Ətraflı axtarış
Baxanların
11448
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
Sual
Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
Qısa cavab

Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır:

a) Şeytan شَاطَ  “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir;

b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن “şatin” kökündəndir;

v) Şeytan sözü شَطَنَ يَشَْطُنُ  “şətənə yəştunu”dan alınmışdır və uzaqlaşmaq mənasınadır.

İblis bəndələrin Allaha ibadət və bəndəlik etdiklərinə görə qəzəblənib əsəbi olduğuna, yaxud çox inadkar və itaətsizlik edən varlıq olduğuna, yaxud da Allah dərgahından qovulduğuna görə şeytan adlandırılmışdır.

İblisin adı ibri, yaxud siryani dilində Əzazildir. Ərəb dilində onun adı Haris, bəzi mənbələrdə isə Nabil, künyəsi isə Əba Kədusdur.

Ətreaflı cavab

Şeytan kəlməsinin hansı kökdən alınması ilə əlaqədar fikir ayrılığına nəzər yetirməklə onun mənasında da ixtilaf yaranmışdır. Buna görə də əvvəlcə şeytan kəlməsinin mənasını araşdırırıq. Bu sözün məfhumu ilə əlaqədar üç nəzəriyyə mövcuddur:

a) شيطان  Şeytan شَاطَ  “şatə” kökündən alınmışdır, fə’lan vəznindədir və onun axırındakı “əlif və nun” (ان) kökünə artırılmışdır. “Şatə”nin mənası qəzəb üzündən yanmaq və şölələnmək deməkdir.[1]

b) O شَاطن “şatin” kökündən alınmışdır, bu halda şeytan xəbis və alçaq varlıq mənasına olur.[2]

d) Bəziləri də demişlər ki, şeytan kəlməsinin axırındakı “nun” (ن) hərfi kəlmənin əsl hərfidir və o, “uzaqlaşmaq” mənasına olan شَطَنَ يَشَْطُنُ  “şətənə yəştunu” kökündən alınmışdır.[3] Buna əsasən şeytan xeyirlərdən və rəhmətdən uzaqlaşdırılmış mənasınadır.[4]

Bu kəlmə üçün deyilən mənalara əsasən, şeytanın belə adlandırılmasının səbəbi aşağıdakılardır:

Birinci nəzəriyyəyə əsasən, İblis bəndələrin Allah dərgahında ibadət və bəndəlik etdiyinə görə qəzəblənib əsəbi olduğundan şeytan adlandırılmışdır.[5]

İkinci mənaya əsasən, İblis çox alçaq və xəbis, həmçinin inadkar və üsyankar varlıq olduğuna görə ona şeytan deyilir.[6]

Üçüncü məfhuma əsasən, şeytan Allah dərgahından qovulduğuna görə ona belə ad verilmişdir. Belə ki, Allah-taala buyurur: فَاخْرُجْ مِنْها فَإِنَّكَ رَجِيمٌ “Buradan xaric ol! Çünki sən qovulmuşsan!”[7]

Şeytan üçün deyilən çoxlu mənalara diqqət yetirməklə hər bir inadkar və üsyankar şəxsə də şeytan deyilə bilər,[8] istər insan olsun, istər cin, istərsə də başqa canlı.[9] “Ən`am” surəsinin 112-ci ayəsi də həmin məsələyə də dəlalət edir.[10]

Nəticə:

Şeytanın və ya İblisin adı ibrani (yaxud siryani dilində)[11] Əzazildir. Ərəb dilində isə  Harisdir.[12] Bəziləri demişlər ki, onun adı (ərəbcə) Nabil, künyəsi isə Əba Kədusdur.[13] Buna əsasən, onun adı elə əvvəlcədən şeytan olmamış, əksinə Allahın əmr və fərmanına itaətsizlik etdikdən sonra şeytan adlandırılmışdır.

 


[1] Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399, “İslam” nəşriyyatı, ikinci çap, Tehran, 1378-ci şəmsi il

[2] Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 1-ci cild, səh. 191, 192, "Darul-kutubil-islamiyyə", birinci çap, Tehran, 1374-cü şəmsi il

[3] Müstəfəvi, Həsən, “Əttəhqiqu fi kəlimatil-Quranil-kərim”, 6-cı cild, səh. 61, “Kitab” tərcümə və nəşr qurumu, Tehran, 1360-cı şəmsi il

[4] “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399

[5] Yenə orada

[6] "Təfsiri nümunə", 1-ci cild, səh. 191-192

[7] “Hicr” surəsi, ayə: “Sad” surəsi, ayə: 77, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399

[8] “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 1-ci cild, səh. 399

[9] "Təfsiri nümunə", 1-ci cild, səh. 191, 192

[10] وَ كَذلِكَ جَعَلْنا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَياطينَ الْإِنْسِ وَ الْجِنِّ “Beləcə. Hər bir peyğəmbər üçün cinlərdən və insanlardan olan düşmən qərar verdik.”

