Ətraflı axtarış
Baxanların
3597
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İbrahim (əleyhis-salam)-ın odda yanmaması səbəb-nəticə qanunu ilə ziddiyyətdədirmi?
Sual
Həzrət İbrahim (əleyhis-salam)-ın hadisəsində oxuyuruq ki, od onu yandırmadı, üstəlik gülüstana çevrildi. Digər tərəfdən, səbəb-nəticə qanunu bütün kainata hakim olan külli bir qanundur və bütün hallarda cərəyanda, qüvvədədir. Odun zatının yandırmaqda səbəb olduğuna diqqət yetirməklə, necə olur ki, bu barədə səbəb-nəticə qanunu qüvvədən düşür? Elmi cəhətdən bu mövzu ilə əlaqədar qənaətbəxş bir izah tapmaq olarmı?
Qısa cavab

Hər hansı bir mövzunun digər mövzu ilə əlaqədar səbəb olması birinci mövzu barəsində qərar verilən müəyyən xassələrə bağlıdır. Əgər onun xassələri təbii yollarla, yaxud möcüzəli şəkildə dəyişilsə, təbii olaraq artıq ikinci mövzu üçün səbəb rolunu oynaya bilməz.

İbrahim (əleyhis-salam)-ın atıldığı odun zatı da Allahın möcüzəli qüdrəti ilə dəyişildi və gülüstana çevrildi, nəticədə özünün ilkin xassələrini əldən verdi. Buna əsasən, İbrahimin əvvəlcə od olan gülüstanda sağ-salamat qalması və bədəninin yanmaması təəccüb yeri deyildir.

Ətreaflı cavab

Cavab verməzdən əvvəl nəzər-diqqətinizi sübut olunmuş elmi bir mövzuya cəlb edirik:

Bildiyimiz kimi, su öz zatında odun düşmənidir və yanğının qarşısını almaq üçün ən münasib bir vasitə kimi sudan istifadə olunur. Amma həmin suyun tərkibi hidrogen və oksigendən ibarətdir. Katalizator vasitəsi ilə su özünün təşkiledici maddələrinə – oksigenə və hidrogenə ayrılsa, onlardan birinə (hidrogenə) od dəyməklə eyni zamanda partlayır, digəri isə (oksigen) odu şölələndirir. Yəni bu iki maddə ayrı-ayrılıqda suyun gördüyü işin tam əksinə əməl edirlər. Halbuki, su bu iksinin kimyəvi tərkibindən əmələ gəlmişdir. Bu mövzunun səbəb-nəticə qanunu ilə heç bir ziddiyyəti yoxdur.

Qeyd olunan məsələyə diqqət yetirməklə bilmək lazımdır ki, hal-hazırda elmdə sübut olunmuşdur ki, bu kimi dəyişikliklər qeyri-mümkün deyildir. Qəbul olunan elmi bir prinsipə əsasən “maddə və enerji heç vaxt aradan getmir; daimi olaraq bir-birinə çevrilir”. Buna əsasən, demək olar ki, odda mövcud olan enerjinin maddəyə çevrilməsi mümkündür və elmi cəhətdən qeyri-mümkün hesab olunmur. Əgər təbii şəraitdə odun gülə, bitkiyə çevrilməsi adi camaat üçün qəbul oluna bilməyən bir məsələ və başqa sözlə desək, “adi cəhətdən qeyri-mümkün” sayılırsa, amma belə bir dəyişiklik elmi cəhətdən qeyri-mümkün deyildir. Bəşərin də gələcəkdə bu işi görə bilməsi mümkündür. Əlbəttə, o zamanda da enerjinin maddəyə çevrilməsində insanın qüdrəti məhdud olacaq və uzun müddət keçdikdən sonra bəlkə maddənin yalnız cüzi bir hissəsini enerjidən istehsal edə bilər.

