Ətraflı axtarış
Baxanların
8476
İnternetə qoyma tarixi: 2012/01/08
Sualın xülasəsi
İmam Sadiqdən (ə) hədisə əsasən o, zühurdan öncə olan hər növ üsyanı Şiə və İmamların bəla və qəminin səbəbi hesab edir. Bu necə İslam inqilabı ilə izah olunur?
Sual
Səhifeyi səccadiyədə İmam Sadiqdən (ə) hədis nəql olunmuşdur ki, zühurdan öncə hər növ üsyanı Şiə və İmamların qəm və bəlasının mənbəyi olduğunu hesab edir. Bu hədisin İslam İnqilabı ilə necə uyğun olduğunu izah edin.
Qısa cavab

Bu sualın cavabında deyilməlidir:

Əvvəla: Bu qrup rəvayətlər təqiyyə səbəbi ilə olmuşdur. Xüsusi şəraitdə deyilmişdir ki, silahlı qıyamın heç bir fayda və təsiri olmamışdır. Əlavə olaraq, bizim rəvayətdə bəzi məqamlar vardır ki, bəzi üsyanları təsdiq edir.

İkincisi: Bəyan olunan rəvayət silahlı inqilablar haqqındadır. Amma digər islahedici hərəkatları inkar etmir. İmamların (ə) həyat tərzlərində də mşühidə edilir ki, onlar da belə hərəkatlar niyyətində olmuşlar. İslam inqilabının yaranma yollarını, fikir və yaradılma inanclarını araşdırarkən, bu nöqtəyə işarə etmək istəyirəm ki, o əsasən silahlı üsyanı qəbul etməmişdir və İran inqilabı belə (silahlı) üsyanlardan hesab edilmir. Buna görə bu rəvayətin möhtəvası ilə İran İslam inqilabının ziddiyyət təşkil etməsi iddiası aradan gedir.

Ətreaflı cavab

Biz, iran İsalm inqilabı kimi mühüm qiyamların Quran və dini nöqtey- nəzərdən uyğunluğunu yoxlamaq üçün təkcə bir rəvayətlə kifayətlənməməli və ondan istifadə edərək belə böyük hərəkatın doğruluq və ya səhvliyini qiymətləndirməməliyik. Biz gərək bütün tərəflərdən dini mətnləri və rəhbərlərin əməli tərzlərini müxtəlif tarixi cəhətdən araşdırmalıyıq. Bununla biz düzgün və dəqiq son nəticəyə gələ bilərik.

Bu səbəbdən bu bəhsi daha əhatəli şəkildə bir neçə baxımdan təhlil və analiz etmək istəyirəm:

1. Səhifeyi Səccadiyənin başlanğıcında yerləşən ayələr bütün inqilabi və silahlı hərəkatları sual altına ala bilərmi?

2. İmam Mehdinin (əc) zühuruna qədər hər növ dəyişiklikləri qadağan edən rəvayətlərin hansı izahları ola bilər?

3. Əvvəlki bəndləri nəzərə alaraq, İmam Xomeyni kimi böyük din alimləri hökumətlərə zidd olaraq inqilabi hərəkətlər etməyə inancları olmuşdur?

Bu tərtiblə, yuxarıda deyilən bəndləri araşdıraraq, sonda yekun nəticəyə gələcəyik:

1. Birinci bənd barəsində onu qeyd edə bilərik ki, hətta əgər Səhifeyi Səccadiyyənin əvvəlində yerlıəşən rəvayətlər sənəd baxımından inkar olunmasa və altıncı İmam (ə) tərəfindən yazıldığı qəti olsa da, bu hədisdə bəzi nöqtələr tapmaq mümkündür ki, həzrət Mehdinin (əc) zühurundan öncə bütün inqilabi hərəkatları sual altına ala bilmərik! Bu haqda aşağıdakı iki nöqtəyə diqqət edək:

