Ətraflı axtarış
Baxanların
6848
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İnsanın öz dini qardaşının (aralarında olan dava-dalaş və narahatçılığa görə) əzab-əziyyətinə səbəb olan sözlər danışmağa və onunla küsülü qalmağa haqqı vardırmı? Halbuki, qarşı tərəf üzrxahlıq da etmişdir?
Sual
İki iman dostunun uzun müddətli küsməsi, bir-birinə kin-küdurət bəsləməsi və aralarında ayrılıq salmaları – xüsusilə mübarək Ramazan ayında caizdirmi? Hətta əgər onlardan biri müqəssir olsa, lakin öz əməlindən peşman olsa da belə?! Mömin şəxsin də qarşı tərəflə barışmamağa haqqı vardırmı və öz yaramaz əməlləri ilə onu əks-reaksiya göstərməyə məcbur edə bilərmi? Bunu da nəzərə alaq ki, dostu özündən heç bir reaksiya göstərmir, onun çirkin və yaranmaz işləri müqabilində səbir və sükut edir. Belə əməl və rəftar imanlı bir müsəlman şəxsə yaraşarmı?
Qısa cavab

Əfv edib güzəştə getmək böyük insanların bariz xüsusiyyətlərindən, əxlaqi səciyyələrindəndir. Bu əməl ruhun alicənablığı əlamətidir. İslam məktəbində bu sifət böyük əxlaqi fəzilətlərdən hesab olunur. Hansı ki, bu dinin Peyğəmbəri “əxlaqi fəzilətləri, mənəvi kamalları təkmil edilib sona çatdırmaq üçün” məbus olmuş, özü də Quranın buyurduğu kimi “böyük və əzəmətli əxlaqa” malik olmuşdur. Çoxlu ayə və rəvayətlərdə bu əxlaqi fəzilətə təkid olunur. Qurani-kərim bu əxlaqi fəzilətə təkidlə buyurur: “Pisliyin əvəzi onun kimi pislikdir, amma, hər kəs güzəştə gedib islah etsə, onun əcr və savabı Allahın öhdəsinədir. Şübhəsiz, O, zalımları sevmir.” “Yaxşılıqla pislik heç vaxt eyni səviyyədə deyildir, pisliyi yaxşılıqla dəf et (bu zaman görəcəksən ki,) səninlə düşmənçilik edən şəxs sanki, səmimi bir dost idi”, “Əgər yaxşılıqları aşkar, yaxud məxfi etsəniz və onlardan (pis əməllərindən) güzəştə getsəniz, (bilin ki,) Allah-taala bağışlayan və qüdrətlidir (intiqam almağa qadir olduğu halda əfv edib güzəştə gedir).”

Dini mənbələrimizdə və təlimlərimizdə olan çoxlu rəvayətlər təkcə camaatı əfvə, güzəştə təşviq etmir, üstəlik güzəştə gedib bəxşiş etməyi Əhli-beyt (əleyhimus-salam)-a məxsus olan səciyyəvi xüsusiyyətlərdən biri hesab edir: “Biz Əhli-beytin davranış və üslubu bizə zülm edənlərə qarşı güzəştə gedib əfv etməkdir.” Güzəşt sahibi olan insanların əcr və savabı Allahın Öz öhdəsinədir. Rəvayətdə deyilir: Qiyamət günü bir münadi (carçı) nida edib deyər: “Allah üzərində haqqı olan şəxslər ayağa qalxsınlar!” Bu zaman yalnız əfv, güzəşt  və bəxşiş sahibləri ayağa qalxar. Məgər Allahın buyurduğu “hər kəs güzəştə gedib islah etsə, onun əcr və savabı Allahın öhdəsinədir” sözünü eşitməmişiniz?!”

Deməli, həqiqi möminlər o kəslərdir ki, ilahi əxlaqa sahib olsunlar, onların haqqında zülm edənləri, pislik rəva görənləri bağışlayıb güzəştə getsinlər. İnsana pislik rəva görənlər barədə ilahi hüdudları pozmaq və ona zülm edən şəxsin əzab-əziyyətinə düşməsinə səbəb olan işləri görmək mömin insana layiq deyildir. Çünki bu növ rəftar da bir növ Allah-taalanın qadağan etdiyi zülm hesab olunur: “Həqiqətən o (Allah) zalımları sevmir.”