[11] Əsfəraini, Əbul-Müzəffər Şahfur ibni Tahir, “Tacut-təracim fi təfsiril-Quran lil-əacim”, tədqiq: Hərəvi, Nəcib, Mail və İlahi Xorasani, Əli Əkbər, 3-cü cild, səh. 13, “Elmi-mədəni nəşriyyat”, birinci çap, Tehran, 1375-ci şəmsi il

[12] Əllamə Məclisi, "Biharul-ənvar", 60-cı cild, səh. 308, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; “Tacut-təracim fi təfsiril-Quran lil-əacim”, 3-cü cild, səh. 1319-cu il

[13] Burucerdi, Seyid Hüseyn , “Təfsirus-siratil-müstəqim”, tədqiq: Qulamrza Mövlana, 5-ci cild, səh. 258, “Ənsariyan” müəssisəsi, birinci çap, 1416-cı qəməri il, Qum

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Digər dinlərin ardıcılları ilə müsəlmanların sülhsevr rəftarları barəsində Qurani- Kərimin baxışı necədir?
    8184 Təfsir 2011/11/19
    “Məzhəbi dinc birgə yaşama” əsl islami fikirdir. Bir çox Qurani- Kərim ayələri müxtəlif şəkillərdə, kamil surətdə bunu sifariş etmişdir. Qurani- Kərim baxımından məzhəbi müharibələrə və müxtəlif məzhəblərdə mövcud olan əqidəvi ixtilaflara görə dava- dalaşlara, - məsələn, səlib xaç müharibələri- icazə verilir. Digər dinlərin ardıcıllarına kin və düşmənçilik ...
  • Bir şeyin murdar olması yalnız üç yolla məlum ola bilər? Yəqin etmək yalnız gözlə görməklə hasil olur?
    7201 Nəcasətin isbatı 2012/07/22
    İslam dini insanların vasvasılığının qabağını almaq, onların həyat və məişətlərində məşəqqətə və çətinliyə düşməmələri üçün hər bir şeyin ilkin nəzərdə pak-pakizə olmasını əsas qərar vermiş və öz ardıcıllarına göstəriş vermişdir ki, yalnız bir şeyin nəcis olduğuna yəqin etdikləri halda ondan çəkinsinlər, bundan başqa hallarda heç bir vəzifələri ...
  • Nəyə görə Allah-Taala Quranı tərtillə oxumağı göstəriş verib?
    9249 Quran elmləri 2011/08/23
     Qurandabuayə - “Həmdəaramla (ağır-ağır) Qur’anoxu!”
  • Quranda, yeddi səmadan məqsəd nədir?
    8602 آسمان و زمین 2012/06/13
    Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin ...
  • Niyə görə zəkat ona vacib olmamasına baxmayaraq Həzrət Əli (ə) namaz halında zəkat verdi?
    9687 Qədim kəlam 2011/09/04
    Həzrət Əli (ə) heç vaxt fağır və yoxsul olmamışdır, əksinə həmişə zəhmət çəkib çoxlu mal-dövlət ələ gətirər və hamısını bir yerdə Allah yolunda xərcləyər, ianə verərdi. Beləlilkə özü üçün bir şey qalmazdı. Bu ayədə o Həzrətin zəkat verdiyi yerlərdən birinə işarə edilir. Bundan əlavə, Quranda bir çox yerlərdə müstəhəb sədəqələrə ...
  • Faruq və Siddiqin mənası nədir və nə vaxtdan yayılmağa başlamışdır?
    13594 Fiqh tarixi 2012/03/14
    Şiənin inancına əsasən, Faruq və Siddiq ləqəbləri Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Əli (əleyhimus-salam)-a verilmiş ləqəblərdir. “Faruq” kəlməsi haqq ilə batilin arasında fərq qoyan “fərq” kökündən, “Siddiq” isə həddindən artıq düz danışan mənasına olan “sidq” kökündən alınmış sifətin mübaliğə formasıdır. Əlbəttə, bəzi sünnü mənbələrində Peyğəmbərə istinadən ...
  • Evdə pişik saxlamağın hökmü nədir?
    16860 Heyvanları ovlamaq və saxlamaq 2015/05/27
    Evdə pişik saxlamaq haqqında heç kəsdə şübhə olmadığından əlavə, əksinə Məsum İmamlardan (əleyhimussalam) rəvayətlərdə bu işim təşviqinə də sənəd var. ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    7062 Zaman 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Alimlərin nəzərincə siqaret çəkmək haramdırmı?
    16002 Nizamlar hüquq və əhkam 2011/09/06
    İslam dini insan sağlamlığına zərər vuran bütün yeyinti və içki məmulatlarını, habelə zərərli şeylərin istifadəsini qadağan etmişdir. Belə ki, zərərli olan şey daha təkidlə qadağan, zərərvermə baxımından üstün dərəcədə olanlar isə haram edilmişdir. Mərhum İmam Xomeyni (r. ə.) buyurmuşdur: "İnsana zərər verən şeylərin yeyilməsi haramdır."
  • Quran necə kitabdır?
    7286 Təfsir 2011/08/23
    Qurani-Kərimsonilahixəbərolaraq, Allah-TaalatərəfindənMəhəmmədibnƏbdullahınvasitəsiiləinsanlarıhaqq

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167489 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165676 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120756 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115382 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114101 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95636 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57304 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55580 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47556 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46761 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...