Bir, həmin hədisdə qeyd olunmuşdur ki, İmam Sadiq (ə) Yəhya bin Zeydin qiyamını və şəhadətini eşidəndə bərk narahat oldu və ağladı! Əgər o, bu hərəkəti tamamilə inkar və öz başına olduğunu hesab etsəydi və onu şiənin mənafeyinə zidd hesab etsəydi, onun bu qədər narahat olmasına və ağlamasına səbəb nə idi?! Əlbəttə belə cavab verilə bilər ki, onun narahatçılığı Yəhyaya acıma hissi idi ki, əmisi oğlu hesab edilirdi və bu heç cür inqilabi hərəkatı təsdiq etmək demək deyildi. Amma bu cavabı fərzlə qəbul etdik, amma növbəti nöqtəyə hansı cavab verilə bilər?

İki, bu hədisdə İmam Sadiq (ə) buyurur ki, “Biz əhli- beytdən heç bir şəxs İmam Mehdinin (əc) zühurundan öncə sitəm və zülmlə yaxud haqqı olanın haqqını almaq üçün mübarizə və qiyam etməyəcəkdir. Yoxsa, bəla və girifdarçılığa səbəb olacaq və onun qiyamı biz və şiələri daha çox zəhmətə salacaqdır.”[1]

Əgər bu rəvayətin ərəb dilində olan mətninə diqqət etsək orada “la yəxruc” sözündən savayı “ma xərəc” sözünə də rast gəlirik ki, ona istinad və buna diqqət etməklə başa düşmək olar ki, imam Sadiqdən (ə) öncəki bütün qiyamları sual altına alacaq və onları rədd edəcək, Məsumların (ə) da qiyamlarını istisna edəcək əlamətlər mövcud deyil.

Sizin inancınıza görə altıncı İmam (ə) Həzrət Əlinin (ə) zamanındakı müharibələr və imam Hüseynin (ə) qanlı qiyamı barəsində müsbət fikirdə olmamışdır və onları şiənin mənafeyinə zidd tələqqi etmişdir?!

Şübhəsiz, yuxurıda deyilən rəvayət bu iki İmamın (ə) islahedici fəaliyyətlərini də əhatə edir, amma biz əminik ki, İmam Sadiq (ə) belə əqidədə olmamışdır.

Buna görə Səhifədə olan bu rəvayəti bütün inqilab və islahedici fəaliyyətləri dəyərləndirmək üçün dəqiq meyar seçə bilmərik. Mümkündür ki, bu rəvayət təqiyyəı şəraitində deyilsin. Yaxud da bu rəvayət o məqsədlə deyilsin ki, heç bir silahlı qiyam nəticə verməyəcəkdir. Həsrətində olunan hökumət yalnız İmam Zamanın (əc) zühurundan sonra təşkil olunacaqdır və ondan öncəki qiyamlar, hətta lazım və zəruri olsalar belə çətinliklərlə üzbəüz olub, şiələrin zahiri və dünyəvi problemlərini artıracaqdır. Əlbəttə bu heç bir slahedici hərəkata əl atmamağa və kamil sakit oturmağa dəlalət etmir. Çünki biz nəticəyə çatmaq üçün deyil, vəzifə ilə görəvləndirilmişik. Şəhid Ayətullah Səidiyə xitabında İmam Xomeyninin buyurduğu kimi əgər insan İlahi vəzifəyə müvəffəq olsa, hədəfdə olan nəticəyə çatsa da çatmasa da, nəticə əldə olunacaqdır.[2]

Digər bölmələrdə bu mövzu barəsində söhbət açacağıq.

2. Sizin soruşduğunuz bu rəvayətdən savayı elə bu mövzuda digər rəvayətdə mövcuddur ki, İmam Sadiq (ə) buyurur ki, hər kəs İmam Zamanın (əc) zühurundan öncə hər bayarağı yüksəltsə, bu bayrağın sahibi şeytan olacaq[3] yaxud cücə kimi qalacaq ki, hələ qanadları çıxmamışdır, uçmaq istəyir və bu səbəbdən uşaqların oyuncağına çevriləcək[4]! və.[5]

Diqqət edin ki, bu rəvayətlər o zaman deyilmişdir ki, əməvi silsilə dövlətinin zülmlərinə görə hər növ onlara qarşı zidd hərəkətlər, camaat tərəfindən ümumi şəkildə qəbul olunurdu. Hətta başçıları İlahi və xeyirxah niyyətlərə sahib olmayan hərəkatlar bunu arzulayırdılar! Misal üçün, xəvariclərdən geridə qalanlar belə düzgün yolda olmalarına baxmayaraq, əməvi dövlətinə qarşı qiyam edirdilər!

