Ətraflı axtarış
Baxanların
5088
İnternetə qoyma tarixi: 2012/09/01
Sualın xülasəsi
Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
Sual
İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
Qısa cavab
Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər  ixtiyar sahibi olmamaları və övladı olmayan uşaqların başqa uşağın məsuliyyətini öhdəsinə götürməsini nəzərdə tutmaqla bəzi qanunlar qoymuşlar.
İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” Ona görə də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün müxtəlif yollar təklif olunmuşdur.
 
Ətreaflı cavab
1.Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Bəlkə İslamda bu əməl təşfiq olunur və bəyənilir. Ora qədər ki, İslam Peyğəmbəri (səlləllahu ələyi və alihi və səlləm) bir nəfər yetimin kəfalət və himayədarlığını öz öhdəsinə alan şəxs haqqında belə buyurur: “Belə bir şəxs, Behiştdə mənimlə bir yerdə olacaq.”[1]
2.Başqa ölkələrdə övladlığa götürülən uşağın ruhi cəhətdən tam ixtiyarı olmadığını nəzəra alaraq, belə uşaqların övladlığa götürülməsi haqqında xüsusi qanunlar və şərait vardırdır. Məsələn, belə uşaqları o ailə götürə bilər ki, özlərinin uşaqları olmamamış olsun. Amma İslamda şəri baxımdan özlərinin uşaqları olan ailələr də başqa yetim uşaqları övladlığa götürə bilərlər.
3.Əlbəttə, İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” [2]  Məsələ bundadır ki, cahiliyyət əsrində adət belə olurb ki, övladlığa götürdükləri bəzi uşaqları öz uşaqları kimi qələmə verir və onun ardınca hüquqi cəhətdən öz övladına aid olan hər bir şeyi onun da adına çıxırdılar. Məsələn, belə övlad atalığından tam şəkildə irs aparır, atalığın belə övladın həyat yoldaşı və ya o övladlığın atalığının hayət yoldaşı ilə evlənməsinin əbədi haram olması hökmü onlara hakim olurdu. İslam dini belə məntiqsiz və xurafat adətləri cəmiyyətdə qəti olaraq inkar edir. Hətta, iş o qədər mühüm olur ki, İslam Peyğəmğbərinin (səlləllahu ələyhi və alihi və səlləm) özü belə xurafatı aradan aparmaqdan ötrü övladlığa götürdüyü Zeyd ibn Harisin həyat yoldaşı ilə ona talaq verildikdən sonra evlənir.[3]
4.Övladlığa götürülən uşaq haqqında ən mühüm bəhslərdən biri də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün bəzi İslam alimləri müxtəlif yollar təklif olunmuşdur:
A) Əgər uşaq, qız uşağı olsa, aşağadakı şəxslərin südündən müəyyən olunmuş şəratilə süd əmsə,[4] onunla kişi (atalığı) arasında məhrəmiyyət yaranacaq. Süd verən şəxslər bunlardan biri olmalıdır: kişinin həyat yoldaşı (uşağın analığı), anası, bacısı, bacısı qızı, qardaşı arvadı, qardaşı qızı. Bütün bu hallarda övladlığa götürülmüş qız uşağı atalığa ilə süt cəhətdən məhrəm sayılır.
B) Əgər övladlığa götürülmüş qız uşağı südəmər olmasa yaxud, südəmər olsa da ona məhrəm olmaq üçün adları qeyd olunmuş şəxslərdən südəmərlik şəraiti olmasa, onunla atalığının atası və ya atalığının babası ilə müvəqqəti əqd oxunsun və bunula da məhrəmlik yaransın. Belə olan halda, bu qız uşağı atalığının həyat yoldaşı sayılır. Amma, bir şeyə diqqət etmək lazımdır ki, əgər qız uşağı həddi buluğa çatmamış olmasa onların müvəqqəti əqdi şəri hamisinin izni ilə olmalıdır. Əgər qız uşağının yaxınları arasında şəri hamisi olmasa,bu halda bütün şəratiə malik müctehidin icazəsi olmalıdır.  Hər halda, məhrəmiyyət siğəsi qız uşağı üçün fəsada düçar olmağa gətirib çıxarmalı deyil. Onun gələcək məsləhətini nəzəra almaq lızımdır.
