Ətraflı axtarış
Baxanların
11555
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
Sual
Çox danışmağı müalicə etmək üçün hansı yoldan istifadə etmək olar? Məqsədimiz də budur ki, öz sirlərimizi və başqalarının sirlərini qoruyub saxlaya bilək.
Qısa cavab

Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh yuxudan oyanan zaman dilinin fəaliyyətlərinə nəzarət etmək barədə özünə tövsiyə etsin. Əli (əleyhis-salam) buyurur: “Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan. İndi dilini qızıl-gümüşlərin kimi qoruyub saxla. Çox hallarda bir söz insandan (çoxlu) nemətin alınmasına səbəb olur. Belə isə, bilmədiyin şeyləri danışmaqdan çəkin. Allah-taala sənin zahiri (bədən) və daxili üzvlərinə bir çox şeyi vacib etmişdir və qiyamət günü onlardan sual olunacaqdır. Dilini özlərinə hakim edənlər o gündə zəlil və xar olacaqlar. Hər kəs çox danışsa, xətası çox olacaq, hər kəsin xətası çox olsa həyası azalar, hər kəsin həyası az olsa, günah və  şübhəli işlərdən çəkinməsi azalar, qəlbi ölər və hər kəsin də  qəlbi ölsə, cəhənnəmə daxil olar.”

Ətreaflı cavab

Dil qəlbin bəyançısı, əqlin nümayəndəsi, şəxsiyyətin açarı və insan ruhuna açılan ən mühüm pəncərədir. Dilin səhifəsində və danışıqların əsnasında zahir olan hər bir şey ruhun səhifəsində həkk olunan şeylərin zahir olmasından ibarətdir. Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqə yaradıb rabitənin inkişaf etdirilməsi üçün mühüm bir vasitə olmaqla eyni zamanda, onun çoxlu bəlaları da vardır ki, bir çox günahların mənşəyi ola bilər. Buna görə də dili nəzarət altına almaq və ondan lazımi yerlərdə istifadə etmək üçün iki yol təklif olunur:

a) Elmi müalicə

Dilin yarada biləcəyi təhlükələrə diqqət yetirmək və onu nəzarət altına almaq çox danışmağın ən yaxşı elmi müalicə yollarından biridir. Dil və onunla danışmaq çox yerlərdə faydalı olduğu kimi, çoxlu təhlükələri və bəlaları da vardır. İnsan yuxudan oyandığı hər sübh gərək özünə “dilindən ehtiyatlı ol!” deyə tövsiyə etsin. Çünki bu üzv insanı həm səadət zirvələrinə, həm də zillət quyularına, bədbəxtlik çalalarına sala bilər. İmam Səccad (əleyhis-salam) buyurur: “Hər sübh insanın dili bütün bədən üzvlərinə xitab edərək deyir: “Necəsiniz? Necə sübhə çıxdınız?” Cavab verirlər ki, “xeyir və yaxşılıqla; bu şərtlə ki, sən (bizdən əl çəkəsən), bizi öz başımıza buraxasan.” Sonra onu Allaha and verirlər ki, (yaramaz sözlər danışmaqla) bizi əzab-əziyyətə, məşəqqətə salma! Çünki sənə görə bizə savab və mükafat verir və sənə görə bizi cəzalandırırlar.” [1]

Deməli, insan daim öz dilini və danışığını nəzarət altına almalı, tam ehtiyatlı olmalıdır. Çünki ağızdan çıxan hər bir söz insanın əməl dəftərində qeyd olunur. Quranda buyurulur: “İnsan elə bir söz demir ki, (danışan) həmin anda onun əməllərinə nəzarət edən bir mələk onu qeydə almamış olsun.” [2]

İmam Əli (əleyhis-salam)-ın buyurduğu hədislərdə oxuyuruq:

1. O Həzrət çox danışan bir nəfərin yanından keçəndə dayanıb buyurdu: “Ey kişi! Bu qədər çox danışmaqla sənə mühafizəçi qoyulmuş mələklərə bir kitab (qədər) imla deyirsən. Sənə faydalı olan şeyləri danış, puç sözlərdən uzaq ol!” [3]

2. “Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan. İndi dilini qızıl-gümüşlərin kimi qoruyub saxla. Çox hallarda bir söz insandan (çoxlu) nemətin alınmasına səbəb olur. Belə isə, bilmədiyin şeyləri danışmaqdan çəkin. Allah-taala sənin zahiri (bədən) və daxili üzvlərinə bir çox şeyi vacib etmişdir və qiyamət günü onlardan sual olunacaqdır. Dilini özlərinə hakim edənlər o gündə zəlil və xar olacaqlar. Hər kəs çox danışsa, xətası çox olacaq, hər kəsin xətası çox olsa həyası azalar, hər kəsin həyası az olsa, günah və  şübhəli işlərdən çəkinməsi azalar, qəlbi ölər və hər kəsin də  qəlbi ölsə, cəhənnəmə daxil olar.” [4]

3. “Əql kamil olan zaman danışıq azalar.” [5]

Deməli, Quran və rəvayətlər baxımından dilin bəlasından uzaq olmaq üçün ən yaxşı yol çox danışmaqdan uzaq olmaq, faydasız sözləri tərk etməkdir. Çünki əgər insan danışdığı bütün sözlərin onun əməllərinin bir hissəsi olacağına inansa və onun qarşısında məsuliyyət daşıdığını bilsə, ümumiyyətlə yalana və qeybətə düçar olmaq, vaxtı öldürmək, başqalarına əzab-əziyyət vermək, qəlbin qəsavəti (daşlaşması) və sair kimi işlərə səbəb olan çox danışmaqdan çəkinər.

Bəlkə də çox danışmağın psixoloji köklərini bu məsələdə qeyd etmək olar: biz insanlar həmişə başqalarının diqqət mərkəzində olmaq, başqalarının kifayət qədər məhəbbətini qazanmaq üçün diqqəti cəlb edən işlər görürük. Lakin unutmaq olmaz ki, əgər insan özünün Allahla əlaqəsini düzgün əsasda qursa, bütün işlərində əsas məqsədi Allahın razılığı olsa və yalnız Allah tərəfindən sevilmək üçün bir iş görsə, Allah-taala başqalarının diqqətini cəlb etməyə ehtiyac duymadan belə insanı onlara sevdirər. Deməli, bu kimi hallarda başqalarının razılığını cəlb etmək üçün nalayiq işlər görməyə və çox danışmağa lüzum görülməz. [6]

b) Əməli müalicə yolu

İnsan məşq etməklə, özünə təlqin etməklə və bəzi hallarda nəzir etməklə və cərimə ödəməklə və s. işləri görməklə özünü tədrici olaraq az danışmağa adət etdirə, bu barədə sabit bir sifətə nail ola bilər. Amma diqqət yetirmək lazımıdır ki, çox danışmağın qarşısını almaq tədrici və uzun müddətli bir işdir və zamana ehtiyac duyulur. Əgər bir kəs çox danışırsa, dilinə nəzarət edə bilmirsə və bu əməl onda artıq səciyyə şəklinə düşmüşsə, bir gündə onun əksinə əməl edə bilməz; əksinə gərək qəti qərara gələrək çox danışmaqdan hər gün bir qədər azaltsın, tədrici olaraq dilinə hakim kəsilsin, lazım və zəruri miqdarda dilindən istifadə edərək danışsın.

Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə bax:

“Rəzalət sifətlərini paklamaq yolları” sual 2604 (sayt 2701)

“Kəlam və sükutun müqayisəsi”, sual 9135 (sayt 9608)

“Dillə əlaqədar günahları tərk etmə yolları”, sual 13868 (sayt 13582)



[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 68-ci cild, səh. 302, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri ili

[2] “Qaf” surəsi, ayə: 18: ما یَلْفِظُ مِنْ قَوْلٍ إِلاَّ لَدَیْهِ رَقیبٌ عَتیدٌ

[3] Şeyx Səduq (rəhmətullah əleyh), “Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 396, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 2-ci çap, 1404-cü hicri ili

[4] “Biharul-ənvar”, 68-ci cild, səh. 286

[5] “Biharul-ənvar”, 1-ci cild, səh. 159

[6] Əlavə məlumat üçün aşağıdakı görünüşlərə bax: “Başqaları tərəfindən sevilmə yolları”, sual 10915 (sayt 11064) “Allah tərəfindən sevilməyin yolları”, sual 10085 (sayt 10070)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
    15616 Cürbəcür 2013/02/17
    Ömər bin Səd, İbn Vəqqasın oğlu idi. Ömərin atası, Peyğəmbərin (s) məşhur səhabələrindən[1], İslamın ilk qoşun başçılarından və ərəb əmirlərindən idi.[2] O ilk müsəlman olanlardan idi və Peyğəmbər (s)- in zamanında çoxlu döyüşlərdə iştiral etdi. Səd bin Əbi Vəqqas, Bəni Zöhrə ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8725 Nəzəri irfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Əgər bir şəxs təhqiq etmədən öz mərcəi təqlidini seçmişdirsə, indi onun vəzifəsi nədir?
    7158 Nizamlar hüquq və əhkam 2011/04/14
    İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2] Başqa sözlə desək, əgər bu yollarla ...
  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7328 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...
  • Arestotelin peyğəmbər olması.
    7107 تاريخ بزرگان 2011/09/11
    Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə ...
  • шиә етигадында виләјәти-фәгиһин һансы мәгамы вар?
    6396 Təzə kəlam 2009/11/10
    Шиә әгидәсинә ҝөрә гејбәт әсриндә вилајәти-фәгиһ мәсум Имамларын (ә) вилајәтинин давамыдыр. Онларын вилајәти, мәсум Имамларын (ә) вилајәтинин Пејғәмбәрин (с) вилајәтинин давамы олдуғу кимидир. ...
  • 12 yaşlı oğlan uşağı camaat namazında kişilər ilə bir cərgədə dura bilərmi?
    7226 Nizamlar hüquq və əhkam 2012/02/07
    Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1] Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
  • Din vahiddir yoxsa çoxlu?
    7217 Təzə kəlam 2011/02/14
    Əgər dindən məqsəd, Allah tərəfindən nazil olub və peyğəmbərlər (ə) vasitəsi ilə camaata çatdırılan əqaid, əxlaq və qanunlar toplusu olarsa, bu halda din vahid bir şeydir və dinlərin fərqi zaman və məkanların tələbinə əsasən fərdi və tayfa xüsusiyyətlərinə uyğun olaraq cüzi göstərişlərdə dəyişilir. Əgər dindən məqsəd, dünyadakı mövcud dinlər ...
  • Əgər namaz qılmayan bir şıxsin arxasınca danışılarsa qeybət sayılırmı?
    7981 Nizamlar hüquq və əhkam 2011/05/31
    Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid ...
  • Oynamağın haram olduğunu qeyd edən hədisləri sənədi ilə birlikdə yazın.
    13836 Nizamlar hüquq və əhkam 2011/03/10
    Sualı cavablandırmazdan öncə bir neçə girişə ehtiyac duyulur. Heç bir hədis kitabında elə bir hədis yoxdur ki, bir başa rəqs etməyi növü ilə birgə haram buyursun. Amma bunu da qeyd edək ki, hədisə istinad edərək ondan hər hansı bir şəri hökmü çıxarmaq və fətva vermək mərcəi- təqlidlərin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167448 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165671 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120753 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115370 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114046 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57264 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55576 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47548 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...