Şiənin öncülləri öz ardıcıllarını başa salmaq istəyirdilər ki, hər növ dəyişiklik islah deyil. Onları belə hərəkətlərə qoşulmaqdan çəkindirirdilər. Bu o mənada deyil ki, bütün inqilabi hərəkətləri qəti şəkildə məhkum edilsin. İmam Sadiqdən (ə) nəql olunan aşağıdakı rəvayətə də diqqət edin və fikirləşin ki, siz də həmçinin yuxarıdakı nəticəyə gələcəksinizmi?

O həzrət buyurur: “Əgər inqilabi hərəkata rast gəlsəniz, yaxşıdır ki, özünüz uyğun yolu seçəsiniz! Amma diqqət edin ki, bu hərəkatın son hədəfi nədir və yalnız Zeyd bin Əlinin qiyamını öz istinadınız etməklə kifayətlənməyin. Baxmayaraq ki, Zeyd alim insan və doğru danışan idi və öz şəxsi hədəfləri özün qiyam etmədi! O yalnız sizi Əhli- beyt İmamlarının (ə) ardınca getməyə səslədi və əgər qalib gələrdisə, yəqinliklə bu əhdinə əməl edəcəkdi...!”

Davamında, o silahlı qiyamı həmin şəraitdə münasib hesab etməmiş və mətləbi İmam Mehdinin (əc) son qiyamı ilə əlaqələndirərək buyurmuşdur.[6]

Bu rəvayətdən bu anlaşılır ki, İlahi təqdir odur ki, kamil və dünya cəmiyyətini əhatə edən islah yalnız İmam Zaman (əc) vasitəsilə həyata keçəcək və digər şəxslərin bu iddiada olması yalnız şüardır ki, mükəmməl şəkildə həyata keçməyəcək. Amma bu təqdir o mənada deyil ki, imanlı şəxslər öz vəzifələrinə əməl etməsinlər və imkan və bacarıq miqdarında cəmiyyətin islahı üçün çalışmasınlar. Əks halda hətta İmam Hüseynin (ə) qiyamı da sual altına düşəcəkdir. Çünki xilasedicidən öncə həyata keçmişdir!

İmam Xomeyni də bu nöqtəyə diqqət edərək buyurur: “Bəli, əlbəttə dünyanı ədalətlə doldurmağı, biz bacara bilmərik. Əgər edə bilsəydik, edərdik. Amma biz bacarmadığımızdan o həzrət gəlməlidir. İndi aləm zülmlə doludur. Biz elə nöqtədəyik ki, zülmlə doludur. Biz əgər zülmün qarşısını ala biləriksə, gərək bunu edək. Bu bizim boynumuzda olan bir vəzifədir.”[7]

Səhifeye Səccadiyyənin sahibi olan İmam Səccaddan (ə) olan bir rəvayətlə sözlərimizə sənəd kimi əlavə etmək istəyirəm.

İbad Bəsri Məkkə yolunda İmam Səccadla (ə) görüşür. O tənqidedici şəkildə İmama baxaraq, sondan soruşdu: Ey Hüseynin oğlu! Cihadı çətinliyinə görə tərk etdin və həcci asan olduu üçün seçdin? (eşitməmisənmi) Allah taala Qurani kərimdə buyurur: “Allah taala möminlərin can və mallarını cənnəd dəyərinə onlardan alır və onlar Allah yolunda öldürür və öldürürlər... və bu böyük doğruluqdur!?” İmam bunun cavabında buyurdu: Sonrakı ayəni də oxu! Və o bu ayəni oxudu: “Pərhizgar tövbə edənlər, oruclu sitayiş edənlər, onlar ki, həmiçə rüku və səcdədədirlər, onlar ki, əmr be məruf və nəhy əz münkər edirlər və İlahi həriminə gözətçilik edirlər...” bu ayəni oxuduqdan sonra İmam Səccad (ə) ona üzünü çevirərək, buyurdu: Belə xüsusiyyətə malik şəxsləri tapdığımız zaman dəqiqən cihad onlar üçün həcdən dəyərlidir.[8]

