bismillahir-Rəhmanir-Rəhimdə də bütun Quranı özündə cəmləşdirib.
İrfan aləmində nöqtə barəsində keçmiş mətləbləri və kamil insanın təkivini Quran[9] olması müqəddəməsi həmçinin, varlıq aləminin kamil insanın geniş surəti (çünki, insan kiçik varlıq aləmidir və varlıq aləmi isə böyük insandır)[10]  kimi cəhətləri də nəzərə almaqla O Həzrətin sözlərini belə başa düşmək olar: O kamil insan mənəm ki, qəlbim Allah-taalanın həqiqi vəhdətinin nöqtəsi və təkvini Quranın mərkəzi mənim qəlbimdədir. Çünki, O Həzrət Bismilləhir-Rəhmanir-Rəhimdəki ba hərfinin nöqtəsidir və Bismillahir-Rəhmanir-Rəhimdə də bütün Quranı özündə cəmləşdirib.
Ba hərifnin altındakı nöqtə haqqında demək lazımdır ki, ba altında olmaq əslində nazil məqamında olan qövsə işarədir. (başqa terminlə o məqamdan Məhəmədiyyə həqiqəti kimi ad aparılır)[11]
Seyyid Heydar Amuli nöqtə haqqında yazır:  Bu həqiqətin nöqtə adlandarılmasının əsəs səbəblərindən biri bu həqiqət varlıq aləmində ilk vücuddur. Özünün müəyyən olnumasına xatir digərlərinin də müəyyən olunmasına səbəb olur. Məslən, həmin nöqtə heç bir adı-sanı olmayan əlifi ba şəkilinə gətirir. Ba həmin əlifdir ki, bir nöqtə ilə müəyyən olunur və öz ba-lığını ələ gətirir. Əmirəl-möminin Əlinin (əleyhis-salam) buyurduğu “Mən ba hərfinin altındakı nöqtəyəm” – cümləsi həmin məsələyə işarədir.   Ba hərfinin nöqtəsi əlif hərfinin vücuda gəlməsinə səbəb olduğu kimi Əmirəl-möminin Əli də (əleyhissalam) o bir nöqtə kimi varlıq aləmində varlığın təyin olunmasının səbəbidir. Həmçinin, O Həzrətin digər bir buyurduğunda: “Əgər istəsəm Bismillahir-Rəhmanir-Rəhimin ba hərfinin mənasından yetmiş dəvənin yükü qədər kitabı əhatə edən məna açıqlayardım.”Həmçinin, Həzrət yenə buyurur: “Əgər istəsəm, Fatihətül-Kitab surəsinin təfsirində yetmiş dəvənin yükü qədər kitabı əhatə edən məna açıqlaram!” – hədisi də həmin nöqtəyə işarədir. Yenə də Əmirəl-mömininin (əleyhissalam) digər bir hədisdə buyurur: ”Elm, təkcə bir nöqtədir ki, nadanlar onu çoxaldıblar!” – hədisi də həmin mənadadır.  Həmin mənada olan kəlamı bir arifin dilindən belə oxuyuruq: “Varlıq, Bismillahir-Rəhmanir-Rəhimin ba hərfindən zühur edib.”[12]
Bu halda, dahi filosof və arif  Molla Sədranın nöqtənin həqiqəti haqqındakı bəzi fikirlərinə işarə edirik:
“Allah yolunda qədəm götrən xalis bəndənin ələ gətirdiyi məqamlardan biri də bəsirət gözü ilə varlığın müşahidə olunmasıdır. Daha dəqiq desək, bütün varlıq aləmini, Quranda Bismillər kəlməsinin ba hərfinin altındakı nöqtəsində müşahidə etməsidir. ....Bu halda, həmin xalis bəndə öz vücudu da Bismillah kəlməsinin ba hərfinin nöqtəsində müşahidə edəcək. Biz, Quran həriflərində qaralıq və qaranlıqdan başqa bir şey müşahidə etmirik. Çünki, zülmət və qaranlıq aləmindəyik. Hər şeyi maddə qələmi ilə görürük. Çünki, dərk edən və dərk olunmuş hər ikisi bir cinsdəndir. Göz ancaq rəngliləri görür. Hiss üzvləri ancaq hiss olunmuşları hiss edə bilir. Xəyal yalnız, xəyala gələnləri nəzərə ala bilir. Ağıl ancaq dərk olunanları dərk edə bilir. Həmçinin,, nur ancaq nur vasitəsi ilə dərk olunur. Beləliklə, metafizik aləmindən olan bütün varlıqlar nur olduqlarına görə onları yalnız, bəsirət gözü olanlar görə bilərlər. Quranda oxuyuruq: Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz." Və yaBu dünyada (Allahın dəlillərini, cüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!”  Deməli, biz başımızdakı gözün qarası ilə Qurandan yalnız, qara görürük. Bəs biz də, bu məcazi aləmdən və zülmkar əhlindən ayrılıb Allah və Onun Rəsuluna tərəf mühacirət etdik. Zahiri hisslərdən, xəyallardan, vahimələrdən və dərkdən ayırlıb öldük və bütün varlığımızla Allahın kalamında məhv olduq. Məhv olduqca isbata çatdıq və ölümdən isə təzə və əbədi həyata yetişdik. Ondan sonra daha Quranı qara görmürük. Bəlkə də, Qurandan hər nə görürüksə, sırf ağ və məhz nurdur.”[13]
Ədəd və qəribə elmlər haqqnıda daha çox məlumat ələ gətirməkdən ötrü aşağadakı mövzularda suallar müraciət edə bilərsiniz:
Sual: 1062 (saytda 1127)
Sual: 4272 (saytda: 4511)
 

[1] Şair Məsnəvi, Mənəvi, birici dəfrət səh.18
[2]Həsənzadə Amilinin nəqlinə əsasən, Sidrətil-Müntəha təfsiri, “Bismillahir-Rəhmanir-Rəmhimin” təfsinidə.
