Ətraflı axtarış
Baxanların
3987
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Həyat yoldaşının düzgün olmayan rəftarını ona necə xatırladım?
Sual
Salam. Mən 27 yaşlı bir qızam. 1 aydır evlənmişik. Mən və həyat yoldaşım bir- birimizi çox sevirik. Təzəliklə bir çətinliklə qarşılaşmışam. Nə qədər çalışıram həyat yoldaşı m üçün ən yaxşı qadın olam, o qane olmur. Hiss edirəm ki, gərək onun düzgün olmayan rəftarına irad tutmayam, ondan inciyən vaxt heç nə deməyəm, gərək qəzəbimi ürəyimdə saxlayam (boğam), onun qarşısında həmişə özümü şad və razı olan kimi göstərəm. Həqiqətən bilmirəm nə edəm. Xahiş edirəm kömək edin. Çətinliklərimin həll olunacağı heç bir yeri tanımıram. Minnətdaram.
Qısa cavab

            Sizin sualınızda olan mühüm məqam bundan ibarətdir ki, hər ikiniz bir- birinizi sevirsiniz və istəyirsiz həyat yoldaşınız üçün ən yaxşı qadın olasınız. Siz həmişə gərək bu xüsusiyyətə üstünlük verəsiniz ki, başqa işlər onun təsiri altında ola.

Evlilik həyatına hakim olan mühit gərək səfa, səmimiyyət, dostluq və yoldaşlıq mühiti ola. Nəinki mənlik (qürur), xudbinlik və özündən razı olma mühiti.

Buna əsasən çətinlik təsəvvür olunan işlərdən çoxu sadəliklə həll olunmağa qabiliyyətlidir.

Mümkündür bəzi işləri bir eyb hesab edək, amma eyb olmayalar. Bəs əvvəlcə gərək, eybi tanıyaq və arxayın olaq ki, o eybdir. Ondan sonra onun dərmanına məşğul olaq.

Xatırlatma üçün ən yaxşı meyar budur ki, özümüzü onların yerində qərar verək. Yəni, fikr edək ki, əgər bir nəfər istəyə bizim işimizdən irad tuta, onun necə bəyan etməsini istəyirik ki, biz də o cür əməl edək.

Sizin evlənməyinizdən çox vaxtın keçməməsinə və bir- birinizin əxlaqi xüsusiyyətlərinizdən daha çox tanış olmamağınıza diqqət etmək lazımdır! Bəs tələsməyin! Biz- birinizin əxlaqi xüsusiyyətləri ilə daha çox aşina olandan sonra heç bir həssaslıq baş vermədən öz istəyinizə yetişərsiz.

Ətreaflı cavab

            Sizin sualınızda olan mühüm və daha çox şadlığa səbəb olan məqam bundan ibarətdir ki, hər ikiniz bir- birinizi sevirsiniz və istəyirsiz həyat yoldaşınız üçün ən yaxşı qadın olasınız. Həmişə yaşayışınızda bu xüsusiyyətə üstünlük verin ki, bütün işlər hətta yaşayışda olan kin- küdurətlər onun təsiri altında qərar tuta. Amma dəqiq cavabı ələ gətirmək üçün lazımdır ki, əvvəlcə bir neçə sualın planı ilə onun cavabını axtaraq.

  1. Nə etmək lazımdır ki, yaxşı həyat yoldaşı olaq?
  2. Yaxşı həyat yoldaşı üçün İsalamın bəyan etdiyi meyarlar hansılardır?
  3. Diqqət etmək lazımdır ki, bizim irad bildiyimiz şey həqiqətən iraddır ya xeyr?
  4. İrad olmaq fərzi ilə edə bilərikmi hər necə istəsək onu dəyişdirək, köçürək ya şərtləri vardır? Həmin sualın tərtibi ilə onu cavablandırırıq.

Birinci. İslami təlimlərə və dinimizin böyüklərindən ülgü götürməyə diqqət etməklə bu nəticəyə gəlmək olar ki, evlilik həyatında evə hakim olan mühit gərək səfa, səmimiyyət, dostluq və yoldaşlıq mühiti ola, nəinki mənlik, xüdbinlik və özündən razı olma mühiti. Buna əsasən əgər, ər və arvad bir- biri ilə dost olalar, çətinlik təsəvvür olunan işlərdən çoxu asanlıqla həll oluna bilər. Əlbəttə bunu qeyd etmək lazımdır ki, evin müdüriyyəti kişi ilədir (məxsus üstünlük ünvanına yox). Gərək bütün ailə üzvləri buna diqqət etməklə yaşayışın möhkəmləndirilməsi və sabitliyinə çalışa.

İkinci: Bu sualın cavabı üçün "arzu olunan həyat yoldaşının meyarları", sayı, 7980 (həmin sayt) göstəricisinə müraciət edin.

