Ətraflı axtarış
Baxanların
26630
İnternetə qoyma tarixi: 2011/11/03
Sualın xülasəsi
Cənnətin bir neçə qapısı varmı? Bu qapıların hər birinin özünəməxsus adları vardırmı?
Sual
Cənnətin bir neçə qapısı var? və hər bir qapının özünəməxsus adı var? Mümkündürsə sözügedən qapıların adlarını və tərcümələrini qeyd edin.
Qısa cavab

Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı  qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), "Bab əl-Bəla" (Bəla qapısı) və s. kimi isimlər belə adlardandır. Hədislər toplusundan hər bir qapının dünyada xüsusi bir xeyir işdə imtiyaz qazanmış cənnət əhli üçün bir yol olduğu anlaşılır. Hər bir qapının adı da ondan keçən qrupun əməli ilə əlaqəli və mütənasibdir.

Ətreaflı cavab

Cənnətin bir neçə qapısı vardır; Necə ki, Allah-Taala Qurani-kərimdə buyurur: "Və təqvalılar dəstə-dəstə cənnətə tərəf yönəldiləcəklər, ora çatdıqları zaman cənnət qapıları onların üzünə açılacaqdır."[1] Həmçinin başqa bir ayədə buyurur: “Cənnətin əbədi bağları ki, qapıları onların üzünə açılmışdır.”.[2]

Bu mövzuda gələn bir çox şiə və əhli-sünnə hədislərində cənnət qapılarının sayı səkkizdir.[3] Əmir əl-möminin Əlidən (ə) nəql olunan hədisdə deyilir: "Cənnətin səkkiz qapısı var: peyğmbər və siddiqlərin (düz danışanların) cənnətə daxil olduqları qapı, şəhid və salehlərin daxil olduqları qapı, şiələrimizin və bizə məhəbbət bəsləyənlərin daxil olacaqları beş qapı,

«لا اله الا الله»

"La ilahə illəllah" deyib müsəlman olanların keçdikləri qapı..."[4]

İslam peyğəmbərindən (s) belə buyurduğu nəql olunur: "Cənnətin səkkiz qapısı, cəhənnəmin isə yeddi qapısı vardır."[5] Elə Quranda da cəhənnəmin yeddi qapısı olmasına işarə edilib:

"Cəhənnəm üçün yeddi qapı vardır."[6]

Əhli-sünnə hədislərinin birində gəlmişdir: "Cənnət üçün səkkiz qapı var. Namaz qılanlar üçün olan qapı, oruc tutanlar üçün olan qapı, hacılar üçün olan qapı, ömrə edənlər üçün olan qapı, mücahidlər üçün olan qapı, zakirlər (Allahı zikr edənlər) üçün olan qapı, Şakirlər (Allaha şükür edənlər) üçün olan qapı."[7]

Hədislərdən hər bir əməl üçün cənnətin bir qapısı olduğu, cənnət əhlinin qiyamət günü ən yaxşı əməli ilə ona xitab olunacağı başa düşülür. Deməli, onun hansı əməli ən yaxşı əməlidirsə ona məxsus qapıya dəvət olunacaqdır.[8]

Beləliklə, cənnətin bir neçə qapısı və saylarının da səkkiz olduğunu yəqinliklə demək olar. Onların dəqiq adları, hansı qapının hansı qrup üçün olduğu məsələsi hədislərdə fərqlidir. Həmçinin adların hamısına işarə olunmamışdır. Lakin nümunə üçün cənnət qapılarının adları keçən bir neçə hədisi xatırlatmaq yerinə düşər:

Peyğəmbər (s) buyurub: “Cənnətin səkkiz qapısı vardır. Qapılardan birinin adı “Rəyyan”dır. Bu qapıdan yalnız oruc tutanlar daxil olar.”[9] “Rəyyan” sirab mənasındadır.

Bilal Peyğəmbərimizdən (s) cənnətin qapıları haqda sual edərkən o həzrət buyurdu: “Cənnət qapıları müxtəlifdir. “Bab ər-Rəhmət” (Rəhmət qapısı) al yaqutdandır… “Bab əs-Səbr” (Səbir qapısı) bir taylı kiçik qapıdır ki, o da al yaqutdandır. Amma “Bab əş-Şükr” (Şükür qapısı) ağ yaqutdan olan iki taylı qapıdır ki, onun uzunluğu beş yüz il yol miqdarındadır… “Bab əl-Bəla” müsibətlər və xəstəliklər qapısıdır. O, qapı sarı yaqutdan olan bir taylı qapıdır ki, çox az adamlar ondan cənnətə daxil olacaq… “Bab əl-Əzəm”dən (Əzəmətli qapı) saleh bəndələr varid olarlar. Onlar Allaha rəğbətli, Onunla ünsiyyət quran zahid və təqvalı şəxslərdir.”[10]

Əhli-sünnə yolu ilə də Peyğəmbərdən (s) belə bir hədis nəql olunub: “Cənnətin qapısı “Züha” "ضحی" adlanır. Qiyamət günü olduğu zaman nida gələr ki, “züha” namazını davamlı qılan kəslər haradadırlar? Bu qapı sizin cənnətə girişiniz üçündür. Gəlin! Allahın rəhməti ilə daxil olun!”.[11]

“Züha” günəşin hər tərəfi işıqlandırdığı vaxta deyilir.