Bu nöqtəni bəyan etmək zəruridir ki, o zaman zahirdə müsəlman olan döyüşçülər iki qrupa məxsus idilər: Birinci qrupa Bəni Üməyyənin döyüşçüləri aiddir ki, onlar dövlətçiliklə məşğul idilər. İkinci qrupa xəvariclər yaxud düzgün baxışı olmayan və İlahi niyyətə sahib olmayanlar daxil idilər ki, bəni Üməyyə ilə müharibə edirdilər. Bu iki qrupun heç biri Quranın bu ayəsinin tələblərinə cavab vermirdilər. Buna görə İmam Səccad (ə) cihadı sual altına almadan, hər müharibəni cihad hesab etmirdi. Qurandan istifadə edərək cihadın meyarını elan edirdi ki, hər hansı şəxsdə bu meyarlar müşahidə edilsəydi, cihad onlarla dəyərli olacaqdır.

İndi inqilabın Rəhbəri, bir çox İslam inqilabının və İraq müharibəsinin şəhidləri bu xüsusiyyətlərə sahib olduqlarına inancla sualın son hissəsinə cavab verəcəyik:

3. İmam Xomeyni İran İslam inqilabına nə üçün rəhbərlik etdiyi barəsindəki sualın son cavabını xülasə şəkildə izah etmək üçün işarə olunan rəvayətdən savayı digər mövzulara da diqqət etmək lazımdır:

3-1. Hətta Məsumalar zahirən hökumət təşkil və inqilaba rəhbərlik etməsələr belə hökumətə oxşar fəaliyyətlər və başqa sözlə qeyri qanuni hökumət sisteminə oxşar işlər görürdülər. Məsələn: İslami cəmiyyətlərdə nümayəndəliklər yaradılmışdı, şiələrin öz məkhəmə işlərində hökumətin qazilərinə müraciətin qadağan olması və qəza işlərinin İmamlar tərəfindən həyata keçirilməsinin zəruriliyi,[9] həmçinin müxtəlif vergilərin toplanması kimi fəaliyyətlər həyata keçirirdilər. Bütün bunlar səbəb olmuşdur ki, zalım hökumət onların qarşısını almaq üçün planlar həyata keçirsinlər.

Bir rəvayətdə Hüseyni seyidlərindən olan bir şəxs Harun Ərrəşidə xitab edərək bəyan edir ki, qürurlanıram ki, bizim iki xəlifəmiz vardır! Onlardan biri Musa bin Cəfərdir(ə) ki, bəzi vergiləri onun üçün Mədinəyə göndərirlər və o birisi sənsən ki, İraqda vergiləri toplamaqla məşğulsan![10]

İslam respublikasının banisi öz çıxışlarında Məsumların (ə) bu rəftarlarını belə təhlil edir: “Əgər bizim İmamlarımız (ə) öz evlərində otursaydılar və .... camaatı bəni Üməyyəyə və Bəni Abbasa tərəf təvət etsəydilər, onlar ki, möhtərəm idilər, onlar bizim İmamlarımızı gözlərinin üstündə saxlayırdılar. Lakin onlar hər bir İmamın qoşun yeridə bilmədiyini görürdüklərindən, uyğun şərait yaranmadığı baxımından, onların bünövrəsini dağıdırdılar və onları tuturdular, zindana atırdılar. On il onların zindanında olublar. Musa bin Cəfəri (ə) oruc və namaz üçün tuturdular? Namaz qıldığına görə? Oruc tutduğuna görə? Camaatı Harun Ərrəşiddin ardınca getməyə dəvət etdiyi və.... siz gedin onlarla birləşin dediyi üçün zindana salınmışdı? Onlar nə qədər zülm edirlər siz danışmayın?! Yaxud məsələ bu deyildi. Onlar görürdülər ki, bu məsələ dövlət üçün təhlükəlidir, bunların qüdrəti üçün təhlkəlidir, buna görə onları həbs etdilər, öldürdülər, əziyyət etdilər, sürgün etdilər”?[11]

