Ətraflı axtarış
Baxanların
5559
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Əbu Dərdanın şəxsiyyəti necə olub? Onun barəsində Əhli- beytin nəzəri nə idi? Ondan nəql olunan rəvayətlərin hökmü nədir?
Sual
Əbu Dərdanın şəxsiyyəti necə olub? Onun barəsində Əhli- beytin nəzəri nə idi? Ondan nəql olunan rəvayətlərin hökmü nədir?
Qısa cavab

Daha çox öz kenyəsi ilə (Əbu Dərda) çağırılan. Xəzrəcin nəvələrindən olan "Ovəymər bin Malik" Peyğəmbər (s)- in səhabələrindən olubdur. O, Xəzrəc qəbiləsinin camaatından olaraq Mədinədə yaşayırdı. Peyğəmbər (s)- in Mədinədə hüzurundan neçə ay keçəndən sonra, o həzrətin yanına gəlib və müsəlman oldu.

İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına inanan Əbu Dərda, Əbu Hüreyrə ilə birlikdə Müaviyənin yanına gedibvə onu Əli (ə) a itaət etməyə dəvət etdilər. Amma Müaviyə Osmanın ölümünü bəhanə edib və Osmanın qatillərini Əli (ə)- dan istəyən zaman, Osmanın qatillərini o həzrətdən istəmək üçün, Əbu Dərda və Əbu Hüreyrəni Əli (ə)- ın yanına göndərdi ki, bu işlə bu müharibə sona çatsın. O iki nəfər də, bu işi gördülər. Onlar Əli (ə)- ın yanına gəldilər. Malik Əştər onlarla qarşılaşdı və onları çox danladı və onlar Əli (ə)- ı görməkdəndanışdılar. İkinci gün bu istəyi İmam Əli (ə)- a dedikdə, on min nəfərlə qarşılaşdılar ki, özlərini Osmanın qatillərindən biridirlər. Ona görə, naümid olub, öz şəhərinə qayıtdılar və Əbdür- rəhman bin Osman onları danladı.

Hər halda, haqq hökumət barəsində onun mövqeyi haqqında deyə bilərik ki, onu İmam Əli (ə)- ın bəzi insanlar barəsində buyurduğu şəxslərdən bilmək olar: "Nə haqqa kömək etdilər, nə də batili zəlil etdilər".

Əbu Dərdanın Peyğəmbər (s)- dən nəql etdiyi, şiə və əhli- sünnə hədis mənbələrində rəvayətlər mövcuddur.

Tarixçilərin bəzisi, onun ölüm vaxtını siffeyn döyüşündən sonra bilirlər[i] bəzisi isə Əbu Dərdanın Osmanın ölümündən iki il qabaq öldüyünü deyirlər.



[i] - İbn Həcər, Əhməd bin Əli bin Həcər Əl- əsqəlani, əl- isabə fi təmyizis- səhabə, cild 4, səh 622, Beyrut, Darul- kutubul- elmiyyə, 1415 hicri qəməri.

Ətreaflı cavab

"Ovəymər bin Malik" Peyğəmbər 9s) səhabəsi və Xəzrəcin nəvələrindən[1] olub və daha çox öz künyəsi, "Əbu Dərda" ilə adlanır.[2]

O, Xəzrəc qəbiləsinin camaatından biri olaraq Mədinədə yaşayırdı və İslama üz tutdu. O, belə müsəlman oldu: Onun qardaş deyərək səslədiyi Abdulla bin Rəvahə" bir gün Əbu Dərdanın evinə gəldi və balta götürüb Əbu Dərdanın bütünü əzməyə və vurmağa və bu beyti oxumağa başladı. "Şeytanların hamısının adından uzaq ol. Allahla yanaşı, ibadət olunan hər şey, azmışlıqdır. "Əbu Dərda evə qayıdan zaman, həyat yoldaşı onu Abdullanın işindən xəbərdar etdi. Əbu Dərda bir az düşündü və sonra dedi: Bu bütün bir faydası olsaydı, özünü nüdafiə edə bilərdi. Sonda Əbu Dərda Abdulla bin Rəvahə ilə birlikdə, Peyğəmbərin (s)- in hüzuruna gəlib və müsəlman oldu.[3] Əlbəttə, Peyğəmbər (s)- in Mədinədəki ilk aylarında Əbu Dərda müsəlman olmadı, əksinə neçə ay keçəndən sonra, O, Peyğəmbər (s)- in yanına gəlib və müsəlman oldu. Onun gec müsəlman olması elə olub ki, hətta tarixçilərin bəzisi, onun hüzurunu xəndək döyüşündə və ondan sonrada qeyd ediblər. Onlar deyiblər: Xəndəkdən qabaqkı müharibələrdə o hələ müsəlman olmamışdı.[4]

