Ətraflı axtarış
Baxanların
5530
İnternetə qoyma tarixi: 2009/11/10
Sualın xülasəsi
вилајәти фәгиһдән мәгсәд нәдир?
Sual
вилајәти фәгиһдән мәгсәд нәдир?
Qısa cavab

Әрәб дилиндә “вәли” сөзүндә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.

Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:

1.         “Мүвәлли әлејһ” (рәһбәри олунан шәхс) өз ишләринин өһдәсиндән ҝәлә билмәсин. Мәсәлән, өлү, дәли, ушаг, вә саир. Бу мәгамларда “вилајәт” сөзү “гәјјумлуг” вә һами мәнасында ишләнир. Бурда мәгсәд фәгәт өз ишләрини өзләри идарә едә билмәјәнләр үзәриндә рәһбәрликдир.

2.         Рәһбәрлик олунан шәхс өзүнү ишләрини идарә етмәк габилијјәти вардыр. Бунунла белә бәзи ишләр вар ки диҝәринин һамичилијнә вә вилајәтинә дә еһтијаҹ вар.бу мәнада вилајәт јәни, ҹәмијјәтин ишләринин идарәси кими мәна олунур ки бу да һәмин сијаси вилајәтдир.

Ətreaflı cavab

“Вилајәт” сөзү әрәб дилинин лүғәтиндә “вәлјун” көкүндән олуб бүтүн лүғәтчиләрин етирафына ҝөрә јалныз бир мәнадә, о да “јахын” мәнасдыр.[1] Бундан әлавә, әрәб дилиндә “вәли”[2] сөзүндә исә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.[3] Фарс дилиндә дә “вәли” сөзү, дост, көмәкчи, саһиб вә һафиз мәналарында ишләниб. Һәмчинин, вилајәт сөзү дә һөкумәт вә рәһбәрлик мәнасындадыр.[4]

“Вилајәт” термини фәгиһ барәсиндә ишләнәндә ондан мәгсәд, ҹәмијјәтин рәһбәри вә идарәси нәзәрдә тутулур. Бәзиләри бу мәнадә бир нөв гүдрәт тәләблик вә ағалыг мәнасыны да ахтарырлар вә вәли сөзүнү киминсә үзәриндә рәһбәрин мәхсус гүдрәтинин олмасы кими гәләмә верирләр.[5]  Һалбуки рәһбәрликдә мәна, “Сејјидул гөв хадимуһум”[6] јәни, тајфанын башчысы онун хадимидир – мәсәли кими анланмалыдыр. Фәгиһ, ҹәмијјәтин рәһбәрлијини бир хадим вә вәзифә кими өз үзәринә ҝөтүрүр.

Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:

1.             “Мүвәлли әлејһ” (рәһбәри олунан шәхс) өз ишләринин өһдәсиндән ҝәлә билмәсин. Мәс, өлү, дәли, ушаг, вә саир. Бу мәгамларда “вилајәт” сөзү “гәјјумлуг” вә һами мәнасында ишләнир. Бурда мәгсәд фәгәт өз ишләрини өзләри идарә едә билмәјәнләр үзәриндә рәһбәрликдир. Бу сәбәбдән рәһбәрлик олунан шәхс мәхсус инсан олуб о вахта кими бу рәһбәрлији гәбул едир ки гүдрәти олмамыш олсун ки бана фигһдә “гасир” дејирләр. Она ҝөрә да белә шәхсләрин нә вахт үзрү арадан ҝетсә фәгиһин онлар үзәриндәки вилајәти дә сона чатыр. Мәслән, дәли ағыллы олса, ушаг һәдди булуға чатса фәгиһин бу саһәдәки гәјјумлуғу да сона чатыр.

