Please Wait
9263
Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Bu geniş və ümumi tanışlıqdan sonra biz dindən hər hansı bir nəticəni ala bilər və ya ona nisbət verə bilərik. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz. Bundan əlavə ayə və hədislərə müraciət etmədən heç bir nəticə ala bilmərik.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir. Bu yolla sübuta yetirilmiş nəzəriyyə Quranın və hədislərin yazılmamış (qeyri ləfzi, lobbi) qanununa çevrilir. Yəni ayə və hədis onun təsdiq möhrünü vurur.
3. Uzlaşma mövzusunda bəzi mənəvi temaları (qeyri maddi) sırf maddiyata aid olan temalarla qarışdırmaq olmaz. Çünki bunlar amil etibarı ilə olduqca fərqli mövzulardır.
4. Elmi kəşflərlə münasibətdə gərək bütün teoriyalar və nəzəriyyələr, həmçinin sübuta yetirilmiş və naqis mövzular arasında böyük fərqlər olduğunu qəbul etmək lazımdır. Çünki sübuta yetirilmiş nəzəriyyələrlə qanun şəklində istifadəyə verilmiş və sübuta yetməyən və naqis nəzəriyyələr qaunuda öz əksini tapmamışdır. Bundan əlavə daim infilasiya və dəyişməkdə olan qanunlar dini temalarla uzlaşmaya bilməz. deməli bütün elmi nəticələr gərək diqqətli olaq. Sübuta yetmiş və qanunlaşdırılmış nəzəriyyələri naqis
Orta əsirləri geridə qoyunca elm öz yolu ilə surətlə irəliləməyə başlayır. Bu zaman bir çox elmi nəzəriyyələr kilsənin və incilin inancları və onların təbliğatları ilə uyğun gəlmir.
Elə bu yerdən elmlə dinin uzlaşmaması və bir- birlərinə əks olması mövzusu irəli gəlir. Bu zaman surətlə rövnəq tapan və irəliləyən elm kilsənin nurunu söndürməyə başlayır.[1] Bəziləri belə bir ciddi məsələnin həlli üçün deyirlər:
"Dinin dili elmin dilindən və fəhmin əhatəsindən çox ucadır. Yəni əql və istedlal dini başa düşə bilməz".
"Kirkəquz kimi (keşiş və alim) şəxsiyyətlər isə belə düşünmürlər: "İnsanın fikri və zəkası kəşf edən bütün hər nə varsa iman və əqidə çərçivəsindən xaricdir."[2]
Dinin elmlə əks istiqamətdə qərarlaşması mövzusu xristian dininə və onların dinə xüsusi baxışlarından irəli gəlmişdir.[3] Bu mövzu İslam dininin dərinliklərindən xəbəri olmayan kəslər tərəfindən İslam dininə daxil edilmişdir.
Bu sualı dəqiq cavablandırmaq üçün gərək məsələyə iki prizmadan yaxınlaşaq. Birinci prizma müqəddəs İslam dininin bəyanları və sırf fikirləridir. İkinci prizma isə elmi kəşflərlə yanaşı elmin özüdür.
A). Dinin bəyanatları ilə əlaqədar
Bu mövzunu aydınlaşdırmaq üçün aşağıdakı qeydlərə və açıqlamalara diqqət yetirmək lazımdır:
1)- Dini mənbələrə (kitab və sünnət) müraciət etdikdə, ilk növbədə onun qeydlərinə və istisnalarına diqqət yetirmək lazımdır. Belə ki, ilkin surətdə əgər dinin bütün əmrləri ilə tanış olmasa və onun barəsində dəqiq tədqiqat aparılmasa din barəsində ümumi olaraq nəticə almaq olmaz. Çünki hər bir ümumi qanunlarda xüsusi qeydlər və istisnalar mövcuddur. Mövzunun daha da aydınlaşması üçün dini mətnlərdən misal gətiririk. Qurani kərim balı bütün insanlar üçün şəfa olaraq tanıtdırır.[4]
Əgər insanlar bundan belə başa düşsələr ki, bal bütün xəstəliklərin dərmanıdır və elm də eyni zamanda sübut etsə ki, məsələn bal filan xəstəlik üçün zərərlidir, bu yerdə belə deyiləcəkdir ki, elmlə din bir- birinin əksinə nəzər verirlər. Yəni "elmi kəşflər dini mətnlərin əksinədir" deyə belə nəticə alacaqlar. Amma şərif olan ayə demir ki, bal bütün dərdlər üçün şəfadır. Fəxri Razi bu ayənin barəsində və bu iradın bəyanında deyir: "Allah Taala demir ki,bal hər bir şəraitdə hər bir dərdi olan insan üçün şəfadır. Əksinə deyir "bal ümumiyyətlə faydalı və şəfabəxş bir nemətdir."[5]
Gərək bu mətləblərə diqqət olunsun və dini mənbələrdə qeyd olunmuş hər bir kəlamı ümumiliyə dəlalət etməsini iddia etməsin.
