Ətraflı axtarış
Baxanların
11915
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
Sual
Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
Qısa cavab

Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. Buna əsasən, məsxərə etməyin mənası başqalarını ələ salmaq və rişxənd etməkdir. Məsxərə və istehza etmək ayrı-ayrı insanlara, yaxud hər hansı bir dəstəyə aid ola bilər, eləcə də dini və əxlaqi dəyərlərə, milli adət-ənənələrə, mədəniyyətlərə də yönələ bilər.

Əgər karikatura da istehza və məsxərə hədəfi ilə çəkilərsə, yəni müəyyən şəxslərin eyibləri göstərmək, müəyyən tayfa və ya qəbiləni təhqir etmək və s. məqsədi ilə olarsa, özünə məsxərə ünvanı alacaqdır və təbiidir ki, əql və şəriət nəzərindən bu iş caiz (rəva) deyildir. Amma əgər ümumxalq təfəkkürünə xidmət istiqamətində olarsa, belə ki, ictimai zəiflikləri aşkar etmək, cəmiyyətin və insanların problemlərini bəyan etmək məqsədi daşıyarsa, aydındır ki, ona məsxərə ünvanı aid edilməz, əksinə bu, incəsənət əhli tərəfindən ictimai-siyasi və iqtisadi çətinliklərin, ayrı-seçkiliklərin, ədalətsizliklərin, bərabərsizliklərin və s. kimi problemlərin əlaqədar məsul və vəzifəli adamlara xatırlatmaqdan ibarət olan bir vəzifədən ibarətdir.

Ətreaflı cavab

Bu məqalədə dini təlimlər əsasında əvvəlcə düzgün olmayan əxlaq üslublarından biri sayılan məsxərə və istehzanın səbəblərini, amillərini və onun nəticələrini qısa şəkildə araşdırır, sonra mövzunun davamında karikaturanın da məsxrənin nümunəsi sayıldığını, yoxsa bu mövzudan istisna olunduğunu bəyan edəcəyik. Bu məqsədlə əvvəlcə məsxərə və istehzanın mənasını bəyan edirik.

Birinci hissə

a) Məsxərə və istehza məfhumlarının bəyanı

Əksər lüğət alimləri və Quran müfəssirləri istehza kəlməsinin məsxərə ilə eyni mənada olduğunu demişlər. Bu kəlmələrin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqamını, şəxsiyyətini, şənini aşağı gətirsinlər.[1] Habelə dini təlimlərin, insani prinsip və əsasların dəyərsiz qələmə verilməsi, onlara rişxənd edilməsi kimi məqsəd də daşıya bilər.

Kökü “yəsxər”dən ibarət olan “suxriyyə” (məsxərə sözü də bu kökdən alınıb) kəlməsi istehza mənasınadır. İstehza da o şeydir (və ya işdir) ki, insan onu deməklə və ya əncam verməklə başqa bir şəxsi təhqir edir, xar hesab edir; yaxud belə bir şeyi dili ilə deyir və ya bu məqsədlə işarə edir, yaxud da başqalarının əməllərini yamsılayır, tamaşaçılar və eşidənlər təbii olaraq o sözdən, işarədən və ya yamsılamadan gülürlər.[2]

Bu iki məna Qurandan da əldə edilə bilər. Aşağıdakı ayələrə diqqət yetirin:

يا أَيهَا الّذينَ آمَنُوا لا يسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسي أَنْ يکُونُوا خَيرًا مِنْهُمْ وَ لا نِساءٌ مِنْ نِساءٍ عَسي أَنْ يکُنّ خَيرًا مِنْهُنّ وَ لا تَلْمِزُوا أَنْفُسَکُمْ وَ لا تَنابَزُوا بِاْلأَلْقابِ...

