Ətraflı axtarış
Baxanların
6692
İnternetə qoyma tarixi: 2011/05/05
Sualın xülasəsi
İmamlarımız öz şəhidliklərinə qeybdən olan elmin əsasında yəqinlikləri olduğu halda nə üçün unun qarşısını almayıblar?
Sual
Nə üçün İmamlar hətta öz şəhidliklərinin keyfiyyəti haqqında məlumatları olduğu halda buna mane olmayıblar?
Qısa cavab

Bu sualın cavabını daha aydın şəkildə başa düşmək üçün aşağıdakı qeydlərə diqqət yetirmək zəruridir.

1.             Əvvəla imamların dünyada olan bütün həqiqətlərə qeyb elminin (qeyri maddi elm, Allah tərəfindən bəxş olunan elm) köməyi ilə xəbərdar olub və olmamaları geniş bir mövzudur. Biz deyə bilmərik ki, onların bütün baş verənlərdən qabaqcadan xəbəri olub.

2.             Hər bir insan öləcəkdir. Hətta bəz insanlar öz maddi elmləri ilə necə öləcəklərini də təyin edə bilirdilər. Amma onların elmi ölümün qarşısını ala bilmir. Bu barədə bunu deyə bilərik ki:

Birincisi: hər bir insan bir gün ölümə məhkumdur. Hək kəsin bu qaydadan nə qədər xəbərdar olub – olmaması heç nəyi dəyişməz. Yəni heç kəs bu qaydadan müstəsna deyil. Deməli, heç kəsin ölüm barəsində olan məlumatı onun ölümünün vaxtını dəyişməz və təxirə salmaz.

İkincisi: Əgər Allah taalanın o ölümdə razılığı qətidirsə bunun qarşısını heç nə ilə almaq olmaz.

Üçüncüsü: İmamların şəhid olmalarına elmlərinin olması və onların bu keyfiyyətlə şəhid olmalarına razılıq vermələri, Onların məqamlarının daha da ucalmasına xidmət edir.

Nəticə:

Deməli, ən gözəl ölümün (şəhadətin) qarşısını almağa cəhd göstərmək İlahinin razılıına zidd olmaq deməkdir. Bu əməl də imamların bir ömür iddia etdikləri “Allahın razılığı” anlamı ilə uyğun gəlmir. Belə ki, bütün imamlar (ə) Allahın razılığı olmadan bir addım belə atmamışlar. Yəni onların olub-olmamaları Allahın razılığı üçündür.

Ətreaflı cavab

Sualın cavabına toxunmazdan öncə imamların (ə) elmlərini olduqca xülasə şəkildə araşdırmağı məsləhət görürəm. Əgər bu məsələ bizim üçün aydınlaşsa o zaman sual verə bilərik ki, onların öz ölümlərinə elmləri olub və ya bunun qarşısını niyə almayıblar?

Məsum imamlarımız qeyb aləminə və bütün zaman və məkanlardan xəbərdar olmaları haqqında müxtəlif nəzərlər vardır. Quranın bəyanına əsasən hər bir şeydən kamil surətdə xəbərdar olan yalnız Allah taaladır. [1] Amma bzi şiə alimləri və din mütəxəssisləri Qurani Kərimin bəzi ayələrinə [2] istinad edərək buyururlar ki, “Allah taala kamil elmi peyğəmbərlərin ixtiyarında qoymuşdur”. Həmçinin onların nəzərinə əsasən övliyaullahlar (Allaha yaxın olan bəndələr, Allahın xalis bəndələri) də bu elmdən bəhrələnə bilirlər. Yəni onların da ümumi şəkildə qeyb aləmindən xəbəri olur. O cümlədən bu hökm imamlara da aid edilir. İmam Sadiq (ə) bu barədə buyurur:

“Əgər imam bir şeydən xəbər tutmaq istəsə Allah taala onu xəbərdar edir.” [3]

Bu ayələrə və hədislərə istinad edərək deyə bilərik ki, peyğəmbərlər insanların maddi və mənəvi müəllimləri, yol göstərənləri olduqları üçün gərək bizdən fərqli elmə malik olsunlar, əgər belə olmazsa onlar da öz əzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkəcəkdirlər. Imamlar da peyğəmbərlərdən sonra insanların hidayət və təkamül müəllimləri olduqları üçün bu hökmə aid edilirlər. Deməli imamlar da geniş elmə malikdirlər. O cümlədən qeyb aləminə və öz şəhidliklərinə və sair... elmləri vardır. [4]

Amma hər halda bu məsələni aydınlaşdırmaq üçün aşağıdakı mətləblərə diqqət yetirmək lazımdır:

1.       Bütün insanlar bu dünyaya qədəm qoyduqları vaxt bir gün də köçəcəklərini bilirlər.

Yəni hər doğulan bir gün ölümə məhkum olacaqdır. Qurani Kərim buyurur: “Hər bir nəfs (insan) ölümü dadacaqdır.” [5] Amma bəzi insanlardan başqa heç kəs öz ölümünü bilmir. Yəni öləcəklərini bildikləri halda nə vaxt öləcəklərindən xəbərdar deyildir. Bunun da əsas səbəbi budur ki, insanlar hər vaxt ölümün onlara yaxın olduğunu dərk etsinlər və bu səbəbdən də günaha tərəf addımlamasın, tövbəni sabaha saxlamasınlar. Bundan əlavə Allah taalanın nzərində ən gözəl vəfat şəhid olmaqdır. Hətta Qurani Kərimdə onun yolunda canından keçənləri şəhid deyil, əksinə diri adlandırıb. Elə bir diri ki, onun dərgahında ruzi yeyirlər. [6]

2.       Bütün imamlarımız qeyb aləmindən xəbərdar olduqları halda, dünyadan şəhidliklə köçdülər.

Gərək bunu ümumi şəkildə qəbul edək ki, insanın elmi onun ölmünün qarşısını almğa qadir deyildir. Yəni həmişə insan müxtəlif yollarla ölümdən qaça bilməz və bu mümkün də deyildir.