Peyğəmbər (s) döyüşlərin birində Əbu Dərdaya baxıb və vuyurdu: "Bu Ovəymər necə yüngül qalxan gözəl süvaridir".[5]

Əhli- sünnə bu nəqldən əlavə, onun tərifində Peyğəmbərdən (s) digər rəvayətlər də nəql ediblər. O cümlədən, Peyğəmbərə nisbət verirlər ki, o həzrət Əbu Dərdanı ümmətin həkimi bilibdir.[6]

Həmçinin nəql olubdur ki, Peyğəmbər (s) bu Dərda və Salman Farsi arasında qardaşlıq əhdi icra etdi və bu iki nəfər, bir- birinin dini qardaşı sayılırdılar.[7] Onunla Salman arasındakı əlaqə, sonralar da davam etdi. Belə ki, Əbu Dərda Şama səfər etdikdən donra, İraqda olan Salmanla məktublaşıb və onun üçün yazdı: Allah burada mənə mal və övlad bağışlayıb və mən müqəddəs yerdə yaşayıram. Salman da cavabında yazdı: Mənim üçün yazıbsan ki, mal və övlad sahibiyəm. Bil ki, xoşbəxtlik mal və övladın çoxluğu ilə deyil.[8]

Əbu Dərda ikinci xəlifənin zamanına qədər Mədinədə idi ki, xəlifənin əmri ilə Mədinədən xaric olub və Şama getdi. İkinci xəlifə, Şamda namaz və məhkəmə işinin rəhbərliyini Əbu Dərdaya tapşırdı. [9]

Əbu Dərda məhkəmə işinə təyin olunan zaman, camaat ona şad ol deyirdilər. O dedi: Məhkəmə işi üçün mənə şad ol deyirsiz, halbu ki, mən elə bir uçurum başında dayanmışam ki, onun dərinliyi burdan Ədən Əbin[10] şəhərinə qədərdən daha çoxdur. Əgər camaat onun bəyənilmədiyinə görə, məhkəmədə hansı çətinliklərin olduğunu bilsələr, onu əl- əl ötürərlər (özlərindən uzaqlaşdırarlar). Əgər azan deməkdə ona meylə görə hansı savabın olduğunu bilsələr, onu bir- birinin əlindən oğurlayarlar.[11]

İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına inan Əbu Dərda, Əbu Hüreyrə ilə birlikdə Müaviyənin yanına gedib və onu Əli (ə)- a itaət etməyə dəvət etdilər. Amma Müaviyə Osmanın ölümünü bəhanə edib və Osmanın qatillərini Əli (ə)- dan istəyən zaman, Osmanın qatillərini o həzrətdən istəmək üçün, Əbu Dərda və Əbu Hüreyrəni Əli (ə)- ın yanına göndərdi ki, bu işlə bu müharibə sona çatsın. İ iki nəfər də, bu işi gördülər. Onlar Əli (ə)- ın yanına gəldilər. Malik Əştər onlarla qarşılaşdı və onları çox danladı və onlar Əli (ə)- ı görməkdən üz döndərdilər. İkinci gün bu istəyi İmam Əli (ə)- a dedikdə, on min nəfərlə qarşılaşdılar ki, özlərini Osmanın qatillərindən sayırdılar. Ona görə, naümid olub, öz şəhərinə qayıtdılar və Əbdür- rəhman bin Osman onları danladı.[12] Əlbəttə, bu əhvalat, Əbu Dərdanın ölümünü Siffeyndən sonra bildiyimiz nəzərə əsasəndir.

