Ətraflı axtarış
Baxanların
3538
İnternetə qoyma tarixi: 2011/09/11
Sualın xülasəsi
Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
Sual
Hinduya onun Quranla tanışlıq və onu oxumaq istəməsi, amma eyni zamanda onun səhifələrinə əl vurmasını nəzərə almaqla, bir hinduya Quran hədiyyə verməyin şərii hökmünü bilmək istəyirəm.
Qısa cavab

Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:

  1. Hindu kafirlərdən sayılır.

  2. Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.

  3. Kafir oxumaq üçün əgər yaş əl ilə Qurana əl vurmasa onun nəcis olmasına səbəb olmaz.

  4. İmam Xumeyni və Ayətullah Behcət kimi bəzi mərcələr Quranı kafirə verməyi ehtiyat vacibə əsasən düzgün saymırlar ki, digər mərcələrin fətvasına müraciət etmək olar.

Təqlid mərcələrinin nəzərləri belədir:

1.      İmam Xumeyni (rh): Vacib ehtiyat budur ki, Quran kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun əlindədirsə mümkün olduqda, ondan alsınlar.[1]

O nicatul- ibad kitabında buyurur: Quranı kafirə hədiyyə etmək doğru deyil.[2]

2. Ayətullah Behcət: Vacib ehtiyat budur ki, Quranı kafirə verməkdən çəkinsinlər. Əgər Quran onun Quranıdırsa mümkün olduqda, ondan alsınlar.[3]

3. Ayətullah Xoyi, Təbrizi, Sistani və Zəncani; Quranı kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[4]

4. Ayətullah Safi: Quranı kafirə vermək əgər hörmətsizlik sayılsa və ya hörmətsizlik olunsa haram və Quranı ondan almaq vacibdir.[5]

5. Ayətullah Vəhid Xorasani: Quran kafirə vermək hörmətsizliyə səbəb olan zaman haram və ondan almaq vacibdir.[6]

6. Ayətullah Məkarim: Quranı kafirin əlinə vermək əgər hörmətsizliyə səbəb olsa haramdır. Əgər onun hidayət olunmasına ümidvar olsa ya İslamı təbliğ etmək üçün olsa icazəli, hətta bəzən vacibdir.[7]

7. Ayətullah Fazil: Quranı kafirə verməkdən çəkinməlidirlər. Əgər Quran onun əlindədirsə, imkan olduqda ondan alsınlar. Amma əgər Quranı ona verməkdən və ya Quranın onda olmasından məqsəd dində araşdırma və mütaliə olsa və həmçinin insan bilsə ki, kafir yaş əl ilə Qurana toxunmayacaq, iradı yoxdur.[8]



[1] - İzahlı hökmlər, cild 1, məsələ 139.

[2] - Nicatul- ibad (lil- imamil- Xumeyni), səh 303.

[3] - Ayətullah Behcətin izahlı hökmləri, məsələ 140.

[4] - Həmin.

[5] - Ayətullah Safinin izahlı hökmləri, məsələ 140.

[6] - Ayətullah Vəhidin izahlı hökmləri, məsələ 140.

[7] - Həmin.

[8] - Həmin.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Həccə getməkdən ötrü kimdənsə borc almaq olarmı?
    2024 İstitaətin şərtləri
    Bu sualın iki bölümdə cavabı ola bilər: A) İslam aləmində həcc əməli elə əzəmətli ibadətlərdəndir ki, ondan otrü borc alıb Həccə getmək olar. Bu haqda Məsum İmamlardan (əleyhimussalam) hədis kitablarında rəvayətlər də nəql olunmuşdur.[1] B) İkinci mövzu budur ki, həccin şəraitlərindən birinin insanın özünün ...
  • Kişilər üçün sırğadan istifadə etmək caizdirmi?
    5724 Nizamlar hüquq və əhkam
    Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda  – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    3665 Nəzəri irfan
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • Инсанын өз ишләриндә ихтијары вармы?
    5097 Qədim kəlam
    Дәфәләрлә һәјатымызда өз ичәримиздә гәриб вә тәнһалыг јолларында галырыг. Һәм дә елә бир јол ки, орда һәрәкәт етмәкдән башга чарәмиз јохдур. Бу һәмән сабит вә әввәлҹәдән тәјин олунмуш һәјат јолудур. Јәни, милләт, аилә, бој, гәд-гамәт, гулаг вә саир.. мәсәләләрдә олдуғу кими. Амма, дәфләрлә ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    3618 Hədis elmləri
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Quran və rəvayətlərdə həzrət Xızır (ə) barəsində bəhs olunmuşdurmu?
    12919 تاريخ بزرگان
    Qurani- kərimdə bir başa olaraq həzrət Xəzər (ə)- ın adı gəlməmişdir bəlkə bu ünvanla: " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً" [i] ki, onun elm və bəndəlik məqamını açıqlayır və Musa ibni İmranın müəllimi olaraq ondan yad edilmişdir. Bir çox rəvayətlərdə böyük ...
  • Peyğəmbərin öz həyatında sonrakı xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nə idi?
    3460 Qədim kəlam
    Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla ...
  • İslam cəmiyyətində bir vətəndaşın daha çox lazımlı xüsusiyyətləri nədir?
    3869 Nizamlar hüquq və əhkam
    İnsanlara həyat bəxş edən islam məktəbi və Allahın son şəriəti, kamil və tamam bir dindir. Bunun üçün də islamda ictimai qanun və hökümlər bir şəxs üçün təyin olunmuş hökm kimi məsuliyyət daşıyır. İslam nəzərində ictimai həyat və cəmiyyətdə hər bir insanın bir- biriylə olan rabitəsi və hər bir vətəndaşın vəzifəsi ...
  • Tarixdə imamların bir baxışla insanları batini (mənən) hidayət etmələrinin nümunəsi vardırmı?
    2936 Qədim kəlam
    İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir. Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. ...
  • Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya məsləhəti tərk etmişdimi?
    3259 عصمت
    Müsəlman alimlərindən bir qrupu inanır ki, hər hansı bir mühüm hadisə barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə vəhy gəlməsəydi, o həzrət öz ictihadı (nəzəri) üzündən qərar qəbul edirdi. Əlbəttə, o həzrətin qərarlarının övləviyyətin (daha üstün olan şeyin) və ya məsləhətin əksinə olması mümkün idi. Bədr və Təbuk ...