Ətraflı axtarış
Baxanların
3473
İnternetə qoyma tarixi: 2011/06/18
Sualın xülasəsi
Qadın məhkəmədə hakim ola bilərmi?
Sual
Televiziya proqramlarının birində belə bir elan edildi ki, "İranda 400- dən çox hakim qadın vardır." Şiə məzhəbinin fiqh elminə əsasən qadından hakim olarmı?
Qısa cavab

Din alimləri və mütəxəssisləri bu mövzuda bir araya gəlməmişdirlər. Yəni bu mövzu barəsində müxtəlif nəzərlər irəli sürmüşlər. bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri və fundamental inancları sırasında deyildir.

Qadının hakim olması ilə müxalif olan kəslər icmaya və hədislərə əsaslanırlar. Amma bu dəlilləri bu balaca məqalədə açıqlamaq mümkün olmadığı üçün bir sıra dəlil hikmətləri aşağıda qeyd edəcəyik:

1). Qadın və kişi fiziki və psixi cəhətdən bir- birlərindən fərqlidirlər. İlahi yaradılışa istinad edərək deyə bilərik ki, bəzi məsələlərdə qadın kişidən zəif olduğu üçün onların bir çox işlərdə məsuliyyətləri azaldılmışdır. Çünki bütün İlahi tapşırıqlar insanın gücü və iradəsi çərçivəsindən xaric olmamalıdır.

2). Qadının ayrılmaz xüsusiyyətlərindən biri də onun öz hisslərinə qapanması və qəlbinin yumşaq olmasıdır. Mühakimə zamanı şəri həddləri vurmaq və ya edam hökmü vermək qadının yuxarıda qeyd etdiyimiz xüsusiyyəti ilə uyğun gəlmir. Çünki bu məsələlərdə qəti və ciddi olmaq tələb olunur. Qadınlar qəlbən daş ürəkli olmadıqları üçün bu məsələ kişilərin öhdəsinə qoyulmuşdur.

Əlbəttə bunu da qeyd edək ki, bəziləri bu nəzərləri qəbul etmir və qadının hakim olmasını caiz bilirlər.

Ətreaflı cavab

Yuxarıda qeyd etdiyimiz kimi din alimlərinin və mütəxəssislərinin bu barədə nəzərləri müxtəlifdir. Bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri əmirlərindən deyildir.

Qadının hakim olmağı ilə müxalif olan mütəxəssislərin ümdə dəlilləri hədis və rəvayətlərdir. İmam Sadiq (ə) buyurmişdur: "Baxın görün sizin aranızdakı kişilərdən kim bizim nəzərlərimizi yaxşı bilirsə, onu özünüzə hakim seçin. Belə ki, mən onu sizin aranızda hakim təyin edirəm.[1]

Bu hədisə diqqət yetirsək, hədisdəki "aranızdakı olan kişilər" sözündən belə başa düşülür ki İmam (ə) konkret olaraq bu işin məsuliyyətini kişilərin öhdəsinə qoymuşdur. Yəni hədisin zahirindən kişilərdən başqası başa düşülmür.[2]

Bundan əlacə icma[3] bu nəzərin tərəfdarları üçün ən gözəl söykənəcək yeridir. Çünki icma qəti surətdə elan edib ki, "hakim olmaq kişilərin öhdəsindədir".[4]

Bu fikirdə olan din alimləri bəzi məsələləri nəzərə alaraq belə nəticəyə gəlmişdirlər ki:

1). Məsuliyyətlərin tapşırılması insanların istedadları və iradələri əsasındadır.

İslam dini nöqteyi nəzərindən qadın və kişi insan olmaq baxımından eyni mahiyyəti kəsb edirlər. Yəni aralarında bir fərq yoxdur.

"Ey insanlar! Qorxun o Allahdan ki, sizi bir bədəndən yaratdı və sizin qadınlarınızı da sizdən yaratdı".[5]

Deməli yaradılış baxımından qadın və kişinin heç bir fərqi və hər ikisinin özlərinə aid vəzifələri vardır. Amma bu vəzifələr onları insan baxımından bir- birlərindən fərqləndirmir.

Bunu da qeyd edək ki, qadın və kişinin insan baxımından fərqləri olmasa da üzərlərinə düşən vəzifədə bir- birlərindən fərqlənirlər. yəni bir sinifdən olmalarına baxmayaraq geniş fərqlərə malikdirlər.

