Ətraflı axtarış
Baxanların
5540
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İsmət məqamı ixtiyaridir, yoxsa icbari?
Sual
Mərhum Müzəffərin yazdığı “Əqaidul-imamiyyə” kitabında deyilir ki, məsumlardan günah və ya xəta işin baş verməsi mümkün deyildir. Bir ruhani də mənə demişdi ki, məsumlar günah etməyə qadirdirlər, amma öz seçimləri ilə günah iş görmürlər. Nə üçün Şeyx Müzəffər deyir ki, onların heç bir seçimi yoxdur və günah etməməyə dair məcburdurlar? Şeyx Müzəffər məşhur alimdirmi və onun əsərləri etibarlı sayılırmı? Bu kitabın İngilis dilinə tərcüməsində dəhvə yol verildiyini demək olarmı?
Qısa cavab

Peyğəmbərlərin və məsumların (əleyhimus-salam) ismət məqamına malik olmaları şiə məzhəbinin mühüm etiqadlarından biri hesab olunur. Siz onun ətraflı izahına baxmaq üçün həmin saytın bu suallarına müraciət edə bilərsiniz: sual 1738 (sayt 1885), sual 1740 (sayt 2139) və sual 3026 (sayt 4594).

Amma ismət məqamının cəbri olması iddiasına gəldikdə isə, bu barədə demək lazımdır: Biz şiənin böyük alimlərindən biri olan mərhum Şeyx Məhəmməd Rza Müzəffərin yazdığı “Əqaidul-imamiyyə” (İmamiyyə şiələrinin əqidə üsulları) kitabının ərəbcə mətnində “məsumların öz ismətində heç bir ixtiyarları yoxdur və bu məsələdə məcburdurlar” ifadəsi (yaxud buna oxşar məzmunu ifadə edən bir şey) görmədik. Hətta bəzi hallarda bu məsələnin tamamilə əksi aşkar şəkildə bəyan olunmuşdur. Məsumların isməti barəsində o alimin ən aşkar bəyanı “əmrani mühimmani” (iki mühüm xartırlatma) ünvanı ilə irəli çəkdiyi məsələdir. Burada onun ibarələrini olduğu kimi qeyd edirik:

وَ مِنَ الْاُمُورِ الَّتِی یَجِبُ التَّنْبِیهُ عَلَیْهَا اَیْضاً هُوَ اَنَّ الْمَعْصُومَ (ع) لَیْسَ مَجْبُوراً عَلَی فِعْلِ الطاَّعَاتِ وَ تَرْکِ الْمَعَاصِی، وَ اِنَّمَا فَعَلَ وَ تَرَکَ بِاخْتِیَارِهِ؛ لِاَنَّ الْعِصْمَةَ مَلَکَةٌ وَ بَصِیرَةٌ فِی الْاُمُورِ؛ اِذْ اَنَّهُ یَنْفرُ مِنَ الْمَعَاصِی وَ یَبْتَعِدُ عَنْهَا، وَ یَتَشَوَّقُ اِلَی الطَّاعَةِ فَیَعْمَلُهَا، وَ کُلُّ ذَلِکَ بِتَوْفِیقٍ مِنَ اللهِ عَزَّ وَ جَلَّ

“Xatırladılması vacib olan məsələlərdən biri də budur ki, məsum şəxs itaəti yerinə yetirməyə və günahı tərk etməyə məcbur deyildir; o, yaxşı işləri öz ixtiyarı ilə görür, günah işləri öz ixtiyarı ilə tərk edir. Həmçinin, ismət (günah və xəta qarşısında toxunulmazlıq) işlərdə bir növ bəsirət və səciyyədir ki, məsum şəxs günaha nifrət hissi keçirərək ondan uzaqlaşır, itaətə şövqlü olaraq ona əməl edir. Əlbəttə, bunların hamısı ilahi tövfiq sayəsindədir.”[1]

Deməli, mərhum Müzəffərin kəlamı ismət məqamının məcburi yox, tam ixtiyari bir məqam olduğuna açıq-aşkar şəkildə dəlalət edir! Əlbəttə, ehtimal verilir ki, ingiliscə tərcüməyə lazımi qədər diqqət yetirilməmiş, kitabın bəzi bəhsləri ilə əlaqədar oxucunun çıxarışlarında səhvə yol verilmişdir və o, bu mühüm xatırlatmaya diqqət yetirməmişdir.



[1] “Müzəffər, Məhəmməd Rza, “Əqaidul-imamiyyə”, səh. 77, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1374-cü il

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Kovsər hovuzu nədir?
    9565 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    5554 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Nə üçün din siyasət əhatəsinə daxil olur?
    9415 کلیات 2012/10/15
    Dinin siyasətdən ayrı olması nəzəriyyəsi, dinin insan həyatının müxtəlif mərhələlərindən kənar olmasını himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və elmi çərçivəsində maarif, siyasət, qəzavət, iqtisadi, ticarət, əxlaq və ictimai rəftarlarla bağlı qanunları tanımağa malik və onları sadir etməyə qadirdirlər; odur ki, insan öz həyatını idarə ...
  • Müəllimlə tələbənin (orta və ali məktəb tələbəsinin) qarşılıqlı hüquqları hansılardır?
    15665 Əməli əxlaq 2011/10/20
    Müəllimlə şagird və tələbənin qarşılıqlı olaraq çoxlu hüquqları vardır. Onları iki qismə bölmək olar: 1. Müəllimin şagirdə və tələbəyə qarşı vəzifəsi; bunlar əxlaqi, tərbiyəvi, elm və təlim vəzifələrindən ibarətdir.
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    13797 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    15638 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • “İslamı zamana əsasən təqdim edək” dedikdə məqsəd nədir? Lütfən bir misalla bəyan edin.
    5952 Təzə kəlam 2011/07/28
    Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr ...
  • Xörək yeməkdən ötrü ev sahibindən icazə almaq lazımdırmı?
    4942 Nizamlar hüquq və əhkam 2011/10/24
    İslambaxışındahərbirqidanınıhalalvəpakolmasındanəlavə, onunmübaholmasıdalazımdır. Yəni
  • Məscidul-əqsa müsəlmanların ilk qibləsi olduğu zaman orada namaz qılınırdımı? Hansı tərəfə?
    7443 Fiqh tarixi 2012/03/14
    Beytul-müqəddəs müsəlmanların qibləsi olduğu zaman orada heç bir müsəlman yox idi və orada necə namaz qılınması ilə əlaqədar bəhs irəli sürülmürdü. Amma sübut məqamında zahirən, onun hökmü Kəbə barəsində olan hökm kimi idi. Fəqihlər bu barədə buyurmuşlar: “Vacib namazları Kəbə evinin içində və onun damında qılmaq məkruhdur ...
  • Allah rəsulunu (s) yuxuda necə görmək olar?
    18872 Əməli əxlaq 2011/06/19
    Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160536 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146937 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115758 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    107063 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89351 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88977 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52246 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41804 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    41009 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40642 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...