Ətraflı axtarış
Baxanların
7986
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
Sual
İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
Qısa cavab

Etiqad elmi baxımından, ismət məqamına yiyələnən hər bir şəxsə "məsum" deyilir. Məsum o insandır ki, Allahın lütf və mərhəməti sayəsində hər bir günah və çirkinlikdən amanda qalaraq o çirkinliklərdən çəkinir. Kiçik səhvlərdən belə uzaq olub, günah və xətalardan üz çevirir. Hər zaman səy edir ki, o xəta və səhvlərdən amanda olsun. Bunlardan amanda qalmaq üçün mümkündür bir neçə amil səbəb olsun: "Yaxşı və pis işlərin həqiqətini dərk etmək." "Allah tərəfindən olan xüsusi müvəffəqiyyət" və "pak müqəddəs ruhdan bəhrələnmək" əlbətdə ki, pak və müqəddəs ruh həmişə və əbədi olaraq məsumla birlikdədir və s...

İslamda Allah Peyğəmbərlərindən və on dörd məsumdan başqa, heç bir şəxs məsum deyil. Çünki buna dəlil yoxdur ki, bunu isbat etsin ki, başqalarıda "Müqəddəs ruha" yiyələnmişdirlər.

Amma bu nöqtəyə də diqqət yetirmək lazımdır ki, böyük şəxslərin məsum olmaması misal üçün: Həzrət Əbülfəzl, həzrət Əbu Talib Əmirəl möminin Əli (ə)- ın atası, məsum imamların pak anaları, həzrət Əli Əkbər və ....onlar günahkar olması demək deyildir. Onlar "ədalətdən" üstün və "ismətdən" aşağıdırlar.

İslam mədəniyyətində insanlara qiymət verilməsi üç kəlməylə üstün şəxsiyyətli insanlar tanıtdırılır.

1.       Ədalət: Vacib əməlləri yerinə yetirib günah işlərdən çəkinməkdə böyük ruhuyyəyə yiyələnmək.

Bu məqamda, vacib əmələri yerinə yetirib, haram işləri tərk etmək kifayət edir, əgər böyük günahlardan çəkinib kiçik günahlara qovuşmaqda israrlı deyildirsə "ədalətə" riayət etmişdir.

2.       Əzəmət: Ədalətdən yüksək bir məqamdır, ona sahib olan inan yüksək və nurlu bir ruha yiyələnmişdir. O insan Allahın saleh bəndələrindən və imanı səliblərdən[i] hesab olur.

3.       İsmət: İsmət sahibi isə kiçik bir səhvə hətta onu fikrinə gətirməkdən çəkinmişdir.

Bu məqamı əldə etmək üçün (bir çox rəvayətlərə əsaslanaraq) pak və təmiz ruha yiyələnmək lazımdır.



[i] - Möhkəm vəhəqiqi imanlı

Ətreaflı cavab

İslamın insanlara qiymət verməsi mədəniyyətində, insanların şəxsiyyətini üç müsbət kəlməylə açıqlayır:

1-     Ədalət: İslamda o insan ki, öz ruhunu o cür tərbiyyə etmişdir ki, günah qarşısında möhkəm durmuş və itaət müsabiqəsində həmişə digərlərindən qabaqda olmuşdur, buna "ədalət" deyilir. Bu cür insan özünü günahlardan qorumuş və ilahi əmrləri yerinə yetirməkdə hamıdan birinci olmuşdur.

Bu məqam ən azı yaxşı insanların məqamıdır. Allahın razı olması da elə bundan ibarətdir ki, insanlar hamısı bu dərəcəyə sahib olsunlar.

Bu məqama çatmağın yolu (kəbirə) böyük günahlardan çəkinmək və (səğirə) kiçik günahlara qovuşmaqda israrlı olmaqdır. Amma lazım deyil günah etməyi fikrinə gətirməsin.