“Ey iman gətirənlər! Sizdən (kişilərdən) bir qrupu başqa qrupunu məxsərə etməsin; ola bilsin ki, məsxərə olunanlar onların özündən daha yaxşıdır. Habelə, qadınlardan bir qrupu başqasını məsxərə etməsin, ola bilsin ki, məsxərə olunanlar onlardan yaxşı ola bilər. Bir-birinizin eybinizi axtarmayın, bir-birinizə çirkin ləqəblər qoymayın...”[3]

İkinci ayə:

قُلْ أَ بِاللّهِ وَ آياتِهِ وَ رَسُولِهِ کُنْتُمْ تَسْتَهْزِؤُنَ

“De: Allahı, Onun ayələrini və peyğəmbərlərini məsxərə (istehza) edirsinizmi?!”[4]

Məsxərənin növləri

Sair başqa şeylər kimi, məsxərənin də müxtəlif növləri vardır. Bu əməl bəzən bir şəxs barəsində satirik və yumor cümlələri şəkilində yazılmaqla, bəzən bir kəsə çirkin və yaramaz ləqəblərin aid edilməsi ilə, yaxud məqalə ilə; bəzən də karikatura çəkməklə, bəzi vaxtlar isə müxtəlif xalqların və millətlərin danışıqlarını, ləhcələrini başqalarına göstərmək üçün və yamsılamaqla baş verir. Bu işlər adətən, yazılı informasiya vasitələrindən, o cümlədən qəzet, jurnal, habelə radio-televiziya vasitəsilə başqalarına nəql olunur.

Qeyd olunduğu kimi, istehza və məsxərə bəzi hallarda dillə, bəzi hallarda isə əməllə baş verir. O cümlədən işarə etmək, kinayəli şəkildə və tərizlə demək (adını demədən hamının başa düşəcəyi və tanıyacağı şəkildə demək), danışıq və rəftarı yamsılamaq. Belə ki, tamaşaçılar və ya eşidənlər təbii olaraq o sözdən, işarədən və ya yamsılamadan gülmüş olsunlar. Əlbəttə, Quran ifadələrində məsxərə mövzusu ilə əlaqəli olan digər kəlmələr də işlənmişdir. O cümlədən “hüməzə”, “lüməzə”, “tənabüz”. Burada onların hamısını araşdırmağa ehtiyac macal yoxdur və Quran təfsirlərinə müraciət etmək olar.[5]

Məsxərənin məqsəd və kökləri

Quran nəzərindən sair yaramaz rəftarlar kimi məsxərə və istehzanın da müxtəlif kökləri, amilləri vardır. Burada onların bəzilərinə işarə edirik:

1. Özünü hamıdan yüksəkdə görmək – xudbinlik

Özünü başqalarından və ya mənsub olduğu tayfanın başqa tayfa, millət və xalqdan üstün olmasını hesab etmək ayrı-ayrı insanların, qövmlərin, millətlərin və xalqların istehza olunmasının köklərindən biridir. Digər xalqların mədəniyyət, irq və sair kimi işlərinə yönəlmiş olan satiralar bu qəbildəndir. Quranda buyurulur: “Sizin kişilərinizdən bir qrupu başqa qrupu istehza etməsin; ola bilsin ki, istehza olunanlar onların özlərindən daha yaxşıdırlar.”[6]

“Bəlkə onlar daha yaxşı olarlar” cümləsindən məlum olur ki, istehza və məsxərənin mənşəyi insanın özünü hamıdan üstün bilməsindən, təkəbbür və qürrələnmə hissindən ibarətdir.[7]

2. Dünya malına düşkünlük və dünyanı əsas mehvər və hədəf qərar vermək

Dini mətnlərdə kafirlərin dünyaya məftun və bağlı olması möminləri məsxərə etmələrinin əsas amillərindən biri kimi təqdim olunur: “Dünya həyatı kafirlər üçün zinətləndirildi, buna görə də (bəzən yoxsul olan) imanlı şəxsləri məsxərə edirlər, halbuki qiyamətdə təqva sahibləri ən yüksək məqamdadırlar (çünki orada həqiqi dəyərlər aşkar olaraq, əyani şəkildə büruz edəcəkdir). Allah hər kəs istəsə, hesabsız-kitabsız ruzi verər.”[8]

