Ətraflı axtarış
Baxanların
13095
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
Kimlər cənnətə daxil olacaq?
Sual
Kimlər cənnətə daxil olacaq?
Qısa cavab

Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin.

Bu cür insan səadətə çatmış və xoşbəxt insandır.

Allahın və həzrət rəsul əkrəmin göstərişlərini araşdırdıqda bu nəticəyə gəlirik ki, onun göstərişlərindən biri də vəliyi əmrdən itaət etmək, imamı tanımaq və Əhli-beytin haqqını qorumaqdır. Şübhəsiz o insanlar ki, Allaha və onun rəsulunun və Quran və Əhli- beytin göstərişlərinə qəlbi və dili ilə əqidəsi olmayıbdırsa həqiqi mömin deyildirlər. Allahın bu lütf etdiyi vədəsi onlara şamil olmayacaq; çünki Quran buyurur:

« ان الذین آمنوا و عملوا الصالحات لهم جنات تجری من تحتها الانهار » [i]

Həqiqətən cənnət və yaxud cəhənnəm dünyadakı həyat tərzimizin əqidə və əməllərimizi əks etdirən bir varlıqdır.

Qurani kərim buyurur: "ان احسنتم احسنتم لانفسکم و ان أساتم فلها " Əgər yaxşılıq etmişsinizsə özünüzə yaxşılıq etmisiniz və əgər pislik etmişsiniz, yenə də özünüzə pislik etmisiniz. İmam və Əhli- beytdən itaət etmək, onlara məhəbbət iddiası etməkdən daha üstündür. Bunlar isə şiənin açıqladığından başqa heç bir şey deyildir. Cənnətə daxil olmağın sirri imamı tanımaqdır. Bu sirlərin əsl mənbəyini tanımaq isə imamın mənasını, imamdan itaət etməyin vacib olmaması, imamın varlığının zəruri olması, imama ehtiyacın olması səadətə yol tapmaq deməkdir.

Bir sözlə o insan ki, həqiqət onun üçün aşkar olmayıb, və o özü də həqiqəti axtarmaqda səy edibdirsə təqsirli deyil və cəhənnəmə daxil olmaz; çünki cəhənnəm günah əhlinin yeridir nəinki, həqiqəti tanımayan və həqiqətə çatmayan insanların.



[i] - Buruc suaəsi, ayə 11

Ətreaflı cavab

Cənnət, Allahın verdiyi vədəsidir. [1] Amma bu vədə hansı insanlara qismət olacaq? Onlar kimlərdir? Cənnət əhlinin haqqında nazil olmuş ayələri araşdırmaqda, bu nəticəni əldə edirik:

« وعدالله المؤمنین و المؤمنات جنات تجری من ت حتها الانهار » [2]

Cənnətə getməyin bir şərti var. və o da "mömin" olmaqdır.

Mömin kimdir? Kəlimeyi şəhadəti dildə deməklə, insan mömin ulub möminlərin sırasından sayılırmı?

« و من یطع الله و رسوله یدخله جنات تجری من تحتها الانهار" » [3]

Cənnətə yoltapan möminlər onlardır ki, hər bir halda Allah və onun rəsulundan itaət edirlər. Allah və onun rəsulundan necə itaət edilir? Bu mövzuda bir çox ayələrdən bunu əldə etmək olur ki, bu itaət iki hissəyə bölünür: Etiqad və əməl.

« "ان الذین آمنوا و عملوا الصالحات لهم جنات تجری من تحتها الانهار » [4]

Hər hansı bir şəxs iman (əqidə) gətirib və saleh əməllərə yiyələnsə, cənnət əhlidir.

Bəs belə olduqda:

Əgər rəsuldan itaət etməmişiksə, itaət etməmişik.

İtaət isə ürəkdən və əqidə cəhətindən həmişə əməllə birlikdə olmalıdır.

Əgər Allahın rəsulunun əmrlərindən yalnız birindən itaət etmiriksə, həqiqi itaət əhli deyilik!

