Ətraflı axtarış
Baxanların
4886
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Qəbirlərin ziyarəti müvəqqəti olaraq qadağan olunmuşdur. Hansı ildə icazə verildi?
Sual
Qəbirlərin ziyarəti bir müddət müvəqqəti olaraq qadağan olunmuşdu. Əhli- sünnə mənbələrində Peyğəmbərdən (s) rəvayət olunan hədislərə istinad etməklə ağa Sübhani bir bir yerdə deyib: Kitab əhli öz Peyğəmbərlərinin qəbirlərini səcdəgah (səcdə yeri) qərar vermişdirlər. Peyğəmbər (s) bu dəlilə görə əvvəlcə qadağan etdi, sonra caiz bildi! Daha çox izah edəsiz hansı il olubdur?
Qısa cavab

            İslamın əvvəlində qısa bir müddət qadağan olunan işlərdən biridə qəbirlərin ziyarəti olub. Bu qadağan olmanın müxtəlif dəlilləri vardır. İslami cəmiyyətin kəmiyyət və keyfiyyət cəhətdən inkişaf və genişlənməsi ilə bu məsələyə məşğul olmaq üçün münasib fəza hazırlandı. Buna görə də Peyğəmbər Əkrəm (s) bir müddətdən sonra qəbirlərin ziyarətinin caiz olmasını elan edib və qəbirlərin ziyarətinin keyfiyyətini, onun ədəblərini müsəlmanlara öyrədib.

Ətreaflı cavab

            Tarixi şahidlər və Quran və sünnətin təsdiq etməsinə əsasən qəbirləri ziyarət etmək məsələsi İslamdan qabaq çoxlu ümmətlər arasında müxtəlif şəkillərdə olubdur. Tarix boyu çoxlu millət və qövmlərin arasında məxsus şəxslər və böyüklərin xatirəsini yaşatmaq üçün onların qəbirlərinə bina düzəltmək və onları ziyarət etmək kimi vasitələrdən istifadə olunub. İndiyə kimi bəşərin müxtəlif mədəniyyətləri arasında dünyanın müxtəlif məntəqələrində, məsələn: Yunan, İran, məxsusən qədim Misirdə Peyğəmbərlər, padşahlar və o dövrdə tanınmış şəxsiyyətlər üçün düzəldilmiş əzəmətli və böyük binalarla rastlaşırıq. Bu binalar zamanın keçməsi ilə bəzi dinlərin ardıcılları arasında ziyarətgaha və bəzəndə ibadət yerinə çevrilibdir. Rəvayətlərin bəzisi Peyğəmbərlərin və başqa şəxslərin pərəstiş olunması və onların qəbirlərinin məscid və namaz yeri qərar verilməsinə işarə edir. O cümlədən yəhudilər və xristianların bəzisini misal vurmaq olar.[1]

Qurani- kərim Kəhf (mağara) səhabələrinin dastanı və onların cəsədlərinin camaat vasitəsilə tapılması hadisəsində, keçmiş qövmlərin arasında adət olan həqiqətə işarə edibdir. Bu adət, məxsus şəxsiyyətlərlə hörmət üçün onların qəbirlərinin üstündə binanın düzəldilməsidir. İşarə olunan ayə kəhf səhabələrinin ehtiramının necəliyi barədə camaatın ixtlafından bəhs edir. Bəzisi onların qəbirlərinə bina, bir dəstə isə məscid düzəldilməsi barədə təklif verirlər. Qurani- kərim bu iki təklifin heç birini pisləmir (məzəmmət etmir).[2] Adətən bu təklifdən məqsəd, onların ehtiramı və ziyarəti olub. Söz budur ki, qəbrlərin ziyarəti və binaların düzəldilməsi müsəlmanların arasında nə vaxtdan başlanıbdır?

İslamın gəlişi ilə birlikdə olub, yaxud besətdən az bir zaman fasiləsi ilə adət halını alıb?