Ətreaflı cavab

Əfv edib güzəştə getmək böyük insanların məxsus xüsusiyyətləri, əxlaqi səciyyələri  və yüksək ruhun göstəricisidir. İslam məktəbində bu sifət böyük əxlaqi fəzilətlərdən hesab olunur. Hansı ki, bu dinin Peyğəmbəri əxlaqi fəzilətləri, mənəvi kamalları təkmil etmək üçün göndərilmiş və özü də böyük, əzəmətli əxlaq sahibi olmuşdur.

Sualda qeyd olunan məsələ, yəni mömin insana qarşı ədavət, kin-küdurət və düşmənçilik bir neçə cəhətdən araşdırıla bilər:

1. İman dedikdə məqsəd və onun nümunələri nədir?

2. İslamın düşmənçilik, kin-küdurət və s. bu kimi məsələlərə qarşı nəzəri nədir və onun müalicə yolları nədir?

“İman”ın mənası

İslam təfsirçiləri “çöl ərəbləri dedilər ki, biz iman gətirmişik, de ki, iman gətirməmişsiniz, lakin deyin ki, təslim olmuşuq, halbuki iman hələ qəlblərinizə daxil olmamışdır...”[1] ayəsinin təfsirində “islam” ilə “iman”ın arasındakı fərqə işarə edərək deyirlər: Ayənin məntuquna (kəlmələrin zahiri bəyanına əsasən) islamın bir zahiri və qanuni forması vardır. Belə ki, insan iki şəhadət kəlməsini iqrar etməklə müsəlmanların cərgəsinə keçir və onun barəsində bütün islam hökmləri qüvvəyə minir. Amma “iman” gerçək və batini bir məsələdir, onun yeri də qəlbdir, nəinki yalnız dildə cari olsun. İslamın qəbul edilməsi müxtəlif məqsədlərlə baş verə bilər, o cümlədən maddi mənafe, şəxsi mənfəətlər. Amma iman mənəvi məqsədlərdən qaynaqlanır, onun arxası elm, agahlıq; səmərə və nəticəsi isə təqvadan ibarətdir. Bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in aşkar bəyanında buyurulan həmin məsələdir: “İslam zahiri danışıq və rəftardır, imanın isə yeri qəlbdir.”[2] İmam Sadiq (əleyhis-salam)-ın ifadəsində isə belə buyurulur: “İslam zahiri əməl və danışıqdır ki, (bir kəs islamı qəbul etdikdə) onun vasitəsi ilə canı qorunub hifz olunur (toxunulmaz sayılır), əmanətlər sahibinə qaytarılır, izdivac caiz olur. Amma əcr və savab imanın nəticəsidir.”[3] Bunun səbəbi bəlkə də budur ki, çox rəvayətlərdə islamın mənası dildə iqrar etməyə həsr olunur, halbuki iman dildə iqrar etmək və islamın göstərişlərinə əməl etməkdən ibarətdir: “İman əməllə yanaşı olan iqrardır, amma islam əməlsiz olan iqrardır.”[4]

Həmin məna digər təbirlə “islam və iman” bəhslərində irəli çəkilir. Füzeyl ibni Yəsar deyir ki, İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğunu eşitdim: “İman mənada islamla şərikdir, halbuki islam belə deyildir. İman odur ki, qəlbdə qərarlaşmış olsun. Amma islam izdivaca, mirasa, canın toxunulmazlığına səbəb olur.”[5]

İslamla iman arasındakı bu fərq o yerdədir ki, islam və iman kəlmələri bir-biri ilə yanaşı gəlmiş olsun. Amma çox hallarda hər biri ayrı-ayrılıqda işlənərsə, islam imana da aid edilir. Yəni hər iki kəlmə vahid mənanı ifadə edir.[6]