2-     Əzəmət: o insan əzəmətə sahibdir ki, ədalətdən yüksək məqama getmiş və Allahın saleh bəndələrindən və təmiz bir insan olmuşdur. Bu cür insanlar nurlu və parlaq ruha malikdirlər.

Belə insanlar günah dikrinə düşməkdən yox, bəlkə ruhu çirkləndirən hər bir pislikdən izaqlaşırlar. Bu əzəməti bir çox ibarətlərlə misal üçün "vərə", "zöhd", "Taliye tulue ismət", (ismətə yaxın bir məqam) "səlibul iman" və "nafizul bəsirət" kimiləriylə açıqlayırlar.

Bu nöqtəyə işarə etmək lazımdır ki, ismətdən aşağı və ədalətdən yuxarı məqamı əzəmət adlandırırıq və insanlara nisbət veririk. İsmətdə (məsum) bunun kimi o dərəcələrə bölünür. İnsan hər nə qədər Allaha yaxın olsa, dünyada kı vilayətə yiyələnmiş və bir çox şeylərə qüdrəti çatacaqdır. Bunun üçün də Allah övliyaları bir məqamda olmamış və bir- birindən fərqli olmuşdurlar.

Amma bu o demək deyil ki, hər bir şəxs bunu əldə edir. Çünki bu məqamı əldə etmək üçün "nur"- dan bəhrələnib "zülmətdən" uzaq olmaq lazımdır.

Baxmayaraq ki, Quran və əhli beyt maarifində bu iki kəlmə yaxşı insanları və yaxşılıqları əks etdirmiş və yaxud pis insanlar və pislikləri hekayət etmişdir. Bunun üçün də bəzilərini "saleh bəndə" "ruh nurunun sahibi" və "nurani ruhdan bəhrələnmiş" adlandırmaq yalnız ilahi nur və nurlara səlahiyyəti olan eyğəmbərlərə və məsum imamlara (ə) məxsusdur.

Nəticədə: Əzəmətin məqamı ədalətdən yüksəkdir" çünki ədalətdə böyük günahları tərk edib kiçik günahlrda israrlı olmamaq kifayət edir. Amma Allahın saleh bəndələri isə ən üstün zöhd (zahidliyə) yiyələnmişdirlər ki, onların bütün vücudlarını əhatə etmişdir.

Mütləq şəkildə də saleh bəndə ləqəbinə ləyaqətli görünmüşdürlər.

əzəmətli və şəxsiyyətli bir insan nurlu bur ruha malikdir; çünki onun kamil ağlı və yüksək ruhu onu zülmət və qaranlıqlardan uzaqlaşdırmış və yalnız saleh əməl və ibadət ətrafında səy etmişdir.

Bu xüsusi bur və parlaqlıq, yüksək mərifət, xalis iman, saleh əməl, pak və təmiz nütfə və bunların başında mütləq vəlinin (Allahın) vəonun mütləq övliyalarının (məsumların) səmərəsinin məhsuludur.

O nur, hər bir insanın həqiqətini canlandırır. O cür ki, bəzi insanların həqiqəti zülmət qaranlıq kimi pərdə arxasındadır.

Allahın saleh bəndələri bütün yaxın əməlləriylə müqəddəs ruha yiyələnmə bilmişdirlər. müqəddəs ruh bir mələk yox bəlkə pak və böyük ruhdur ki, Allahın rəsulundan (s) başqa heç bir Peyğəmbər ona yəyələnməmişdir və o ruh həmişə məsum imamlara kömək olmuşdur.

Son nəticə budur ki:

  1. Baxmayaraq ki, bəzi insanlar böyük şəxsiyyətlərdir, amma olduqları məqam ismət məqamını kölgəsinə belə çata bilməz. İsmət bir çox işlərə bağlıdır ki, onların ən ucasını yalnız 14 məsumda (Allahın salamı onlara olsun) körmək olar. Nə üçün və necə? Bunu bilmək üçün bizim sözlərimizi sonuna kimi izləyin.