Qurani kərim buyurmuşdur: "Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Çünki Allah Taala bəzi işlərdə kişiləri qadınlardan üstün yaratmışdır".[6] Qadınların fikri, cismi[7] və ruhu kişilərdən incə olduğu üçün onlar bəzi işlərdən azaddırlar. Bu da kişilərin məsuliyyətlərinin artmasına, o cümlədən onların hakim, dövlət başçısı və sair. olmalarına səbəb olur.[8]

Konkret olaraq deyə bilərik ki, kişilər fiziki baxımdan qadınlardan üstündürlər. Bu səbəbdən də onlar xüsusi bir vəzifəni yerinə yetirmək üçün yaradılmışlar. Amma bunu da qeyd edək ki, uşaq dünyaya gətirmək, evdarlıq etmək və sair. qadının üzünə təkamül qapılarını başlamır. Onların bu işi təkamül yolu üçün heç bir çətinlik və məhdudiyyət yaratmır. Əksinə bu və digər fərqlər əsasında onlardan hakimlik vəzifəsi götürülmüşdür. Başqa sözlə desək, kişilərin bu bacaracaqları və qüdrətləri onların özlərindən deyil, əksinə yaradılışları belə olduğu üçündür. Bu da kişilərin məsuliyyətini artırır və bu işə görə Allah yanında heç bir əcr və savabları yoxdur. Əksinə onların vəzifələridir.

2). Hakimlik və mühakimə qətiyyətli olmaq tələb edir. Qadınların ayrılmaz xüsusiyyətlərindən biri də onların fikirlərindən tez daşınmaları, öz hisslərinə qapılmaları və qəlblərinin yumşaqlığıdır. Məsələn qadınlar kişilərdən tez öz fikirlərindən daşına bilirlər. O cümlədən, şadlanmaq, kədərlənmək, nigarançılıqlar və sair. qadınlarda kişilərdən fərqli olaraq daha tez baş verir. Mühakimə məsələlərində isə ciddiyyət və qətilik tələb olunur. Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlər isə ciddi və ya qəti olmağa tam mane olan hisslərdir.

Mühakimə zamanı həddin (şallaq) icra olunması, din əleyhinə ixtişaş edənlərə qarşı hökmün verilməsi və sair. olduqca ciddiyyət tələb edir. Başqa sözlə desək, qadının yaradılışında ülvi və məhəbbətin çox olması, ona mühakimə zamanı mane olur və onu qəti qərara gəlməkdən çəkindirir. Bu səbəbdən də onlar belə bir məsuliyyətdən azad olmuş və bu məsuliyyət kişilərə tapşırılmışdır. Bu məsələ İslam dininin qadına nə qədər dəyər verməsindən və onun nazını çəkməsindən xəbər verir.

Bununla yanaşı bəzi din mütəxəssisləri yuxarıda qeyd etdiyimiz dəlilləri qəbul etmir və qadınların hakim ola biləcəklərini təsdiq edir[9] və deyirlər:

Hakimlik və mühakimə məsələləri konkret olaraq qadınların vəzifəsi deyildir. Belə ki, İslam dini bu məsələdə qadınlar üçün heç bir məsuliyyət təyin etməmişdir. Çünki hədisdə belə gəlmişdir:

«لَیسَ عَلَى النِّسَاءِ جُمُعَةٌ وَ لَا جَمَاعَةٌ ... َو لَا تَوَلِّی الْقَضَاء...»

"Cümə namazında imam, camaat namazında imam və qazi (hakim) olmaq qadınlara vacib deyildir"[10]. Amma hədis bu məsələni qətiyyətlə rədd etməmişdir.[11]

Bundan əlavə qadının yaradılışı və fitrəti mehribanlıq və lətafətlə doludursa bu onun ictimai məsələlərinə mane olmur. Qadın da kişilər kimi ədalətli hökm verə bilər və bu yolda öz zəkasından və məntiqindən istifadə edə bilər. bunu da qeyd edək ki, ola bilsin qadın bu məsələdə kişidən daha çox çalışmağa və iradə etməyə ehtiyaclıdır. Amma bu o demək deyil ki, qadınlar bu işin öhdəsindən gəlməkdə acizdirlər.[12] Çünki əgər qadınlar çalışmaqla hər hansı bir zəif nöqtəni gücləndirərək kişilərlə eyni səviyyədə olurlarsa, deməli bu işi onlara qadağan etmək üçün heç bir dəlilimiz qalmır.

Bundan əlavə İmam (ə) hədislə kişini bu məqama layiq görmüşdür. Amma biz bundan belə nəticə ala bilmərik ki, bu hökm bununla da qadınlardan götürüldü.

Ustad hadi bu barədə deyir: "Biz keçmiş mətləblərdə "kişi" sözündən istifadə edərək İmamın (ə) sözünü diqqətə çatdırdıq. Yəni İmam demişdir ki, "mən o kişini sizin üçün təyin etdim". Bu hökm bizim üçün açıq- aşkar hökmdür. Amma fəqih tərəfindən bu hökmün axıra kimi qiayət olunması lazım deyildir".

Əgər hədisdə kişi sözünün yerinə qadın gəlsəydi və hədisin sənədi də mötəbər olsaydı "zəkuriyyat" kişi olmaqlıq) qadının bəzi məhdudiyyətinə əsasən şəri bir tələb olsaydı bu zaman bu vəzifənin yalnız kişilərə aid olması şəri bir vəzifəyə çevrilərdi.[13]

Bütün icmanın və fəqihlərin bu məsələdə biz qeyd etdiyimiz dəlillərə əsaslanması onların bütün dəlillərinin əsas olmamağını sübut edir.