[3] Şeyx Bəhai, Əvvəlki nəqldən
[4] Mühiyəddin ibn Ərəbi, İnşaid-dəvair, səh.4; Leydən çapı,
[5] Şəbstəri, Şeyx Məhmud, Gülşəni raz, səh.74; intişarat SeyfƏlişah, 1378 şəmsi ili
[6] İnsan qəlbində olan qara (xal) nöqtə. Dəhxuda lüğəti
[7] Şəbstəri, Şeyx Məhmud, Gülşəni raz, səh.74; intişarat SeyfƏlişah, 1378 şəmsi ili
[8] Brucirdi, Seyyid Hüseyn, Siratul-müstəqim təfsiri, c.3; səh.118; Müəssiseyi Ənsaryan, Qum, 1416 h.q;  Fi şərhi Tövhids-Səduq ili qazi Səid Qummi, səh.32
[9] “Təkvini Quran və Tədvini Quran haqqında Əllamə Həsənzadənin əsərlərinə baxa bilərsiniz.
[10] Məhdi Rizvanipur, Üsul və  məbani təvil Quran imam Xumeyninin (rəh) nəzərində
[11] Müstənib, Seyyid Əhməd, Əl-Fitrə, c.1; səh.177;
[12] (Bu həqiqətə külli də deyilir) İlk vücudun meydana gəlməsi həmin nöqtədən başlayır. Daha sonra həmin nöqtəyə varlığ sözü nisbət verilib. Bu həmin ba hərfinin altındakı nöqtə kimidir. Əlifin vücuda gəlməsi həmin ba-nın altındakı nöqtətin təsirindəndir. Əslində əlif təkcə heç bir məna kəsb etmirdi və ba hərfinin nöqtəsi sayəsində ba adlandı. Ona görə də Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: ““Mən ba hərfinin altındakı nöqtəyəm” . Amuli. Seyyid Heydər, Nəqdin-nuqud, səh.695; Vizarət fərhəng amuzeş ali, birinci çap, 1368 h.q.
[13] Sədril-mütəllihin, Məfatehul-ğeyb, səh.21; Müəssiseyi təhqiqat fərhəngi
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    13107 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7943 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • 15 yaşa çatmadan öncə həddi buluğa çatmanın əlamətləri hansılardır?
    9669 Tklifin başlanması 2015/04/19
    Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir: Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi (cinsi övrətlərin üstündə ); Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda; (Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə) Oğlanlarda qəməri tarixi ...
  • Yerli cavanlar cəmiyyəti arasında, Allahı tanıma mövzusunu necə izah vermək olar?
    6725 Qədim kəlam 2012/04/18
    Etiqadi məsələlər silsiləsində, Allah tanıma mövzusu ən mühüm mövzulardandır ki, çox geniş məsələləri əhatə edir. Siz bu məsələləri təbliğ və izah etmək üçün, iki məsələyə riayət etməlisiniz. Birincisi budur ki, münasib və məntiqi müzakirələr seçsinlər. İkincisi budur ki, xitab olunanların elmi səviyyəsi və ruhiyyəsi dəqiq formada riayət olunmalıdır. Birinci ...
  • “Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
    7135 Nəzəri irfan 2012/02/18
    “Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının ...
  • Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
    16486 Təfsir 2011/11/19
    Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ...
  • Ислам дининдә дәјишән үнсүрләр вармы?
    8776 Təzə kəlam 2009/06/21
    Илаһи динләринпринсипләри ики гисимдән тәшкил олунуб: Бир гисми сабит үнсүр, диҝәри исә дәјишәндир. Илаһи динләрин дәјишмәз, сабит вә дүнјәви принсипләри һәмишәлик вә һәр заман олмушдур. Әслиндәинсанын
  • Öz iradəmizi necə gücləndirək?
    13703 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6726 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6838 آفرینش انسان و جهان 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167331 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165635 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120713 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115341 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113931 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95575 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55536 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47509 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46695 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...