Üçüncü: Eyb və iradı tanımaq üçün gərək əvvəlcə o iradın hansı cəhətdən eyb hesab olduğunu bilək. Görəsən şəridir ya ürfü, ictimaidir ya şəxsi? Birinci iki hissədə gərək bu məsələ üçün dini və ictimai elmlərin mütəxəssislərinin nəzərini öyrənək. Bəli, bizdə qəbul edirik ki, bəzən bir şeyin aydın və aşkar şəkildə irad olması üçün lazımdır ki, hamı onu başa düşı. Amma adətən belə deyil. Mümkündür bəzi işləri bz eyb hesab edək, amma həqiqətdə eyb olmayalar.[1]

Amma axırıncı nöqtə

Bir şeyin həqiqətən irad olmasını fərz edək və hesab edək ki, eybdir. Belə olan halda bizim icazəmiz vardır ki, onu, hər zamanda, məkanda və şəraitdə bəyan edək?

Ola bilsin bir xatırlatma, xeyirxahlıqla və ürəkyanğısı ilə ola, amma xatırlatma üçün lazım olan bütün şəraitlər riayət olunmadığından istənilən nəticəyə çatmaq mümkün olmaya. Bəlkə əks nəticə ələ gəlmiş ola! İstənilən şərtləri riayət etmək üçün ən yaxşı yol budur ki, özümüzü xatırladılan şəxsin yerində qərar verək, ondan irad tutduğumuz kimi bizdən irad tutulmasını istəyək! Şəxsin iradını elə xatırladaq ki, istəyirik başqaları da bizim iradımızı o cür xatırlatsın. Yəni şəxsiyyətlər, zehnlər və səbrlərin (dözümlərin) fərqli olmasını nəzərə alaraq xatırladaq.

Buna diqqət etməklə ki, evlənməyinizin vaxtından çox keçməyib, bir- birinizin əxlaqi xüsusiyyətləri ilə daha çox tanış olmamanız təbiidir. Zamanın keçməsi ilə yavaş- yavaş bir- birinizin əxlaqi xüsusiyyətləri ilə daha dərindən tanış olacaqsınız. Və həmin vaxt heç bir həssasiyyət olmadan öz istəyinizə çata bilərsiz.

Axırda sözü, Əlinin (ə) bir hədisi ilə tamamlayırıq.

Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətində buyurub: "Oğlum, özünü başqaları ilə müqayisə et! Özün üçün sevdiyini başqaları üçün sev və özün üçün bəyənmədiyini başqaları üçün də bəyənmə. Başqalarına zülm etmə, necə ki, sənə zülm olunmasını istəmirsən, yaxşılıq et, necə ki, istəyirsən sənə yaxşılıq oluna. Başqaları üçün nalayiq bildiyini özün üçün də nalayiq bil, camaatdan özün üçün bəyəndiyini onlar üçün də bəyən, bildiyini söylə və bilmədiyini söyləmə, sənin üçün deyilməsini xoşlamadığını demə".[2]

 


[1] - Bu barədə daha çox məlumat üçün fiqhi kitablarda bəyan olunan əmr be məruf və nəhy əz münkər (yaxşılığıa dəvət və pislikdən çəkindirmə) şərtlərinə müraciət edin. Biz də Tozihul- məsail (əl- məhşi li- imamil- Xumeyni), cild 2, səh 765 və mərcəi təqlidlər (Gülpayqani) və (Safi)- nin risalələrinə əlavələrdən bəyan edirik.

Əmr be məruf və nəhy əz münkərin şərtləri beş dənədir:

Birinci: Əmr və nəhy edən yaxşını və pisi tanıya, mərufun vaxib və münkərin haramlığına yəqini ola və özü xətaya yol verməyə.

İkinci: Əmr və nəhyinin təsirli olacağını ehtimal verə: Deməli əgər, təsir etməyəcəyini bilsə, vacib deyil.

Üçüncü: Günahkar şəxsin öz günah işini təkrar edəcəyinə yəqin, yaxud xatircəmliyi olsun; deməli əgər, təkrar etməyəcəyini bilsə, yaxud güman etsə və ya səhih ehtimal versə, vacib deyil.

Dördüncü: Vacibi tərk edən və haramı yerinə yetirən şəxs üçün mərufun vacibliyi və münkərin haramlığı sabit ola (bunlara yəqini ola) və vacibin tərki və haramın yerinə yetirilməsi üçün üzrü olmaya. Deməli əgər, vacibitərk və haramı yerinə yetirən şəxsin vacibi tərk etməyin caiz və haramı yerinə yetirməyin mübah olmasına etiqadı ola, əmr be məruf və nəhy əz münkər vacib olmaz. Həmçinin üzrü olan şəxs üçündə bu hökm həyata keçirilər. Bəli, qəflətdən oyatmaq və cəhalətdən hidayət etmək üçün agahlıq və hidayət lazımdır.

Beşinci: Onun əmr və nəhyində fəsad və zərər olmaya, deməli əgər, zərər və fəsadın olacağına ehtimal versə vacib deyil.

[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 72, səh 29, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    116348 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    89124 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    68036 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    51825 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    43901 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36960 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25922 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25219 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24585 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    22689 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...