İman və saleh əməlin faydası nədir?

Quran nəzərində bu iki yolun səmərəsi "Təqva"- dır, təqva əhli də cənnətə daxil olar.

« "للذین اتقوا عند ربهم جنات تجری من تحتها الانهار » [5]

Yuxarıda qeyd olunanlardan nəticə Aliriq: Təqva səadət yoludur, təqva Allah və onun rəsulunun əmrlərini tamamlayaraq yerinə yetirmək deməkdir. Baxmayaraq təqvanın da mərhələ və dərəcələri vardır, amma ən azı bundan ibarətdir ki, vacib əməlləri yerinə yetirib günahlardan çəkinməkdir. Bunun üçün də birincimərhələdə buna diqqət etmək lazımdır ki, vacib əməllər və göstərişlərdən tam olaraq itaət edək.

O həzrətin göstərişlərindən biri də o həzrətin canişinlərini tanıyıb, o həzrətdən sonra o həqiqi imamlardan itaət etmək lazımdır. [6] Şübhəsiz o, insanlar ki, dildə və qəlbdə iman gətirib, amma əməllərində imamdan itaət etmirlər, saleh əməl və iman əhli deyildirlər və təqva məqamına yiyələnməmişdirlər.

Nöqtə: Nisa surəsinin 59- cu ayəsinə əsasən, "Vəliyi əmr"- dən itaət etmək lazımdır. O həddə itaət etmək lazımdır ki, Allah Taaladan itaət edildiyi kimi. Bunu da qeyd etmək lazımdır ki, Vəliyi əmrin məsum olması lazımdır. Hakimiyyətə çatan hər bir şəxs vəliyi əmr deyil; çünki əgər vəliyi əmr məsum olmazsa mümkündür onun verdiyi əmr göstəriş Allahın və onun rəsulunun verdiyi göstərişlərlə müxalif olsun. Belə olan halda, Allaha itaət etmək və eyni halda vəliyi əmrdən də itaət etmək, iki müxalif şeyin cəmləşdirilməsi deməkdir ki, bu da qeyri mümkündür. Çünki bunlar bir- biriylə müxalifdirlər.

İmama etiqadlı olmağın insana necə xoşbəxtlik bağışladığını qeyd etdik, indi isə imamın insan və cəmiyyətin cənnətə və ya cəhənnəmə getməsində necə rol oynadığına işarə edirik. [7]

İmama iman gətirməyin rolu və nicat tapmaq

Əvvəlki bəhslərdə açıqlanan bəzi məsələlərə əsasən, nicat, səadət, müvəffəqiyyətin mənası dünyada və axirətdə. Bilmək və imama etiqad bəsləməyin nəticəsini və səadətə çatmağa necə qovuşmaq olacağını açıqlayacağıq.

A: Nicat tapmağın mənası:

Bir çox insanlar müvəffəqiyyət və xoşbəxtliyi bir neçə mənada açıqlamışdırlar, amma bunlara diqqət yetirdikdə bu nəticəni əldə edirik ki, bu gün bir çox mənalarda olmasının həqiqəti axtaran insanlar üçün heç bir xeyri yoxdur.

Bəs yaxşısı budur ki, onun həqiqi təfsirini "nicat tapmış" və "ziyankar" sahibi olan iki dəstə insanları bir- birindən ayıran rəbbimizdən öyrənək.

Allah Taala müvəffəq insanlardan birini yəni həzrət İbrahim (ə) vəsf etdiyi zaman onu bu vəsf (sifət) ilə vəsf edir:

« "و ان من شیعته لأبراهیم. اذ جاء ربه بقلب سلیم » [8]

Şübhəsiz ki, İbrahim həqiqətən onun (həzrət Nuh) davamçılarından və şiələrindən idi. (bu əlamətlə ki,) Allah dərgahına üz çevirdiyi zaman qəlbi pak, təmiz və səfa ilə dolu birisi idi.

Bununla belə həzrət İbrahimin duası belə idi.