Camaatın çoxu istehza və məsxərənin dünya və axirətdə törədəcəyi acınacaqlı təsirləri və onun hökmünü bilmədiklərinə görə, sadəcə başlarını qatmaq üçün bu işləri görürlər. Halbuki rəvayətlərdə məsələnin hökmü barədə cəhalət və bilməməzlik məzəmmət olunmuş, onun ağır aqibəti barəsində dəfələrlə xəbərdarlıq edilmişdir. İmam Əli (əleyhis-salam) bu barədə buyurulur:

أَسْوَأُ السُّقْمِ اَلْجَهْلُ

“Ən pis xəstəlik – cəhalət və nadanlıqdır.”[9]

4. Günaha qurşanmaq

İstehzanın köklərindən biri də insanın günaha çulğalanması, aludə işlərə qurşanmasıdır. Günah insanın qəlbini qaraldır, onun mənəvi dəyərlərdən qaçmasına səbəb olur. Buna görə də ilahi ayələrlə qarşılaşan zaman onları istehza edir və məsxərəyə qoyurlar. Qurani-kərim bu kimi insanlar barəsində buyurur: “Yaranmaz (günah) işlərə ən pis şəkildə qurşanan şəxslərin axır-aqibəti bu oldu ki, Allahın ayələrini təkzib və məsxərə etdilər.”[10]

İstehza və məsxərənin çirkin təsirləri

İstehza və məsxərənin, habelə ayrı-ayrı insanlara yaramaz sözlər deməyin, eyiblərini axtarmağın, camaatın sirrini faş etməyin çirkinliyi, qəbahəti və haramlığı danılmaz bir məsələdir, istər kütləvi informasiya vasitələri ilə olsun, istərsə də camaat arasında və digər ictimai əlaqələrdə. Onun informasiya vasitələrində yayılmasının qəbahət və haramlığı daha artıqdır. Çünki onun törətdiyi ağır nəticələr daha çoxdur. Burada nümunə olaraq bu iki yaramaz xislətin mədəni, dini, siyasi və ictimai təsirlərini qeyd edirik:

1. Şəxslərin abır-heysiyyətinin təhlükəyə düşməsi

Hazırkı dövrdə qarşılaşdığımız problemlərdən biri də sms-lərin və blutusların vasitəsi ilə qeyri-əxlaqi məsələlərin, cəmiyyət üzvlərin müxtəlif təbəqələrinin məsxərə və həcv olunması ilə əlaqədar xoşagəlməz mətləblərin yayılmasıdır. Halbuki dini təlimlərdə mömin insanın hörməti Allahın evinin hörmətindən belə yüksəkdir. İmam Sadiq (əleyhis-salam) buyurur:

الْمُؤْمِنُ أَعْظَمُ حُرْمَةً مِنَ الْكَعْبَةِ

“Möminin ehtiram və şəxsiyyəti Kəbənin hörmətindən də yüksəkdir.”[11]

2. Allahı yaddan çıxartmaq

Məsxərə və istehzanın, habelə bu yaramaz işlərə məşğul olmağın acınacaqlı və pis nəticələrindən biri də insanların din qeyrətinin zəifləməsi, etiqad əsaslarının süstləşməsidir ki,  bu da Allahdan qafil olmağa səbəb olur:

فَاتّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّي أَنْسَوْکُمْ ذِکْرِي وَ کُنْتُمْ مِنْهُمْ تَضْحَکُونَ

“Amma siz onları məsxərə etdiniz, bu rəftar da sizi Məni yad etməkdən qafil etdi; və siz onlara gülürdünüz!”[12]

Ayənin mənası budur ki, baş qatmaq üçün möminləri məsxərə etmək, insanların etiqad, inanc, rəftar və əməllərinə rişxənd etmək nəticəsində insan Allahın zikrindən qafil olur və Onu yaddan çıxarır. Allahı unutmağın və Ondan qafil olmağın nəticəsi də ilahi əzablara düçar olmaqdan ibarətdir.

İkinci hissə – karikatura

Hazırkı dünyada karikaturadan bir incəsənət əsəri kimi (siyasi satirik yazılar və sair ilə birlikdə) ictimai, siyasi, iqtisadi və s. məsələləri inikas etdirmək məqsədi ilə istifadə olunur. Hal-hazırda karikatura çəkənlər öz incəsənət əsərləri ilə bir çox ictimai problemləri və çatışmazlıqları karikatura şəkilində əks etdirirlər. Onlar da sair insanlar və qruplar kimi bu yolla öz dini və ictimai iltizamlarına, mədəni-maarif vəzifələrinə əməl edirlər.