Amma əgər digər tarixçilərin nəzərinə əsasən, onun ölümünü Əmirəl- möminin (ə) hökumətindən qabaq bilsək, daha bu əhvalatı qəbul etmək olmaz.

Hər halda, haqq hökumət barəsində onun mövqeyi haqqında deyə bilərik ki, onu İmam Əli (ə)- ın bəzi insanlar barəsində buyurduğu şəxslərdən bilmək olar: "Nə haqqa kömək etdilər, nə də batili zəlil etdilər."[13]

Əbu Dərda Əhli- sünnə arasında, Peyğəmbərin böyük səhabəlrindən biri kimi tanınıb və onun böyük mövqeyi olmasına inanırlar. Ona görə, ondan rəvayətlər də nəql ediblər.

Həmçinin şiənin hədis mənbələrində Əbu Dərdadan məhdud rəvayətlər nəql olubdur. Nümunə olaraq, Şeyx Tusi "xilaf" kitabında ondan fətva və rəvayətlər nəql edibdir.[14]

Əbu Dərdanın ölümü barəsində fikirlər müxtəlifdir. Tarixçilərin bəzisi, Siffeyndən sonra biliblər.[15] Bəzisi isə deyiblər ki, Əbu Dərda Osmanın ölümündən iki il qabaq ölübdür.[16]



[1] - Ovəymər bin Malik bin Zeyd bin Qeys bin Üməyyə bin Amir bin Əddi bin Kəb əl- Xəzrəc bin Əl- Haris bin əl- Xəzrəc.

[2] - Əl- Kaşimil- Bəsri, Məhəmməd bin Səd bin Muni, Ət- təqabut- kubra, cild 7, səh 274, Əbdül- qadir Əta. Məhəmməd Darul- kutubul- elmiyyə, Beyrut, 1410/1990,Hüseyni Təfruşi, seyid Mustafa, Nəqdur- rical, Müəssisə alil- beyt (ə), Qum, çap birinci, 1418 hicri qəməri.

Əlbəttə onun nəsəbi barəsində digər fikirlər də var: Bəziləri onun atasının adını Amir deyirlər. Bəziləri isə Amiri onun öz adı olduğunu və Övəymər və Amiri onunüçün istifadə ediblər. O cümlədən bu kitab: İbn Əsir, Əbul- Həsən Əli bin Məhəmməd, Əsədul- ğabə fi mərifətus- səhabə, cild 4, səh 18, Beyrut, Darul- fikr, 1409 hicri qəməri.

[3] - Ət- təbəqatul- kubra, cild 7, səh 274- 275.

[4] - Əbu Ömər Yusuf bin Abdulla bin Məhəmməd bin Əbdulbirr, Əl- istiab fi mərifətil- əshab, cild 3, səh 1228, Darul- cil. Beyrut, 1412- 1992.

[5] - Ət- təbəqatul- kubra, cild 7, səh 274.

[6] - Əsədul- ğabə, cild 5, səh 97.

[7] - Həmin, cild 2, səh 268.

[8] - Həmin, cild 2, səh 268.

[9] - Bilazəri, Əhməd bin Yəhya, Futuhul- buldan, səh 204, Tərcümə edən: Təvəkkül, Məhəmməd, Tehran, Gümüş nəşriyyatı, 1337 hicri şəmsi Baxın: Ət- təbəqatul- Kubra, cild 7, səh 275.

[10] - Yəmən ölkəsinin məşhur şəhərlərindəndir

[11] - Ət- təbəqatul- kubra, cild 7, səh 275

[12] - İbn Qətibə əd- dinəvəri, Əbu Muhəmməd Abdulla bin Müslim, Əl- imamətu vəs- siyasətul- məruf bitarixul- xuləfa, cild 1, səh 128, Araşdırma: Şiri, Əli, Beyrut, Darul- əzva, 1410 hicri qəməri.