  2. Bir çox böyük şəxsiyyətlər həzrət Əbülfəzl, həzrət Məsumə, həzrət Zeynəb, həzrət Rüqəyyə, həzrət Əbu Talib, həzrət Xədicə, həzrət Fatimə binti Əsəd (mirəlmpmininin anası) həzrət Əli Əkbər və bir daha neçə belə böyük şəxsiyyətlər məsum deyildirlər. amma bunların hamısı "Əzəmət" məqamına yiyələnərək Allah övliyalarına məxsus olan yerdə özlərinə yer tutmuşdurlar.

O şəxsiyyətlərin əzəmət məqamını isbat edən dəlillər.

İsmət dəlil və imamın öz iddiası yolu ilə sabit olur. amma Allahın seçilmiş övliyaları ki, əzəmət məqamına sahibdirlər, heç zaman buna iddia etməmiş və müqəddəs ruhun onların ismətini təsdiqləyən heç bir dəlil yoxumuzdur. Onların əzəmətlərini təsdiqləyən bir neçə dəlil varımızdır ki, onlardan bir neçəsinə işarə edirik:

Həzrət Əbu Talib (ə)

Hədisdə gəlmişdir: Bir şəxs- həzrət Əmirəl- möminin Əli (ə)- a tənə və atasına ləkə vurmaq məqsədilə bir dəstə insanların arasında (düşmənlər tərəfindən yayılmış təbliğat nəticəsində ki, deyirdilər cənam Əbu Talib müsəlman deyil). O həzrətdən soruşdu: Sənin atan cəhənnəm odunda Allah əzabına düçar olmuşdur?

O həzrət buyurdu: And olsun o Allaha ki, Məhəmmədi (s) Peyğəmbərliyə seçmişdir, mənim atam hər günahkara şəfaət edir Allahda onun şəfaətini qəbul edir. Ola bilər ki, mənim atam cəhənnəm odunda əzab olsun, amma onun övladı Əli cəhənnəm və cənnət nemətlərini ayıran? And olsun Allaha mənim atamın nuru qiyamət güna başqa nurları söndürər yalnız beş kimsənin nurunu söndürə bilməz. çünki atamın nuru bizim nurumuzdandır. Bizim nurumuz isə iki min il əvvəl Adəm Peyğəmbərin yaranmasından qabaq yaranmışdır.[1]

Həzrət Xədicə (ə)

Allahın rəsulu (s) öz Meracından belə xəbər verir ki, Meracdan qayıtdığım zaman Cəbrailə dedim: Mənimlə işin və ya məndən bir istəyin var? Dedi: istəyim odur ki, " أن تقرأ علی خدیجة من الله و منی السلام"

Allah və mənim tərəfimdən Xədicəyə salam yetir...[2]

Allahın rəsulu (s) " إن الله اصطفی آدم و نوحاً و آل ابراهیم و آل عمران علی العالمین "

"Şübhəsiz ki, Allah Adəm, Nuh, İbrahim ailəsi və İmran ailəsini dünya əhli üçün seçib təyin etmişdir" ayəsinin təfsirində buyurur: (bunlardan başqa seçilən insanlar) Əli, Həsən, Hüseyn, Həmzə, Cəfər, Fatimə və Xədicədir ki, dünya əhlinə sərvər və seçilmiş insanlardır".[3]

Bəs bu nöqtəyə də diqqət etmək lazımdır ki, Allahın salamı oinsanlara nazil olur ki, Allahın əmrləri qarşısında hər an təslim olsun.

Həzrət Fatimə binti Əsəd (həzrət Əmirəl mömininin anası.

