Ətraflı axtarış
Baxanların
4170
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
Sual
Lobster, dərya sədəfləri və su ulduzunun ətini yemək haramdırmı? Əgər haramdırsa, nə üçün İranda alver edilir?
Qısa cavab

Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar deyilmişdir.

Suda yaşayan heyvanların halal olması meyarı budur ki, onun pulcuğu olsun. Məhəmməd ibni Müslim imam Baqir (əleyhis-salam)-dan soruşdu: “Bizim üçün pulcuğu olmayan balıq gətirirlər (onu yemək olarmı)?” İmam (əleyhis-salam) buyurdu: “Pulcuğu olan hər bir balığı ye, pulcuğu olmayanı yemə.”[2]

Pulcuq dedikdə balığın üzərində olan həmin pulcuqdur ki, rəvayətlərdə də qeyd olunmuşdur.[3]

Böyük mərcəyi-təqlidlər də bu rəvayətlərdən istifadə edərək suda yaşayan heyvanların hökmünü bəyan etmiş və buyurmuşlar: “Rəvayətlərdən əldə olunur ki, pullu balıqlar istisna olmaqla suda yaşayan heyvanların əti yeyilmir (onları yemək haramdır).”

Əlbəttə, meyqu (rubiyan) bu külli qanundan istisna olunur. Onun halal olması barəsində xüsusi rəvayət gəlmişdir: “Onun yeyilməsinin işkalı yoxdur və meyqu bir növ balıqdır.”[4]

Növ və cins baxımından meyqunun pulcuğu (balıq kimi) olmasa da, hökm baxımından pullu balıqlar hökmündədir və onun yeyilməsinin işkalı yoxdur. Başqa sözlə desək, bu dərya heyvanı pulcuqlu olmasa da, bizim üçün məlum olmayan müəyyən cəhətlərdən istisna olunmuşdur və rəvayətlərdə onun halal olmasına hökm demişdir.[5]

Həmçinin, xərçəngin haram olması barəsində də xüsusi rəvayət vardır: “Cərri (bir növ balıqdır), tısbağa və xərçəngin yeyilməsi haramdır.”[6] Buna əsasən, lobster, su ulduzu və s.nin haramlığı bu külli qanunlar çərçivəsində qalır.

Qeyd etmək lazımdır ki, bir şeyin sadəcə haram olması onun alverinin və ya ovlanmasının da haram olmasına dəlalət etmir. Çünki bir şeyin yeyilməsinin haramlığı ilə onun alveri bir-birindən fərqli olan iki məsələdir. Çox hallarda bir şeyin yeyilib-içilməsi haram, lakin onun alveri işkalsız ola bilər. Misal üçün, qanın yeyilməsi haramdır, lakin digər mənfəətlər xatirinə alver edilməsi caizdir. Buna əsasən, lobster, sədəf və s. yeyilmə üçün deyil, əksinə digər əqlani mənfəətlərindən istifadə üçün alver edilərsə caizdir. Sədəfli lobsterdə çoxlu digər əqlani mənfəətlərin olması mümkündür.

Əlavə məlumat üçün 744-cü suala bax.



[1] Tikanlı və ya sədəfli lobsterlər inkişaf etmiş çanaqlı növlərdəndir ki, qütb nahiyələrindən isti məntəqələr qədər dəryanın 500 metrliyinə qədər dərinliyində yaşayırlar.

[2] Şeyx Hürr Amili, “Vəsailuş-şiə”, 16-cı cild, səh. 397 və 398, rəvayət 1, bab 8, “ət’imul-muhərrəmə” babları

[3] Yenə orada, rəvayət 3 və 7

[4] “Vəsailuş-şiə”, 16-cı cild, səh. 408, rəvayət 5 və 12, “ət’imul-muhərrəmə” babları

[5] “Vəsailuş-şiə”, vərəq altı haşiyə, 16-cı cild, səh. 408

[6] “Vəsailuş-şiə”, 24-cü cild, səh. 146, “ət’imə və əşribə” kitabı, bab 16, hədis 1

