Ətraflı axtarış
Baxanların
5427
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Bu “birlikdə olmağın” hansı şərtləri və xüsusiyyətləri vardır və necə həyata keçir?
Sual
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Allahın ən böyük vəlisi ilə birgə olmaq necə baş verə bilər? Əhli-beyt rəvayətlərində “İmamla birgə olmağın” şərtləri necə zikr olunur? Digər şəxs və ya şeylərlə birgə olmaqla müqayisədə bu birgə olmağın xüsusiyyətləri nədir?
Qısa cavab

“Aşura” ziyarətində zikr olunan birgəliklə İmamla birgə olmağın bütün mərtəbələrinə işarə edir ki, o da bunlardan ibarətdir: dünyada birgəlik, qəlbdə və ruhda birgəlik, axirətdə birgəlik. Bu məsələni daha yaxşı başa düşmək üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

Vücud baxımından İmam (əleyhis-salam)-la birgə olmaq bir neçə cür təsəvvür olunur: 1. Məkan cəhətindən birgə olmaq, 2. Hübbi (məhəbbət) və həşr cəhətindən birgə olmaq, 3. (Mənəvi) nur və şüa cəhətindən birgə olmaq. Başqa bəyanla desək, bu üç növ birgəliyin birincisini dünyəvi birgəlik, ikincisini vilayət birgəliyi və üçüncüsünü də axirət birgəliyi hesab etmək olar.

Məkan cəhətindən birgəlik dedikdə məqsəd İmamın zahiri cismini görüb onunla görüşmək və o həzrətin yanında olmaqdır. Bildiyimiz kimi, münafiqlərdən bir çoxu zahirdə imamlarla birlikdə idilər, amma bu birgəlik onların halına (mənəvi həyatına) heç bir vayda yetirmirdi. Lakin əgər bir şəxs iman və mərifət əhli olub İmama itaət etsə, İmamla zahiri görüş bu birgəliyin çox yüksək və dəyərli mərhələlərinə çatmağın başlanğıc nöqtəsi olacaqdır. Buna görə də İmamla görüşməyə, onun məhzərində olmağa dair çoxlu tövsiyələr edilmişdir. Bu tövsiyələr onların qəbirlərinin ziyarətinə də şamildir. Çünki keçmişdəki (dünyadan gedən) imamları ziyarət etmək diri İmamla əlaqə bərqərar etməyə və nəticədə  axirətdə imamlarla birgə olmağa şərait yarada bilər.

Deməli, dünyəvi birgəlik lazım şərt olsa da, kafi şərt deyildir. Əgər birgəlik sırf şəkildə dünyaya məxsus (dünya işləri naminə) olarsa, belə bir şəxs qiyamətdə imamlardan ayrıca məhşur olacaqdır.

Amma vilai (vilayətə məxsus), hübbi (məhəbbət əsasında olan) və həşri birgəlik adlanan ikinci mərtəbədəki “məiyyətə” (birgəliyə) gəldikdə isə, şəxsin qəlbində İmama məhəbbət olur və bu məhəbbətdə doğruçu və sadiq olur. Hər bir şəxs öz məhbubu (sevimlisi) ilə birlikdə məhşur olduğundan, belə bir şəxs də İmamın batini ilə məhşur olacaq, İmamın adı, xatirəsi və zikri onun qəlbində həmişəlik hazır olacaq və bunun nəticəsində İmam da onun həmneşini, həmsöhbəti olacaqdır. Bu şərtlə ki, ondan başqasının özünün qəlb hərəmi hüdudlarına daxil olmasına yol verməsin. İmamı yad etmək Allahın zikri sayəsində mümkün olur. Allah-taala hədisi-qüdsidə buyurur: “Mən, Məni yad edənlərlə həmsöhbətəm.”[1] Deməli, İmam da o şəxslə birgə və həmsöhbətdir ki, qəlbində həmişə İmamı yad etmiş olsun.

Üçüncü mərtəbə daha yüksək birgəlik məqamıdır və bu, məhəbbətdə fani olmaqdan sonra baş verir. Bu birgəlikdə insan İmama məhəbbətdə fani olur, vücudu İmamın vücudunun göstəricisi və ona aid olur, İmamın nuru onun bütün varlığını əhatə edir. Buna görə də bu növ birgəlik “nur şüasının birgəliyi” kimi də təbir olunur. Məhz bu səbəbdən həqiqi şiələrin tinəti İmamın tinətinə qovuşmuş hesab edilir və onun vücudi nuru da İmamın nurunun şüası altında qərarlaşır. (Bundan qeyri hallarda vilayət iddiası edən şəxsdə iman “icarə olunmuş” sayılır və zati deyildir.)

Bu izahlara diqqət yetirməklə “Aşura” ziyarətində qeyd olunan cümlənin birgəliyin hər üç mərtəbəsinə bir yerə şamil olmasını demək olar. Yəni həm dünyəvi, həm qəlbi və ruhi, həm də nuri və axirətdəki birgəlik nəzərdə tutula bilər.

Əhli-beyt ilə dünyəvi birgəlik diri İmamla görüş feyzinə nail olmaqdan ibarətdir (İmamların qəbirlərinin ziyarəti də həmin hökmə malikdir). Hübbi, qəlbi, vilai məhəbbət birgəliyinin şərti də imamlara və xüsusilə İmam Zaman (əleyhis-salam)-a qeydsiz-şərtsiz itaət etmək, bu məhəbbətdə imtahana, sınağa düçar olmaqdır. Axirət birgəliyi isə bu iki birgəliyin kamalı və bu iki birgəliyin hüquqlarını yerinə yetirməkdir, nəticədə  İmamla onun tabeçisi arasında vücudi və nuri vəhdət yaranır.