Amma Pərvərdigari-aləm qeyri-məhdud, sonsuz qüdrət sahibi və hər bir mümkün işə qadir olduğundan, enerjinin böyük həcmini bir göz qırpımında və çox sadə şəkildə istədiyi hər bir maddəyə çevirə bilər. Bu iş İbrahim (əleyhis-salam)-ın yandırılması hadisəsində baş verdi və nəmrudçuların yandırdığı böyük həcmli od bir göz qırpımında gülüstana çevrildi. Bununla eyni zamanda səbəb-nəticə qanununda heç bir xələl yaranmadı. Çünki yandıran o od gülüstana çevrilsə, artıq ilkin xassələri onda olmayacaq ki, bir şəxsin onda yanmadığına görə təəccüblənmiş olaq. Odun qarşısını alan suda oksigenlə hidrogenin tərkibindən xüsusi xassə əmələ gəlir. Amma hər vaxt bu tərkib dəyişilsə, odun qarşısını almır, üstəlik odun şölələnməsinə də kömək edir.

Əqli nəzərdən qeyri-mümkün olmayan belə hallarda bəşərin qüdrəti bu işi əncam verməkdə, yaxud sürətləndirməklə məhduddur. Əgər insanların gözləri önündə baş versə ona “möcüzə” adı veriləcəklər.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
    3555 خوش رفتاری
    İnsan ictimai bir varlıqdır ki, digərlərinin dostluq və məhəbbətinə ehtiyacı vardır. Salam vermək iki insan arasında rabitənin başlanğıc mərhələsidir ki, müxtəlif məsajlara, o cümlədən dostluq, səmimiyyət, məhəbbət, təvazökarlıq, xeyir duası, qarşı tərəfə aramlıq vermək və s malikdir. Salam sözü çox gözəl və dərin mənaya sahibdir ki, bununla ...
  • Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
    3961 Qədim kəlam
    “Hübut” kəlməsi “yuxarı çıxmaq” mənasına olan “süud”un antonimidir və “yüksəklikdən aşağı enmək” mənasını ifadə edir. Bəzi hallarda da müəyyən bir məkanda hülul etmək (yerləşmək) mənasına işlənir. Adəm (əleyhis-salam)-ın behiştdən hübutu, eləcə də “hübut” kəlməsinin mənasının araşdırılması ilk növbədə o həzrətin məskunlaşdığı behiştin necə məna edilməsinə ...
  • Tükümün tökülməsinə görə, yapşqanla başıma parik qoymağa məcbur olmuşam. Mənim dəstəmaz və qüslümün hökmü nədir?
    3039 Nizamlar hüquq və əhkam
    Həzrət Ayətullah əl- uzma Hadəvi Tehrani (damət bərəkatuh)- nin cavabı belədir: Əkilmiş tük, təbii inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tük, təbii və inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tükü hökmündədir. Əkilmiş tük, inkişafsız təbii ya süni liflər ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    4552 İmamın şərtləri
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    3498 Nizamlar hüquq və əhkam
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    13957 Təfsir
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...
  • Peyğəmbər (s-)- in bütün kəlmə və sözləri vəhy olub ya xeyir?
    6593 Qədim kəlam
    Bu barədə alimlərin nəzəri fərqlidir: Bəziləri Nəcm surəsinin 3 və 4- cü ayələrinin[i] mütləq gəlməsinə istinad edərək bu fikirdədirlər ki, Peyğəmbərin bütün söz, rəftar və əməlləri vəhydən qaynaqlanır. Bəziləri də bu fikirdədirlər ki, Nəcm surəsinin 4- cü ayəsi Qurani- kərim və Peyğəmbər (s)- ə ...
  • Dinozavr barəsində İslamın nəzəri nədir?
    7051 Təfsir
    Quran hidayət kitabıdır və bu məqsədə kömək edən hər bir şey bu müqəddəs kitabda qeyd olunmuşdur. Mətləbin bəyanında onun tutduğu üslub – məsələlərin külliyyatına və əslinə işarə etməkdir, çox az hallarda məsələnin dəqiqliyinə, incəliyinə və təfərrüatına ...
  • Динләрин сонунҹусу неҹә диндир?
    4655 Təzə kəlam
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    5331 Təfsir
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113391 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86415 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65336 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48811 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37402 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35925 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24782 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24075 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23943 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21955 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...