Rəvayətlər və tarixi məlumatlara əsasən Peyğəmbərin (s) qəbrlərin ziyarətini qadağan etməsi işin əvvəlində olubdur. Bu qadağan etmə müxtəlif illət və səbəblərə əsasən baş veribdir. O illət və səbəblərin aradan getməsi ilə qadağan olmada aradan götürüldü. Qəbirlərin ziyarəti caiz deyil, bəlkə müstəhəbb oldu.

Peyğəmbər (s) tərəfindən müsəlmanların qəbirləri ziyarət etmələrinin qadağan olunması illətləri ilə bağlı bir neçə dəlilə işarə olunur.

  1. Bunu demək lazımdır ki, İslamın başlanğıcı dövründə qəbirlərin çoxu, bəlkə hamısı müşriklər və bütpərəstlərə məxsus idi. İslam və onlarla olan əlaqənin hamısını kəsmişdi. Bu əlaqə və bağlılığın simvolu, onların qəbirlərin ziyarətinə olan əlaqələri idi. Lazım idi bu əlaqə Peyğəmbərin (s) vasitəsi ilə qadağan oluna.[3]
  2. Həmçinin, camaatın təzə müsəlman olması və İslami cəmiyyətin cahillik adət- ənənələrindən tamamilə azad olmaması, şəriət dairəsindən kənar rəftarların bəzilərinin aşkar olma imkanı, (o cümlədən: Cahiliyyət dövrünün üslubu ilə qəbirlərə əzadarlıq keçirilməsi) qəbirlərin ziyarətinin qadağan olma səbəblərini münasib vəziyyət yaranana kimi bu iş üçün hazırladı.

Buna əsasən, atdın İslam dininin təlimlərin müsəlmanların qəlblərində nüfuz və genişlənməsi və qəbirlərin ziyarəti üçün münasib vəziyyətin yaranması ilə, Peyğəmbər Əkrəmin (s) vasitəsilə ziyarətə sifariş və qadağan olmanın aradan götürülməsinin şahidi oluruq.

Peyğəmbər Əkrımin (s) qəbirlərin ziyarətinin necəliyi barıdə sözü bu məsələni təsdiq edir. Peyğəmbər Əkrəm (s) buyurub: "Mən sizi qəbirləri ziyarət etməkdən çəkindirdim, indi qəbirləri ziyarət edin layiqsiz söz deməyin".[4]

  1. Başqa dəlili belə bəyan etmək olar. Qəbirlərin ziyarəti İslamın pöhrələnən, özünün ilk günlərini yaşadığı və hər tərəfdən zərər görən dövründə- müsəlmanları, öldürənləri xatırlamağa, onların qorxması və cihaddan imtina etmələrinə olardı. İslamın qüdrətlənməsi ilə bu çətinlik aradan qalxdı və qəbirlərin rziyarəti azad oldu.[5]

Qəbirləri ziyarətin qadağasının aradan götürülməsinin necəliyi və tarixi

Müxtəsər bəyan olunanlara əsasən Peyğəmbər (s) əvvəldə qəbirlərin ziyarətini qadağan edirdi, lakin bu qadağan etmə çox davamlı olmadı və hicrətin 7- ci ili Hüdeybiyyə[6] ümrəsində (kiçik həcc) vəziyyətin hazır olması ilə bağlı Peyğəmbər (s) əziz anasını ziyarət, onun qəbrinin təmiri və qəbri üstə ağlayandan sonra buyurdu: Allah- Taala Məhəmmədə, anasını ziyarət etmək icazəsi veribdir... Peyğəmbər (s) sözlərinin ardında buyurub: Əvvəllər sizi qəbirlərin ziyarətindən çəkindirirdim, amma indi qəbirlərin ziyarətinə gedin..."[7]

Peyğəmbərin (s) bu əməli (anasının qəbrini ziyarət etməsi və ağlaması) ilə onunla birlikdə olan müsəlmanlar da təsirlənib və ağlayıblar.