2)- Bəzi qərb təfəkkürünün əksinə olaraq İslam dini zəkaya və əqlə xüsusi vilayət əta edir. Belə ki, İslam dini əqli batinin rəsula adlandırır və aqil insanın ibadətin digər insanların ibadətindən üstün bilir. Yəni insanın ibadətinin belə fəzilətli olmasını onun ağıllı olması ilə əlaqələndirir.[6]
Bu misala diqqət yetirin:
Fərz edin sənədi rical elminə əsasən səhih bir hədisdə belə yazılmışdır. "Bir insanın xəstəliyi digər bir insana yoluxmur.[7] Amma elm sübut edir ki, bəzi xəstəliklər bütün insanlara yoluxa bilir. Belə bir halda heç bir əks təqdir nəzərdə tutulmur. Əksinə bu insan zəkasının elminin hasili olan kəşf və insanın labaratoriyada çəkdiyi zəhmətlərin nəticəsi ümumi deyilmiş. Hökmə qeyd və istisnadır. Belə deyirik ki, hədisin məqsədi bütün deyil, bəzi xəstəliklərdir.[8]
Ümumiyyətlə din və əqil, həmçinin din və elm arasında heç bir əks istiqamət yoxdur. Çünki bəzi dini təlimlər həm əqlidir həm də nəqli. Belə ki, bir çox dini məsələlər həm əql və həm də nəql yolu ilə həll olunur.
3)- Bəzən bəzi hədislərin əsas anlamı mənəvi təlimlərdən danışır. Bunu belə də başa düşmək lazımdır. Əgər bu hədis maddi baxışla açıqlasaq bu zaman elm və əqillə əks istiqamətlə özünə yer alacaqdır. Əlbəttə bunu da qeyd edək ki, hər bir mənəvi hədisdən maddi yönlü bəhrələnmək olar. Çünki mənəvi anlamların əsas amilləri maddiyatı da bəhrələndirə bilir. Məsələn: Hədisdə buyrulmuşdur ki, insanların günahı çoxalarsa zəlzələ baş verər. Amma elm sübut edir ki, zəlzələ təbiətdə bir sıra proseslərin baş verməsi və yerin qatında sıxlığın əmələ gəlməsindən baş verir. Belə olan halda elm və din bir- birlərinə zidd olan mövqedən çıxış edirlər. nəticədə belə deyirlər: Məsələ aydınlaşmadı. Zəlzələnin əsas amili nədir? İnsanın günahları yoxsa təbiətdə baş verən proseslər?
Bu yerdə hədisin məqsədi mənəvi anlamdır. Yəni zəlzələnin mənəvi səbəbi insanın etdiyi günah əməllərdir. Belə ki, bu yerdə təbii proseslərin baş verməsi yalnız surətdə vacib deyildir. Yəni zəlzələ bu proseslərin baş verməməsi nəticəsində də baş verə bilər. deməli mənəvi amillərlə maddi amillərin arasında fərq qoymaq lazımdır.
B). Elmi kəşflərlə dini mətinlərin rabitəsi:
Bu mövzununda aydınlaşması üçün bəzi mətləblərin qeydini zəruri bilirik:
1)- Elmi mübahisələr və disputlar zamanı sübuta yetmiş nəzəriyyələrlə naqis və öz həllini tapmamış nəzəriyyələrin arasında fərqin olması zəruridir. Çünki sübuta yetmiş v qanun şəklində istifadəyə verilmiş nəzəriyyələrin dinin əksinə olması mümkün deyildir.