2.             Рәһбәрлик олунан шәхс өзүнү ишләрини идарә етмәк габилијјәти вардыр. Бунунла белә бәзи ишләр вар ки диҝәринин һамичилијнә вә вилајәтинә дә еһтијаҹ вар.бу мәнада вилајәт јәни, ҹәмијјәтин ишләринин идарәси кими мәна олунур ки бу да һәмән сијаси вилајәтдир. Доғрудур ки вилајәти олан фәгиһ һәр ики мәнада вилајәти вар. Амма бизим бәһсимиздә вилајәт-фәгиһдән мәгсәд һәман икинҹи мәнадыр. Чүкни, ҹәмијјәтин рәһбәрлијни өһдәсинә алан фәгиһ әслиндә ҹәмијјәтин һәр тәк-тәк фәрдләринә һәтта өзүнә дә рәһбәрлији вардыр. Бу ишин бәзиләринин вилајәт дедикдә, “ҹәмијјәтин ҹәмијјәт олмасы” бахымындан фәгиһин һансыса өлү, ушаг вә ја јетимләр үзәриндәки вилајәти илә мүгајисә етмәләри кими дејилдир.[7] Әксинә, һәр бир ҹәмијјәтә рәһбәр ваҹиб олмасы зәрурәтиндәндир. Әмирәл-мөминин Әли (ә) бујрур: “Һәр бир ҹәмијјәтин истәр јахшы истәрсә дә пис олсун рәһбәри ваҹибдир.” [8]

Бу иҹтимаи бир зәрурәтдир. Һәр јердә ҹәмијјәт тәшкил олунса о ҹәмијјәтин идарәсиндән өтрү рәһбәр сечилмәлидир. Беләликлә, үммәт ичиндә фәгиһ о демәкдир ки, ҹәмијјәти ислам шәниндә олараг ислам һәдәфләринә доғру апарсын. Бу ҹәһәтдән фәгиһин ҹәмијјәтдә вилајәти вардыр вә о вилајәт дә ҹәмијјәтә рәһбәрликдә тәҹәлли тапыр.

 

Әлавә мүталиә үчүн бах:

1. Меһди Һадәви Теһрани, “Вилајәт вә дәјанәт”, Мүәссеји фәрһәнҝије ханеји хирәд. Гум. Икинҹи чап, 1380 шәмси или.

 



[1] Мәгајисул-луғәт, 6-ҹы ҹилд, сәһ-141, Әл-Гамусул-муһит, сәһ-1732, Әл-Мисбаһул-мунир, 2-ҹи ҹилд, сәһ-396, Әс-Сиһаһ, 6-ҹы ҹилд, сәһ-2528, Таҹул-Әрус, 10-ҹу ҹилд, сәһ-398.

[2] Бәзи тәһгигатчылар “вәли” сөзүнүн әрәб дилиндә дост мәнасыны инкар етмиш вә бу сөзүн јалныз, “рәһбәр вә сәлтәнәт” мәнасында олдуғуну билдирмишләр. (Әл-Мунтәзири, Дирасәтун фи вилајәтил-фәгиһ вә фигһил-дөвәлул-исламијјә. Сәһ-55)

[3] Әл-Гамусул-муһит, сәһ-1732, Таҹул-Әрус, 10-ҹу ҹилд, сәһ-398, Әл-Мисбаһул-мунир, 2-ҹи ҹилд, сәһ-396

[4] Мүһәммәд Муин, Фәрһәнҝи фарси, 4-ҹү ҹилд,5058 вә 5054.

[5] Мәһди Һаири Јәзди, Һөкумәт вә һикмәт, сәһ-67-177.

[6] Ислам Пејғәмбәриндән (с) нәгл олунур: “Сејјидул гөв хадимуһум” – (Һәр бир тајфанын башчысы онун хадимидир), Әлламә Мәҹлиси, Биһаррул-Әнвар, 76-ҹы ҹилд, сәһ-273.

[7] Мәһди Һаири Јәзди, Һөкумәт вә һикмәт, сәһ-67-177.