Nümunə üçün, əgər karikatura çəkən şəxs Quranın təşbehlərindən birini karikatura qalibində rəsmə çəkərsə, misal üçün “yetimlərin mal-dövlətini zülmlə mənimsəyənlər (həqiqətdə) od yeyirlər”[13] ayəsini od yemək məqamında olan bir şəxs kimi çəksələr, daha gözəldir. Yaxud “vay olsun o kəslərə ki, çoxlu mal-dövlət cəm edir və (qanuni, yoxsa haram olduğunun fərqinə varmadan)  onları saymaqla məşğuldurlar.” Bu da mal-dövlət yığıb onu Allah yolunda infaq etməyənlərlə Allah tərəfindən verilən bir xəbərdarlıq və qorxutmadır. Görəsən, bu kimi karikaturalar məsxərə hesab edilə bilərmi? Qəti şəkildə belə deyildir. Əksinə, bu zaman şəxs öz dini və mədəni-maarif vəzifəsinə əməl etmiş olur.

Hər bir halda bu iş (karikatura çəkmək) ayrı-ayrı şəxslərin eyiblərini göstərmək, onların şəxsiyyətlərini sındırmaq istiqamətində və şəriətə, əxlaqa və ağla zidd olan məqsədlərlə olarsa,[14] yaxud mədəni-maarif və s. cəhətdən təxribatçılıq olarsa, özünə məsxərə ünvanı alır və təbiidir ki, bu iş caiz  deyildir. Amma əgər ümumxalq təfəkkürünə xidmət edərsə, ictimai zəifliklərin, çatışmazlıqların əks etdirilməsi, əhalinin və cəmiyyətin problemlərini bəyan etmək üçün olarsa, aydındır ki, ona məsxərə ünvanı aid edilməz; əksinə bu, incəsənət əhli tərəfindən ictimai-siyasi problemlərin – istər iqtisadi çətinlikləri, istərsə də ayrı-seçkilikləri, ədalətsizlikləri, bərabərsizlikləri və s. əlaqədar məsullara xatırlatmaqdan ibarət olan bir vəzifədən ibarətdir.

 


[1] Fehri, Seyid Əbül-Həsən, “Fərhəngi mühit”, “təməsxür” maddəsi; Müstəfəvi, Həsən, “Qurani-kərim kəlmələrində tədqiqat”, 11-ci cild, səh. 256; Qurəşi, Əli Əkbər, “Qamusu Quran”, 7-ci cild, səh. 154, “Darul-kutubil-islamiyyə”, Tehran, 1371-ci şəmsi il

[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 18-ci cild, səh. 321, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci il

[3] “Hücürat” surəsi, ayə: 11

[4] “Tövbə” surəsi, ayə: 65

[5] Nümunə üçün bax: "Təfsiri nümunə", Məkarim Şirazi, 27-ci cild, səh. 309, “Darul-kutubil-islamiyyə”, Tehran, 1372; “Qamusul-Quran”, 7-ci cild, səh. 164

[6] “Hücrat” surəsi, ayə: 10

[7] “Təfsiri nümunə", 22-ci cild, səh. 179

[8] “Bəqərə” surəsi, ayə: 212

[9] Təmimi Amədi, Əbdül-Vahid, “Ğurərul-hikəm”, səh. 73, “İslami təbliğat”ın dəftərxanası, Qum, 1366-cı şəmsi il

[10] “Rum” surəsi, ayə: 10

[11] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 64-cü cild, səh. 71, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[12] “Möminun” surəsi, ayə: 110

