Ətraflı axtarış
Baxanların
10435
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
Sual
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəbə qarşı da sileyi-rəhim sünnətini icra edirdimi?
Qısa cavab

Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə verilmir. Buna görə də Əbu Ləhəb və onun həyat yoldaşının barəsində “Təbbət” surəsi nazil olandan sonra Peyğəmbər onlarla əlaqəsini kəsdi.

Ətreaflı cavab

Sileyi-rəhim qohumluq əlaqələrinin bərqərar olunması, kəsilməməsi mənasınadır. “Rəhim” dedikdə insanın yaxın qohum-əqrəbaları nəzərdə tutulur. Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan bir əməl.

İslamda sileyi-rəhim xüsusi əhəmiyyətə malikdir. Bir nəfər İmam Sadiq (əleyhimus-salam)-dan soruşdu: “Qohumlarımdan bəziləri mənim fikir və məramımdan tamamilə başqa dində və məramdadırlar, (yenə də ) onların mənim üzərimdə haqqı vardır?” Həzrət onun cavabında buyurdu: “Bəli, qohumluq əlaqələrinin bərqərar olunma haqqını heç bir şey aradan apara bilməz. Əgər səninlə həməqidə olmasalar da, sənin üzərində iki haqqı varıdır: birincisi qohumluq haqqı, ikincisi isə müsəlmanlıq haqqı.”[1]

Başqa bir rəvayətdə isə buyurur: “Siz öz qohum-əqrəbalarınız ilə sileyi-rəhim və onlara ehsan (və yaxşılıq) edin, hətta onlar sizinlə əlaqəni kəsmiş olsalar da, siz əlaqələrinizi kəsməyin.”

Həzrət Əli (əleyhis-salam) buyurmuşdur: “Qohum-əqrəbalarınızla qohumluq əlaqəsini bərqərar edin, hətta onlar sizinlə əlaqələri kəsmiş olsalar da belə.”[2]

Sual budur ki, görəsən islam və din ilə mübarizə aparan müşrik və kafir qohum-əqrəba ilə də əlaqələri bərqərar etməyə tövsiyə edilirmi? Misal üçün, Peyğəmbər öz əmisi Əbu Ləhəbə qarşı sileyi-rəhim edirdimi? Təəssüflər olsun ki, o müşrik və öz şirkində çox inadkar idi. Onun Peyğəmbərə və sair müsəlmanlara qarşı rəva gördüyü düşmənçilik və zülmlər inkar olunası deyildir.

Cavab iki dəlilə görə mənfidir:

1. Allah-taala buyurur: “Peyğəmbər və ona iman gətirənlər müşriklər üçün, hətta qohum-əqrəbaları olsa belə – onların cəhənnəm əhli olduğunu bildikdən sonra Allahdan bağışlamaq diləməsi rəva deyildir.”[3]

Aydındır ki, qohum-əqrəba barəsində Allahdan bağışlamaq diləmək və istiğfar edib dua etmək sileyi-rəhimin cüzi bir hissəsi hesab olunur. Rəvayətlərdə sileyi-rəhim üçün ən aşağı sərhədlər təyin olunmuşdur, o cümlədən salam vermək,[4] yaxud bir içim su vermək.[5] Yəni onlara salam verməklə, yaxud bir içim su verməklə qohumluq əlaqələri bərqərar olunur. Bir çox rəvayətlərdə deyilir ki, əgər qohum-əqrəbanızı tapa bilmirsinizsə, onların haqqında xeyir-dua etməklə, istiğfar etməklə onlarla sileyi-rəhim edin. Halbuki şərif ayədən məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəb kimi müşriklər üçün dua etməməlidir – onun hidayət əhli olmadığı və inadkar müşrik olduğu Peyğəmbər üçün sübuta yetdikdən sonra.

2. Quranda buyurulur: “İbrahimin atası (əmisi) Azər üçün istiğfar etməsi yalnız ona verdiyi vədə üzündən idi (ki, bəlkə onu imana doğru cəzb edə bilsin). Amma onun Allahın düşməni olduğu İbrahim üçün aydın olduqdan sonra ondan bezarlıq etdi. Şübhəsiz, İbrahim mehriban və helmli insan idi.”[6]

Bu ayədə aydın şəkildə bəyan olunur ki, İbrahim öz əmisi üçün istiğfar etdi və bununla da sileyi-rəhimin bir maddəsinə əməl etdi, lakin onun Allahın düşməni olduğu məlum olduqdan sonra ondan bezarlıq etdi və onunla əlaqələrini kəsdi.

Besətin üçüncü ilində Peyğəmbərimiz öz dəvətini qohum-əqrəbaları üçün aşkar etdikdə əmisi Əbu Ləhəb onunla düşmənçiliyə qalxdı. Amma Peyğəmbər o dövrdə ondan bezarlıq etmədi. Əbu Ləhəb Peyğəmbərlə düşmənçiliyini aşkar şəkildə şiddətləndirdiyi, onun məramı və dini ilə mübarizəyə qalxdığı zaman onun özü və arvadının barəsində “Təbbət” surəsi nazil oldu və məhz bu zaman Peyğəmbər onunla əlaqələrini tamamilə kəsdi.