Bu təhlilə uyğun olaraq bir həqiqi şiə fərəcin intizar bəhanəsi ilə əsrlər boyu mütləq sükut etsin və heç bir islahi fəaliyyət göstərməsin.

3-2. Bizim rəvayətlərdə bir çox mətləblər vardır ki, İmam Zamanın (əc) qiyamından öncə istilahi hərəkatlara işarə etmiş və onları təsdiq etmişdir. Bu rəvayətlərdən birində şərqin insanlarından bəzi qrupları işarə edərək bildirir ki, öz qıyamları ilə həzrət Mehdinin (əc) qiyamının zəminəsini yaradacaqlar.[12] İmam Xomeyni ümidvar olduğunu bildirir ki, İran İslam inqilabı həmin xilaskarın qiyamı olsun. “ İnşaallah, onu inkişaf etdirməklə şeytani qüdrətlər bir guşəyə çəkiləcək və zəiflərin hökuməti bərpa olacaq və Axiril Zamanın (əc) hökuməti üçün zəminə hazırlayacaq.”[13] Yəmən əhlinin qiyamətinə rəvayətlərdə işarə edilmiş və şiələri onlara kömək etməyə çağırmışdır.[14]və.....

3-3. Məsum İmamlar (ə) dini alim və fəqihləri qeyb dövründə nümayəndə kimi tanıtdırmışlar. [15] Təbii olaraq onlardan ümidlər odur ki, Peyğəmbər (s) və İmamların (ə) yolunu davam etdirsinlər. Qeybət dövründə tarix boyu müşahidə edirik ki, din alimləri nistilahi hərəkatlarda mühüm rol oynamışlar. Müasir dövrdə də hətta onların bəziləri İran İslam inqilabına inanırdılar və mərcəiyyətə beyyət kimi işlər təşkilati və hökumət işləri olduğundan hidayət və islah üçün bir yerə toplaşdılar və onu İmamların (ə) fərmanlarından qeyrisi kimi hesab etmədilər.

3-4. Qəti şəkildə qeyd etmək olar ki, hətta əgər ibtidai cihad qeybət dövründə qadağan olsa belə heç bir fəqih və din alimi şəxsin mal, can və namusunun qorunması üçün hətta təcavüzgara qarşı silahlı müqaviməti qadağan etməmişlər. Hətta onu vacib hesab edirlər. İran İslam inqilabı o zaman baş verdi ki, bütün yuxarıda deyilənlər həm daxildə həm də xaricdən təcavüz olunurdu. Əminəm ki, hicabın qadağan olması və onun ardınca insanların öldürülməsi, kapitulasiyon, 2500 illik tarixin bayram edilməsi kimi hadisələr yaddan çıxmamışdır!

3-5. Bununla belə ölkədə digər cərəyanların silahlı fəaliyyətləri də mövcud idi. İmam Xomeyni inqilab sükanını öz əlində saxlamışdı, imamların (ə) olduğu şərait kimi həmişə sülhsevər çıxışlar edirdi və heç vaxt inqilab zamanı silahlı hərəkətlərə yol verməmişdir. Səhifeye Səccadiyyədə olan rəvayətdə buna nümunədir. Qan tökmələr və ölümlərin hamısı dövlət tərəfindən həyata keçirilirdi ki, bunların hamısına onlar cavabdehlik daşıyırlar.