Qəbirlərin ziyarəti Quran və sünnət baxımından

İnsanın maddi və mənəvi bağlılığı olan bir nəfəri ziyarət etməsi insanların pak ruhunun əlaqəli olduğu işlərdəndir. Çünki, Quran və sünnətin qəbirlərin ziyarətini təsdiq etməsini görürük.

Qurani- kərim ibarələrində bəzi mətləblərlə qarşılaşırıq ki, İslamın əvvəlində ziyarət mövzusunun olmasını nişan verir. Allah- Taala bir ayədə Peyğəmbəri (s) kafirlərə namaz qılmaq və onların qəbirlərinin kənarında hazır olmaqdan çəkindirir. Müfəssirlərin (təfsir alimləri) sözünə əsasən bu iki işin qadağan olunması (yəni namaz və münafiqlərin qəbrinin kənarında hazır olma) möminlərə nisbət onun bəyənilməsini yetirir.[8]

Peyğəmbər Əkrəm (s) qəbirlərin ziyarətinə getməyi əmr etməkdən əlavə öz əməli ilə, ziyarətin keyfiyyətini öyrətməklə və insanların ölülərlə necə söhbət etməsi ilə qəbirlərin ziyarətinin şəriət tərifindən qəbul olunduğunu çatdırdı. Bu barədə çoxlu rəvayətlər vardır ki, onlardan ikisinə işarə olunacaq.

Peyğəmbərin (s) jəyat yoldaşı Ayişədən rəvayət olunub ki, Peyğəmbər (s) bəzi gecələri Bəqiyə gedər və buyurardı: Bu diyarın mömin və müsəlmanlardan olan əhlinə salam olsun, sizə vədə olunan yetişdi, bizdən əvvəl köçənlərə və bizdən sonra gələnlərə Allah rəhmət edə, biz tezliklə sizə qovuşacağıq.

Həmçinin deyir ki, Peyğəmbər buyurdu: Cəbrail mənim yanıma gəldi və dedi: Allah, Baqiyə getməyi və onun əhli üçün bağışlanmaq diləməyi sənə əmr edir.[9]

Qəbirləri ziyarətin faydaları

Qəbirləri ziyarət etməyin çoxlu və mühüm tərbiyəti, əxlaqi təsirləri vardır. Peyğəmbər (s) bunlardan bəzilərinə işarə edibdir. Peyğəmbər Əkrəm (s) buyurub: Qəbirlərin ziyarətinə gedin, çünki axirəti sizə xatırladır.[10]

Bütün təbəqələrdən olan, bir müddət bu yer kürəsində yaşamış və sonradan başqa diyara tələsmiş insanlardan təşkil olunan bir məcmuənin qəbirlərini müşahidə etmək, insanın dünyaya olan tamah və hərislik ruhunu azaldır. Çoxları dünya yaşayışının həqiqətinə yeni bir baxış vasitəsi ilə rəftarını dəyişdirir, onu, münkirləri tərk və əxlaqi dəyərlərə diqqət etməyə sövq edir. Çünki, Peyğəmbər (s) qəbirləri ziyarətin tərbiyəti təsirindən olan hissəsinə belə işarə edir: "Qəbirlərin ziyarətinə gedin, çünki bu ziyarətdə ibrətlər gizlənibdir".[11]

Həzrət İmam Rza (ə) buyurub: "Hər kim öz mömin qardaşının qəbrini ziyarət edə, əlini qəbrin üstünə qoya və (inna ənzəlnahunu" yeddi dəfə oxuya, qiyamət gününün əzabından amanda olacaq. Yenə buyurub: Hər hansı bəndə öz mömin qardaşının qəbrini ziyarət edə və yeddi dəfə "inna ənzəlnahu" oxuya, Allah- Taala onun və qəbr sahibinin günahını bağışlayar.[12]