(Ey mənim rəbim!) Məni insanların (qəbirdən) qaldırıldığı zaman xar etmə o gün ki mal və övladın insana heç bir xeyri yoxdur. O gün yalnız o şəxs ki, "Təmiz qəlblə" Allaha doğru üz çevirir." [9]

O cür ki, qəlbin təmiz olmasına təkid olunmuşdur, bundan nəticə alırıq ki, müvəffəq, nicat tapmış və xoşbəxt o şəxsdir ki, dində elə həyat sürsün ki, Allahla görüşə getdiyi zaman təmiz qəlbə sahib olsun.

Maraqlısı odur ki, bu nöqtəni (Şüəra 89)- cu ayənin ardınca buyurur:

" و ازلفت الجنة للمتقی " (qiyamət günü o cür ki, behişt təqvalı insanlar üçün yaradılmışdır, özünü onlara yaxınlaşdırıb, onların ixtiyarında qoyar."

Ayə bunu çatdırmaq istəyir kki, təmiz qəlbin nəticəsidir, təqvanın nəticəsi və təqvalı insanların hədiyyəsi cənnətdir.

Nətəcədə: Səadət, xoşbəxtlik və nicat tapmaq üçün səy göstərildiyi zaman, qəlbin təmizliyi özünə məna bağışlayır!

Qəqiqi xoşbəxt isə təmiz qəlbə sahib olan insandır, səadət isə həmişə təmiz qəlblə birlikdədir.

B. İmamətə etiqadın olması və imamətin səadət yolunda rolu.

Bir çox sünnü rəvayətçilərindən və yazıçılarından bu hədis rəvayət olunmuşdur və onun bir hissəsi bu cürdür:

Allahın rəsulu (s) Əli (ə)- a buyurur: Həzrət Musanın ümməti yetmiş bir firqəyə bölünmüşdür ki, onlardan biri nicat tapmışdır ".qalanları isə cəhənəm əhlidir; İsanın (ə) ümməti isə yetmiş iki firqəyə bölünmüşdür ki onlardanda bir dəstəsi nicat tapmış, qalanları isə cəhənnəm əhlidir; Mənim ümmətimdə yetmiş üç firqə olacaq ki, onlardan bir dəstəsi nicat tapacaq, qalanları isə odda yanacaq.

Əli (ə) soruşdu:

Ey Allahın rəsulu, nicat tapan firqə hansıdır?

Buyurdu: Onlardır ki, sənin və sənin yolunu seçənlərə pənahlanmışdırlar. [10]

Burəydə Əsləmi (əhli- sünnətin nəzərində peyğəmbərin əshabından biridir).

O həzrətdən rəvayət edirik, " اهدنا الصراط المستقیم " ayədəki "ehdasul- siratəl müstəqim"- dən məqsəd Məhəmməd və ali Məhəmməddir. [11]

Allahın rəsulu buyurur: Hər kəs ki, istəyir sürətli külək kimi sürətlə sirat köpüsündən keçsin və hesab vermədən cənnətə daxil olsun, gərək:

«فلیتول ولیی و وصیی و صاحبی و خلیفتی علی اهلی علی بن ابیطالب »

Mənim vəlimin vilayətini, vəsiliyini, və mənim xəlifəmin övladlarıma xilafətinini (vilayətin) Əli ibn Əbu- Talibi qəbul etsin". Hər bir şəxs isə istəyir cəhənnəmə getsin:

« فلیترک ولایته، فو عزت ربی و جلاله انه لباب الله الذی لایوتی الا منه، و انه الصراط المستقیم و انه الذی یسال الله عن ولایته یوم القیامة » [12]

Bəs onun vilayətini tərk etsin. And olsun Rəbbimin izzət və cəlalına ki, o həmin Allahın qapısıdır (bir qapıdır ki, ona) daxil olmaqla Allaha doğru yol tapır). O bir qapıdır ki, ondan başqa heç bir qapı Allaha doğru yol göstərə bilməz. Şübhəsiz ki o, haqq yoldur və odur ki, Allah- Taala qiyamət günündə onun vilayətindən sual edəcək.

