Ətraflı axtarış
Baxanların
3232
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
Sual
Əgər bir nəfər bütün əməllərinin ixlas və düzgün niyyətlə olmasını istəyirsə nə etməlidir? Bu hədəfə (əməldə ixlasa) çatmaq fikri təmərküzləşməklə mümkün ola bilərmi?
Qısa cavab

İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs Zatı barəsində mərifətin artırılması ilə eyni zamanda ixlasın dəyəri və ixlassızlığın zərərləri barəsində təfəkkür etmək, işlərin bütün yönlərində bəndəliyin daxili və zahiri şərtlərini əldə etmək, Allah qarşısında bəndəlikdə daim səhlənkarlıq və qüsur hissi keçirmək, Allahla səmimi qəlbdən raz-niyaz etmək və s. ilə ixlasın mərtəbələrini əldə etmək olar.

Ətreaflı cavab

Allah-taalanın qarşısında layiqincə bəndəlikdə ixlasın necə əldə olunması ilə əlaqədar verilən sualın cavabı aşağıdakı məqamlara bağlıdır:

1. İxlasın tərifi, mərtəbələri, maneələri, əldə edilmə yolları

İxlas[1] – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır.

2. Bəndəlik və ixlasın mərtəbələri[2] niyyətin mərtəbələrinə bağlıdır. Çünki həqiqi bəndəlik ilahi əzabdan qorxmaq, ilahi nemətlərə nail olmaq, varlıq aləminin Pərvərdigarı qarşısında itaətsizliyə və inadkarlığa görə xəcalət hissi keçirmək, Allahın sonsuz nemətlərinə minnətdarlıq və təşəkkür etmək, mənəvi-insani kamallara nail olmaq, Allah-taala dərgahında layiqli bəndə olmaq, Onun pak və müqəddəs zatına aşiq olmaq və Onu sevmək xatirinə ola bilər.

Qeyd olunan tərtibə əsasən aşağıdakılardan hər birini “mərtəbə” adlandırmaq olar: ibadət və qorxu üzündən olan bəndəlik, ticarət üzündən olan bəndəlik, günahlar qarşısında xəcalət, şükür etmək, məhəbbət və aşiqanə hisslər üzündən olan ibadət. Əlbəttə, qeyd etmək lazımdır ki, bu məqsədlərin bəzilərinin vahid bir mərtəbədə cəm ola bilməsi mümkündür.

Bəndəlikdə ixlasın maneələri

İxlas mərtəbələrinə və aləminə daxil olmaq üçün müxtəlif maneələr vardır ki, aşağıda onlarının ən mühümlərinə işarə edirik:

a) riyakarlıq, b) dünyaya varlılıq, v) şeytan

Riyakarlıq

Allah-taalaya bəndəlik məqamında camaatın əksəriyyətinin düçar olduqları ixlassızlıq maneələrinin çoxu riyakarlıq, başqalarının xoşuna gəlmək hissi, təriflənmək, şan-şöhrət və rəyasət arzusunda olmaqdan ibarətdir.

Riyakarlığın aradan qaldırılması yolu:

Riyakar şəxs gərək bilsin ki, bütün insanların razılığını qazanmaq mümkün deyildir. Bundan əlavə, o, daim fikri pərakəndəlikdə və ruhi nigarançılıqda yaşayır. Başqalarının razılığını qazanmaq arzusunu fərz etdikdə belə, görəsən başqalarının xoşuna gəlməsinin onun halına nə faydası olacaqdır? Həqiqi fayda və ya zərər yalnız Allah-talanın əlindədir.

Dünyaya bağlılıq

Dünyaya bağlılıq nəticəsində insanın bütün həyatı, hətta Allaha bəndəlik belə, dünyadan daha artıq faydalanmaq və dünya malına nail olmaq üçün bir vasitə hesab olunur. Bu maneənin aradan qaldırılması belə ola bilər ki, insan dünya və insan barəsində tədqiqat aparsın, insanların ötəri dünya həyatını və şan-şöhrət əldə etmək üçün düçar olduqları ruhi sarsıntıları, bədbəxtçilikləri və giriftarlıqları nəzərində canlandırsın. Bundan əlavə, insanın çoxlu ehtiyacları vardır ki, dünya onları təmin etməkdə həddindən artıq acizdir.

Şeytan

Riyakarlığı, dünya məhəbbətini və hər bir çirkin işi insan üçün gözəl cilvələndirən yalnız şeytandır.[3]

Şeytanın nüfuzunun qarşısının alınması belə ola bilər: insan bilsin ki, şeytan Adəmin cənnətdən çıxarılmasına səbəb olmuşdur. Eləcə də şeytanın törətdiyi çirkin işlərə, onların zərərlərinə dair daha artıq fikrini cəm etsin.

4. İxlas əldə etməyin yolları[4]

4-1. Allah-taalaya iman və mərifətin gücləndirilməsi

Allah-taalanın müqəddəs zatına, bütün sonsuz sifətlərinə iman, xüsusilə sevmək və pərəstiş hissini Allah-taalanın müqəddəs zatına məxsus edən sifətlərə iman şirk, küfr və nifaqın heç bir qisminə yer qoymur; Allah-taalanın müqəddəs zatının bütün sifətləri ilə yanaşı tanınması insanda bəndəlik və Allah qarşısında özünü heç hesab etmək hissini yaradır ki, məbada dünya və axirət əzabına düçar və Allah-taalanın müqəddəs camalını müşahidə etməkdən məhrum qalsın. Bu mərifətin mərtəbələrinə əsasən ixlas və qorxunun müəyyən mərtəbələri hasil olur.