Amma Peyğəmbərin (s), İmamların (ə) ziyarəti və bu ziyarətin təsirləri və faydaları barədə çoxlu rəvayətlər vardır. O cümlədən İmam Hüseynin (ə) Peyğəmbərdən (s) Həzrəti ziyarət etməyin savabı barədə soruşduğu sualdır. Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim məni, atanı, qardaşını və ya səni ziyarət edə, mənə vacibdir ki, qiyamət günü onun görüşünə gedəm və ona günahlarından nicat verəm".[13]

Bu, müsəlmanların qəbrini ziyarət etməyin ümumi faydalarından bir hissəsidir, amma dini- məzhəbi şəxslərin qəbirlərinin ziyarəti barədə ictimai təsirlərin şahidiyik ki, onları xatırlamaq faydalı olar.

Bir az diqqət etməklə görərik ki, dünyada ümumi müsəlmanların və möminlərin ziyarət və ehtiram etdiyi qəbirlər adətən üstün şəxslər və salehlərin qəbirləridir. Bu şəxsiyyətlər üç dəstəyə bölünür.

  1. Peyğəmbərlər və dini rəhbərlər. Bunlar asimani xəbərləri daşıyan, bu xəbərləri çatdırmaq yolunda öz canları və mallarından keçib və insanların hidayəti üçün çoxlu çətinlikləri öz canları ilə (özlərini qurban verməklə) aradan qaldırıblar.
  2. Alimlər və mütəfəkkirlər. Bunlar başqalarının aydınlığı üçün şam kimi yanıblar. Bu dəstə adətən zahidlik və çətinliklə yaşayıblar. Bu dəstənin çalışmalarının nəticəsi, elmin müxtəlif sahələrində olan mühüm və növbənöv nailiyyətlərdir.
  3. Cihad və inqilab edənlər: Bu dəstə zalım hökumətlərin camaata etdiyi zülmdən təngə gəlib, zalımlara qarşı ayağa qalxıb, insan hüquqlarının yerinə yetirilməsi və kəramət hifz olunmasını istəyiblər və öz qanları ilə ədalət ağacını suvarıblar.

Peyğəmbər Əkrəm (s) və Məsum İmamlar (ə) başda olmaqla belə şəxsiyyətlərin qəbrini ziyarət etmək, onların çalışmalarına və cihadlarını nisbət bir növ qədirdanlıqdır. Həmçinin, bu şəxslərin qədirdanlığının və əziz tutulımasının gələcək nəsillərə çatdırılmasıdır. Bilələr ki, bu, haqq, hidayət, əqidə, dəyərlər və əsillərdən müdafiə yolunda qədəm götürənlərin dünyəvi savabıdır.[14]

Çünki, salehlər və böyük şəxsiyyətlərin ziyarətində olan çoxlu ictimai təsirlərə əsasən, müsəlman olmayan başqa millətlərdə tarixdə təsir qoyan öz böyük şəxsiyyətlərinin qəbirlərinin ziyarəti və onlara ehtiram etməkdə həmişə bir- birindən üstün olublar. Buna görə də dünyanın hər yerində böyük şəxsiyyətlərə aid olan qəbirlərin (onların dini və dünyəvi olmalarından asılı olmayaraq) ehtiram və ziyarət olunduğunu görürük. İnsan, onlara ehtiram etmək və onları ziyarət etməyi özünə vəzifə və onların bəşəriyyətin öhdəsinə qoyduqları hüquqların yerinə yetirdikləri hər bir şey onun fitrətindən ilham alır.