[13] - «لَمْ ینْصُرَا الْحَقَّ وَ لَمْ یخْذُلَا الْبَاطِلَ» İmam Əli (ə) Nəhcül- bəlağə, Müəllif Seyid Rəzi, Düzəlişçi; Ətaridi, Əzizulla, səh 461, Nəhcül- bəlağə mərkəzi, Rica, çap birinci, 1372, hicri şəmsi.

[14] - Şeyx Tusi, Əl- xilaf, cild 1, səh 376, səh 380, cild 2, səh 168 və... Müdərrislər cəmiyyəti nəşri, Qum, çap birinci, 1407 hicri qəməri.

[15] - İbn Həcər Əsqəlani, Əhməd bin Əli, Əl- isabətu fi təmyizis- səhabə, cild 4, səh 622, Beyrut, Darul- kutubul- elmiyyə, 1415 hicri qəməri.

[16] - Əsədul- ğabə, cild 4, səh 20.

Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
    6187 Qədim kəlam 2011/10/20
    Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;2. Hökmlərin dəyişməsində zaman ...
  • Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
    22395 Qədim kəlam 2011/11/03
    Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), ...
  • Azan niyə ərəb dilində deyilməlidir?
    6993 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Ərəb dilində azan demək üçün olan ən əsas sübut budur ki, azan ibadət və Peyğəmbər (s)- in sünnələridir. İbadətlər toqifidirlər, yəni, onları yerinə yetirmək Allahın müəyyən etdiyi formada olmalıdır. Bundan əlavə ibadət əsrlər boyu, azalıb və çoxalmadan həmişəlik qalmalı, onun dərin mənası sonrakı nəsillərə ötürülməli və tarix boyu dəyişilməməlidir. İndi ...
  • Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?
    6165 فساد 2012/09/24
    “Fəsad” kəlməsi “səlah”ın antonimidir və hər bir pozucu, təxribatçı, dağıdıcı işə fəsad deyilir. Buna əsasən, hər iş təxribatçılıq və nöqsanlıq istiqamətində olsa və ya fərdi-ictimai məsələlərdə ifrat və təfrit yönünə malik olsa, fəsad kəlməsi ona aid edilir. Qurani-kərimin əsas hədəfi insanların hər növ fəsaddan xilas ...
  • Aya əxlaqla düşüncənin rabitəsi vardırmı?
    5311 Əməli əxlaq 2012/02/07
    Əxlaq başqa elmləri kimi iki hissəyə bölünür:A: Əməli B: Nəzəriyyə. Əxlaqa aid qanun və məsələləri öyrənməyin bir başa düşüncəylə rabitəsi vardır; yəni hər nə qədər insanın düşüncə qüvvəsi yüksək ...
  • Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
    5964 Əməli əxlaq 2012/02/07
    Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, ...
  • Дини сијасәтдән ајыран секулјаризм тәфәккүрү неҹә јараныб?
    7345 Təzə kəlam 2009/11/10
    Гәрбдә интибаһ дөврүндән сонра христиан-килсә һакимијјәтинин јени јаранан елми-фикри ҹәрәјанларла чарпышдығы дөвр нәһајәт, динин сијасәтлә ајры олдуғу тәфәккүрү мејдана чыхартды. “Секулјаризм” фикри гәрб тәфәккүр дүнјасына мәнсубдур. Бунун да әсаслы сәбәбләри вардыр. Һәр һалда илаһи идејалары ашыламајан, ади ...
  • Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?
    6931 مصالح و مفاسد در احکام دین 2015/08/01
    Bu sualın cavabı aşağadakı mövzuda cavablınır; 1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş ...
  • Allahın zatı dedikdə nə başa düşülür? Allahın varlığı onun zatının eynidir nə deməkdir?
    10347 صفات ذاتیه 2013/12/16
    Allahın zatından məqsəd, bəzi vaxt batin və bəzi vaxt isə zarıdır ki, bu zaman demək lazımdır: Allahın batini və zatı hər bir kəs üçün gizlidir. İmam Baqirin (ə) sözlərində açıqlanır: İnsan bir nə qədər yaradılışı haqqında fikirləşsə bir o qədər ona (Allaha) doğru qayıdacaq.[1] ...
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    5541 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160391 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146598 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115664 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    106879 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89268 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88556 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52179 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41701 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    40893 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40541 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...