Böyük alim və müqəddəs (hədis tədqiqatçısı) hacı Şeyx Abbas Qumi (Məfatihul əl- cinanın tərtibçisi) bu əzəmətli və böyük şəxsiyyətə sahib olan qadının haqqında yazır: "Onun uca və parlayan məqamı (ki, Allah ondan razı olsun) Əmirəl möminini Kəbə evində dünyaya gətirməsindən məlumdur. Bundan əlavə o Allah rəsuluna ilk iman gətirən insanlardan biridir ki, onbirinci şəxsdir iman gətirməsini aşkara elan edir. Allahın rəsulu (s) həmişə ona ehtiram etmiş və əzəmətli olaraq ana deyərək səsləmişdir."

Bir çox ravilərdən rəvayət olmuşdur ki, onun vəfatı zamanı, Allahın rəsulu (s) onun üçün ağlayıb əzadarlıq keçirtdi. O həzrət onu özünün xüsusi köynəyində kəfən edib ona namaz qıldı, onun cənazə namazında qırx təkbir deyib, onu axirət səfəri üçün özü qəbrə qoydu"...[4]

Həzrət Məhəmməd (s) onu vəsf edərkən buyurur: O, Allahın ən gözəl bəndələrindən biri idi ki, Əbu Talibdən sonra mənə qarşı bütün yaxşılıqlara əməl edirdi.[5]

3)- Üçüncü kəlmə ki, İslam qanunlarında ona qiymət verilmişdir, "İsmət" kəlməsidir; ona qısa olaraq işarə edirik: (əqidə) Etiqad maarifində ismətə yiyələnən insana məsum deyilir. Məsum o şəxsdir ki, Allahın lütfü sayəsində hər cür pislik, günah və çirkin əməllərdən uzaq olmuşdur; əlbətdə məcbur olaraq yox, bəlkə o işləri görməyə ixtiyarı vardır amma bütün bunlardan çəkinirlər. İmam Cəfər Sadiq (ə) bu haqda buyurur:

«المعصوم؛ هو الممتنع بالله من جمیع المحارم. و قد قال الله تبارک و تعالی:

و من یعتصم بالله فقد هدی الی صراط مستقیم»

Məsum o şəxsdir ki, Allahın vasitəsiylə bütün günahlardan hifz olur. Allah Taala buyurur: Hər hansı bir şəxs Allaha pənah aparsa, həqiqətən doğru yola hidayət olmuşdur.[6]

Nöqtə: Elmlə ismətin bir- biriylə yaxın rabitəsi vardır. O cür ki, ismətin mənşəyi də elm və mərifətdir. İnsan o zaman bir şeyin həqiqətini dərk edir ki, onun əsər və nəticəsindən xəbəri olsun. Belə olan halda insan istər- istəməz o işi tərk edir və yaxud o işə başlayır.

İsmətin məxsus olmasının sirri:

Soruşursunuz: Nə üçün məsum olmaq on dörd məxsus insanlarda məhdudiyyətlənmiş və başqa insanlar məsum deyildir?

Birinci nöqtə: Bunun cavabının lazımdır ki, Allahın iradə, hikmət və təqdirindən dərk edək. Bu cür seçim Allahın iradə və məsləhətinə bağlı olduğunu bilməliyik. Amma bu iradə və məsləhət əlbəttə ki, hikmət və ədalət çərçivəsindən kənar deyildir. Dini mətləblərdən bunu başa düşmək olar ki, insanın həyatı bu maddi dünyadakı bir neçə ilə bağlı düyildir və ruhun yaranması insan cisminin yaranmasından daha çox illər əvvəl yaranmışdır.[7]

Bunun üçün də bizim keçmişdə qarşımıza qoyduğumuz məqsədlər və Allahın hər bir insanın gələcəyinin necə olacağının bilməsi ki, hansı doğru yolu seçəcək və hansı biri münhərif olacaqdır. Bir çox müsbət məqamların birləşməsiylə məqam və üstünlük müəyyən olur misal üçün: İsmət, elm, Peyğəmbərlik, imamət vəhyin nazil olmasına yol açır. Bunun mənasını daha yaxşı anlamaq üçün nüdbə duasının bi hissəsinə diqqət edin:

«اللهم لک الحمد علی ماجری به قضائک فی اولیائک...؛»