Buna əsasən qəbirlərin ziyarəti, Quran, sünnət və əqlin təsdiq etdiyi və hətta insanın fitri hesab olunan işlərindəndir. Çünki insan, həmişə əlaqəsi və bağlılığıonların ehtiramı və ziyarətinə maraqlıdır. Qəbirlərio ziyarət etmək dünyəvi faydalarından əlavə axirət faydalarından da bəhrələnib. İslam təlimlərinin genişlənməsi, dini və etiqadi təlimlərin daha çox başa düşülməsi, müsəlmanlar üçün hətta axirət faydaları olan bu müstəhəbb əməlin keçirilməsini caiz deyil, bəlkə müstəhəb belə sayıbdır.

 


[1] - Səduq, Məhəmməd ibni Əli, Mən la yəhzuruhul- fəqih, cild 1, səh 178, Nəşr İslami müəssisəsi, Qum, üçüncü çap, 1413 hicri qəməri.

[2] - Kəhf surəsi, ayə 21.

[3] - Sübhani, Cəfər, Əl- vəhabiyyətu- fil- mizan, səh 96.

[4] - Ehsayi, Məhəmməd ibn Əli, Əvaliyul- ləali, cild 1, səh 45, Seyyidüş- şühəda (ə) nəşriyyatı, Qum, birinci çap, 1405 hicri qəməri.

[5] - Əl- vəhabiyyətu fil- mizan, səh 96.

[6] - İbn Səd, Ət- Təbəqatul- kubra, cild 1, səh 94, Beyrut, Darul- kotobil- elmiyə, birinci çap, 1410 hicri qəməri.

[7] - Salehi Şami, Subulul- huda, cild 8, səh 384, Beyrut, Darul kotobil- elmiyyə, birinci çap, 1414 hicri qəməri.

[8] - Sübhani, Cəfər, Fiz- zilalit- tövhid, səh 241.

[9] - Sübhani, Cəfər, Fiz- zxilalit- tövhid, səh 244.

[10] - Məclisi, Məhəmməd Baqir, biharul- ənvar, cild 79, səh 169, Əl- vəfa müəssisəsi, Beyrut- Livan, dördüncü çap, 1404 hicri qəməri.

[11] - Feyz Kaşani, Molla Möhsin, Əl- muhəccətul- beyza, cild 9, səh 289, İslami nəşriyyatı, dördüncü çap 1417 hicri qəməri.

[12] - Ətarudi, Əzizullah, Monsədul- İmamir- Rza (ə), cild 2, səh 254, Astane qudse Rəzəvi, Məşhəd, birinci çap, 1406 hicri qəməri.

[13] - Səduq, Məhəmməd ibn Əli, Mənla yəhzuruhul- fəqih, cild 2, səh 577, Muəssisətu ən- nəşril- İslami, Qum, üçüncü çap, 1413 hicri qəməri.