Amma bunun əksinə olarsa elmi nəzəriyyənin dinlə uzlaşmaması və elmin əksinə olması mümkündür. Bunun da əsas səbəbi budur ki, naqis olan elmi nəzər hələ müdafiə olunmamış və nəzəriyyə halından qanun şəklinə düşməmişdir. Həmçinin mümkündür ki, bu nəzəriyyə qanuna nümunəvi digər bir elmi nəzəriyyə onun batilliyini sübut etsin. Bu səbəbdən belə elmi nəzərlərin dini mətnlərin əksinə olması mümkündür. Amma hər iki halda elmin heç bir şəri xitablarla müxalifəti yoxdur. Əgər belə naqis nəzəriyyələr özlərini doğrulayaraq qanun şəklində elmdə yer tutarsa və bu halda da dini mənlərlə əks istiqamətdə olarsa bunun həll yolunu tapmalıyıq. Çünki dinin elmlə heç bir müxalifətçiliyi yoxdur.
2)- Elm barəsində diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bəziləri elmin fəlsəfəsinin heç bir xarici həqiqəti olmadığını iddia edirlər.
Onların bəyanına əssən elm zehnin ifadə etdiyi nəzərlərdir ki, xariclə üst- üstə düşərsə öz üzgünlüyünü sübut edər və insanlar da onun həqiqətlərlə uyğun olduğunu qəbul edərlər. Məsələn: Darvinin təkamül nəzəriyyəsini buna misal vurmaq olar. Bu nəzəriyyəyə əsasən insanın meymundan əmələ gəlməsi sübut olunur. Əksinə nəzəriyyənin əsası belədir ki, "əgər insanın meymundan vücuda gəlməsini fərz etsək insan həyatında bizə qaranlıq qalan bəzi nöqtələr öz həllini tapmış olar". Bu gün ki, elmin fəlsəfəsini də belə nəzəriyyələrlə ibraz inqari deyirlər.[9]
Buna əsasən bəzi alimlər dinlə elmin arasında heç bir prodoksun olmamasını iddia edirlər.
Onlar belə nəticə alırlar ki, dinin dedikləri həqiqətin özüdür. Amma elmin söylədikləri zahiri əməllərin bəhrələnməsi üçün zehnin düzəltdiyi əfsanələrdir.
3)- Bəziləri isə belə deyirlər: Elmin və dinintəhlil və tədqiq yolları tamamı ilə fərqlidir. dinin və elmin prodoksal və bir- birinin əksinə olmasını o zaman iddia edə bilərik ki, hər iki sahə eyni bir mövzunu araşdırsın və onun barəsində tədqiqat aparılsın və müxtəlif nəticələr əldə edilsin. Məlum məsələdir ki, belə bir şeyin hələ ki, xarici vücudu yoxdur.
Ayan Barbur bu barədə deyir:
"Bu günkü, tədqiqatçılar elmə daha çox fəlsəfi baxışdan yanaşırlar. Yəni elmi nəzəriyyələrə daha çox fayda baxımından yanaşırlar. Həmçinin elmin əsli vəzifəsini təyin edir, onun barəsində uzaqgörənlik edir və onu öz əsarəti altına alırlar. Amma din fəlsəfəsini adətən "həyatın bir növ tövsiyəsi və qanunu bilərək onu, əxlaq usulları silsiləsinin nişanəsi kimi qəbul edirlər.[10]
Bu nəzəriyyənin müsbət cəhətlərinin olmasına baxmayaraq mənfi cəhəti də vardır. O da bundan ibarətdir ki, bu nəzəriyyədə din fəlsəfəsinin bir çox cəhətlərinin nəzərə alınmasıdır.
