Ətraflı axtarış
Baxanların
20818
İnternetə qoyma tarixi: 2011/10/30
Sualın xülasəsi
Nisa surəsinin 34- cü ayəsindəki “və izribuhunnə” «وَ اضرِبُوهُنَّ» cümləsinin düzgün tərcüməsi “qadının yaşamaq üçün ruhlandırmaq və həvəsləndirmək”- dir yaxud “qadını döymək və tənbih etmək” deməkdir?
Sual
Qurani- Kərimin Nisa surəsinin 34- cü ayəsində belə buyurulur:
«الرِّجَالُ قَوَّمُونَ عَلى النِّساءِ بِمَا فَضلَ اللَّهُ بَعْضهُمْ عَلى بَعْضٍ وَ بِمَا أَنفَقُوا مِنْ أَمْوَلِهِمْ فـَالصلِحَت قَنِتَتٌ حَفِظتٌ لِّلْغَیْبِ بِمَا حَفِظ اللَّهُ وَ الَّتى تخَافُونَ نُشوزَهُنَّ فَعِظوهُنَّ وَ اهـْجـُرُوهُنَّ فى الْمَضاجِع وَ اضرِبُوهُنَّ فَإِنْ أَطعْنَکمْ فَلا تَبْغُوا عَلَیهِنَّ سبِیلاً إِنَّ اللَّهَ کانَ عَلِیًّا کبِیراً»
Tərcümə:
“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri saxlayırlar. Öz başnalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
İzah:
Əvvəla bu ayənin ümumi insanlara xitab etmədiyinə diqqət etmək lazımdır. Həmçinin ər- arvadlarla məhduddur. Həmçinin o cütlərlə məhduddur ki, xüsusi məsələləri zina barəsində varlarıdır. Əlbəttə başlanğıcda ayə ümumidir. (Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir.)
«الرِّجَالُ قَوَّمُونَ عَلى النِّساءِ بِمَا فَضلَ اللَّهُ بَعْضهُمْ عَلى بَعْضٍ وَ بِمَا أَنفَقُوا مِنْ أَمْوَلِهِمْ فـَالصلِحَت قَنِتَتٌ حَفِظتٌ لِّلْغَیْبِ بِمَا حَفِظ اللَّهُ»
Burada (qəyyum) o mənadadır ki, digər şəxsin əmrinə hazır olmaq məsuliyyətidir. (Qəvam) və həmçinin (qyam) sözləri həmin hazır (qiyamda) olmada mübaliğədir. Bəs ayənin əvvəlində kişiləri qadınlar qarşısında məsuliyyətinin olmasını yada salır. İşlərdə bu hazırlıq (qiyam) o cümlədən qadınların cəmiyyətdə mali işlərinə də aitdir və qadınları öz həyat yoldaşları ilə uyğunluqa və ailə sirlərini qorumağa çağırır (Əmli saleh qadın).
Onun ardınca belə buyurulur:
«وَ الَّتى تخَافُونَ نُشوزَهُنَّ فَعِظوهُنَّ وَ اهـْجـُرُوهُنَّ فى الْمَضاجِع وَ اضرِبُوهُنَّ فَإِنْ أَطعْنَکمْ فَلا تَبْغُوا عَلَیهِنَّ سبِیلاً إِنَّ اللَّهَ کانَ عَلِیًّا کبِیراً»
(Öz başnalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür! )
Burada o qrup kişilərə müraciət edir ki, onların ürəklərində qadınlarının zina etmə yolunda azmasından qorxuları vardır. Bu ayədə “Nuşəvzə” sözü “nəşəzə“ kəlməsindən götürülmüş əsl mənası (hündür yer)- dir. Yəni yerdə nahamarlıq. İnsan üçün bu itaətsizlik və yoldaşlıq etməmək mənasında işlədilir ki, bir cütlük (ailə) barəsində həyatlarında bir- birlərini başa düşməmə, razılıq verməmə və cinsi istəklər barəsində bir- biri ilə yoldaşlıq etməmə başa düşülür. (Fəizuhunnə) kəlməsində ərəb qramatikası ilə təfri“fa”- sı işlədilmişdir və nəsihəti itaətsizliyin nəticəsindən qorxu kimi vermişdir. Nəinki itaətsizliyin özündən qorxu.
İtaətsizlikdən qorxu da həmçinin Quranın qadına ədəbsizliyi onun zatı bilmir və hər zaman qadın zina ilə əlaqədar ədəbsizlik edərsə, onu xəstəlik (təsadüf) hesab edir.
