Ətraflı axtarış
Baxanların
7288
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Nə üçün anası seyid olan şəxs seyid hesab olunmur?! Halbuki Fatimeyi-Zəhra (əleyha salam)-ın övladlarının hamısı seyiddir?!
Sual
Nə üçün anaları seyid olan şəxs seyid hesab olunmur?! Halbuki Fatimeyi-Zəhra (əleyha salam)-ın övladlarının hamısı seyiddir?!
Qısa cavab

İslamda “seyid” kəlməsi əsil-nəsəbləri ata tərəfdən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in babası Haşimə çatanlara deyilir, hətta Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları olmasa da. Başqa sözlə, seyid dedikdə o kəslər nəzərdə tutulur ki, nəsəbləri Haşimə çatsın, amma həzrət Fatimənin övladlarından olması vacib deyildir. Buna əsasən, Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları ona mənsub olduqlarına görə deyil, əksinə həm ata, həm də ana tərəfdən həzrət Haşimə çatdıqlarına görə seyid sayılırlar.

Ətreaflı cavab

Anaları seyid olanlar seyidlik cəhətindən Fatimeyi-Zəhra (əleyha salam)-a mənsub edilirlər. Bunu da qeyd edək ki, “seyid” təkcə Fatimənin övladları deyil; nəsəb cəhətindən həzrət Haşim və onun övladlarına çatanlar da seyid hesab olunurlar. Bütün islam alimləri bu barədə yekdil fikirdədirlər. İxtilaf yalnız bu məsələnin hökmləri – zəkat vermək kimi – barəsindədir. Bütün fəqihlərin nəzərinə əsasən onlara (seyidlərə) zəkat vermək caiz deyildir.

Bu sözdən məlum olur ki, anaları seyid olanlar qəti şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəslindəndir. İmamlarımız da həmin səbəbə görə Peyğəmbərin nəslindən sayılırlar. Bu müddəanın şahidi imam Riza (əleyhis-salam)-ın Abbasi xəlifəsi Məmunun cavabında buyurduğudur: Məmun İmama dedi: – Apardığım tədqiqatla bu nəticəyə çatmışam ki, həsəb və nəsəb cəhətindən bizimlə sizin aranızda heç bir fərq yoxdur. Fəzilət baxımından hər ikimiz eyni səviyyədəyik. Bizim fəzilətlərimiz barəsində sizin ardıcıllarınızın düçar olduqları ixtilaf həvayi-nəfs və təəssüb üzündən irəli gəlir!

İmam Riza (əleyhis-salam) buyurdu: – İcazə versəniz, cavabınızı verim; yox, istəməsiniz cavab vermərəm.

Məmun dedi: – Mən bu sualı irəli çəkdim ki, sizdən istifadə edim.

Həzrət buyurdu: – Əgər Allahın Peyğəmbəri bu qamışlıqların arasından çıxaraq sizin qızınızı özü üçün elçilik etsə, nə edərsiniz?

Məmun dedi: – Sübhanəllah! Elə bir kəs tapmaq olarmı ki, belə bir qohumluqdan sevinməsin?

İmam buyurdu: – Mən də o həzrətlə belə qohum olmağa razı ola bilərəmmi?! (Yəni o həzrət mənim qızımla evlənə bilərmi?!)

Məmun bir anlığa sükut etdikdən sonra dedi: – Allaha and olsun! Sizin qohumluğunuz Allahın Rəsuluna birləşmişdir![1]

Bu rəvayətdən belə nəticə almaq olar ki, Peyğəmbərin qız nəvələri və övladları da o həzrətin nəslidir və Peyğəmbərin onlarla evlənməsi caiz deyildir.

Ata tərəfdən bir tayfaya və ya qəbiləyə mənsub olmaq camaat arasında qəbul edilən adi bir məsələdir. Dünya ölkələrinin çoxunda olduğu kimi, bizim ölkəmizdə də insanların nəsəbi ata tərəfdən qeydə alınır, halbuki, anaya mənsub olmaq da şübhəsiz və qəti bir məsələdir. Amma  diqqət yetirmək zəruridir ki, camaat arasında rəvacda olan bəzi işləri islam dini də qəti bir prinsip kimi qəbul etmişdir. Bu məsələnin dəlili də çoxdur və rəvayətlərdə ona işarə edilmişdir. Sualda qeyd olunan mövzuda imam Kazim (əleyhis-salam) xüms almağa müstəhəq (haqlı) olanları bəyan etdikdən sonra buyurur: “Anası Bəni-Haşimdən, atası isə Qüreyşin başqa qəbilələrindən olan bir kəs sədəqələrdən istifadə edə bilər və xümsdən onun üçün bir pay yoxdur. Çünki Allah-taala Quranda buyurur: “Camaatı ataları ilə çağırın.”([2]) ([3])

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 10-cu cild, səh. 349, hədis 9, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 1-ci cild, səh. 539, hədis 4, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il.

[3] “Əhzab”  surəsi, ayə: 5

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    120293 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91544 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71409 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    55248 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    53112 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37836 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26845 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26598 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26188 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25264 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...