3. İmam Səccad (əleyhimus-salam) Peyğəmbərə salavatında belə deyir: “(Pərvərdigara) O həzrət Sənə doğru dəvət yolunda özünün bəzi qohumları ilə düşmənçilik etdi. Sənin razılığın yolunda öz qəbiləsi ilə müharibə apardı. Sənin dinini canlı saxlamaq üçün öz qohumları ilə əlaqələrini kəsib onlardan uzaqlaşdı. Sənin xatirinə Səni inkar edən ən yaxın qohum-əqrəbalarını özündən uzaqlaşdırdı, insanların ən uzağı ilə – Sənin çağırışına müsbət cavab verdikləri üçün –  dostluq bərqərar etdi. Sənin razılığın yolunda  ən uzaq adamlarla dostluq etdi, Özünə ən yaxın olan insanlarla düşmənçilik etdi.”[7]

Mərhum Seyid Əli Xan “Səhifeyi Səccadiyyə”nin şərhində yazır: “Şübhəsiz, o həzrət Allah yolunda bəzi qohumları ilə əlaqələrini kəsdi, onlardan uzaqlaşdı, onlara ağ oldu və başqa sözlə desək, onlarla ünsiyyət və əlaqələrini kəsdi, onlara qarşı yaxşılıq və ehsanı tərk etdi... Peyğəmbərin Qüreyşdən, habelə Əbdül-Müttəlib və Haşim övladlarından olan öz qohum-əqrəbası ilə əlaqələri belə idi ki, onu yalançı hesab edən və onunla müharibə edərək Allahın nurunu söndürmək istəyənlərlə müharibə apardı, Allah yolunda və Onun xatirinə onlardan bir çoxunu “Bədr” və “Ühüd”də qətlə yetirdi, bəzilərini əsir tutdu və onlara qarşı əsla mehribanlıq etmədi.[8]

Şübhəsiz, Əbu Ləhəb də bu şəxslərdən biri idi. Buna əsasən, belə nəticə alırıq ki, islam dini inadkar müşrik və kafirlə heç bir əlaqə yaratmağa icazə vermir, hətta insanın yaxın qohumlarından olsa belə.



[1] Reyşəhri, Məhəmməd Mehdi, “Mizanul-hikmət”, 4-cü cild, səh. 83

[2] “Vəsailuş-şiə”, 11-ci cild, səh. 175:

صِلُوا اَرْحَامَکُمْ وَاِنْ قَطَعُوکُمْ

[3] “Tövbə” surəsi, ayə: 113:

مَا کَانَ لِلنَّبِیِّ وَ الَّذِینَ آمَنُوا أَنْ یَسْتَغْفِرُوا لِلْمُشْرِکِینَ وَ لَوْ کانُوا أُولِی قُرْبَى مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحیمِ

Bax: Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan”, 9-10-cu cildlər, səh. 282, “Zəvil-qurba” nəşriyyatı, bi. ca, bi.ta

[4] Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

صِلُوا أَرْحَامَکُمْ فِی الدُّنْیَا وَلَوْ بِالسَّلاَمِ

“Dünyada qohumluq əlaqələrini bərqərar edin, hətta salam verməklə olsa belə.” “Biharul-ənvar”, 71-ci cild, səh. 104

[5] İmam Sadiq (əleyhis-salam) buyurur:

صِلْ رَحِمَکَ وَلَوْ بِشِرْبَةٍ مِنْ مَاءٍ

“Qohum-əqrəbalarınla əlaqə bərqərar et, hətta bir içim su verməklə olsa belə.” “Biharul-ənvar”, 74-cü cild, səh. 117

[6] “Tövbə” surəsi, ayə: 114:

وَ مَا کَانَ اسْتِغْفارُ إِبْرَاهِیمَ لِأَبِیهِ إِلاّ عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِیَّاهُ فَلَمَّا تَبَیَّنَ لَهُ أَنَّهُ عَدُوُّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ إِنَّ إِبْرَاهِیمَ لَأَوَّاهٌ حَلِیمٌ

[7] “Səhifeyi Səccadiyyə (əleyhis-salam)”, səh. 48, mühəndis Yasir Ərəbin tərcüməsi, 1-ci çap 1380, “Güli” nəşriyyatı:

وَ کَاشِفٌ فِی الدُّعَاءِ اِلَیْکَ حَامَّتَهُ * وَحَارِبٌ فِی رِضَاکَ أُسْرَتَهُ * وَقَطَعَ فِی اِحْیَاءِ دِینِکَ رَحِمَهُ * وَأَقْصَی الْاَدْنَیْنَ عَلَی جُحُودِهِمْ * وقَرَّبَ اْلاَقْصَیْنَ عَلَی اسْتِجَابَتِهِمْ لَکَ * وَ وَالَی فِیکَ الْاَبْعَدِینَ * وَعَادَی فِیکَ الْاَقْرَبِینَ

[8] Hüseyni Mədəni Şirazi, Seyid Əli Xan, “Riyazus-salikin”, 1-ci cild, səh. 465-466, 6-cı çap, “Müdərrislər heyəti”nin çapı

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...