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Нәјә ҝөрә имам Заманын (әҹ) саламатчылығына ҝөрә дуа едирик?
    3665 Qədim kəlam
    Һикмәт вә сәбәбини дәгиг билмәсәк дә имам Заманын (әҹ) саламатчылығына дуа етмәк шәриәтин ҝөстәришләриндән сајылыр. Онлардан бир нечәсинә ишарә едирик;1.О һәзрәтин әзиз вүҹудунун саламатчылына дуа етмәк Һәзрәтин сағламлығына сәбәб олан амилләрдән биридир. Аллаһ-таала билир ки, ...
  • Həzrət Adəm (əleyhis-salam) günaha düçar oldumu? Məgər peyğəmbərlər günah və xətadan uzaq deyildirlərmi?
    4241 Qədim kəlam
    Cavabın aydın olması üçün aşağıdakı məsələləri bəyan etmək zəruridir:1. İlahi peyğəmbərlər və vəsilər varlıq aləmində təkvini (təbii) və ruhi baxımdan çox yüksək bir məqama malikdirlər. Onlar Allah-taalanın cəlal və camal ayələrinin, ilahi-qeybi nurlarının tam təzahürləridirlər. Onların ruhlarının xilqəti və ...
  • Hikmət və elmi hər bir alimdən öyrənmək olar?
    5880 عقل، علم، حکمت
    İnsanlar həmişə haqqın qarşısında tabe olmalıdır. Əlbəttə əgər ağıl və dinin göstərişlərinə əsasən sözün haqq və düzgün olması sabit olarsa, sözü deyənin kim olmasına diqqət etmədən onu qəbul etsinlər. Amma şübhəsiz ki, elmi faydalı insanlardan öyrənmək lazımdır ki, öz elminə əqidəsi olsun və həyatında ondan bəhrələnsin. Haqq sözü ...
  • İslamın oğlan-qız arasında sağlam rabitə ilə əlaqədar hökmü nədir?
    14086 Nizamlar hüquq və əhkam
    İslam nəzərindən qadınla kişi bir-birini təkmil edən iki varlıqdır. Mehriban Allah da onları bir-biri üçün xəlq etmişdir. Qadınla kişinin bir-birinə qarşılıqlı ehtiyaclarından biri cinsi ehtiyacın təmin olunmasıdır. Amma bu ehtiyacın təmin olunması müqəddəs İslam şəriətinın buyurduğu qayda-qanunlar və göstərişlər çərçivəsində olmalıdır ki, tərəflərin iffət və paklıq gövhərinə heç bir xəsarət ...
  • Xeyir və şər Allahın yeganəliyi, mehribanlığı ilə necə uyğunluq təşkil edir?
    5066 Qədim kəlam
    1.     Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütünüzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir. Buna əsasən kainatda iki ...
  • Нәјә ҝөрә дүнјанын заһиринә вә маддијјата мејл Ахирәтә вә мәнәвијјата мејлдән даһа ҝүҹлүдүр?
    4811 Nəzəri əxlaq
    Тәбиәт аләминдә үзү ашағы һәрәкәт үзү јухары һәрәкәтдән асан олдуғу кими мәнәвијјат аләминдә дә мәнәви вә әхлаги һәрәкәт мадијјата тәрәф үзү ашағы һәрәкәтдән чәтиндир. Гуранда мәнәвијјата тәрәф һәрәкәт чох чәтин вә чалышмаглыгла јанашы танытдырылыр. Аллаһ-таала Иншигаг сурәсинин 6-ҹы ајәсиндә бујрур: ”Еј инсан! Сән ...
  • Peyğəmbərin öz həyatında sonrakı xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nə idi?
    3635 Qədim kəlam
    Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla ...
  • Buda dini, ilahi din olubdurmu?
    4645 Qədim kəlam
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
    3674 Qədim kəlam
    Mütəal Allah Quran-kərimdə Ramazan ayının barəsində buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən və haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs ...
  • Hər kəs ölsə və onun boynunda beyət olmasa və beyət etməmiş ölsə, cahiliyyətdə ölənlər kimi ölüblər, hədisi Peyğəmbərin (s) özünə də şamil edilirmi?
    3841 Qədim kəlam
    Beyətin iki tərəfi vardır. Onun bir tərəfi beyət edən , o biri tərəfi isə beyət olunandır (rəsul ya imam). Bunu nəzərə alsaq ki, Peyğəmbər, rəhbər və imamdır, buna əsasən peyğəmbər, beyət edən deyil, beyət olunandır. Bu cəhətdən aydındır ki, bu rəvayətin məqsədi (sualda qeyd olunan rəvayət ) təkcə imamı tanımaq ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113361 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86395 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65308 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48787 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37342 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35899 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24772 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24067 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23935 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21945 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...