[14] - Əl- vəhabiyyətu fil- mizan, səh 103.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hünah iş görməyən cavan həzrit Xızır (ə) – ın əli ilə öldürülməsi necə qarşılanır? Bu iş Allahın ədalətiylə uyöundurmu?
    4322 Təfsir
    Bir çox ayə, rəvayət və təfsirlərdən istifadə olur ki, cavanın öldürülməsi həzrət Xızır (ə)- ın əsəb və ya öz istəyi ilə olmamışdır, bu qətl məsləhət və hikmət üzündən baş vermişdir. Xüsusiylə də bu qətl Allahın saleh bəndələrindən olan bir insanın vasitəsiylə ki, qəlbi Allahın rəhmətiylə dolu idi, ...
  • Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
    7203 Qədim kəlam
    Müxtəlif məzhəblərin yaranmasında, çoxlu səbəblər var. məsələn, bir dəstənin peyğəmbər (s)- in həzrət Əli (ə)- nin imamlığı barəsində olan vəsiyyət və əmrlərinə diqqət etməmələri, digər dinlərin ardıcıllarinin müsəlmanların içinə yol tapması və mədəniyyət cəhətdən onlarla qarışmaları, islamın əsl təlimlərindən və Əli- beyt (ə)- in maarifindən uzaq düşmək bir əsrə yaxın ...
  • Vəzifəsi cənabət qüslü olan şəxs, qüsl verdikdən sonra dəstəmaz da almalıdırmı?
    5088 Qüslün keyfiyyəti və əhkamı
    Əgər bir nəfər cənabət qüslu veribsə, nə qədər ki ondan böyük və kiçik hədəs vaqe baş verməyib (yəni, dəstəmazı və qüslü batil edən şeylər ondan baş verməyibsə) həmin qüsulla namazını qıla bilər və dəstmaz almağa ehtiyac yoxdur. Amma, əgər dəstəmazı və ya qüslü batil edən işlər baş ...
  • Rəf hədisi nədir?
    4385 Hədis elmləri
    Rəf hədisi, Peyğəmbərdən (s) iki hədisin ünvanıdır. Onlardan birinin mənası məxsus vəziyyətdə İslam dinində təklifin və ya mükəlləfin bəzi işlərindən təklifi və bəzi təsirlərin götürülməsi və başqa birisi isə müəyyən şəxslərə təklifin və bəzi hökmlərin inkar olunmasına aiddir.Birinci hədis, şiənin keçmiş və müasir mötəbər mənbələrinin ...
  • Nə üçün məsum imamlardan az bir miqdarda kitablar bizim əlimizə çatmışdır?
    6265 Hədis elmləri
    Mümkündür illət bu olsun ki, məsum imamlar (ə) özləri, dəqiq olaraq və ətraflı şəkildə kitab təlif etməmişdirlər. bunun üçün də daha çox lazımlı olan, məqsədə çatmaq üçün ən çox şagird hazırlamağa çalışırdılar. Əlbəttə bu cür də demək olmaz ki, imamların heç bir təlifi olmamışdır, bəlkə rəvayət mənbələrində onlarla fərqli ...
  • Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər?
    6217 Təzə kəlam
    Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu dörd səbəbdən daha artıq məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz. ...
  • Ümmul- möminin termini necə yarandı?
    3872 Təfsir
    Ümmul- möminin ilk dəfə Peyğəmbər (s)- in zamanında, o həzrətin xanımlarının möminlərə nisbəti barəsində Əhzab surəsinin 6- cı ayəsinin nazil olmasıyla termin olubdur. Peyğəmbər (s)- in xanımları ümmətin analarıdır, şərii bir hökmdür və o həzrətə məxsusdur. Bu hökm (Peyğəmbər (s)- in həyat yoldaşlarının möminlərin analarına oxşadılması) analığın bəzi təfsirlərində oxşatmaqdır, ...
  • Peyğəmbər (s) niyə öz evində torpağa tapşırıldı?
    3633 تاريخ بزرگان
    İslamın əziz Peyğəmbəri (s) dünyadan gedəndən sonra, müsəlmanlar o həzrətin müqəddəs bədənini dəfn etməyin yerini müəyyənləşdirməkdə, fikir ayrılığına düçar oldular. Bir dəstə dedi: Məscidində dəfn olunsun. Digər bir dəstə dedi: Səhabələri ilə dəfn olunsun. Bu zaman Əmirəl- möminin Əli (ə) buyurdu: Allah, Peyğəmbəriən pak yerdə qəbzi- ruh ...
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    3198 Nizamlar hüquq və əhkam
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?
    4324 فساد
    “Fəsad” kəlməsi “səlah”ın antonimidir və hər bir pozucu, təxribatçı, dağıdıcı işə fəsad deyilir. Buna əsasən, hər iş təxribatçılıq və nöqsanlıq istiqamətində olsa və ya fərdi-ictimai məsələlərdə ifrat və təfrit yönünə malik olsa, fəsad kəlməsi ona aid edilir. Qurani-kərimin əsas hədəfi insanların hər növ fəsaddan xilas ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    120296 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91546 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71409 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    55249 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    53115 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37837 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26845 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26599 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26189 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25265 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...