Ətraflı axtarış
Baxanların
4919
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
Sual
Mən indiyə qədər mənəvi zülmətdə və azğınlıqda olmuşam, hal-hazırda isə Allah-taalanın istəyi ilə düz yolu tapmışam. Yaşlı bir şəxsəm, gec və yaşım ötmüş olsa da istəyim budur ki, elmiyyə hövzəsinə gedərək fiqh elmlərini öyrənəm. Mənim kimi belə şəxslərin vəzifəsi nədir? Bu işdən sərfi-nəzər etməliyikmi?
Qısa cavab

Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”[1] Həmçinin İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu başqa bir rəvayətdə deyilir: “Elm əldə etmək hər bir halda vacibdir.”[2]

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Sadiq (əleyhis-salam)-ın kəlamı göstərir ki, yaşın ötməsi elm əldə edilməsinə heç bir maneə deyildir. Bizim böyük alimlərimiz də həyatlarının axır anlarına qədər elm öyrənməklə məşğul olmuşlar. Nəql olunur ki, Əbu Reyhan Biruni vəfatından bir neçə an əvvələ qədər elm öyrənməyə və sual soruşmağa məşğul idi. Ehtizar halında “bura nə sual yeridir?!” - sualının cavabında demişdi: “Əgər bu mətləbi öyrənib ölsəm yaxşı olar, yoxsa nadan halda ölsəm?!”

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Sadiq (əleyhis-salam) buyurduğu kəlam bütün elmlərə aiddir, lakin dini elmlər daha artıq əhəmiyyət kəsb edir. Çünki qeyri-dini elmlərdən bəzilərini öyrənmək mubah, bəziləri müstəhəb, bəziləri isə vacibdir. Amma dini elmlər həmişə vacibdir; bəzən eyni, bəzən isə kifayi vacib şəklində olur.

Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün məscidə getdi. Orada iki dəstə var idi: biri elm öyrənir, digəri isə ibadət edirdi. Həzrət buyurdu: “Hər iki qrup yaxşı işə məşğuldurlar, o qrup Allahı çağırır, bu qrup isə elm öyrənirlər və nadanlara elm öyrədirlər. Bu qrup daha üstündür. Çünki mən təlim-tərbiyə üçün göndərilmişəm.”[3]

Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih)  buyurur: “Hər kəsin ölümü gəlib çatanda İslamın diri saxlanması üçün elm axtarışında olsa, onunla peyğəmbərlərin behiştdəki fasiləsi yalnız bir dərəcə olacaqdır.”[4]

Deməli, elm, xüsusilə dini elmləri öyrənmək heç bir vaxt gec deyildir. Amma əgər “yaşım ötüb” dedikdə məqsədiniz elmiyyə hövzələrində yaşı ötmüş şəxslərin qəbul olunması ilə əlaqədar problemlər olsa, bunu qəbul etməliyik ki, hər bir maarif sistemində xüsusi qayda-qanunlar vardır ki, sui-istifadə edənlərin, inzibatsızlığın qarşısı alınsın. Siz elmiyyə hövzələrinin qəbul komissiyasına müraciət etməklə öz məsələnizi irəli çəkə bilərsiniz. Əgər rəsmi qəbul şərtlərinə malik olsanız, heç;[5] bundan qeyri hallarda rəsmi olmadan və azad şəkildə dini elmləri öyrənə bilərsiniz. Hal-hazırda da çoxları hövzənin müdiriyyət sistemində rəsmi sənədi olmadan elm öyrənir, hövzənin təlim sistemindən və müəllimlərindən istifadə edirlər.

Əlbəttə, həyat xərcləri və məişətin təmin olunması ilə əlaqədar yaranan problemlər sizin fikrinizi özünə məşğul edə bilər. Amma bu barədə də çoxlu rəvayətlər vardır və belə buyurur: “Allah-taala elm əhlinin ruzisinə zəmanət vermişdir.” Onlardan biri də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu aşağıdakı hədisdir: “Məlaikələr sübh çağı elm dalınca gedən bir şəxsə kölgə salır, onun məişətinə bərəkət verilir və onun ruzisindən heç bir şey azaldılmır.”[6]

Əlbəttə, məişət xərclərini təmin etmək üçün təhsillə eyni zamanda kiçik işlərlə məşğul olmaq da olar. Hövzədə rəsmi sənədə malik olmamaq sizi yalnız maddi imtiyazlardan məhrum edə bilər.



[1] “Əl-kafi”, 1-ci cild, səh. 30

[2] “Biharul-ənvar”, 1-ci cild, səh. 171

[3] “Ayini daneşvəri”, səh 19 (“Əl-murad min siğətil-murid” kitabının tərcüməsi), “Ehyau ulimid-din”dən nəqlən: 1-ci cild, səh. 80; “Biharul-ənvar”, 1-ci cild, səh. 184. Peyğəmbər buyurmuşdur: من جاء ه الموت و هو بطلب العلم الدینی لیحیی به الاسلام کان بدینهو بین الانبیا درجة واحدة فی الجنة"

[4] “Ayini daneşvəri”, səh 19, “Təfsiri Razi”dən nəqlən, 2-ci cild, səh. 180

[5] Elmiyyə hövzələrinə qəbul olunmağın şərtləri ilə tanış olmaq üçün aşağıdakı sayta baxa bilərsiniz: http://hawzahnews.com/ads/modiriyate-hozeh/web/

[6] “Biharul-ənvar”, 1-ci cild səh. 184

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    119883 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91272 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71103 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    54961 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    52274 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37766 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26795 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26202 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26096 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25204 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...