 


[1] Kuleyni, “Kafi”, 2-ci cild, səh. 496, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Quranın təhrif olmasına dəlalət edən hədislər barəsində sizin nəzəriniz nədir?
    5203 شیعه و قرآن 2012/10/01
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı belədir: Quranın təhrif olunmasına dəlalət edən hədislər sənəd və ya sadir olması və yaxud da dəlalət cəhətindən qəbul olunmamışdır odur ki, heç bir halda Quranda təhrifə yol verilməmiş və heç bir zaman olmayacaqdır. Əgər bir şəxs Quranın təhrif olmasını qəbul ...
  • İnsan qeyri adi işlər görə bilərmi və bunun faydası nədir?
    7034 Əməli irfan 2011/05/30
    Sizin işarə etdikləriniz insanın ruhi gücünün nəticələrindəndir ki, bəzən dinin əmrlərinə əməl etmək və şərii nəfsi saxlamaq nəticəsində yaranır. Yəni insan Allaha yaxınlaşmaqla, Allahın "ismi- əzəminə" sahib olur və təkvini vilayətə əl tapır. Onun nəticəsində elə bir güc əldə edir ki, kainat maddəsində dəyişiklik edə bilər və maddi ...
  • Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə qoymur?
    4354 Cürbəcür 2013/12/16
    Vacib həcc səfərində, qadın üçün ərinin icazəsi şərt sayılmır və qadın öz həcc vəzifəsini yerinə yetirməlidir, baxmayaraq ki, əri həcc səfərinə getməyə razı deyil, lakin sual olunan şəraitdə qadın, qadın müstəhəb həcc səfərinə getməyə haqqı yoxdur. Əlavələr: Müctəhidlərin bu suala nisbət cavabları bundan ibarətdir:[1]
  • Ayət namazının qəzasını qılmaq üçün qüsl etmək lazımdır?
    5177 Nizamlar hüquq və əhkam 2012/03/10
    Əksər mərcəi təqlidlər müstəhəbbi qüsllərdən birini, ay və günəş tutulduğu vaxtda ayət namazını bilə bilə qılmayan şəxsin qüslü bilirlər. Və bu o surətdədir ki, ay və günəş bütünlüklə tutulmuş olsun.[1] Amma bu arada bəzi mərcəi təqlidlər o cümlədən Ayətullah uzma Sistani, Onun ...
  • Tur dağının bəni İsrailin başının üstünə qaldırılmasından məqsəd nədir?
    6464 Təfsir 2012/04/17
    Quran ayələrinin neçəsində " وَ رَفَعْنا فَوْقَكُمُ الطُّور" təbiri və bəni İsrail barəsində oxşar təbirlər bəyan olubdur. Təfsir kitablarında gələnlərə əsasən bu ayələr bir tarixi hadisəyə işarə edir ki, həzrəti Musanın (ə) zamanında bəni İsrailin Allahın göstərişləriylə müxalifətinə görə baş verib. Qadir Allah Tur dağının bir ...
  • Xəcaləti necə aradan aparmaq olar?
    10444 Əməli əxlaq 2012/07/22
    Utancaqlıq və xəcalətin çoxlu xoşagəlməz və mənfi təsirləri vardır və insan həyatında qələbəyə mane olan bir amil sayılır. Digər xoşagəlməz xasiyyətlərdə olduğu kimi, insan bu ruhi vəziyyəti də özündən uzaqlaşdıraraq müalicə edə bilər. Uşaqların müxtəlif bəhslərdə iştirak etdirilməsi, ictimai işlərdə iştirak etməsinə təşviq edilməsi onların ...
  • Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
    5785 پاک چشمی، پاکدامنی و حجاب 2015/05/21
    Allah tala Nur surəsinin 31-ci ayəsində müsəlman qadınlara göstəriş verir ki, öz örpəklərini boyunlarının üstünə atsınlar.[1] “Xumur” “خمر” kəlməsi bu ayədə gəlibdir. “Xumur” qadının öz baş və sinəsini örtən paltar mənasınadır.[2] O da zahirən məqnəəyə oxşar və bənzər bir paltar ...
  • İmamın (ə) evinə hücum olunarkən nə üçün imam sükut edir?
    6248 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/05/05
    İlk növbədə bunu qeyd edək ki, bütün İmamlar xətadan və günahdan pak və məsumdurlar. Bu səbəbdən də bu məsələdə xəta və səhv axtarmadan mövzunun sirrinə və hikmətinə varmaq lazımdır. Bundan əlavə tarixin bu mövzularına və səhnələrinə toxunduqda İmamların daha zəkalı, uzaqgörən olmalarını və həmçinin daim düzgün mövqe nümayiş ...
  • Allah taala insanı nə üçün yaratmışdır?
    8770 Qədim kəlam 2011/01/02
    A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın. B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur. C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən ...
  • Namazda qiblədən inhirafın şəri ölçüsü nə qədərdir?
    4580 Qiblə 2015/05/27
    Əgər namazda dəqiq qiblə ardıncasızsa, onda sizə iki yol təklif edirik: Birinci yol: Qibləni dəqiq tapmaq yollarından biri, xordad ayının 7-si və tir ayının 25-i arasında Məkkədə zöhr olan zaman ən sadə gölgədən istifadə etməklə ələ gətirməkdir. Bu mənada ki, ən sadə kölgədən istifadə etməklə, bu iki ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160564 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146985 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115765 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    107084 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89364 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    89014 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52254 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41822 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    41023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40661 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...