Şeyx Məhəmməd Cavad Muğniyə (rəhmətullah əleyh) “Kaşif” adlı təfsirində islamla imanın fərqi barəsində doktor Taha Hüseynin (o, “Əsrari-bəlağət” alimlərindən və ədiblərindəndir) sözünü belə nəql edir: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə həm möminlər, həm də müsəlmanlar var idi, islamla iman arasında fərq qoyulurdu. İman dedikdə məqsəd “Hücürat” surəsinin 14-cü ayəsində deyilən şeydir və onun yeri qəlbdir. İman – insan ruhunun dərinliklərində Allahın Öz Rəsuluna vəhy etdiyi şeylərə ixlasla yanaşı olan bir cövhərdir. Belə imanın nəticəsi Allahın vacib buyurduğu əməlləri qəbul etmək, Onun dəvətinə – Rəsulun insanı Allaha dəvət etdiyi şeylərdə azacıq belə, şəkk-şübhə olmadan müsbət cavab verməkdir.

Belə iman Allah qarşısında dərin xofa malik olmağı tələb edir. Belə ki, Onun adını və ilahi ayələri eşidən zaman iman artmalı, insanda onu təsdiqləmək və xatircəmlik haləti əmələ gəlməlidir. İman artıb-azala bilən şeylərdəndir. Amma islam zahiri itaətdir – vacib əməlləri yerinə yetirmək, haram işlərdən çəkinməkdir və bu, imanın mərhələsinə çatmaya da bilər. Çox hallarda müəyyən insanlar qorxu üzündən islamı qəbul edirdilər. Necə ki, Məkkənin fəth olunduğu gündə Qüreyş başçıları (zahirdə) islamı qəbul etmişdilər. Bəziləri də qorxu və ya tamah üzündən islamı qəbul edirlər, o cümlədən “Hücürat” surəsinin 14-cü ayəsində buyurulan çöl ərəblərinin imanı kimi.[7] Deməli, həqiqi mömin odur ki, dini bütün dəyərləri, göstərişləri və etiqadları ilə birlikdə qəbul etsin, hətta o əqidə və göstərişlər nəfsin istək və meyllərinin əksinə olsa belə.

Yuxarıda verilən sualdan başa düşülür ki, münaqişə tərəflərindən biri məğrur insandır; çünki o, özünün yanlış əməllərinə israr edir, güzəşt və əfv barədəki dini təlimlərə, ayələrə, məsumlar tərəfindən gələn rəvayətlərə əsla diqqət yetirmir.

Əfv və güzəştə təşviq edən ayələrdən biri də “Şura” surəsinin 40-cı ayəsidir. Orada deyilir: “Pisliyin əvəzi onun kimi pislikdir. Amma hər kəs güzəştə gedib islah edərsə onun savabı Allahın öhdəsinədir. Şübhəsiz, O, zalımları sevmir.”

Bu şərif ayənin daha yüksək bir məfhumu vardır: pisliyin cavabını qarşı tərəfin etdiyi həmin pisliyik miqdarında vermək lazımdır. Ayə həm də bunu çatdırmaq istəyir ki, insanın qisas alan zaman həddini-hüdudunu aşmağa, zülmə, sitəmə mürtəkib olmağa haqqı yoxdur. Allah-taala zalımları sevmir. Əgər sinif yoldaşları, qonşular və s. pis və əxlaqın əksinə olan əməllərlə başqalarına əzab-əziyyət etmək fikrində olsalar, onda necə mömin insan sayıla bilərlər, halbuki qisas həddindən xaric olmuşlar?!

Bundan əlavə, şərif ayə bundan da yüksək bir məqama işarə edərək buyurur ki, qisas almaq məqamında əfv edib güzəştə getmək daha yaxşı, daha fəzilətlidir və imanlı insanın pisliyə pisliklə cavab verməsi layıq deyildir, onun əfv edib güzəştə getməsi daha yaxşıdır, güzəşt sahibi olan insanların əcr və savabı Allahın öhdəsinədir: “... Amma hər kəs islah edib güzəştə gedərsə, onun savabın Allahın öhdəsinədir.”[8]

