Ətraflı axtarış
Baxanların
8916
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Həzrət Fatimeyi-Zəhra (əleyha salam) ağır əzab-əziyyətə məruz qaldığı üçün cənazəsinin məxfi şəkildə, camaata xəbər verilmədən kəfənə bükülüb dəfn edilməsinə dair vəsiyyət etmişdimi?
Sual
Deyilmişdir ki, evinin qapısı yandırıldığına görə Fatimeyi-Zəhra (əleyha salam) çox qəzəblənmiş və şəhadət vaxtı vəsiyyət etmişdi ki, həzrət Əli (əleyhis-salam) bir kəsin onun dəfnindən xəbərdar olmasına imkan verməsin. Bu söz doğrudurmu?
Qısa cavab

Şiə və sünnülərin mühüm kitablarında qeyd olunur ki, səhabələrdən bəziləri bir çox hallarda Fatimeyi-Zəhra (əleyha salam)-a əza-əziyyət vermişdilər, bu da o həzrətin bu insanlardan narahat və narazılığına səbəb olmuşdu. Həmçinin, çoxlu rəvayətlərdə deyilir ki, Fatimeyi-Zəhra (əleyha salam)  imam Əli (əleyhis-salam)-dan xahiş etmişdi ki, onun kəfən və dəfn işlərini gizli şəkildə əncam versin. Belə nəzərə çarpır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qızı bu istisna vəsiyyətlə onun haqqını qəsb edənlərə etirazını hamıya çatdırmaq istəmişdir.

Ətreaflı cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra səhabələrdən bəziləri Fatimeyi-Zəhra (əleyha salam)-a çoxlu əzab-əziyyət vermişdilər. Buna görə də o həzrət narahat olmuş və onlara qəzəblənmişdi. Bu hadisələrin bəziləri mötəbər sünnü kitablarında qeyd olunmuşdur. Bu barədə 5256-cı suala (sayt 5512), eləcə də “Fatimeyi-Zəhranın şəhadəti sünnü mənbələrində” adlı görünüşə baxa bilərsiniz.

Cabir ibni Əbdullah Ənsaridən nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbərin vəfatından sonra həzrət Zəhra xəstələndi, səhabələrdən iki nəfər onun görüşünə gəldilər və halını soruşdular! Həzrət buyurdu: “Siz Peyğəmbərin “Fatimə mənim canımın parasıdır, hər kəs ona əziyyət versə, mənə əziyyət vermişdir!” deyə buyurduğunu eşitməmişsinizmi?!” O iki nəfər dedi: “Bəli, biz bunu ondan eşitmişik!” Bu zaman Fatimeyi-Zəhra əllərini göyə qaldıraraq belə dua etdi: “Pərvərdigara, Səni şahid tuturam ki, bu iki nəfər mənə əzab-əziyyət vermiş, haqqımı qəsb etmişdir!” Bundan sonra onlardan üz çevirdi və (şəhid olan vaxta qədər) heç vaxt onlarla danışmadı.”[1]

Həmçinin bəzi rəvayətlərdə deyilir ki, Fatimeyi-Zəhra imam Əli (əleyhis-salam)-a vəsiyyət etdi ki, onun kəfən və dəfn işlərini məxfi şəkildə yerinə yetirsin. O həzrətin vəsiyyətnaməsində deyilir: “Bu, Peyğəmbərin qızı Fatimənin vəsiyyətidir. O, şəhadət verir ki, yeganə Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Onun göndərdiyi və bəndəsidir, behişt və cəhənnəm haqdır, qiyamət günü şübhəsiz, gəlib çatacaqdır və Allah o gündə bəndələrini qəbirdən dirildib qaldıracaqdır. Ey Əli! Mən Məhəmmədin qızı Fatiməyəm, Allah məni sənin əqdinə keçirmişdir ki, dünya və axirətdə sənə həyat yoldaşı olmaq iftixarında olum. Sən mənə qarşı başqalarından irəlisən. Mənə gecə qüsl ver, hənut vur, kəfənə bük və cənazəmə namaz qılıb gecə qaranlığında torpağa tapşır. Heç kəsi xəbərdar etmə. Səni Allaha tapşırıram və qiyamət gününə qədər bütün övladlarıma salam göndərirəm.”[2]

Belə nəzərə çarpır ki, Peyğəmbərin qızı özünün müstəsna vəsiyyəti ilə istəmişdir ki, bütün insanlar onun haqqını qəsb edənlərə etirazından agah olsunlar.



[1] Xəzzaz Qummi, Əli ibni Məhəmməd, “Kifayətul-əsər”, səh. 65, “Bidar” nəşriyyatı, Qum, 1401-ci il

[2]  "Biharul-ənvar", 43-cü cild, səh. 214

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162902 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155026 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117788 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109739 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98920 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91341 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53369 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45315 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43748 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42916 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...