Nəzərə alnmayan cəhətlərin biri də təbii həqiqətlərdir. Hər bir müqəddəs kitabda, xüsusən də Quranda sözsüz ki, təbiət qanunlarından (külək, yağış, tufan və...) söhbət açılmışdır. Həmçinin bunu inkar etmək də mümkün deyildir. Amma bunu da qeyd edək ki, bəzi dini mətinlərdə gəlmiş mövzuları inkar edə bilmərik. Hansı ki, bu mətinlərin mövzuları elmlə uyğunlaşmır. Düzdür ki, din İlahi qanunları möhkəmlətmək üçün gəlmişdir və ya gündəlik yaşayış qanunlarının tövsiyəsi üçündür. Amma bu din bəzən aləm və təbiət barəsində bir çox qeydlərə işarə edir ki, bu qeydlər elmi nəzəriyyələr ilə uyğunlaşmır. Bunun üzündə çıxış yolu fikirləşmək lazımdır.[11]
Məqalənin sonunda bunu da qeyd edək ki, müqəddəs İslam dini nəin ki, elm və kəşflərlə müxalif cəbhədə özünə mövqe tutmuşdur. Əksinə özü böyük bir elmi möcüzələrlə dolu ensiklopediyadır. Belə ki, Qurani kərim öz zamanında elə bir elmi mövzulara toxunmuşdur ki, yüz illər sonra elm ona yol tapa bilmişdir. Misal üçün mübarək Ənam surəsinin 125- ci ayəsində Allah Taala yolun azmış şəxslərin sinələrinin daralacağı haqqında buyurmuşdur: "Onun ürəyini göyə qalxan bir şəxs kimi daraldıb sıxıntıya slar".[12] 17- ci əsrə kimi alimlərin hava haqqında nəzərləri bu idi ki, havanın he bir çəkisi yoxdur. Çəkisi olmayan bir şey heç vaxt nəyisə sıxa bilməz. Amma 1643- cü ilə də Turiçeli hava ölçən bir aparat kəşf edir. Bundan sonra yenidən sübut etdilər ki, havanın sıxmaq qüdrəti vardır. Yüz illər sonra havanın yer üzərində sıxıntısı nəticəsində insan bədənində qan təzyiqinin tənzimlənməsi prossesini də sübut edirlər.[13]
Elmin gec- gündüz surətlə inkişaf etməsinə baxmayaraq yuxarıdakı qeydlərimizdən məlum olur ki, müqəddəs İslam dininin sübuta yetirilmiş heç bir elmlə əks mövqe tutmamışdır. Bununla yanaşı Qurani kərim bütün sübuta yetirilmiş elmləri Allahın möcüzəsi kimi təsdiq edir. Bundan əlavə müqəddəs İslam dinin də elmi təcrübələri rədd edən bir dənə də olsun ayə və hədisimiz yoxdur.[14]
Daha çox məlumat əldə etmək üçün bu göstəricilərə müraciət edin:
1. Elm və dinin müqayisəsi, sual 210
2. İslam və əql sual 987.
[1] - Məbaniye kəlamiye ictihad, Hadəvi Tehrani, səh 313.
[2] - Yenə də ora, səh 315.
[3] - Yenə də ora, səh 315.
[4] - Şəfa lil nas, Nəhl surəsi, ayə 69.
«شفاء للناس»
[5] - Kəbir təfsiri, səfinət- əl- bihar ayəsinin təfsiri barəsində. Cild 3, səh 473
[6] - Səfinə- əl- bihar, cild 3, səh 541.
[7] - Təlxisi miqbas- əl hidayə, Əli Əkbər Qaffari, səh 48.
[8] - Üsul elmində bir qayda var ki, mümkün bir ayə və ya hədis həm ümumiliyə dəlalət etsin həm də bu ümumilikdə bəzi insanlar istisna edilsin. Məsələn: Əgər deyilsə ki, bütün qoşunlara ehsan ver. Amma kafirlərdən başqa. Biz ilk baxışdan ümumi olaraq bütün qonşulara ehsan vermək istədiyimiz halda, ikinci cümləyə diqqət yetirsək, kafir olan qonşularımıza ehsan verməməliyik. Çünki, kafir qonşular bu əmrdə istisna olunmuşlar.
[9] - Cavadi Möhsin və Əmini Əli Rza, İslam maarifi, cild 2, səh 40.
[10] - Ayan Barbur, elm və din, 153- 155- ci səhifələr. İslam maarifinə istinad edərək, cild 2, səh 43.
[11] - Əmini Əli Rza Cavadi Möhsin, İslam maarifi, ikinci cild 43.
[12] - Qurani kərimin məlum ayəsi barədə qədim zamanlardan indiyədək müxtəlif təfsirlər qədim zamanlardan indiyədək müxtəlif təfsirlər irəli sürülsə də, onun atmosfer boyu yuxarı qalxdıqca, havanın azalmasına və orada tənəffüsün çətinləşməsinə işar etməsi inkaredilməzdir. İlahi sirlər. İlqar İsmailzadə.
[13] - Ulumi Qurani, Məhəmməd Hadi Mərifət, səh 425.
[14] - Elm və din mövzusuna istinad edərək Cavadi Amuli, 84/12/. Təfsir dərsindən.