Baxanların
6951
İnternetə qoyma tarixi: 2011/09/11
Sualın xülasəsi
Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
Sual
Araşdırma əhli olan insan həqiqətən çoxlu araşdırmadan sonra bu nəticəyə yetişsə ki, həzrət Məsihin dini İslam dini ilə müqayisədə daha kamil bir dindir. İslamdan çıxsa belə bir insanın hökmü də edamdırmı əgər fərz etsək ki, fitri mürtəddir?
Qısa cavab

İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. İslam nəzərindən İslam dinini qəbul edib və dindar ailədə böyüyüb başa çatan və ondan sonra dinin əsaslarından birini inkar edib və ona müxalif çıxıb və onu fərdi bir etiqaddan ictimai fəzaya çəkib dinin qarşısında dayanan və fitnə yaratmaqla camaatın zehnini haqqı batildən seçməkdə şəkkə salan şəxs, elə bir cinayət edibdir ki, onun cəzasını da çəkməlidir.

Mürtəddin cəzası onun şəxsi əqidəsinə görə deyil, əksinə onun ictimai günah və cinayətinə görədir. Ona görə də dindən xaric olub, amma onu başqalarına bildirməyən şəxsə mürtəddin cəzalanması şamil olmur. Başqa sözlə, əgər belə bir şəxs haqı tanımaq üçün əlindən gələni edibsə, mürtəd olmasında Allah yanında üzürlüdür. Həqiqətən özünün fərdi hökmlər sahəsində günahkar deyil. Amma əgər haqqı tanımaqda səhlənkarlıq edibsə, fərdi hökmlər sahəsində də günahkardır.

Amma irtidad fərdi bir günah deyil. Ona görə ki, mürtəd camaatın ümumi haqqını cəmiyyətin dini ruhiyyəsini qorumaqda sındırır və dində mütəxəssis olmayan dindar camaatı təhdid edir.

İslamın əvvəlində də İslam düşmənlərindən bir dəstə zahirdə müsəlman olub, sonra mürtəd olmaları planını çəkdilər ki, bu işləri ilə müsəlmanların imanını zəiflətsinlər.

İslam bu təhdidin qarşısını almaq üçün, mürtəd üçün ağır cəzalar qərar veribdir. Hər çənd onu isbat etməyin yolunu da çətin edibdir. Belə ki, İslamın əvvəlində yalnız az bir dəstə bu cəzaya layiq görülüblər. Ona görə də, bu cəzanın psixoloji təsiri onun özündən çox, ümumi camaat üçün sağlam bir fəza yaratmışdır. Mürtəddin cəzası bir növ qeyri müsəlmanı həvəsləndirir ki, daha çox diqqətlə İslamı qəbul etsinlər. bu məsələ kor təbii və zəif imanın qarşısını alır.

Ətreaflı cavab

İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də amma bu hamı onu qəbul etməyə məcbur etmək mənasında deyildir. Çünki iman və etiqadda məcburiyyət və zor qəbul edilməzdir.[1] Əlbəttə bu iş dinin əsası ilə müxalifət etmək fəzası yaratmaq mənasında deyil. Yəni İslam dinini qəbul edib və dindar bir ailədə boya- başa çatan bir şəxs, əgər dinin əsaslarından birini inkar edib ona qarşı çıxıb onu fərdi bir etiqaddan ictimai fəzaya çəkib dinin qarşısında dayanıb və fitnə salmaqla ümumi camaatın zehnini haqqı batildən seçməkdə qarışdırsınlar, elə bir cinayət ediblər ki, onun cəzasını da çəkməlidirlər.[2]

Yəni mürtədin cəzası onun ictimai cinayətlər törətdiyinə görədir. Hərçənd belə bir şəxs haqqı tanımaq üçün əlindən gələni edibsə mürtəd olmasında Allah yanında üzürlüdür və həqiqətən özünün fərdi hökmləri fəzasında günahkar olmasın.

Cavabın aydın olması üçün mürtəd, mürtəd olmağın mənfi nəticələri, mürtəd olmağın hüquqi hökmləri, mürtədin cəzalanmasının fəlsəfəsi və...barədə bir neçə məsələyə diqqət etmək lazımdır:

Birinci məsələ: Mürtəd kimdir?