[13] “Nisa” surəsi, ayə: 10

[14] Əgər “yaxşı işlərə əmr etmək” və “pis işlərdən çəkindirmək” məqsədi ilə olarsa onda məsxərə ünvanı aid edilməz.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün illik ruzini xums ilinin əvvəlindən bir gün qabaq alırlar ki, onunda xumsunu versinlər?
    5400 Nizamlar hüquq və əhkam 2012/03/11
    Hər bir şəxs xumsu hesab etdiyi hər bir ilin daxilində bütün gəlirindən əgər israf etmədən öz yaşayışı və ailəsinin yemək- içməyi üçün istifadə edərsə xumsi yoxdur amma əgər bu ruzidən xums ilinin sonunda artıq qalarsa onun xumsunu verməlidir, baxmayaraq ki, xumsun verilməsindən bir neçə gün belə əvvəl ...
  • Allah yerin və göylərin nurudur, bəs məqsəd hiss olunan nurdur? Əgər belə deyilsə, bəs hansı mənadadır?
    8212 Təfsir 2011/01/02
    "اللَّه نور السموات و الارض..."1)- Ayəsində olan nur kəlməsindən məqsəd hiss olunan nur deyil. Çünki hiss olunan nur maddiyyat xasiyyətli və keyfiyətli cismdə təsir qoyan bir nurdur. Amma Allahın cism olmadığını sabit edən məntiq dəlilləri, bunun qarşısını alır ki, Allahı hiss olunan nur hesab edək. ...
  • Kovsər hovuzu nədir?
    10104 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    6600 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Nə üçün həzrət Əli (əleyhis-salam) Fatimeyi-Zəhra (əleyha salam)-a qarşı törədilən hörmətsizlik və ihanət qarşısında sükut etdi?
    9599 Fiqh tarixi 2011/10/20
    Həzrət Zəhra (əleyha salam)-ın zülmə məruz qalması, ona qarşı hörmətsizlik edilməsi ilə həzrət Əli (əleyhis-salam)-ın hər bir o səhnədə misilsiz və şücaətli bir pəhləvan olması arasında heç bir ziddiyyət və təzad yoxdur. Çünki belə məqamda Əli (əleyhis-salam) ya qılınc çəkib özünün və ...
  • Zaman (ə)- in anası məsumdur?
    6522 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/11/10
    Şiə nəzərində yalnız peyğəmbərlər və onların canişinləri məsumdur; yəni ömürləri böyu bütün günah, və səhvlərdən, (Allahın dinini) vəhyin icrasında və təbliğində pakdırlar və bu şəxsiyyətlərdən başqa heç kəs bu bu məqama sahib deyildir. Mümkündür bəzi insanlarda bu insanlıq kamalına yol tapıb ilahi məqamdan bəhrələnsin, elə ki, imam övladları həzrət Zeynəb ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    5959 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Xörək yeməkdən ötrü ev sahibindən icazə almaq lazımdırmı?
    5351 Nizamlar hüquq və əhkam 2011/10/24
    İslambaxışındahərbirqidanınıhalalvəpakolmasındanəlavə, onunmübaholmasıdalazımdır. Yəni
  • Axiruz- zamanda İrandan olacaq qiyamı çatdıran rəvayət mötəbərdirmi?
    10162 Hədis elmləri 2012/01/16
    Şiə və sünni mənbələrinin hamısı bu fikirdə yekdildirlər ki, İmam Zaman (ə) zühuru, bu zühur üçün zəmin hazırlayan hərəkatdan sonra baş verəcəkdir. Bu hərəkatda İrandan olan qara bayraq sahibləri onun hakimliyinin müqəddiməsini hazırlayarlar.[1] İranlıların zəmin hazırlayan hökuməti müəyyən olunmuş iki mərhələyə ayrılır:1. Onların hərəkatının başlanğıcı ...
  • Yaşadığımız mənzildən başqa iki yerdə torpaq sahəmiz də vardır. Onları satandan sonra xümsünü verməliyikmi?
    5192 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər kəsb qazancından – qiyməti artdıqdan sonra və ticarət məqsədi ilə alınmış olsa və xüms ilindən sonra satılsa, satışdan sonra onun xümsü verilməlidir. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası: Hal-hazırda (o yerin qiymətinin) xümsünü ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155824 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118016 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110192 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    100124 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91646 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53596 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46132 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44034 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43273 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...