İlahi sə özün öz Peyğəmbər və övliyalarının haqqında qərar verməlisən, sənin iradən qarşısında ürəkdən təslim olub sitayiş edirik. Sənin övliyaların o insanlardır ki, onların özü və dinin üçün xalis (məxsus) qərar vermisən. Onlara üstünlük verib seçməyin nişanəsi odur ki, qiyməti olmayan, hədsiz və əbədi olan memətdir. Heç bir zaman azalmaz və sona çatmazdır ki, onların guzurunda qərar vermisən. Amma bu cürbəhrələnməyin əslində bir dəlili vardır ki, sən onlarla (əvvəlki aləmlərdə) şərt kəsmisən ki, bu yalançı dünyada zahid olub və onun sərvət və mənfəətləri qarşısında diqqətsizlik etsinlər. o zaman onlar bu şərti qəbul etdilər və səndə bilirdin ki, buna vəfadar olacaqlar. Nəticədə onları qəbul edib öz yanında onları əziz etdin. Sonra isə öa kəramət və məqamını onlara əta etdin (o zamana kimi ki) mələklərini onlara nazil edib onları kəramət sahibi qərar verərək onlara vəhy nazil etdin. Onları əziz edib özünə məxsus olan elm süfrəsində əyləşdirdin. Onlara elm bağışlayaraq bu cür insanları özünə doğru hidayət edib cənnətə daxil olmaq üçün vasitəçi oldun."

Bu duanın bəzi hissələrinə nəzər saldıqda bunu əldə etmək olur ki, insanlar əvvəlki elmlərdə, imtahan səhnəsini arxada qoymuşlar bunun üçün də insan özünü əziz və əzəmətli olmaq və Allahla rabitə yaratmaq müsabiqəsində özünü məğlub olmaq istəmir. Bu aman imtahandakı şərtlərdən az bir hissəsini belə yetirsələrdə Allah Taala bilirdi ki, yalnız bu insanlar öz əhdlərinə vəfadardırlar; bunun üçün də öz nemətlərini onlara bağışladı. O nemətlərdən bir neçəsi də bunlardan ibarətdir: Allaha yaxın olmaq, əlini zikr etməkdən bəhrələnmək, sitayiş etmək, mələklərin onlara nazil olması, vəhyin onlara nazil olması və xüsusi elmdən bəhrələnmək, insanların cənnətə getməsinə səbəb olmaları. Allah dərgahına doğru yol göstərmək və ...

Bunun üçün də bəziləri imam və bəziləri də Peyğəmbər olmuşdur.

Bəziləri isə ismət məqamına layiq görülmüşdür, əlbəttə hər məqamında özündə bir çox ardıcıl məqamlar vardır ki, o mərtəbənin əhlinə layiq görünür.

Amma bunu da bilmək lazımdır ki, İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və onun övladlarının məqamı bütün seçilmiş insanların məqamından yüksəkdir. Nə üçün? və necə?

Bu mövzuda həzrət imam Əli ibn Musa Rza (ə)- ın sözlərinə diqqət edin: "o uca və əziz tanrı bizi bir cür təyid etmişdir ki, bizimlə həmişə birlikdə olan müqəddəs ruhu qərar verdi. O ruh bir mələk olaraq bizdən əvəlki insanların heç birində olmamışdır yalnız Allahın rəsulunda. Bu ruh biz imamların hər biriylə ayrı- ayrılıqda bir olmuşdur və odr ki, imamlardan şüdafiə edərək, imamlar müvəffəq olurlar. O nurdan olan bir sutundur bizlə rəbbimizin arasında qərar tutmuşdur.[8]

İkinci nöqtə: Allahın insanlara və hər bir yaranmışa verdiyi az və ya çox nemətlər yaradılmışın ehtiyacı olan ölçüdə verilmişdir. O cür ki, iki əl və iki qulaq bir dil insana kifayət qədər bəs olduğunu bildirir. İslam dinində isə yalnızon dörd məsumun (ə) əvvəlki nəsillərdə olmaması. Onların buna ehtiyacı olmamasını açıqlayır. İixtiyarında olsun. İsməti vücuda gətirən amillər də bəs o zaman olmamışdır ki, digər insanların ixtiyarında olsun. İsməti vücuda gətirən amillərdən biri də "ruhul qüdus" müqəddəs ruhdur. Əlbətdə əvvəlki bəhslərdə ona işarə olundu indi isə onun açıqlaması.