Bəs qorxu ayəsinin əsas mənası ailə əsasının süstləşməsidir. Həqiqətdə, bu ayə o kişi haqqındadır ki, ailə barəsində məsuliyyətsizlik və bağlılığın olması və ya cinsi əlaqə barəsində həyat yoldaşına meyilsizliyi izhar edir ki, müştərək həyatlarının davam etdirilməsi üçün qorxuya düçar olurlar. Mütləq belə zina əlaqələrinin ən yaxşı həlli qadının uyğunsuzluğu və kişinin qorxusu tərəfdən ayrılıq olacaqdır. Belə qeyri- sağlam əlaqənin yaxşılaşması və qorxunun dəf edilməsi üçün kişidən qadını ilə ilk başda danışığa getməyi tövsiyə edir. Aydındır ki, bu dialoqda bəzi qeyri- sağlam əlaqənin həqiqətləri tərəflərə aydın olacaqdır. Əgər psixoloji, fzioloji və ya maddi problemlər olarsa, bu dialoq vasitəsilə həll olunacaq Yaxud da onların aradan qaldırılması üçün qərarlar alınacaqdır. Bu dialoqda qadının öz əri ilə bu həyatı davam etdirib, etdirməyəcəyi anlaşılacaqdır. Əgər birgə yaşayışa meyli olmazsa, ayrılacaqlar. Bu ayə elə bu ayrılmanı öncədən qabağın almaq üçündür. Amma əgər qadın öz ərinə və ailəsinə meyl və əlaqə izhar edər və ailənin qorunması üçün israr edərsə, lakin bu evlilkdə istəksizlik nümayiş etdirərsə, dəqiq xəstəlik mövcud olur. Bu ayədə qadının itaətsizliyi birbaşa şəkildə məzəmmət və pislənməmişdir və İlahi cəzalar nəzərdə tutulmamışdır. Bu öncədən xəstəliyin mövcudluğunun görülməsinə dəlildir.
Amma ayənin əvvəlində ərə xəbərdarlıq edilir və onu kişi kimi qadın qarşısında məsuliyyətini yerinə yetirməyə mükəlləf etmişdir. Deməli ərin xəstə qadını tərk etməsinə icazə vermir. Elə buna görə Quran digər mərhələni məsləhət görür və bu başlanğıcı ərin tərəfindən həyat yoldaşı ilə yatağın ayrılmasına əmr edir. Bununla özlərinə etibar hissini yaratmaqla qorxuya hakim ola bilərlər. Digər tərəfdən bu nisbi və müvəqqəti ayrılıq qadının əri ilə həyatlarının davam etdirməsinə və cinsi meyillik yaranmasına səbəb ola bilər. Bu mərhələ də cavab vermədiyi halda, üçüncü həlli yoluna icazə verir. (və izribuhunnə). Bu həll yuxarıda verilən izahatlarla əlaqədardır. Ruhi xəstliklər (mazoxizm və mazoşizm) cəmiyyətdə, xüsusilə evli qadınlar arasında yayılmışdır.
Deyildiyi kimi ayənin bu hissəsi cəmiyyətin məhdud təbəqəsinə şamil edilir:
A) O cütlərə aiddir ki, problemləri vardır, yəni bütün qadın və kişiləri əhatə etmir.
B) O cütlərə aid edilir ki, burada qadın özünü bu ailənin gedişi ilə həmahəng hesab etmir. (etiraz edir). Yəni yenə də problemli cütlərin hamısını əhatə etmir.
C) Deməli bu ayə qadını xəstə olan kişilərə aid edilir və bu xəstlik ucbatından ailə əlaqəsində uyğunsuzluq göstərir:
1- Ya ər ədəbsizlikdən çəkinir amma ailənin mövcud qeyri- sağlam vəziyyəti qarşısında acizdir.
2- yaxud öz və həyat yoldaşının hüquqlarına ədəbsizlik (kobudluq) və təcavüzə əl atmaqla mövcud ailəsinin yaxşılıq və nizamlanmasına məcbur olur.