Nəticə budur ki, bəzi şiə alimlərinin nəzərinə əsasən qadının hakim olaraq mühakimə etməsinin eybi yoxdur".[14]



[1] - Kafi, cild 1, səh 67.

[2] - Bax: Hadi Tehrani, Məhdi, qəzavət və qazi, səh 91- 92.

[3] - İcma bütün fəqihlərin qəbul etdiyi ortaq məxrəcdir.

[4] - Cəvahirul- kəlam, cild 4, səh 14, məfatih əl- kəramə, cild 10, səh 9, camiu əl- şitat, cild 2, səh 680.

[5] - Nisa surəsi, ayə 1. Bax: Hüquqi zən dər İslam cüzvəsi, Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi.

[6] - Nisa surəsi, ayə 34.

«الرجال قوامون علی النساء بما فضل الله بعضهم علی بعض ...»

[7] - Qadınlar cismi baxımdan kişilərdən zəifdirlər. Qadınlarda gənc yaşlarından başlayaraq əlli yaşına kimi davam edən heyz anlamı onların sabit ruhiyyəyə malik olmadıqlarından xəbər verir. Bundan əlavə qadın uşağa süd verdiyi üçün ona səbəb gərginliyi qadağandır.

[8] - Əl- mizan təfsiri, cild 14, səh 343.

[9] - Bax: Cavad Amuli, qadın camal və cəlal güzgüsündə kitabına, səh 348- 354.

[10] - Mən la yəhzuhul fəqih kitabı, cild 4, səh 362.

[11] - Cavad Amuli, Yenə də ora, səh 350.

[12] - Yenə də ora, səh 353.

[13] - Qəzavət və qazi, səh 151.

[14] - Cavad Amuli, yenə də ora, səh 349- 353.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
    4092 Qədim kəlam
    Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar ...
  • Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?
    3874 بیشتر بدانیم
    Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır. Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır. Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ...
  • Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri yusra” buyurmuş « إنّ بعد العسر يسراً » “İnnə bədəl usri yusra” yaxud “mə” sözünün yerinə “bəd” işlətməmişdir?
    4256 Təfsir
    Bu ayədə bir növ çətinliklərə dözməklə asanlığa çatmaq arasında əlaqə və bağlılıq mövcuddur. Bu insanın çətinlikdən sonra təsadüfü şəkildə rahatlığa çatması demək deyildir. Buna görə çətinliklə (usr) asdanlığın (yusr) arasında bağlılığı əldə etmək üçün elə bir kəlməyə ehtiyacımız vardır ki, bu mənanı daşısın, bu da “mə” (sonra) ...
  • Quranın adları hansılardır?
    8753 Quran elmləri
    Quran üçün çoxlu adlar qeyd olunub ki, onların yalnız bəzisi müsəlmanlar arasıbda məşıhurdur. Quranın adları olaraq işlədilən bəzi kəlmələr, Quranda Quranın sifəti kimi zikr olubdur. Ad və sifəti müəyyənləşdirməkdə olan nəzər müxtəlifliyinə görə, Quran elmləri alimləri arasında Quranın adlarının sayı və zikri barəsində çoxlu nəzər müxtəlifliyi var. Məcməül- bəyan ...
  • Qərb fəlsəfəsində həyatın mənası nədir?
    6478 فلسفه غرب
    Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir ...
  • Quranda nəsx (ayənin ləğv olunması) mümkündürmü?
    3594 Quran elmləri
     Quranayəsininmütəvatir (dalbadalgələnhədis) vəqətiicmailələğvolunması (nəsx) ...
  • İmam Xumeyninin (rəh) nəzərində xoşbəxtlik və bədbəxtliyin mənbəyi nədir?
    3147 اندیشه های امام خمینی (ره)
    İmam Xumeyni (rəh) İslamşunas və arif bir şəxs olaraq, insanlar və cəmiyyətlərin xoşbəxtliklərinin hamısının mənbəyini, onların Allaha diqqət edib və Onun əmrlərini icra etmək üçün çalışmaqda bilir. Bunun qarşısında, bədbəxtliklərin başlanğıcını onların Allahpərəstlik əvəzinə özünə pərəstişə üz tutub axirət əvəzinə dünyanı ilk hədəf seçmələri zamandır. Əkbəttə, O, ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    3111 Cürbəcür
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Həzrət Zəhranın (s) şəhadətinin dəqiq tarixi hansıdır?
    3685 تاريخ بزرگان
    Həzrət Zəhranın (s) şəhadəti günü barəsində tariz kitablarında bir neçə nəzəriyyə vardır. Bəzi tarixçilər bu müddəti qırx gün və bəziləri isə altı ay və bəzi dəstələr isə səkkiz ay Peyğəmbərin (s) vəfatından sonra qeyd etmişdirlər. O cümlədən məsum İmamlardan (ə) əlimizə yetişən rəvayətlərdə iki tarix qeyd ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    5146 تاريخ بزرگان
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109942 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83629 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61799 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    45187 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34314 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30925 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23627 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23343 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22736 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21343 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...