3.       Əgər Allahın istəyi qəti olsa (qəza-qədər) eç bir şey onu dəyişə bilməz.

Burada Allahın istəyinin heç bir fərqi yoxdur. Bu istək bir ümmət barsində də ola bilər və bir nəfər barəsində də.

Allah taala Qurani Kərimdə bu haqda buyurur: “Sizin əcəliniz yetişən zaman O, bir an nə gecikər və nə də tələsər.” [7]

4.       Bütün məsum imamlar (ə) hər bir şeyə qeyb elmi ilə yetişə bilirdilər.

Bununla yanaşı hər hansı bir vəziyyətdə öz qeybi elmlərindən istifadə edirdilər. Əgər Allahın onların bu şəraitdə şəhid olmalarına razı olmadığını görsələr o ölümdən (şəhidlikdən) boyun qaçırır və özlərinə nicat verirdilər. Məsələn: Harun ər-Rəşid İmam Kazimə (ə) zəhərli xurma verəndə imam onu yemədi və dedi: “Hələ vaxtı yetişməyib”. Ya İmam Baqir (ə) buyurub: “Biz filan haimin şərindən amanda qalmaq üçün filan duanı oxuyuruq.” [8]

Bunlardan bizə aydın olur ki, İmamlar (ə) öz canlarını qorumaqdan yana heç bir məsuliyyətsizliyə yol verməmişlər.

Əgər bir şəxs onun Allah yolunda şəhid olacağına yəqinliyi ola və bilsə ki, onun bu yolda tikə-tikə doğranmağına Allah razıdır və O, bu yolu davam edərsə bu onun imanının, məqamının uca olmasından xəbər verən bir haldır. Əgər hər kəs bu məqama yetişərsə deməli insanlığın təkamül nöqtəsini dərk etmişdir. İmam Baqir (ə) buyurmuşdur: “İmamların başına gələn bu müsibətlər Allahın istəyi, imamların razılığı və seçimi ilə baş tutmuşdur. Bütün bunlar Allah taalanın onlar üçün nəzərdə tutduğu məqam və kəramətdən irəli gəlir.” [9] Allahın istədiyi ən gözəl vəfatdan yayınmaq və onun qarşısını almaq Allahın razılığına qarşı çıxmaq deməkdir. Bu da imamların xasiyyətindən olduqca kənar bir məqamdır. Əksinə Allah yolunda şəhid olmaq və onun razılığı ilə dünyadan köçmək onların ən böyük arzusu idi. Hətta onlar (ə) belə bir günün tez gəlməsi üçün anları sayır və dua edirdilər. Məsələn; İmam Hüseyn (ə) başlarına gələn müsibətlərdən xəbərdar olduğu halda onu qarşılamaq üçün Kərbəlaya getdi. Çünki, onun şəhid olması bütün islam dünyasına kömək oldu və Allahın dini yenidən dirildi. Əgər bundan boyun qaçırsaydı harda və necə şəhid olmalı idi ki, belə müsbət təsirə malik olsun?!

Nəticə: imamlar Allahın razılığı olmadan heç bir addım belə atmamaışlar. Həmçinin o vaxtda ki, Allahın razılığı olmamışdır ondan öz canlarını hifz etmişlər.

 



[1]   - Rəd surəsi, ayə 4, Yunis surəsi, ayə 20, Nəhl surəsi, ayə 65.

[2]   - Ali- imran surəsi, ayə 179, Cin surəsi, ayə 26- 27.

[3]   - Kuleyni, Usul- kafi, cild 1, bab inəl əimmə. Bax: İnsan və qeyb elmindən xəbərdar olmaq. Sual 10104, (sayt 10098) .

[4]   - Əlbəttə qeyb aləmindən xəbərdar olmaq hər yerdə kamillik nişanəsi deyildir. Məsələn: İmam Əli (ə) Peyğəmbərin yatağında yatan zaman əgər bilsəydi ki, ona heç nə olmayacaq və bu onun üçün təhlükə deyil, bu halda Peyğəmbərin yerində yatmağını heç bir fəziləti yox idi. Nur təfsiri, Möhsün Qiraəti, cild 4, səh 245.

[5]   - Qurani- kərim 185.

[6]   - Yenə də ora, 169.

[7]   - Yenə də ora, səh 34.

[8]   - Məqtəl Hüseyn kitabı, Müqərrəm, səh 57.

[9]   - Yenə də ora, səh 61.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113284 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86327 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65233 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48697 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37182 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35849 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24688 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24027 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23922 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21931 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...