Mürtəd İslamdan xaric olub və küfrü seçən şəxsdir.[3] İslamdan xaric olmaq dinin əsasını ya dinin əsaslarından birini (tövhid, nübüvvət və məad) inkar etməklə hasil olur. həmçinin əgər dinin zərurilərindən birini (hankı ki, bütün müsəlmanlar üçün aydın və məlumdur) inkar edə. Belə ki, risaləti inkar etməklə yanaşı ola və insan bu yanaşı olmağı bilsə, yenə də mürtəd olma baş verir.[4]

Mürtəd olma fitri və milli olaraq iki qismə bölünür:

Fitri mürtəd o şəxsdir ki, onun ata ya anası onun nütfəsi bağlanan zaman müsəlman olublar və özü də həddi buluğa yetişdikdən sonra İslamını zahir edib və sonra İslamdan xaric olubdur.[5]

Milli mürtəd o şəxsdir ki, onun atası nütfəsi bağlanan zaman kafir olublar və o həddi buluğa yetişdikdən sonra küfrünü zahir edib və sonra müsəlman olub və yenidən kafir olubdur.[6]

İkinci məsələ: İlahi dinlərdə və İslam məzhəblərində mürtədin hökmü.

Şiə fiqhində mürtədin irs və evlilik mövzusunda olan ictimai hökmlərdən bəzisi barəsində elə bil sual olunmayıbdır. Mürtədin cəza hökmü belədir: Fitri mürtəd kişi öldürülür və onun qazi qarşısında etdiyi tövbə qəbul olunmaz. Milli mürtəd kişi əvvəlcə tövbə etməyə dəvət edilir. Əgər tövbə etsə azad edilir. Əks halda öldürülür. Mürtəd qadın fitri və milli olmasından asılı olmayaraq, öldürülmür, əksinə tövbə etməyə dəvət olunur. Tövbə edərsə azad edilir, əks halda həbsxanada qalacaq.[7]

Sünni fiqhində məşhur nəzərə əsasən, mürtəd (onun bütün növlərində) əvvəlcə tövbə etməyə dəvət edilir. Tövbə edərsə azad olunur, əks halda öldürülür. Milli və fitri, qadın və kişi olmasında heç bir fərq yoxdur.[8]

İslamdan qeyri İlahi dinlərdə də mürtəd olma günah sayılır və onun cəzası ölümdür.[9]

Buna əsasən mürtəd olmağın bütün din və məzhəblər nəzərindən günah və onun cəzasını (şərtlərin müxtəlifliyi ilə) ölüm olmasını demək olar.[10]

Üçüncü məsələ: Mürtədin cəzalanmasının fəlsəfəsi:

Mürtədin cəzalanmasının fəlsəfəsi məlum olmaq üçün, nüçə şeyə diqqət etmək lazımdır:

1.      İslamın hökmləri fərdi və istimai sahələrə bölünür. İctimai hökmlər ictimai məsləhətlər əsasında düzəlir. Bəzən bu məsləhətləri təmin etmək, fərdi azadlıqların bir hissəsini məhdudlaşdırır. Bu məsələ heç bir cəmiyyətdə inkar edilə bilməz.

2.      Mürtəd şəxs haqqı tanımaq üçün əlindən gələni edibsə, mürtəd olmasında Allah yanında üzürlüdür. Həqiqətən də özünün fərdi hökmlər sahəsində günahkar deyil.[11] Amma əgər haqqı tanımaqda səhlənkarlıq etmiş olsa, fərdi hökmlər sahəsində də günahkardır. Hər vaxt mürtəd, mürtəd olmasını ictimai fəzaya gətirib çıxarsa, onun rəftarı ictimai hökmlər sahəsində qərarlaşacaq və ictimai meyarlar tapacaq. Bu cəhətdən günahkar olacaq çünki:

Bir: Digərlərinin haqlarını zay edib. Çünki camaatın zehnində şəkk və şübhə yaradır. Camaatın zehnində şühbə yaymağın cəmiyyətin iman ruhiyyəsinin zəifləşməsinə səbəb olması məlumdur. Şübhə və sualları araşdırmaq din şunas və mütəxəssislərin gücündə olduğuna görə, ümumi dindar camaat (hansı ki, bu bacarığı öz hədlərində bilmirlər) cəmiyyətin ümumi fəzası sağlam qalması üçün öz haqları bilirlər.

İki: Cəmiyyətin iman ruhunu qorumağın camaatın haqqı olmasını nəzərə almasaq da, İslam onu ictimai məsləhətlərdən bilir. Ona görə də dinin şüarlarına təzim etməyə həvəsləndirib.[12] Və onu sındırmaqdan çəkindiribdir.[13]

Nəticə budur ki, mürtəd olmaq bəlkə də fərdi hökm cəhətdən günah olmasa da, amma ictimai hökm nəzərindən günahdır.

3.      Mürtəd olmağın günah olmasını nəzərə almaqla, onun cəzalanmasının fəlsəfəsini aşağıdakılarda açıqlamaq olar:

a). Cəzaya layiq olması: Mürtədin cəzalanması əxlaqi nəzmdə qarışıqlıq yaratmasına görədir. Əxlaqi və məzhəbi qarışıqlıq və həmçinin ümumi haqqları zay etmək nə qədər çox olsa, cəza da daha ağır olmalıdır. Dini ruhun zəifliyə doğru getdiyi bir cəmiyyətin, həqiqi xoşbəxtçilikdən uzaq bir cəmiyyət olması məlumdur. Hərçənd texnologiya cəhətdən inkişaf etmiş olsa da.

Ona görə də mürtəd olmaqdan əlavə camaatın iman və etiqadını zəiflədən hər bir əməlin ağır cəzası var. O cümlədən Peyğəmbər (s) və pak İmamlar (ə)- a söyüş söymək. Çünki bu işlərin cəmiyyətdə sındığı zaman, dinin təhrif olma və məhv yolu açılır.

b). Günahkar şəxs tərəfindən mürtəd olmağın təbliğinin davamının qarşısını almaq: Mürtəd öz mürtəd olmasını aşkar etməyincə ictimai günah etməyibdir. İslam tərəfindən mürtəd olançın təyin olunan ağır cəza mürtəd olmağın təbliği yolunu bağlayır.

C). Cəmiyyətdə dinin əhəmiyyətini göstərmək: Hər bir hüquqi və cəza sistemi öz qanunlarını qoymaqla onun üçün hanası işlərin daha çox əhəmiyyətli olduğunu göstərir. Mürtəd olan üçün ağır cəzalar təyin etmək, cəmiyyətin iman ruhunu qorumağın əhəmiyyətini çatdırır.

d). Dini qəbul etməmişdən öncə onun barəsində daha çox düşünməyə həvəsləndirmə: Mürtədi cəzalandırmaq qeyri müsəlman İslamı daha çox diqqətlə qəbul etməyə həvəsləndirir. Bu məsələ kortəbii və zəif imanın qarşısını alır.

F). Axirət cəzasının yüngülləşməsi: Dini nəzərindən dünya cəzası axirət cəzasının yüngülləşməsinə səbəb olur. Allah Taala daha mehribandır və insan heç vaxt bir günaha görə iki dəfə cəzalandırmaz. Rəvayətlər bunu göstərir ki, İslamın əvvəlində dünya cəzasının axirətdə pak olmağa səbəb olması inancı var imiş və günahkarları hədd icra etmək üçün günahı etiraf etməyə həvəsləndirirdi.

Xatırlatma: Dünya cəzası ən azı axirət cəzasının yüngülləşməsinə səbəb olmasına baxmayaraq, amma Allah axirətdə pak olmaq üçün digər bir yol qərar veribdir və o xalis tövhiddir. Əgər günahkar xalis tövbə etsə, dünyada şərii cəzaya ehtiyac olmadan onun günahı bağışlanar.

4.      Qanun vericilikdə ehtiyat: Mürtədin cəzalanmasının fəlsəfəsi adı ilə deyilən, həmçinin Əhli- kitabın pis planları barəsində Quranda nazil olan ayələr[14] bəlkə də mürtədin bütün mənalarına aid olmasın. Yəni mürtəd şəxsin heç cürə ümumi camaatın imanına qarşı hiylə niyyəti olmasın və ya onun mürtəd olması ümumi camaatın imanına mənfi təsir qoymasın. Amma yenə İslam onun cəzasını yüngülləşdirməyibdir. Bu məsələnin səbəbi nədir? Başqa sözlə, mürtədin cəzalanması fəlsəfəsi olan şeylərin bir yerdə doğru olmaması mümkündür. Onda İslam niyə o yerdə də cəzanı icra edir?

Cavab budur ki, hər bir qanun qoyan hökmün mövzusunun dairəsini o hökmün fəlsəfəsindən daha geniş edir ki, ona "qanun vericilikdə ehtiyat" deyilir. Bu o məsələlərə görədir ki, yalnız onların ən mühümmü olan ikisinə işarə edirik:

A). Bəzən mövzunu dəqiq və həqiqi müəyyənləşdirən qeydlər onun seçimini insanın öhdəsinə qoyan formada deyildir. Məsələn bir küçədə avtomobil saxlamağın qadağan olması qaydası fəlsəfəsi o küçədə trafik vəziyyətini idarə etməkdir. Bu fəlsəfə xəlvət günlərində yoxdur. Amma polis idarəsi o küçədə avtomobil saxlamağı daimi və davamlı formada qadağan edir. Çünki trafikin ağır olmasını müəyyən etməyi camaatın öhdəsinə qoya bilməz.

b). Bəzən bir hökmün əhəmiyyəti o qədər çoxdur ki, qanun qoyan ehtiyat üzündən o hökmün mövzusunun dairəsini geniş edir ki, camaatın o hökmü yerinə yetirməsinə əmin olsun.