Amma Qurani Kərim bir çox ayələrdə kobudluğu qadağan etmişdir. Bu ayədə belə buyurur: zorakılıq etməyin. Zorakılıq kobudluqdan olduğundan buradan zülm başa düşülür. (6) Bunu da qadağan etmişdir. Quranın baxışına əsasən qadın da kişi də haqla birlikdə olmalıdırlar. Deməli rəftarları zərərsiz olmalıdır: ziyan verməməli və ziyan görməməlidirlər. Fayda verməli və fayda görməlidirlər. Deməli, əgər Quran ümumi əsl yol göstərmələrə zidd yol göstərərsə ziddiyyət yaranacaqdır. Yenə də haqdan savayı təklif olmadığından, kişiyə haqq olmayan əmr verilmir ki, ona ziyan yetirsun. (6) Buna görə kişiyə qadını cəzalandırmağa icazə vermir. Qadının hüquqlarına təcavüz etməyə icazə vermir. O öz vəzifəsini bilir ki, qadının hüquqlarına riayət etməli və bu hüquqları müdafiə etməlidir. (kişilə qadınlar üzərində ixtiyar sahibidirlər.)
“Zərb” sözü Qurani- kərimdə müxtəlif mənalarda işlədilmişdir:
«اضْرِب بِّعَصَاکَ الْحَجَرَ»
“Musaya xitab edərək, buyurur: Əsanı daşa vur!”,
«ضَرَبْتُمْ فِی الأَرْضِ»
“Yer dəyişmə, səfərə çıxma”,
«ضَرَبْتُمْ فِی سَبِیلِ اللّهِ»
“Allah yolunda qədəm qoymaq”,
«ضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ»
“Zillət möhrü onlara vurulmuşdur” və
«کَذَلِکَ یَضْرِبُ اللّهُ الأَمْثَالَ»
“Misal çəkmək” mənalarında işlədilmişdir.
Amma iki ayədə ruhlandırmaq mənasındadır: Bəqərə surəsi ayə 72. Deməli bir kəsin qətlini gizlətmək istəyirdilər, buyurur: inəyin sümüyünü ölüyə vurun! Belə etdiklərindən , Allah ölünü diriltdi. Bu ayədə “zərb” İnfal surəsinin 50- ci ayəsində olan vurmaq mənasında deyil. Bu ruh vermək işi yenidən həyat vermək mənasındadır. Nisa surəsinin 34- cü ayəsi də belədir. Quranda zərb” sözü on dörd mənada işlədilmişdir.
Buradan anlaşılır ki, “zərb” müəyyən hədəfə çatmaq üçün bir əməldir. İndi bu ayədəki onları vurununun nə demək olduğunu anlamaq lazımdır. Məlum olduğu kimi burada məqsəd qadının həyatdan ləzzət alması və istəyə gətirilməsidir. (qadının və kişinin hüquqlarına hörmətlə birlikdə). Əgər burada məqsəd qadını döymək və cəza verməkdirsə, həm qadının hüquqları taptalanmış olur həm də kişinin. Bu da Quranın qaydalarına ziddir. Deməli burada “və izribunnə” cümləsində məqsəd qadının həyata meylinin və ləzzətinin yaranması üçün hərəkət vermək deməkdir. Burada hərəkət vermək mənasında olduğundan, kobudluq öz adi mənasını itirir. Bir növ şövqə gətirmək fənni və şövqə gəlmək mənasını verir və müştərək və cinsi həyatda xoşbəxtlikyi hər iki tərəf üçün təkmilləşdirir.
Daha sonra buyurur: Sizə itaət etdikdə isə onlara zülm etməyin! Yəni itaətsizlik bərtərəf olduqdan sonra ər hərəkəti davam etdirməməlidir. Yoxsa bundan sonra əsl hədəfdən xaric olar və kobudluqla əvəz olar. Kobudluqun hədəfi azltma, təhqir və dağıtma olduğundan, bu iş qadın və kişinin haqlarının ziddinədir. Onu qadağan etmişdir. Bəs ailə mühitində və yataqda kobudluq eşq və məhəbbətin izhar olunması ilə olmalıdır. Əgər belə olarsa iki tərəf tam ləzzət alacaqdır. Haqla məhkəmlənirlər. Güc özünə yer tapmır və kobudluq tamamilə aradan gedir.
Bu bir ayənin düzgün təfsiridir?
Qısa cavab

Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.

Ətreaflı cavab

“Və izrubunnə” cümləsi (nisa surəsi, ayə 34) haqqında tərcümə və ya təfsirlərdə “ruhlandırmaq” ya “şövqə gətirmək” mənasında olması barəsində heç bir sənəd və tərcümə yoxdur. Deyilən sözlər və şahidlər bunun əksini göstərir:

1.             “Zərb” sözü ərəb dilində vurmaq mənasındadır.

Bu sözün əsas və ilk mənası fiziki vurmaqdır. Bəlkə şərait və qərinələrin mövcud olması ilə digər mənalar kəsb edə bilər. Məsələn:

«کذلک یضرب الله الامثال»

“Allah belə misallar çəkir” [1] ayəsində “misal” qərinəsi ilə başa düşülür ki, məqsəd misal çəkmək və ya misal vurmaqdır. Fiziki vurmaq deyil. Məsələn:

«ضربت علیهم الذلة»

“Onlara zillət damğası vurulmuşdur”[2] ayəsində zillət sözü möhr vurmağın qərinəsidir. Digər nümunələr də bunlar kimidir.

2.             “Və izribunnə” cümləsində fiziki vurmağın olmamasına dair aşkar qərinə yoxdur.

Amma sizin qeyd etdiyiniz məqam və tərtibə riayət qərinəsi, qeyd etmək lazımdır ki, aldığınız nəticə əsas mənaya ziddir. Əgər “ruhlandırmaq və şövqə gətirmək” sözlə olarsa, eşq və məhəbbətin söylənməsi ilə baş verərsə, bu “Fəizuhunnə” sözündə işlədilmişdir. Bundan sonra ki, bu metod və həmçinin növbəti mərhələ ki, yataq yerinin ayrılması idi, cavab verilməlidir ki, ona yenidən qayıtmağın mənası yoxdur.

Əgər “ruhlandırmaq və şövqə gətirmək” qeyri- kəlami yolla məsələn: hədiyyə verməklə və bunun kimi işlərlə olarsa, bu da tərtibə riayətə ziddir. Çünki yatağın ayrılmasından sonra ki, bu bir növ kobudluqdur, hədiyyə vermək və ya digər bunun kimi işlər əbəs iş olacaqdır.

3.             Bədəni tənbih burada- fiqhdə deyildiyi kimi mülayim və yavaş olmalıdır ki, yaralanma və sınmaya nə də bədənin göyərməsinə [3] səbəb olmasın.

Çünki bədəni tənbihdə məqsəd ailə əlaqələrinin davamı və ailə əlaqələrinin isti saxlanmasıdır. Amma bu o demək deyil ki, vurmaq qadının həyata meylə gətirmək mənasındadır.

4.             Quran baxımından zülm, sitəm və təcavüz qadağan edilmişdir. Amma hər kobudluq zülm deyil.

Məsələn: haqqın müdafiyəsi üçün müharibə və qan tökmək [4] kobudluqdur, amma zülm deyil. Buna görə zülmü qadağan edən ayələrdən burada istifadə etmək olmaz ki, hər kobudluq zülmdür.

5.             Quran “və izribunnə” cümləsinin və həmin nəticə ki, itaətdir, bunların ardınca buyurur: “qadınlara zorakılıq göstərməyin” ayənin bu hissəsindən o nəticəyə gəlmək düzgün deyil ki, Qurana görə bədəni tənbih heç bir vəchlə caiz deyil və “və izribunnə”- də məqsəd fiziki vurmaq deyil.

Burada məqsəd nəticənin hasilindən sonra həddinizi aşmayın və bu işi davam etdirməyin ki, bu halda qadına zülm etmiş olarsınız.

6.             Qeyd edildiyi kimi bu ayə xəstəliyin müalicə olunması üçündür.

Psixoloqlar inanırlar ki, bu gün bir çox qadın mazoşizm (əziyyət istəyi) xəstəliyinə tutulmuşdur. Əgər bu hal onlarda şiddətlənərsə yeganə çıxış yolu müxtəsər fiziki tənbihdir. [5]

Bu Quranın möcüzələrindən biridir ki, bu xəstəliyin şiddətli və zəif olması ilə əlaqədar mərhələlər riayət edilmişdir. İbtida söz və nəsihət şəkilində, daha sonra xəstəlik şiddətlənərsə və nəsihət cavab verməzsə, bir növ küskünlük və etinasızlıq, daha çox şiddət halında müxtəsər bədəni tənbihi məsləhət görmüşdür. Baxmayaraq ki, əgər fəəzribunnədə məqsəd bədəni müxtəsər tənbih deyilsə, bu xəstəlik özünün ən yüksək və şiddətli vəziyyətində müalicə olnmadı.

7.             Əgər bu növ davranış kobudluq olması dəlili ilə qəbul edilmirsə, necə “yataqınızı ayırın” bir növ kobudluq olduğu halda və əvvəlki mərhələdədir, qəbul etdiniz?

Özünüz qeyd etdiniz ki, yatağın ayrılması kişidə özünə etimadın yaranması və yaranmış vəziyyətdə qorxuya hakim olmasına görədir. Mütləq bədəni tənbih də bu hədəfin təmin edilməsi üçün diqqət mərkəzində olacaqdır.



[1] - Rəd surəsi, ayə 17.

[2] - Ali- İmran surəsi, ayə 112.

[3] - Təfsire nümunə, cild 3, səh 415.

[4] - Tövbə surəsi ayə 36. “Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun!

«قاتلوا المشرکین کافة کما یقاتلونکم کافة»

[5] - Təfsire nümunə, cild 4, səh 415.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...