4-2. İxlasın dəyəri barəsində təfəkkür etmək

İxlas – səmavi dinlərə ilahi bir fərmandır,[5] Allahın Öz sevimli bəndəsinə gizli olan bir nemətidir,[6] insanın Pərvərdigarı mənən müşahidə etməsinə,[7] qiyamət gününün hesabından asudə olmasına,[8] axirətin sonsuz nemətlərindən bəhrələnməyə səbəb olur[9]  şeytanın insanlara nüfuz etməsinin qarşını alır.[10]

4-3. İxlaslı olmamağın zərərləri barəsində fikirləşmək.

İxlassızlıq və riyakarlığın təsirləri barəsində olan rəvayətlərin məcmusundan aydın olur ki,[11] riyakarlıq və ixlasın olmaması bir növ şirk, küfr, münafiqlik, Allaha qarşı hilə işlətmək sayılır, Onun qəzəbinə, əməllərin qəbul olunmamasına, şəfaət və duanın təsirinin aradan getməsinə səbəb olur.

4-4. Bəndənin zahiri ilə batini arasında uyğunluğun yaradılması. Bu uyğunluq elə olmalıdır ki, başqalarının hazır olması insanın necə bəndə olmasına heç bir təsir göstərməsin.

4-5. Bütün yönlərdə bəndəlik

Bütün vaciblərdə Allah-taalanın fərmanlarına itaət və bütün haram işləri tərk etmək, müstəhəb əməlləri yerinə yetirib məkruhları tərk etmək, hətta mubah işlərdə belə Ona itaət etmək. Nəinki misal üçün, namaz qılmaqla eyni zamanda həsəd və qeybət də etmiş olsun. Sair dini əməl və etiqadlarda eynilə belə olmalıdır.

4-6. Bəndəlikdə daim səhlənkarlıq və acizlik hissi keçirmək

İnsan bütün hallarda ixlas və bəndəliklə eyni zamanda özünü daim bəndəlik haqqını yerinə yetirə bilməkdən aciz hesab etməlidir. Buna görə də peyğəmbərlər və övliyalar ixlasın ən yüksək mərtəbəsində nail olmaqla eyni zamanda raz-niyaz edərkən özlərini Allah-taalanın müqəddəs dərgahında layiqli bəndəliyə nail olmaqdan aciz hesab edirdilər. Buna görə də Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) buyurur: “(Pərvərdigara!) Sənə layiqincə bəndəlik edə bilmədik!”[12]

4-7. Dua

Dua insanın dünya və axirət çətinliklərinin həll edilməsi, onların asanlığa çevrilməsi üçün bir vasitədir.

İnsanların bəzi əbədi və əsaslı ehtiyaclarının həlli bəndəliklə yanaşı dua etməkdən başqa bir yolla mümkün olmur. Bəndəlikdə ixlasdan da yüksək bir ehtiyac ola bilərmi?! İmam Səccad (əleyhis-salam) acizanə şəkildə Allahdan bəndəlik istəyərək deyir: “Pərvərdigara! Bunların (əməllərimin) hamısını riya edənlərin riyalarından xalis et ki, heç kəsi Sənə şərik qərar verməyək və Səndən başqa heç bir muradı seçməyik.”[13]



[1] Əxlaq, irfan və təfsir kitablarında ixlas üçün verilən müxtəlif nəzəriyyələrə və onun müxtəlif mərtəbələrinə diqqət yetirməklə müxtəlif təriflər bəyan olunmuşdur. Misal üçün, “Meracus-səadət”, səh. 486; “Kimyayi səadət”, 2-ci cild, səh. 453; “Çehel hədis”, İmam Xomeyni, səh. 238; “Urvətul-vusqa”, Seyyid Məhəmməd Kazim Təbatəbai, 1-ci cild, səh. 472; “Əl-mizan”, Əllamə Təbatəbai ,“Bəqərə”, 264, “Nisa”, 38 və 142, “Ənfal”, 47 və “Maun”, 6-cı ayələrinin təfsirində

[2] İxlasın mərtəbələri ilə əlaqədar bəhsi daha artıq qavramaq üçün bax: “Üsuli Kafi”nin tərcümə və şərhi, mərhum Müstəfəvi; “Seyri-süluk”, Əllamə Seyyid Məhdi Təbatəbai, mərhum Seyyid Məhəmməd Hüseyn Tehraninin müqəddiməsi ilə

[3] “Hicr” surəsi, ayə: 39 və şeytanın işləri ilə əlaqədar olan çoxlu digər ayə və rəvayətlər

[4] İxlasın əldə olunma yolları qeyd olunan bu və digər əxlaq kitablarında bəyan olunmuşdur.

[5] “Bəyyinə” surəsi, ayə: 5

[6] “Meracus-səadət”, “Hədisi qudsi”, səh. 489

[7] Yenə orada

[8] “Saffat” surəsi, ayə: 128

[9] “Saffat” surəsi, ayə: 39-40

[10] “Hicr” surəsi, ayə: 40

[11] Bu rəvayətlər əxlaq kitablarında nəql olunmuşdur.

[12] “Biharul-ənvar”, 68-ci cild, səh. 23

[13] “Səhifeyi Səccadiyyə”, 44-cü dua”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    91623 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    61833 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    49344 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    30177 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    20664 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19503 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    17562 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    16056 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    15562 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    15102 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər