Ətraflı axtarış
Baxanların
8504
İnternetə qoyma tarixi: 2011/06/19
Sualın xülasəsi
Allah rəsulunu (s) yuxuda necə görmək olar?
Sual
Mən Allah rəsulunu yuxuda görmək istəyirəm və özümün ən böyük eşqimi hiss etmək istəyirəm, nə etməliyəm?
Qısa cavab

Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk etmək, vacibləri yerinə yetirmək və daxili saflıq kimi digər şərtlərə də ehtiyaclıdır. Bütün bu şərtlər cəm olandan sonra Peyğəmbər (s)- i yuxuda görmək mümkün olur. (mdfaridi a yahoo- com. )

Ətreaflı cavab

Cavab verməmişdən öncə, yuxunun mahiyyəti və onun növlərinə qısaca işarə etməyimiz lazımdır.

Alimlərin yuxunun həqiqətinin nə olması barəsində geniş və uzun mübahisələr ediblər. Onların bəzisi onu beyindən bədənin digər üzvlərinə qanın əsas hissəsinin getməsinin nəticəsi biliblər və onun üçün fiziki səbəbin olması fikrindədirlər.

Digər alimlər bu fikirdədirlər ki, çoxlu cismani fəaliyyətlər, bədəndə xüsusi zəhərli madələrin yığışmasına səbəb olur. bu da əsəb sisteminə təsir qoyur və insanda yuxu halı yaranır. Bu hal həmin zəhərlərin bədəndə paylanması və bədənə cəzb olmasına kimi davam edir. Beləliklə onun üçün, "kimyəvi səbəbin" olması fikirindədirlər.

Digər bir dəstə isə, yuxu üçün bir növ "əsəb səbəbi" olmasını deyirlər. Onların fikrincə, insanın beyninin daxilində olan və bədən üzvlərinin davamlı hərəkətinin başlanğıcı olan xüsusi əsəbi fəal sistem, çoxlu yorğunluq nəticəsində işdən düşür və sönür.

Baxmayaraq ki bu səbəblərin təsirini qısa formada inkar etmək olmaz, Amma bu nəzəriyyələrin heç biri yuxu məsələsinə qane edici cavab verə bilməmişdir.

Hazırkı alimlərin yuxu məsələsi barəsində aydın bəyan və təfsirdən aciz edən şey, onların maddi təfəkkürüdür. Onlar ruhun müstəqillik və əsilliyi qəbul etmədən, bu məsələni təfsir etmək istəyirlər. Halbu ki, yuxu cismani varlıq olmazdan qabaq, ruhani bir varlıqdır ki, ruhu düzgün yanımadan, onu təfsir etmək qeyri mümkündür.

Qurani- məcid yuxu məsələsi üçün ən dəqiq təfsiri açıqlayıb. Çünki deyir: Ruh bir növ ruhun alınması və ruhun cismdən ayrılmasıdır. Amma bu tam ayrılma deyil.

Beləliklə, o zamanki Allahın əmri ilə ruhun işığı bədəndən gedib və yalnız onun zəif şüası bədənə saçan zaman, idrak və şüur sistemi işdən dayanır və insan his və hərəkətdən dayanır. Baxmayaraq ki, qəlbin vurması, qanun hərəkəti, tənəffüs və yemək sistemləri kimi, onun həyatının davam tapması üçün zəruri olan fəaliyyətlərin bir hissəsi davam edir.[1]

Deməli, yuxuda insanın fəaliyyətlərinin hamısı deyil, əksinə insanın beyin[2] fəaliyyətlərinin bir hissəsinin dayanması baş verir. Ona görə də rəvayətlərdə yuxuya ölümün qardaşı deyilir.[3]

İmam Əli (ə) hədislərin birində buyurur: "Yuxu dərd və kədərdən rahat olmağa səbəb və ölümlə eyni cinsdəndir".[4]

Yuxuların neçə növü var və ümumiyyətlə onları üç elmi qismə bölmək olar:

a). Açıq yuxular ki, yozmağa ehtiyaclı deyillər.

b). Çətinliyə görə yozumu olmayan qarmaqarışıq yuxular.

c). Hekayə və təmsil ilə nəfsin təsir etdiyi yuxular. Bu qisimdən olan yuxular, yozulur.[5]

Bu müqəddiməni qeyd edəndən sonra, deməliyik ki, insanın yuxuda misal əql aləmində seyr etməklə, bu əzizlərin xidmətinə çatmaları mümkündür. Yəni insan yuxuya gedəndən sonra, onların cinsindən olan misal və əql aləmini dərk edə bilər. nəticədə o aləmlərin həqətlərindən bəzisini, istedadı və mümkün olan qədər müşahidə edir.[6] Ona görə də, ustad Mütəhhəri kimi böyük şəxslərin bu böyük şərəfə yetişmələrinioxumağımız,[7] təəccüblü deyil.

Amma;

bir: İnsanların hamısı yuxuya aid işlərdə, öz istədikləri şeyi yuxuda görə bilməklə tam ixtiyarlı deyillər.

İki: baxmayaraq ki, yuxuda Peyğəmbər (s)- i görmək üçün, göstərişlər[8] məfatihul cinanda[9] qeyd olunub və bunun özünün təsirləri ola bilər, amma Peyğəmbər (s)- i yuxuda görmək üçün tam səbəb deyil ki, hər kəs ona əməl etsə, Peyğəmbər (s)- i yuxuda görməlidir. Çünki, bu mühüm işin, günahları tərk etmək, vacibləri yerinə yetirmək və daxili saflıq kimi digər şərtlərə də ehtiyacı var. Bütün şərtlər cəm olandan sonra, Peyğəmbər (s)- i yuxuda görmək mümkün olur. yəni pak və sağlam ruhlu insanlar, öz istədikləri məqsədə yetişə bilərlər.

Bəli, əgər siz bu əməlləri yerinə yetirib və məqsədinizə çatmasanız, Allah sizə digər bir savab verəcək. Çünki, həm Peyğəmbər (s)- i görmək , həm də daha çox müstəhəbbi zikrlər olan o əməlləri yerinə yetirmək arzusu varınızdır ki, Allahın yanında savabı var.

Son sözümüz budur ki, Peyğəmbər (s)- i yuxuda görmək bu zikr və əməlləri yerinə yetirməklə deyil. İlahi övliyalara təvəssül etmək kimi, digər yollarla da mümkündür. Həzrət Ayətullah Mərəşi Nəcəfi barəsində yazıblar ki, buyurdular:

Gecələrin birində yatmamışdan qabaq İlahi övliyalardan birini görmək üçün təvəssül etdim. O Əmirəl- möminin (ə)- ın müqəddəs vücudunu yuxuda görür ki, Şəhriyarın şerinin (Əli ey həmaye rəhmət) məşhur əhvalatı, o gecə baş vermişdir.[10]



[1] - Baxın: Təfsiri nümunə, cild 19, səh 482- 483.

[2] - Məkarim Şirazi, Nasir, Məad və ölümdən sonrakı dünya, səh 385.

[3] - " النوم اخو الموت" Əvalil ali, h 4, səh 73.

[4] - " النوم راحة من الم و ملائمة الموت" Qurərul- hikəm, 1461.

[5] - Əl- mizanın tərcüməsi, cild 11, səh 372. Peyğəmbər (s)- dən olan bir hədisdə belə gəlibdir: Yuxu üç növdür: 1. Allah tərəfindən xoş xəbər. 2. Hədisi nəfs (insanın zehninin yaratdıqları. 3. Şeytanın yaratdığı qorxu. "الرویا الثلاثه: فبشری من الله و حدیث النفس و تخویف الشیطان " kənzul ummal, 41 385.

Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: Hər vaxt bir bəndə günah etmək istəsə və Allah onun xeyrini istəsə, o günahdan çəkinmək üçün ona qorxulu yuxu göstərər".

" اذ کان العبد علی معصیه الله عز و جل و اراد الله به خیرا اراه فی منامه رویا تروعه و فینزجرها عن تلک المعصیه " İxtisas, səh 24.

[6] - Daha çox məlumat üçün baxın: Əl- mizanın tərcüməsi, cild 11, səh 366- 373.

[7] - Onun xanımı deyir: "Gecələrin birində ustad birdən yuxudan oyandı və tez- tez nəfəs alırdı. Dedim nə olubdur. Buyurdu: yanına gedirik. Mən ona ərz etdim ki, bu sizin övladlarınızdır, ya Rəsulallah. Sonra Peyğəmbər İmamla qucaqlaşdı, sonra üzünü mənə tutdu və məni qucaqladı. Sonra dodaqlarını mənim dodaqlarımın üstünə qoydu ki, hələ də onun dodaqlarına olan istiliyini hiss edirəm. Elə bilirəm həyatımda böyük bir hadisə baş verəcək. Üç gün sonra, o şəhid oldu".

[8] - Şəms, ləyl, qədr, kafirun, tövhid, məvvəzətəyn (nas və fələq) oxumaq, sonra 100 dəfə tövhid və 100 dəfə salavat və dəstəmazlı halda sağ tərəfə yatmaq.

[9] - Məfatihin əlavələri, Baqiyatus- salihat.

[10] - Səburi, Hüseyn, Bizim şəhriyar, çap 1381.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Zinadan doğulan uşaq (vələduz- zina) barəsində olan hədislər hansılardır?
    6415 Hədis elmləri
    Zinadan doğulan uşağın (vələduz- zina) xüsusi hökümləri var ki, Peyğəmbər (s)-dən və pak imamlar (ə)dan olan rəvayətlərdə açıqlanıbdır. O hədislərin bəzisinin ünvanı bunlardır: 1-     Vələduz-zinanın irsi: Vəsailuş- şiə, cild 26, səh 274:
  • İslam nəzərindən təzim səcdəsi etmək olarmı?
    5200 Təfsir
    İslam və Əhli- beyt məktəbi nəzərindən səcdə ibadətin kamil və gözəl formasıdır ki, uca Allaha məxsusdur və Allahdan qeyrisinə qadağandır. Amma həzrət Yusifə edilən səcdə, ibadət səcdəsi deyildi, əksinə əslində Allaha ibadət idi. Biz Kəbəyə tərəf namaz qılıb və ona tərəf səcdə edirik, ama heç vaxt bu səcdə və namaz ...
  • "Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
    3475 Təfsir
     «صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2] Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım ...
  • İbrahim (əleyhis-salam)-ın odda yanmaması səbəb-nəticə qanunu ilə ziddiyyətdədirmi?
    3461 İslam fəlsəfəsi
    Hər hansı bir mövzunun digər mövzu ilə əlaqədar səbəb olması birinci mövzu barəsində qərar verilən müəyyən xassələrə bağlıdır. Əgər onun xassələri təbii yollarla, yaxud möcüzəli şəkildə dəyişilsə, təbii olaraq artıq ikinci mövzu üçün səbəb rolunu oynaya bilməz.İbrahim (əleyhis-salam)-ın atıldığı odun zatı ...
  • Son zamanda gələn insanların hamısı mömin və behişt əhlidirmi?
    3057 Təfsir
     İmamZamanın (əc) dövründədəhəmgünahkarvəcəhənnəmliyəlayiqvəhəmdəbehişlikvə
  • Rüşvət almaq haramdırmı?
    5808 بیشتر بدانیم
    Rüşvət "rşv" " ر ش و" kəlməsindən olan ərəb kəlməsidir və üç formada "ra" hərfinin fəthə (ə) zəmmə (u) və kəsrə (i), işlənibdir. Bu kəlmə tək formadadır və onun cəmi "roşa" yaxud "rişa" (ra hərfinin zəmmə (u) ya kəsrəsi (i) ilə)-dir. Fars dilində muzd mənasındadır.
  • Alim və fazil kimə deyirlər və fərqləri nədir?
    5379 Nəzəri əxlaq
    Elm və bilik, cahillik və nadanlığın əksidir. Elm və biliyə sahib olan şəxsə alim deyilir. Amma fəzl, bir şeyin artıq olmağına deyilir. Və onun ziddi nöqsandır. Başqalarına nisbətdə üstünlüyü olan şəxsə fazil deyirlər. Bu cəhətdən demək olar ki, hər bir elm üstünlükdür, amma hər üstünlük elm deyil. ...
  • Müaviyə ibn Əbu Sufyanın qısa həyatı və zirəkliyi haqqında nə demək olar?
    5245 متعه
    Müaviyə ibn Əbu Süfyan elə bir şəxsiyyətdir ki,İslam dinin zühurundan iyirmi il sonra yəni, Məkkənin fəthindən sonra atası, anası və qardaşı ilə birlikdə İslamı qəbul etmiş və "müslimətül-fəth" və ya "Məkkənin fəthindən sonrakı müsalmanlar" dəstəsi adı ilə tanınmışlardandır. O, İslamı qəbul etməzdən əvvəl müşriklərin qoşunları sırasında qərar ...
  • Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
    1503 Cürbəcür
    Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında ...
  • Nə üçün İraqa kömək edirik, halbuki özümüzün köməyə daha çox ehtiyacımız vardır və əhali bahalıqdan və qıtlıqdan əziyyət çəkir?
    3357 Siyasət fəlsəfəsi
    Əvvəla: İran İslam respublikasının başqa İslam ölkələrinə etdiyi kömək maddi kömək deyil, mənəvi köməkdir.İkincisi: Əgər digər İslam ölkələrinə maddi köməklər olunsa da, belə işlərin maddi və mənəvi cəhətdən çoxlu müsbət nəticələri vardır. O cümlədən:a) Maddi təsirləri:Bu kimi işlər ölkə iqtisadiyyatının rövnəqlənməsinə, çiçəklənməsinə səbəb olacaqdır. Çünki iqtisadi inkişafın ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109940 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83626 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61797 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    45184 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34313 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30924 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23626 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23342 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22732 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21342 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...