Nümunə olaraq İmam Xomeyni inqilabın ən kuliminasiya nöqtəsində 57- ci ildə figuro jurnalına müsahibəsində bildirir ki, biz öz sülhsevər hərəkətlərimizi dəyişməmişik![16]

Xülasə olaraq deyilməlidir ki, baxmayaraq ki, Pəhləvi dövləti elə işlər görürdü ki, silahlı müqavimət onlar üçün rəva idi. Amma İmam Xomeyni fərasət və uzaqgörənliyi ilə sülsevər etirazları şəkilləndirdi ki, sonda İslam inqilabı ilə nəticələndi. Düzdür, bu zaman bir çox şəxslər şəhid olduılar. Lakin bu inqilab sdilahlı inqilab deyildi. Bu inqilab daha doğrusu geniş islahtələb hərəkat idi. Onun əleyhinə heç bir ayə və rəvayət yoxdur. Əgər bir çox şəxslər Pəhləvilərin əli ilə şəhid oldularsa bunu İmamların şəhid olması kimi hesab etmək lazımdır. Onlar silahlı qiyam etmədilər, yalnız onların rəftarları hakimlər xoşuna gəlmədiyindən əzab verildə və zindanlara salındı və nəticədə şəhid oldular.

 



[1] - Səhifeye Səccadiyyə, səh 30, Əlhadi nəşriyyatı, Qum, 1376, h.ş.

[2] - Səhifeye İmam, cild 2, səh 86.

[3] - Hür Amili, Muhəmməd bin Həsən, vəsailul şiə, cild 15, səh 52, haşiyə 19969, Al beyt müəssisəsi, Qum, 1409 h.q.

[4] - Həmin, səh 51, haşiyə 18865.

[5] - Səh 50, cild 15, Vəsailu şiə, “hökmul xuruc bilseyf qəbl qyam əlqaim (ə)” «حکم الخروج بالسیف قبل قیام القائم (ع)» fəsil başlığı ilə yaxud “Həzrət Mehdinin (əc) zühurundan öncə silahlı qiyamın hökmü” vardır ki, belə rəvayətləri bununla mülahizə etmək olar.

[6] - Hür Amili, Muhəmməd bin Həsən, Vəsailul şiə, cild 15, səh 50- 51, haşiyə 19964.

[7] - Səhifeye İmam, cild 21, səh 16- 17, bu barədə onun sözlərini cild 3, səh 339- 340 da mütaliə edə bilərsiniz.

[8] - Kuleyni, Muhəmməd bin Yaqub, Kafi, cild 5, səh 22, darul kitabul islamiyyə, Tehran, 1365 h.ş.

[9] - Bax: Vəsailul şiə kitabında qazinin sifətləri fəslində cild 27- də olan rəvayətlər.

[10] - Məclisi, Muhəmmədbaqir, Bəharul Ənvar, cild 48. səh 239. haşiyə 48, Əlvfa müəssisəsi, Beyrut, 1404 h.q.

[11] - Səhifeye İmam, cild 4, səh 21.

[12] - Bəharul ənvar, cild 51, səh 87.

[13] - Səhifeye İmam, cild 15, səh 348- 349.

[14] - Bəharul ənvar, cild 52, səh 230.

[15] - Vəsailuş şiə, cild 27, səh 131, haşiyə 33401.