Şiənin etiqadı budur ki, Allah- Taala seçilmiş bəndələrini müqəddəs ruhla təyid edir. Bunun vasitəsiylə hər növ qəflət və xətadan amanda qalırlar. Həzrət imam Sadiq (ə) buyurur: "Həqiqətən Allahın rəsulu (s) Ruhul Qüdus) müqəddəs ruhun vasitəsilə Allahın təyidini əldə etmişdir. Onun vasitəsilə idi ki, insanların məsələlərinin həllində heç bir zaman səhv və xətaya yol verilməzdi."[9]

Bundan əlavə, məsum imamlardan bizə çatan rəvayətlərdə gəlmişdir ki, imamın isməti yalnız onların imam olduqları dövrə məxsus deyil, bəlkə imamətə seçilmişdən əvvəl də "ismətdən" bəhrələnmişdirlər.

İmam Məhəmməd Baqir (ə) buyurur: "Ey Cabir! (İmamlar və Peyğəmbərlər) Ərşin altından tutaraq yerin altına qədər müqəddəs ruhla tanınmış və onun vasitəsilədir ki, onların hamısına elmləri vardır.[10]"

Başqa bir rəvayətdə isə buyurur: "Müqəddəs ruh əbədi olaraq həmişə imamın vücudunda sabit qalır. İmam onun vasitəsilə şərqdə və qərbdə, quruda və dəryada olan hər bir şeydən xəbəri olur. (bir nəfər soruşdu:) sənə fəda olum: İmam bunu edə bilər ki, öz əliylə uzaqda olan misal üçün Bağdadda olan bir əşyanı götürsün?

Həzrət buyurdu: Bəli!Bundan əlavə buna qüdrəti çatır ki, Allahın ərşi altında olan hər bir şeyə imkanı çatır.[11]

Bu hədis, imamın dünyada olan o böyük qüdrətə malik olduğunu bildirir ki, Allahın izni ilə onun ixtiyarında qoyulmuşdur. Bəs bundan məlum olur ki, elmlə qüdrətin arasında rabitələri vardır.[12]



[1] -Biharul- ənvar, cild 35, səh 110

[2] - Biharul- ənvar, cild 16, səh 7.

[3] - Biharul- ənvar, cild 37, səh 63.

[4] - Səfinətül bihar, cild 7, səh 122, çap üsvə

[5] - Biharul- ənvar, cild 35, səh 79.

[6] - Məaniyul əxbar, səh 132

[7] - Bax, Tərxan, Qasım, xilqət ərvah qəbləz əcsam.

[8] - Biharul- ənvar, cild 25, səh 48

«ان الله – عزوجل ایدنا بروح منه مقدسة مطهرة لیست بملک لم تکن مع احداً ممن مضی الامع رسول الله (ص) و هو مع الائمة منا تسددهم و توفقهم و هو عمود من نور بیننا و بین الله عزوجل...»

[9] - Kafi, Darul- kutub cild 1, səh 266

«و إن رسول الله (ص) کان مسدداً موفقاً مؤیداً بروح القدس لایزل ولایخطی فی شیء ممایسوس به الخلق»

[10] - Kafi, cild 1, səh 272

«یا جابر – عرفوا ما تحت العرش الی ما تحت الثری»

[11] - Biharul- ənvar, cild 25, səh 58.

[12] - Biyəbani, Məhəmməd, mərifəte imam, səh 73.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...