Hansı insanların əməlləri Allah dərgahında qəbul olur?

Vilayət, itaətin qəbul olunmasında şərtdir?

Əhli sünnət tərəfindən rəvayət olan bir çox hədislərə əsasən, Allah- Taala insanların əməllərinin qəbul olması üçün qoyduğu şərt.

Həzrət Əmirəl- möminin Əli ibn Əbi Talibin (ə) vilayətini qəbul etməlidir!

Rəsul əkrəm (s) buyurur: "Əmirəl- möminin Əli (ə)- ın üzünə baxmaq ibadətdir, onu yad etmək ibadətdir və hər bir şəxsin imanı yalnız onu sevmək və onun düşmənlərinə nifrət etməklə qəbul olar." [13]

Bu rəvayətdən bunu əldə etmək olar ki, imanın qəbul olmasının şərti (nəinki ibadət olunan əməllər) vilayəti qəbul edib onu sevməkdir.

Sünnü alimləri yenə rəvayət edirlər ki: Peyğəmbər əkrəm buyurmuşdur: "Ey Əli! Əgər bir şəxs həzrət Nuhun ömrü qədər Allaha ibadət edə və uhud dağı qədər qızıla malik ola və Allah yolunda sədəqə verə, ömrü o qədər uzun ola ki, min dəfə piyada həcc ziyarətinə gedə və o zaman Səfa və Mərvə arasında məzlumcasına öldürülə, amma sənin vilayətini (Ey Əli!) qəbul etməsə, cənnətin ətrini belə hiss etməyəcək və heç bir zaman cənnətə daxil olmayacaq." [14]

İslam dininə iman gətirməyən insanlar iki dəstədir:

1.     Bir dəstəsi ki onlara elmi lüğətdə (termində) cahil müqəssir və məruf kafir adlandırırlar. Yəni İslam onlara çatmış və onun haqq olmasını dərk etmişdirlər, amma təəssüb üzündən və yaxud təkəbbürçülük üzündən boyun qaçırıb, haqqı qbul etməyə hazır olmamışlar. Bu dəstə cəhənnəm oduna düçar olub əbədi onda qalacaqlar.

2.     Başqa bir dəstə isə termində qasiri məruf adlandırırlar. Yəni İslam və yaxud İslamdan bir xəbər onlara çatmamışdır. Bəzi vaxtlar İslam onlara naqis və olduğu kimi çatdırılmışdır.

3.     bəzi dəstələr İslamı, hin və cin dinləri kimi və yaxud ən çoxu Yəhudi və Məsihiyyət dini kimi bir din qəbul edib və o dində sadiq olmuşdur, öz dinində nicat əhli olacaqdır.

İslam nəzərində, bu cür insanlar əgər öz dinlərində (insan fitrətiylə üst- üstə düşsə) sadiq və payidar olsalar: misal üçün yalan danışmaqdan uzaq olsalar, insaniyyətdən uzaq olan işlərdən çəkinsələr, nicat əhlidirlər və Allahın rəhmətinə qovuşacaqlar.

Bu bəhs tək Allahlı və Allaha sitayiş edən alimlər ki, İslamı olduğu kimi onlara tanıtdırmamışdır və sünnilər ki, şiənin həqiqəti olduğu kimi onlara məlum olmamışdır, şamil olur.

Qısa olaraq hər hansı bir insana həqiqət çatmamışdırsa və oinsan bu həqiqəti axtarmaqda tənbəllik etmişdirsə, cəhənnəmə getməyəcəkdir; çünki cəhənnəm günahkarların yeridir. Nəinki həqiqəti tapa bilməyən və onu dərk etməyən insanların yeri.