Qoşunun sərhəd xətti kimi. Məsələn: Camaatın gözündən uzaq olmalı bir hərbi müəssisələr 5 kilometrlik sərhədlərlə hasar olunur ki, gizli qalsın. Amma qoşun o müəssisələrin əhəmiyyətinə uyğun olaraq, sərhəd həddini neçə bərabər artırır ki, hədəfin təmin olunmasına əmin olsun.

İslam qanunu vericiliyində də bu iki məsələ Allahın hökmlərin mövzusunu hökmlərin fəlsəfəsinin həqiqi mövzusundan daha geniş hədlənməyə səbəb olur ki, o fəlsəfə təmin olunmalıdır.

İslam cəzalarının fəlsəfəsi barəsində daha çox mütaliə üçün:

Baxın: Hüquq fəlsəfəsi, Qüdrətullah Xosrovşahi, Çustafa Daneşpejuh, İmam Xumeyni, təlim və araşdırma müəssisəsi, səh 201- 222.

İlahi ədalət, şəhid Mütəhhəri, Sədra nəşriyyatı.

Həmçinin baxın: Əl- mizanda "La ikrahə fiddin" ayəsinin təfsiri, cild 2, səh 278 və Təfsiri nümunə, cild 2, səh 360.



[1] - " لا اکراه فی الدین" Bəqərə surəsi, ayə 256.

[2] - Daha çox mütaliə üçün baxın: İslam məzhəbləri ilə tanışlıq (15), Şiə və sünni nəzərindən sual və cavablar, səh 116- 117.

[3] - İmam Xumeyni, Təhrirul- vəsilə, cild 2, səh 366, İbn Qudamə, Əl- muğni, cild 10- səh 74.

[4] - İmam Xumeyni, Təhrirul- vəsilə, cild 1, səh 118.

[5] İmam Xumeyni, Təhrirul- vəsilə, cild 2, səh 336, Bəziləri valideynəldən birinin müsəlman olmasını anadan olan zaman şərt bilirlər. (Xoyi, Məbani təklimətil minhac, cild 2, səh 451). Bəziləri isə həddi buluğa yetişəndən sonra İslamı izhar etməyi şərt bilmirlər. (Şəhid Sani, Məsalikul- əfham, cild 2, səh 451.

[6] - İmam Xumeyni, Təhrirul- vəsilə, cild 2, səh 336.

[7] - İmam Xumeyni, Təhrirul- vəsilə, cild 2, səh 494.

[8] - Əbdürrəhman əl- cəziri, Əl- fiqh ələl- məzahibul ərbəə, cild 5, səh 424. Əbu Hənifə şiələr kimi qadın və kişi arasında fərq qoyubdur. (Əbubəkr əl- kasani, Bədayius- sənaye, cild 7, səh 135) Həsən Bəsri tövbəyə dəvət etməyi qəbul etmir. (İbn Qüdamə, əl- muğni, cild 10, səh 76).

[9] - Baxın: Əhdi- qədim: Sefri tovriye musənna, fəsl 13, Müqəddəs kitab Bilyon Qolnun farsca tərcüməsi, Darus- səltənə, London, Miladi 1856, səh 8- 357, əl- kitabul- müqəddəs, Darul- məşriq, Beyrut. Sefri səniyətul- iştira, əl- fəsl 13, səh 80- 379. Müqəddəs kitabın təfsirilə tərcüməsi təşkilatının əhdi- cədidi, Tehran, 1357, səh 6- 305.

[10] - Əlbəttə bəziləri mürtədin ölüm cəzasını hədd deyil, təziri hökm bilirlər. Onlar deyirlər ki, təzir hökmlərin hamısı hakimin əlindədir və onun üçün müəyyən forma İslamda təyin olunmayıbdır. Ona görə də, İslam nəzərindən mürtədin cəzasının ölüm olmasını demək olmaz. Baxın: Hüseynəli Müntəzəri, Dirasatun fi vilayətil- fəqih və fiqhid- dövlətil- İslamiyyə, cild 3, səh 387. Həmçinin baxın: İsa vilayi, İslamda mürtəd olma, səh 129- 148.

[11] - Allah- Taala buyurur: " لا یکلف اللَّه نفساً الّا وسعها " (Bəqərə surəsi, ayə 286.

[12] - Həcc surəsi, ayə 32.

[13] - Maidə surəsi, ayə 2.

[14] - Ali- İmran surəsi, ayə 72.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105964 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80793 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58583 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41322 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31383 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    24054 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22481 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22251 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20799 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20402 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...