Ətraflı axtarış
Baxanların
6227
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
İmam Sadiq (əleyhis-salam)-ın əhli-sünnətdən ustadları var idimi?
Sual
Mən əhli-sünnət saytlarından birində görmüşəm ki, İmam Cəfər Sadiq (əleyhis-salam) “Cəfər ibni Məhəmməd” adı ilə tərif edilir və onun tərcümeyi-halında elə ustadların adlı çəkilir ki, həzrət fiqh və üsul elmində guya onlardan istifadə etmişlər. Bu iddianın düzgün olub-olmaması barəsində aydınlıq gətirin.
Qısa cavab

1. Yuxarıda dediyiniz şəkildə qeyd olunan mətləb ümumiyyətlə düzgün deyildir. Çünki məsum imamlar (əleyhimus-salam) bütün elmlərə sahib idilər[1] və hədis kimi elmləri başqalarından öyrənməyə ehtiyacları yox idi. Əksinə, əhli-sünnət alimlərindən və məzhəb rəhbərlərindən bəziləri birbaşa və ya müəyyən vasitələrlə onların şagirdi olmuşlar, o cümlədən, Əbu Hənifə və Malik ibni Ənəs.[2]

2. Əhli-sünnətin sözlərində gələnlər onların imamlara hədis, fiqh və üsul elmi öyrətməsi yox, yalnız hədis nəql edilməsidir. Çünki məsum imamlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql etmək istəsəydilər camaatın bəziləri o hədisi yalnız o vaxt qəbul edirdilər ki, tabein və ya səhabədən birinin vasitəsi ilə Peyğəmbərə çatmış olsun. Halbuki bu sənəd silsiləsini zikr etməyə heç bir ehtiyac duyulmurdu. Lakin məsum imamlar (əleyhimus-salam) müəyyən məsləhətlər üzündən belə əməl edirdi. İmamların səhabədən və tabeindən hədis nəql etməsi onların məsum imamların ustadı olmasına heç bir əsas vermir. Misal üçün, imam Sadiq (əleyhis-salam) və atası imam Baqir (əleyhis-salam) Cabir ibni Əbdullahın vasitəsi ilə Peyğəmbərdən bir hədis nəql etmişdir. Çünki səhabə və tabeninin vasitəsi ilə nəql etmədiyi halda camaat etiraz edirdi. O hadisələrin birində deyilir: “İmam Baqir (əleyhis-salam) təlim kürsüsündə əyləşmişdi və (birbaşa) mütəal Allah tərəfindən camaat üçün hədis deyirdi. Mədinə əhalisi dedilər: “Biz səndən də cürətli bir şəxs görməmişik!” Camaatın belə dediyini görən zaman həzrət onlar üçün (birbaşa) Peyğəmbərdən hədis nəql etməyə başladı. Yenidən Mədinə əhalisi dedilər: “Biz heç vaxt bu şəxsdən də yalançı bir adamı görmədik! O, bizim üçün görmədiyi bir şəxsdən hədis nəql edir.” Həzrət onun barəsində belə sözlər danışıldığını gördükdə onlar üçün Cabir ibni Əbdullahdan hədis nəql etdi, onlar da təsdiq etdilər. Halbuki Cabirin özü də imam Baqir (əleyhis-salam)-ın yanına gəlir və ondan hədis öyrənirdi.”[3]

Şiələrin əqidəsinə görə məsum imamlar Peyğəmbərdən hər hansı bir hədisi nəql etdikdə onun özünə və onun ata-babalarına istinad edilir və qəbul olunurdu, imamlardan başqa bir vasitənin qeyd olmasına da ehtiyac duyulmurdu.



[1] Aşağıdakı görünüşlərə bax: “İmam Sadiq (əleyhis-salam) və fizika elmi”, sual 9123 (sayt 9948), “İmamın elminin mənbəyi, sual 3024 (sayt 3667), “İmam Əli (əleyhis-salam) və qeyd elmi, sual 7474 (sayt 8022), “İmamların (əleyhimus-salam) qeyb elmi , sual 2775 (sayt 3259).

[2] “İslam pasdarı” jurnalının 1386-cı il aban ayında çıxan 3011-ci nömrəsində İmam Sadiq (əleyhis-salam)-ın əhli-sünnətdən olan şagirdlərinin adı mənbəyinin zikri ilə nəql edilmişdir. Bu jurnalı əldə etmək üçün aşağıdakı sayta http://www.hawzah.net, həmçinin “Nur ixtisasçı jurnalı”na: http://www.noormags.com müraciət edə bilərsiniz.

[3] Şeyx Kuleyni (rəhmətullahi əleyh), “Kafi”, 1-ci cild, səh. 469 və 470, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160409 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146655 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115680 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    106907 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89283 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88634 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52190 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41717 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    40919 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40556 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...