[16] - Səhifeye İmam, cild 4, səh 3.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
    9198 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə ...
  • Nə üçün bəzi şiə alimləri və ariflər maddi imkanlara, halal ruzilərə malik olmaqla eyni zamanda Allahın halal buyurduğu münasib əyləncə, halal ləzzət və sair nemətlərdən istifadə etmirlər?
    6272 Əməli irfan 2012/03/14
    Allah-taalanın məxluqlara verdiyi nemət və ləzzətlər maddi şeylərdə həsr olunmur; əksinə bu nemətlər mənəviyyata da şamildir və mənəvi nemətlər daha artıq ləzzətə malikdir. Təqva sahibləri, ariflər və zahidlər Allahın mənəvi nemətlərindən, batini zinət və ləzzətlərindən daha artıq bəhrələnirlər. Onlar maddi imkanlardan mümkün olan ən aşağı həddə istifadə ...
  • Bu ki, deyilir İmam Əsr (əc)- ın zühurundan qabaq İraq ölkəsində on bir mərcə təqlidin öldürülməsi düzdür?
    5846 Qədim kəlam 2011/10/18
    Qeyd olunan sualda iki ehtimal var: Birinci budur ki, on iki mərcədən on biri həzrəti Məhdinin düşmənlərinin əli ilə öldürüləcək. İkinci budur ki, həzrət özü onları öldürəcək, zühurla əlaqəli rəvayətlərə müraciət etməklə hər iki ehtimalın doğru olmaması sübut olunur. Baxmayaraq ki, birinci ehtimalla əlaqədar təqribən oxşar rəvayətlər varımızdır ki, ...
  • Ümumiyyətlə tato haramdır?
    14364 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Məscidul-əqsa müsəlmanların ilk qibləsi olduğu zaman orada namaz qılınırdımı? Hansı tərəfə?
    7804 Fiqh tarixi 2012/03/14
    Beytul-müqəddəs müsəlmanların qibləsi olduğu zaman orada heç bir müsəlman yox idi və orada necə namaz qılınması ilə əlaqədar bəhs irəli sürülmürdü. Amma sübut məqamında zahirən, onun hökmü Kəbə barəsində olan hökm kimi idi. Fəqihlər bu barədə buyurmuşlar: “Vacib namazları Kəbə evinin içində və onun damında qılmaq məkruhdur ...
  • Vəliyyi- fəqih mələklərdən üstündürmü?
    6991 Nizamlar (Qurluşlar) 2011/02/15
    Qeybət əsrində vilayət- fəqih Peyğəmbər (s) və imamlar (ə)- ın vilayətinin davamıdır. Başqa sözlə, vilayəti- fəqih, Peyğəmbər (s) və imamların (ə) vilayətindən götürülüb. O həmin ixtiyarla islam hökumətini təşkil edib və onu idarə etməyə məmur olubdur. Digər bir tərəfdən, İmam Xumeyninin nəzərinə ...
  • İmam Zamanın (ə) qeyb əsrində olmasının nə kimi faydası vardır və bunun fəlsəfəsini açıqlayın.
    8184 Qədim kəlam 2011/05/10
    İmamın insanlar arasında yaşamasının və olmasının çoxlu faydası vardır. Ən azından Allah- Taala onların ehtiramına bərəkət nazil edir. Həmçinin İmamın gözlərdən qeybdə yaşamasının da faydası belədir. Bu faydalardan bir neçəsini aşağıda qeyd edirik: 1)             Yer üzərində İlahi feyzin vasitəçisidir.
  • Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
    6014 Əməli əxlaq 2011/11/19
    Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və ...
  • Quranla kifayətlənib və rəvayətləri aradan aparmaqla müsəlmanlar arasında olan ixtilaf birliyə çeviriləcəkmi?
    6444 Hədis elmləri 2012/01/18
    Quranla kifayətlənib sünnə və rəvayətləri silməkməsələsitarixi cəhətdən təqribən İslamın əvvələrinə qayədərş Çünkiəhli sünnə və şiənin mənbələrinə əsasən, Peyğəmbər (s)ın bərəkətli ömrünün sonlarında, O həzrət ümmətin ondan sonra hidayət olub, yolunu azmaması üçün qələm, mürəkkəb və kağız istəyən zaman, təəssüflə ikinci xəlifə Ömər bin Xəttab bu işə qarşı çıxıb və deyir: ...
  • Zaman (ə)- in anası məsumdur?
    6401 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/11/10
    Şiə nəzərində yalnız peyğəmbərlər və onların canişinləri məsumdur; yəni ömürləri böyu bütün günah, və səhvlərdən, (Allahın dinini) vəhyin icrasında və təbliğində pakdırlar və bu şəxsiyyətlərdən başqa heç kəs bu bu məqama sahib deyildir. Mümkündür bəzi insanlarda bu insanlıq kamalına yol tapıb ilahi məqamdan bəhrələnsin, elə ki, imam övladları həzrət Zeynəb ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162890 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154984 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117775 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109719 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98846 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91321 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45267 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43735 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42901 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...