Deməli, əgər insan ona zülm edənlərdən qisas almaqda həddini aşarsa, “Allah zalımları sevməz” ayəsinin nümunəsinə çevrilər. Necə mümkün ola bilər ki, həqiqi mənada mömin olan insan bu imani-əxlaqi göstərişlərə əməl etməsin: “Yaxşılıqla pislik heç vaxt  bir deyildir, pisliyi yaxşılıqla dəf et ki, gözlənilmədən (görəcəksən ki,) səninlə düşmənçilik edən şəxs sanki, səmimi dosta çevirilib.”[9]

“Yaxşılıqları aşkar etsəniz də, gizlədərək pisliklərdən güzəştə getsəniz də, Allah bağışlayan və qüdrətlidir (intiqam almağa qadir olduğu halda əfv və güzəşt edir).”[10] “Həmin kəslər ki ,... öz qəzəblərini udur və camaatın xətalarından güzəştə gedirlər. Allah yaxşı əməl sahiblərini sevir.”[11] Çoxlu ayə camaatı qarşılıqlı güzəştə və islaha dəvət edir. Məgər möminin bəyənilən sifətlərindən biri ilahi əxlaqa sahib olmaq deyildirmi?! Allah-taala bu qədər əzəmət və cəlaləti ilə bizim günah və sapmalarımızdan güzəştə gedib göz yumursa, onda mömin insan nə üçün belə etməməlidir?! Məgər qiyamət günü Allahın rəhmətinə ümidvar deyildirmi?! Bir insan bu qədər intiqamçılıq məqamına gələrsə, bilməlidir ki, şübhəsiz, Allah da qiyamət günü onun hesab-kitabını ciddi şəkildə araşdıracaqdır. Necə ki, o, başqaları ilə ciddi tələbkarlıqla rəftar edirdi. Bu məsələ barəsində heç bir şəkk-şübhə yoxdur.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Hər kəs bir müsəlmanın xəta və səhvindən güzəştə gedərsə, Allah-taala qiyamət günü onun günah, xəta və səhvlərindən güzəştə gedər.”[12]

Başqa bir rəvayətdə deyilir: “Sənə zülm edən insanı bağışla, necə ki, sən özünün bağışlanmağını istəyirsən. Belə isə, Allahın səni bağışlamasından ibrət dərsi al!”[13]

Bunların hamısından daha aydını Allah-taalanın buyurduğu bu kəlamdır: “... Onlar gərək əfv edib güzəştə getsinlər. Məgər istəmirsiniz ki, Allah sizi bağışlasın?! Allah bağışlayan və mehribandır”[14] Bu barədə ayə və rəvayətlər olduqca çoxdur və onların hamısını sadalamağa imkan yoxdur.

Sözümüzü bu məsələ ilə sona çatdırırıq: əfv edib güzəştə getmək alicənab insanların məxsus xüsusiyyətlərindən və əxlaqi səciyyələrindəndir. Güzəşt etməyən insanların şəxsiyyətləri zəifdir. İmam Sadiq (əleyhis-salam) necə də gözəl buyurmuşdur: “Biz Əhli-beytin bizə zülm edənlərin qarşısında sirə və davranışımız güzəştə gedib əfv etməkdir.”[15]

Layiqdirmi ki, insan bu dəyərləri işləri və bu qədər savabları boşlayaraq çirkin və qəbahətli işlər görməklə özünün əmmarə (pisliklərə çox-çox əmr edən) nəfsi ilə əlbir olub onun köməyinə tələssin?! Halbuki bu nəfs insanı həddindən artıq pisliklərə dəvət edir! Ağlasığan bir işdirmi ki, insan Allah-taalanın bəxşiş və güzəşt əhli üçün nəzərdə tutduğu ilahi savablardan üz çevirsin?! Rəvayətdə deyilir ki, əgər qəzəb sizə ariz olarsa, onu əfv və güzəştlə sona çatdırın. Qiyamət günü bir münadi nida edərək deyər: “Ey o kəslər ki, Allahın üzərində haqqınız vardır, ayağa qalxın!” Bu zaman yalnız əfv və güzəşt sahibləri ayağa qalxar. Allah-taalanın belə buyurduğunu eşitməmişsənmi: “Belə isə, hər kəs güzəşt edib islah edərsə, onun əcr və savabı Allahın öhdəsindədir.”[16] Unutmaq olmaz ki, iman qardaşlarını aldatmaqda Şeytan çox məkr və vəsvəsə işlədir, bu barədə çox məharəti vardır. Həzrət Yusif (əleyhis-salam) öz qardaşları ilə əfv və güzəşt əsasında rəftar edərək Şeytanın hiylələrini puça çıxartdı, bunda  böyük ibrət dərsləri vardır.