C) Əgər övladlığa götürülən uşaq südəmər oğlandırsa, adlarını çəkəcəyimiz şəxslərin birindən şəraitə uyğun olaraq, süd əmərsə onunla qadın (analığı) arasında məhrəmiyyət yaranar. O şəxslər bunlardır; qadının (analığının) özü, ya anası, bacısı, bacısı qızı, qardaşının həyat yoldaşı, qardaşı qızı. Bütün bu hallarda, oğlan uşağının analığı ilə onun arasında süd məhrəmliyi yaranır.[5]
D) Əgər övladlığa götürülən oğlan uşağı südəmər olmasa və ya qeyd olunanlar arasında ona süd vermək şəraiti olmasa, əgər atalığın və analığın özlərinin qız evladları olarsa, övladlığa götürülən oğlan uşağını öz qızları ilə müfəqqəti və ya daimi əqdə gətirə bilərlər. Belə olan halda, övladlığa götürülən uşağın analığı onun həyat yoldaşının anası sayılır və oğlanla qızın bir-birindən ayrıldığından sonra oğlan yenə də analığına məhrəm sayılır. Yaxud, əgər övladlığa götürülən uşağın atası həyatda olarsa, uşağın atalığı öz həyat yoladşına təlaq verib, talaq iddəsi çıxdıqdan sonra övladlığa götürülmüş uşağın atası uşağın analığı ilə (cinsi əlaqədə olmamaq şərti ilə) müfəqqəti əqd bağlayır və əqd müddəti qürtardıqdan sonra keçmiş atalığ, öz keçmiş həyat yoldaşını öz əqdina gətirir. Belə olan halda, övladlığa götürülmüş oğlan uşağı öz analığına məhrəm olur. Amma, analığın qızı uşağı övldalığa götürülmüş oğlan uşağına məhrəm olmur.[6] Belə olmayan halda, övladlığa götürülmüş oğlan uşağına məhrəm olmaq yolu qalmır.[7]
5.Sonda bir məsələni də qeyd etmək lazımdır ki, baxmayaraq ki. Övladlığa götürülmüş uşaq fiqh və hüquqi cəhətdən insanın əsl övladı hesab olunmur amma, bela övladın saxlanılması və həmayət olunmasında əsl övladla onun arasında heç bir fərq qoyulmalı deyildir. Əksinə, şəri və əxlaqi proqramlardan istifadə etməklə bu çətinliyi həll etmək lazımdır. Bu yollardan biri budur ki, övladlığa götürülmüş uşağın özünə başa salmaq lazımdır ki, o bu ailədə onların əsl evladları deyildir. Əlbəttə bu məsələni elə açıqlamaq lazımdır ki, uşağın ruhiyyəsinə mənfi təsir qoymasın.  Ən yaxşısı budur ki, bu məsələni uşağa açıqlamazdan əvvəl psixoloq bir həkimlə məşvərət olunsun.
 

[1] Humeyri, Abdullah ibn Cəfər, Qurbil İsnad, səh.9; hədis-315; Müəssiseyi Alul-beyt (əleyhimussalam) Qum, birinci çap, 1413 h.qəməri
[2] Əhzab surəsi -4
[3] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.17; səh.196; Darul-kutubul İslamiyyə nəşriyyatı, Tehran, birinci çap, 1374 şəmsi ili
[4] Mövzu: Şiə və sünnü aləmində süd verməyin və məhrəmliyin şəraiti, sual-2293
[5] Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, c.1; səh.408; Əmir Qələm nəşriyyatı, qum, onbirinci çap, Bi Ta.
[6] Təbrizi, Cavad, Təzə suallar, c.1; səh.336; BiTa nəşriyyatı, Qum, birinci çap, BiTa, Məkarim Şirazi, Nasir, Əhkam Banuvan, səh.157; Mədrəsei İmam Əli ibn Əbi Talib (əleyhissalam)  Qum, on birinci çap, 1428 h.qəməri ili
[7] Əhkam banuvan, səh.157
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslam hökumətində mədəni quruluşların yeri nədir?
    3793 نقش احزاب و نهادهای مدنی
    Cəmiyyətdə mövcud olan təşəkküllər və icmaları hökumətlə vətəndaşlar arasındadırlar, mədəni quruluşlar deyildir. Kənd və şəhər birləşdirilmişləri sinf birləşmələri, idman kulubları, yerli cəmiyyətlər və peşəkar biliklər (tərbiyəçilər birliyi kimi)... və mədəni təşkilatlardan sayılırlar. Xalq hakimiyyətinin əsas üstünlüklərindən biri bu cür quruluşlarda mədəni təşkilatların olmasıdır. cəmiyyətdə olan bütün ...
  • Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
    8914 Əməli əxlaq
    Namaz hər bir salikin son tərəqqisidir ki, vasitəsiz öz Allahıyla söhbət edir. Allah taalanın Qurani kərimdə buyurduğu kimi: Namaz qılınki, məni yad edəsiniz unutmayasınız və mən namaz vasitəsiylə sizin yadınızda olam. Əgər Alahı yad etmək namaz vasitəsiylə olsa, insanın ...
  • Kasıblara infaqın fəlsəfəsi nədir?
    4792 انفاق و قرض الحسنه
    Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil. Halbu ki, İlahinin infaq etmək üçün olan ...
  • Həsrət eviynən həsrət gününün fərqi nədir?
    4751 Təfsir
    Quranda və rəvayətlərdə "həsrət evi" ifadəsi gəlməyibdir. Təkcə "həsrət günü" ibarəti (həsrət əldən çıxmış şeylər üçün təəssüflənmə günü mənasına işlənibdir). Quranda bir dəfə rəvayətlərdə isə çox istifadə olunubdur. Quranda və rəvayətlərdə "həsrət günündən" məqsəd qiyamət günüdür çünki Qiyamət günündə cənnət əhli həsrət çəkəcəklər ki, bundanda yaxşı olub yüksək ...
  • Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
    5030 تاريخ بزرگان
    Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri ...
  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    4404 İslam fəlsəfəsi
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Peyğəmbərimiz öz zamanında azanın sözlərində özünün nübüvvətinə və İmam Əlinin vilayətinə şəhadət verirdimi?
    7742 Məsumların (Əleyhimussəlam) sirəsi
    Bu sualda iki sual anlamı olduğu üçün biz onu iki dəstəyə ayırırıq. A). Görəsən Peyğəmbər öz nübüvvətinə azan verərkən şəhadət verirdimi? Bu sualın cavabında deyirik ki: Peyğəmbər azan verərkən öz adını şəkərək Peyğəmbərliyinə şəhadət verməli idi. Çünki o, adi insanlar kimi öz şəri vəzifələri yerinə yetirirdi. (Risalə hökümlərinə). ...
  • Səhraların yaranmasının fəlsəfəsi nədir?
    3952 Qədim kəlam
    1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    4439 تاريخ بزرگان
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    6659 Əhkam və hüquq fəlsəfəsi
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    133259 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    101278 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    83559 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    78549 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    66289 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    40876 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    38805 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29932 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    29838 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    28285 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...