Ətraflı axtarış
Baxanların
7311
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
Sual
İmamların yanında Zürarənin əzəməti nə qədər olubdur? Onun bütün rəvayətlərini qəbul etmək olarmı?
Qısa cavab

Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri olması nəticəsinin doruluğuna yetişmək olar.

Ətreaflı cavab

Zürarə bin Əyən Şəybani, İmam Baqir (ə) və İmam Sadiq 9ə)- ın ən böyük səhabələrindən biridir ki, bu iki İmamdan rəvayət nəql edibdir.[1]

Zürarənin ailəsinin kökü "Rum" diyarına yetişir. Atası Rum əhalisindən biri idi ki, qul olaraq Bəni Şəybanda yaşayırdı. Quranı öyrəndiyinə görə, onlar tərəfindən azad oldu.[2]

Şeyx Tusinin dediyinə görə, əyən ailəsi, şiənin məşhur ailələrindən biri idi ki, çoxlu rəvayət, kitab və qanunlar onlardan yadigar qalıb.[3]

Nəccaşi Zürarənin xüsusiyyətləri barəsində belə yazır: "Öz zamanında İmamların səhabələrinin böyüyü və şeyxi idi. O böyük, qari, Fəqih, kəlamçı, şair və əbid idi ki, yaxşı xüsusiyyətlərin hamısı onda cəm olmuşdu. Zürarə dediyi və nəql etdiyi hər nədə sadiq və düz danışandır."[4]

O, İcma- əshabından biri sayılıbdır ki, onun düz danışmaqlığı haqda, İmamlar (ə)- ın əshabı arasında fikir birliyi var.[5]

"Kəşi" öz kitabında İbn Quləvəyhdən, o da öz sənədi ilə İmam Kazim (ə)- dan bir rəvayət nəql edir: "Qiyamət günü nida gələr ki, əhdlərinə sadiq qalıb və onu sındırmayan Məhəmməd bin Abdullah (s)- ın əshabı haradadırlar? Sinra Salman, Miqdad və Əbuzər ayağa qalxarlar" Sonra İmam (ə) İmam Sadiq və İmam Baqir (ə)- ın əshabına qədər adları deyib və buyurdu: "Nida gələr ki, əhdlərini sındırmayan İmam Baqir (ə) və İmam Sadiq (ə)- ın əshabı haradadırlar? Bu zaman bir dəstə ayağa qalxarlar ki, Zürarə də onların arasındadır".[6]

Amma rəvayətlərin bəzisində, Zürarə barəsində bəzi məsələlər nəql olubdur ki, İmam (ə) onu pisləyir və ondan özlərini uzaq bilmişdir.

Əbu Bəsir İmam Sadiq(ə)- dan "Əlləzinə amənu və ləm yəlbəsu imaməhum bizulmin"[7] ayəsi barəsində soruşur ki, həzrət buyurur: Ey Əbu Bəsir, mən və sən bu zülmdən Allaha pənah aparmalıyıq. Bu ayənin məqsədi, Zürarə, Əbu Hənifə və əshablarıdırlar.[8]

İmam Sadiq (ə)- ın Zürarə barəsindəki bu nəzəri, sonralar, o həzrətin özü tərəfindən qüətiyyətlə inkar edildi və Zürarə barəsində o həzrətdən olan rəvayətlər Zürarənin canını qorumaq üçün olmasını göstərdi.

Abdulla bin Zürarə İmam Sadiq (ə)- dan belə nəql edir ki, həzrət ona buyurdu: "Atana (Zürarə) salam yetir və de, mənim ona tutduğum iradlar, əslində onu müdafiə etmək üçündür. Çünki bizim düşmənlərimiz, bizim təriflədiyimiz hər şəxsə hücum edib və ona əziyyət edirlər.

Çox vaxt qətlə yetirirlər. Mən onu pislərdim ki, onun bizimlə olan nisbətinə görə, Əhli- beyt düşmənləri və camaat tərəfindən əziyyət görməsin.Allaha and olsun ki, Zürarə mənim əshabımın ən yaxşısı və atamın əshabının ən yaxşısıdır".[9]

Zürarə barəsində bəyan olan mədh və pislənmə rəvayətləri arasındakı ziddiyyəti həll etməkdə belə rəvayətlərə diqqət etməklə, alim və fəqihlərin hamısı, Zürarənin şəxsiyyətini böyük sayıb və onu İmamlar (ə)- ın səhabələrinin ən böyüklərindən biri bilirlər. Əllamə Hilli bu iki dəstə rəvayətləri cəm etmək barəsində deyir: "Kəşi" nin nəql etdiyi pisləyən rəvayətlərə diqqət edərək ( və o rəvayətləri onu tərifləyən rəvayətlərlə cəm etməklə) bu şəxsin rəvayətləri, mənim yanımda qəbul olunmuşdur."[10]