[8] Сүбһи Салеһ, Нәһҹүл-Бәлағә, хүтбә-40, сәһ-82.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Əlinin qadınların və kişilərin ağlına münasibəti necədir?
    13280 Hədis elmləri 2011/04/16
    Həzrəti Əli (ə) heç vaxt deməmişdir ki, "kişilər ağıl və ülfət (ötəri hisslər) baxımından qadınlardan üstündür." Əksinə İmamın sözü xüsusi bir baxışda yalnız "cəməl" döyüşünə aiddir. Bu söz də heç vaxt ümumilik daşıyıb bütün qadınlara aid edilə bilməz. Çünki bəzi vaxtlar kişilər də bəzi məsələlərdə imamın danlağına tuş gəlmişlər. bundan ...
  • : Həcc qurbanlığını Minadan başqa yerlərdə kəsmək olarmı?
    4939 Nizamlar hüquq və əhkam 2011/07/28
    Mərcəyi-təqlidlərin cavabları:Ayətullah əl-üzma Fazil Lənkərani (rəhmətullahi əleyh): “Xeyr, qoyun qurbanlıq etmək həccin vacib əməllərindəndir və Minada, yaxud hal-hazırda adətən, qurbanlıq kəsilən yerlərdə kəsilməlidir.”
  • İslam və xristiyanlıqda mənəviyyatın fərqləri?
    7486 Təzə kəlam 2011/10/04
    Hər bir dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Xristiyanların özlərinin də etiraf etdiyinə görə xristiyan dininin mənbələri ağıla zidd təlimlərlə zəngindir. Təbii ki, belə mənbələrdən götürülən mənəviyyat bir çox kənara çıxmalarla müşahidə olunacaqdır. Bu islamla xristiyanlıq arasında olan ən mühüm ...
  • Əhli-sünnənin namus mal və canı şiə icmasında möhtərəmdirmi?
    4362 شیعه و دیگر مذاهب 2014/05/18
    Müqəddəs İslam şəriyyətində bütün insanların malı, canı və namusu möhtərəmdir. Bu mövzunun dinə və məzhəbə dəxaləti yoxdur. Bütün bəşəriyyət haqqında ilk üsul və qanun budur.[1] Əlbəttə, çox az və məhdud nümünlərə göstərmək olar ki, bu qanunu ziddinədir. O cümlədən, o nümunələrdən biri kimi müsəlmanlarla ...
  • Xilqətdə kişinin qadından üstünlüyü vardırmı?
    5341 İslam fəlsəfəsi 2012/02/18
    Qadın və kişi – hər ikisi həqiqi vəhdətdən bəhrələnir, bir-biri ilə əlaqədar kamala çatırlar. Bu iki varlığı bir-birindən ayrılıqda “iki varlıq” ünvanı ilə müqayisə etmək, habelə birinin digərindən üstün olmasını demək mənasızdır. ...
  • Kərbəla hadisəsindən sonra imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının başına nə gəldi?
    12927 تاريخ بزرگان 2012/01/18
    İmam Hüseyn (əleyhis-salam)-ın beş həyat yoldaşı var idi. Bəzi tarixçilər o həzrətin bu qadınlardan dünyaya gələn övladlarının sayını altı, bəziləri isə altından çox qeyd etmişlər. Həzrətin həyat yoldaşları aşağıdakılar idi:1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın (o, İmam (əleyhis-salam)-ın salığında dünyadan getmişdi), 4. Rubab, 5. Ümmü ...
  • Gün ərzində bu qədər məşğuliyyətlə ibadətlə necə məşğul olmaq olar?
    5135 رزق 2012/05/21
    Münasib cavab ələ gətirməkdən ötrü bir neçə zəruri məsələyə diqqət etmək lazımdır: 1.İbadət, Allaha bəndəçlik və Onun gstərişlərini yerinə yetirmək mənasındadır.[1] Həmçinin, ibadət namaz və duaya münhəsir olmasada namaz ibadətin ən yüksək mərtəbəsidir. Bəs, hər kəs Allah-Taalanın göstərişlərini yerinə yetirməklə məşğuldursa, deməli ...
  • Həzrət Əli (əleyhis-salam) Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in təkcə dostu, yoldaşı, köməkçisi və qohumu idimi, yoxsa bundan da artıq məqama malik idi?
    6070 Qədim kəlam 2011/05/17
    İmam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə qohum və dost olmaqdan əlavə, həyatının müxtəlif mərhələlərində o həzrətin özünün və islamın fədakar müdafiəçisi, risalətin təbliğinin bütün səhnələrində onun köməkçisi idi. İmam Əli (əleyhis-salam) o həzrətin kürəkəni olmaqdan əlavə, həm də onun mehriban və hərarətli ağuşunda ...
  • Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?
    5575 Təfsir 2012/09/24
    Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incəliklərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsində nəzər ixtilafına malikdirlər. Bəziləri inanır ki, Quran elmi bir ensiklopediya kimi bütün elmi məsələlərin incəliklərini özündə əhatə edir. ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    9054 • دیگر احکام مرتبط با نماز 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    155027 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    131587 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    110574 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101293 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84935 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72733 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50223 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38023 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37832 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36580 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".