Əlavə mütaliə üçün aşağıdakı göstəriclərə mürüciət edə bilərsinizi:

  1. Cəhənnəm və müsəlman olmayanlar, sual 7670 (sayt 283)

  2. Günahkarlar və cəhənnəmdən nicat tapmaq, sual 323 (sayt 1751 )



[1] - Məhəmməd surəsi, ayə 47. " مثل الجنة التی وعد المتقون "

[2]   - Tövbə surəsi, ayə 72

[3]   - Nisa surəsi, ayə 13.

[4]   - Buruc surəsi, ayə 11.

[5]   - Ali- imran surəsi, ayə 15.

[6]   - Nisa surəsi, ayə 59. " اطیعوا الله و اطیعوا الرسول و اولی الامر منکم " Şura surəsi, ayə 23. " قل لا اسئلکم علیه اجراً الا المودة فی القربی " Əlmüstədrək ələs- səhiheyn, cild 3, səh 109. " من کنت مولاه فهذا علی مولاه "

[7]   - Əlbəttə insanların imamla raz- niyaz etməsi bu bəhsdən daha üstün bəhslər istəyir, bu cür məqalə bu mətləblərin öhdəsində gələ bilmir. bunun üçün də onun açıqlamasını başqa vaxta saxlayırıq.

[8]   - Saffat surəsi, ayə 83- 84.

[9]   - Şüəra surəsi, ayə 87- 89.

[10]   - Əl- əsabə fi Təmyizas- səhabə. Əsqəlani, cild 2, səh 174.

[11]   - Rəşvətüs- sadi, Seyyid Şəhabuddin Şafei., səh 25; Yənabul Məvəddə, Şeyx Salman hənəfi, səh 114.

[12]   - Şəvahidu əl- tənzil həskani, cild 1, səh 59- 90.

[13]   - Mənaqibe Xarəzmi, səh 19- 212. Kifayətu ət-təbib, Gənci Şafei, səh 214.

[14]   - Mənaqib,Xətib Xarəzmi, Məqtəlul Hüseyn (ə) Xarəzmi, cild 1, səh 37.

« " ثم لم یوالیک یا علی لم یشم رائحة الجنة ولم یدخلها »

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Üzün gözəlliyi üçün zikr varmı?
    30829 Əməli əxlaq 2012/07/18
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7420 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • qaş vurmaq və xal vurmağın dəstəməz, qüsl və həcc kimi əməllrin yerinə yetirilməsində iradı varmı?
    5454 Nizamlar hüquq və əhkam 2015/05/27
    Mərcəyi təqlid müctehidlərin əksəriyyəti xal vurmaq haqqında buyurublar:Əgər xal vurmaq yalnız rəng olsa və ya dərinin altında olsa və dərinin üzərində olub, suyun dəriyə yetişməsinin qarşısını almasa, onunla dstəmaz almaq və qüsl etməyin iradı yoxdur.[1] Amma əgər qeyd edilmiş mane dərinin üstündə və yağlı ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    6255 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...
  • Şirk nədir?
    14865 Qədim kəlam 2011/05/05
    "Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif ...
  • Кәрамәт нәдир? Кәрамәт јолунда неҹа аддым атмаг олар? Кәрим инсанларын Аллаһ јолунда мәгамлары неҹәдир?
    8170 Nəzəri əxlaq 2010/04/15
    Кәрамәт һәр ҹүр чиркин сифәтләрдән узаг олмаг мәнасындадыр. Әзәмәтли руһ саһибинә вә чиркин сифәтләрдән узаг олана кәрим дејирләр. Кәрамәт, дәјанәт, зилләт вә харлыг кәлмәләринин мүгабилиндә гәрар тутур вә кәрамәтин јүксәк зирвәләрини фәтһ етмәк үчүн тәгва вә пәһризкарлыг силаһы илә силаһланмаг лазымдыр. Тәгва, ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    6821 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
    7625 Qədim kəlam 2011/12/25
    1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin ...
  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    8136 Təfsir 2012/02/08
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    7939 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166434 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165402 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120436 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114919 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95114 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56432 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55317 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47163 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46417 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...