Əllamə Möhsin Əmin də, öz kitabında alimlərdən çoxunun adını açıqlayır ki, hər iki dəstə rəvayətə diqqət etməklə, Zürarəni böyük insan sayıb və onun şəxsiyyətini tərifləyiblər.[11]

Sonda xatırladırıq ki, Zürarə İmamların (ə) əshabının böyüklərindən və düz danışanlarından olsa da, amma bir rəvayəti qəbul etmək, çoxlu məsələlərə bağlıdır. O cümlədən, bir rəvayət qəbul edilmək istəyirsə, rəvayətin kimdən nəql olunması və mətnə aid məsələlərdən əlavə, sənəddə olan insanların hamısı, düz danışan və İnanılan insanlar olmalıdırlar. Sənəddə düz danışan insanlardan birnin olması ilə kifayətlənib, o rəvayətin doğru olmasına hökm vermək olmaz. Ola bilsin ki, yalan danışan bir şəxs öz rəvayətini Zürarə kimi şəxsiyyətlərə nisbət verə bilər. Sənəddə olan insanlardan biri olaraq Zürarənin inanılmış şəxs olmasını nəzərə alıb, o qəvayəti və ona bənzər rəvayətləri, heç vaxt qəbul etmək olmaz.



[1] - Tusi, Məhəmməd bin Həsən, Ricali- Tusi, səh 337, Heydəriyyə nəşriyyatı, Nəcəf, 1381 hicri qəməri.

[2] - Amuli, Möhsin Əmin, Əyamuş- şiə, cild 7, səh 46, Darut- təaruf, Beyrut, 1406 hicri qəməri.

[3] - Tusi, Məhəmməd bin Həsən, Fehresti- Tusi, səh 209, Əl- məktəbətul- Murtəzəviyyə, Nəcəf, Bita.

[4] - Nəccaşi, Əhməd bin Əli, Ricali- Nəccaşi, səh 175, İslami nəşriyyatı, Qum, 1407 hicri qəməri.

[5] - Kəşi, Məhəmməd bin Ömər, Ricali- Kəşi, səh 238, Məşhəd universiteti, 1348 hicri şəmsi.

[6] - Ricali- Kəşi, səh 9, Hədisdən azad istifadə və xülasə ilə.

[7] - Ənam surəsi, ayə 82.

[8] - Ricali- Kəşi, səh 146.

[9] - Ricali- Kəşi, səh 138.

[10] - Hilli, Həsən bin Mütəhhər, Əl- xülasə, səh 76, Daruz- zəxair, Qum, 1411 hicri qəməri.

[11] - Əyanuş- şiə, cild 7, səh 51.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
    7338 Dahilərin sirəsi 2012/04/19
    Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir ...
  • Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
    12291 Təfsir 2012/02/15
    Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5537 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Hər bir insanın ekizinin (həmyaşıdının) olması düzgündürmü?
    6838 Hədis elmləri 2012/01/08
    İnsanların ekizinin olması barədə bir neçə rəvayət vardır.Rəvayətlərdə gəlibdir ki, Allah- Taala İblisə buyurdu: Oxşarını sənə vermədən heç bir adama övlad vermərəm. Hər bir adamın Şeytani oxşarı vardır.[1]Başqa bir rəvayətdə gəlibdir ki, Peyğəmbər (s) ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18578 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • İmam camaat namazın rükətlərinin sayında səhv edərlən, məmumların vəzifəsi nədir?
    6827 Nizamlar hüquq və əhkam 2011/05/05
    Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu ...
  • Имам Заманла (әҹ) әлагә вә рабитә јаратмаг олармы?
    7530 Nizamlar hüquq və əhkam 2010/11/22
    Үмумијјәтлә, бир-бирини танымајан ики нәфәр арасында әлагә вә рабитә өз-өзлүјүндә мүмкүн дејилдир. Әксинә, ики тәрәфдән һәр биринин гаршы тәрәфә елми вә билији олдуғундан сонра бир-биринә әлагә вә мәһәббәт јарандыгдан сонра бу бағлылығын гурулмасы мүмкүндүр. Јәни, ики тәрәфин бир-биринә гаршы олан мәһәббәт вә еһтирамы ...
  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9809 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6394 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
    7703 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/18
    Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164487 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119919 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113999 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111208 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94274 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54940 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54761 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45958 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...