Mütəal Allah Həzrət Yusif (əleyhis-salam)-ın öz qardaşları ilə qarşılaşan zaman rəftarını belə bəyan edir: “(Qardaşları) dedilər: “Allaha and olsun ki, Allah səni bizə üstün etdi və biz xətakar idik.” (Yusif) dedi: “Bu gün sizə heç bir məzəmmət və danlaq yoxdur. Allah sizi bağışlayar və O, mehribanların ən mehribanıdır. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılacaq! Bütün yaxın adamlarınızı mənim yanıma gətirin!” Karvan (Misirdən) ayrılan zaman ataları (Yəqub) dedi: “Mən Yusifin ətrini hiss edirəm – əgər məni nadan və ağılsız hesab etməsəniz!” Dedilər: “Allaha and olsun! Sən əvvəlki azğınlığındasan!” Amma müjdə verən şəxs gəlib çatanda, o köynəyi Yəqubun üzünə atdı, birdən gözləri açıldı. Yəqub dedi: “Mən sizə demədimmi ki, Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm?!” Dedilər: “Ata! Günahlarımızın bağışlamasını Allahdan istə, çünki biz xətakar idik!” Dedi: “Tezliklə sizin üçün Pərvərdigarımdan bağışlanmaq istəyəcəyəm, çünki O, bağışlayan və mehribandır!” Yusifin yanına daxil olduqları zaman o, öz ata-anasını ağuşuna aldı və dedi: “Hamılıqla Misirə daxil olun, inşallah, əmin-amanlıqda olacaqsınız!” Öz ata-anasını taxtın üzərində oturtdu, hamısı onun xatirınə səcdəyə düşdülər və (Yusif) dedi: “Ata! Bu əvvəlcə gördüyüm həmin yuxunun təbiridir. Pərvərdigarım onu haqq qərar verdi və mənə yaxşılıq etdi – o zaman ki, Şeytan mənimlə qardaşlarım arasında məkr etmişdi, (Allah) məni zindandan çıxartdı və sizi o səhradan (buraya) gətirdi. Pərvərdigarım istədiyi şeyə (layiq gördüyü şeylərə) lütf sahibidir. Çünki O, elmli və hikmətlidir.”[17]



[1] “Hücurat” surəsi, ayə: 14

[2] Təbərsi, “Məcməul-bəyan”, 9-cu cild, səh. 138

[3] Kuleyni, “Kafi”, 2-ci cild, “innəl-islamə yuhqəni bihid-dəm” babı, hədis 1 və 2

[4] Yenə orada

[5] Yenə orada, 3-cü hədis

[6] "Təfsiri nümunə", 22-ci cild, səh. 210-211

[7] Muğniyə, Məhəmməd Cavad, “Kaşif” təfsiri, 7-ci cild, səh. 125

[8] “Şura” surəsi, ayə: 40

[9] “Fussilət” surəsi, ayə: 34

[10] “Nisa” surəsi, ayə: 149

[11] “Ali-İmran” surəsi, ayə: 134

[12] “Mizanul-hikmət , “eyn” hərfi, səh. 367, “Kənzul-ummal”dan nəqlən: hədis 7019

[13] Yenə orada, səh. 377

[14] “Nur” surəsi, ayə: 22

[15] “Mizanul-hikmət”, “eyn” hərfi, səh. 367

[16] "Biharul-ənvar", 74-cü cild, səh. 182

[17] “Yusif” surəsi, ayə: 92-100

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154454 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117603 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109492 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98131 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91135 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44709 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43584 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42709 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...