Ətraflı axtarış
Baxanların
7867
İnternetə qoyma tarixi: 2011/06/12
Sualın xülasəsi
İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
Sual
Kafir və eyni zamanda təcavüzkar olmaqla yanaşı qatil olan bir şəxs müsəlman olarsa onun İslam dini baxımından keçmiş günahları bağışlanırmı? Əks halda onun əzabını görürmü?
Qısa cavab

Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.

Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.

Ətreaflı cavab

Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.[1]

Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.[2]

Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.

Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.

Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.[3]

Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.[4]

Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:

"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.[5]

Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.



[1] - Ənfal surəsi, ayə 38

[2] - Tərihi, Məcməul- bəhreyn, madde cəb, əssirətul- həlibə, cild 3, səh 105, bu hədis müxtəlif bəyanlarla nəql olunmuşdur. Bax Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 40, səh 230.

[3] - Bax: Mühəqqiq Həmədani, Misbahul- fəqiyə, zəkat kitabı, səh 17, Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul- kəlam, cild 17, səh 10

[4] - Bax: Məkarim Şirazi, Nasir, əl- qəvaidul fiqhiyyə, cild 2, səh 169- 183 (qaidətul- cobb)

[5] - Hüseyni, Corcani, Əbuol- fəth, təfsir şahi, cild 2, səh 96.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
    15616 Cürbəcür 2013/02/17
    Ömər bin Səd, İbn Vəqqasın oğlu idi. Ömərin atası, Peyğəmbərin (s) məşhur səhabələrindən[1], İslamın ilk qoşun başçılarından və ərəb əmirlərindən idi.[2] O ilk müsəlman olanlardan idi və Peyğəmbər (s)- in zamanında çoxlu döyüşlərdə iştiral etdi. Səd bin Əbi Vəqqas, Bəni Zöhrə ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8725 Nəzəri irfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Əgər bir şəxs təhqiq etmədən öz mərcəi təqlidini seçmişdirsə, indi onun vəzifəsi nədir?
    7158 Nizamlar hüquq və əhkam 2011/04/14
    İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2] Başqa sözlə desək, əgər bu yollarla ...
  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7328 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...
  • Arestotelin peyğəmbər olması.
    7107 تاريخ بزرگان 2011/09/11
    Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə ...
  • шиә етигадында виләјәти-фәгиһин һансы мәгамы вар?
    6396 Təzə kəlam 2009/11/10
    Шиә әгидәсинә ҝөрә гејбәт әсриндә вилајәти-фәгиһ мәсум Имамларын (ә) вилајәтинин давамыдыр. Онларын вилајәти, мәсум Имамларын (ә) вилајәтинин Пејғәмбәрин (с) вилајәтинин давамы олдуғу кимидир. ...
  • 12 yaşlı oğlan uşağı camaat namazında kişilər ilə bir cərgədə dura bilərmi?
    7226 Nizamlar hüquq və əhkam 2012/02/07
    Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1] Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
  • Din vahiddir yoxsa çoxlu?
    7217 Təzə kəlam 2011/02/14
    Əgər dindən məqsəd, Allah tərəfindən nazil olub və peyğəmbərlər (ə) vasitəsi ilə camaata çatdırılan əqaid, əxlaq və qanunlar toplusu olarsa, bu halda din vahid bir şeydir və dinlərin fərqi zaman və məkanların tələbinə əsasən fərdi və tayfa xüsusiyyətlərinə uyğun olaraq cüzi göstərişlərdə dəyişilir. Əgər dindən məqsəd, dünyadakı mövcud dinlər ...
  • Əgər namaz qılmayan bir şıxsin arxasınca danışılarsa qeybət sayılırmı?
    7981 Nizamlar hüquq və əhkam 2011/05/31
    Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid ...
  • Oynamağın haram olduğunu qeyd edən hədisləri sənədi ilə birlikdə yazın.
    13836 Nizamlar hüquq və əhkam 2011/03/10
    Sualı cavablandırmazdan öncə bir neçə girişə ehtiyac duyulur. Heç bir hədis kitabında elə bir hədis yoxdur ki, bir başa rəqs etməyi növü ilə birgə haram buyursun. Amma bunu da qeyd edək ki, hədisə istinad edərək ondan hər hansı bir şəri hökmü çıxarmaq və fətva vermək mərcəi- təqlidlərin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167448 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165671 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120753 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115370 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114046 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57264 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55576 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47548 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...