Ümumiyyətlə hədislərdən xeyir əməllərin cənnətə gedən yollar olması və hər bir qapının dünyada xeyir işdə başqalarından seçilmiş xüsusi dəstələr üçün yol olduğu istifadə olunur.



[1] - “Zümər”, ayə 73

[2] - “Sad”, ayə 50

[3] - Məhəmməd ibn Məhəmməd Rza Qummi Məşhədi, “Kənz əl-Dəqaiq” və “Bəhr əl-Ğəraib” təfsiri, cild. 11, səh.343; Cəlaləddin Süyuti, “Əd-Dür əl-Mənsur fi təfsir əl-Məsur” təfsiri, cild. 5, səh. 342

[4] - Şeyx Səduq, “Əl-Xisal”, cild. 2, səh. 407

[5] - Əbd Əli ibn Cümə Ərusi Həvizi, “Nur əs-Səqəleyn” təfsiri, cild. 4, səh. 506

[6] - “Hicr”, ayə 44

[7] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343

[8] - Yenə orada

[9] - “Məcmə əl-bəyan”, Təbərsi, cild. 4, səh. 511

[10] - “Mən la yəhzuru əl-fəqih”, Şeyx Səduq, cild.1, səh.192, 295

[11] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər ölən şəxsin gözü və qulağı ölümdən sonra açılırsa, nə üçün öz ölümündən sonrakı hadisələr barəsində başqalarından soruşur?
    12490 Qədim kəlam 2010/11/10
    Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, ...
  • Eramızdan uzun illər qabaq mağaralarda yaşayan insanlarda Adəmin (ə) nəslindən idilərmi?
    8606 Təfsir 2011/05/09
    Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min ...
  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    7847 Nizamlar hüquq və əhkam 2011/10/31
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • İran dini mədrəsələrində təhsil sistemi necədir?
    15745 Fiqh tarixi 2011/11/14
    Bu gün İran elmi hövzələrində təhsil şagirdlərin birinci dövrəni və ya orta məktəbi bitirdikdən sonra başlayır. Bu təhsil zamanı başlanğıc mərhələnin dərslərini (sərf, ərəb dilinin qramatikası (nəhv), məna və bəyan, məntiq), səth dərslərini (üsul, fiqh, fəlsəfə), ümumi dərsləri (əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompyuter ...
  • Aya müsəlmanların rəhbərləri üçün müsəlmanların vəliyyi əmri" ləqəbini istifadə etmək düzgündürmü?
    7167 Siyasət fəlsəfəsi 2012/03/11
    Qeyd olunmuş ayəyə əsasən, cavab insanların nəfslərinə və mallarına vəli və sahib olmaq Allaha malikdir və yalnız Allahın izniylə bu iş həyata keçir, o cür ki, bizim də etiqadımız bundan ibarətdir bu qüdrət və ixtiyar Peyğəmbərdən (s) sonra bir- bir İmamlara (ə) verilmişdir. Amma İmam Zamanın (ə) ...
  • Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
    5125 Fitr və Qurban bayramının namazı 2013/12/17
    Bəzi tarix məmatlarına əsasənilk bayram namazı qurbanvə fitr bayramı namazıdır, bunların hər ikisi hicrət ilinin ikinci ilində baş vermişdir. Tarixçilər bu haqda yazırlar: Fitr bayramı, hicrətin ikinci ilində, İslam peyğımbəri (s) camatı fitrə zəkatını verməyə əmr etdi, o həzrət fitrbayramından bir ya iki gün öncə ...
  • Bəzi aylar və günlər – səfər ayı və çərşənbə günü kimi – nəhs və uğursuz sayılırmı?
    7880 Hədis elmləri 2020/04/12
    Bir günün və ya hansısa bir zamanın nəhs olması bu mənadadır ki,o zaman ərzində şər və fəlakətdən savayı heç bir müsbət bir hadisə baş verməmiş olsun,habelə,bir şəxsin hansısa bir əməli və ya xüsusi olaraq hansısa bir əməl öz sahibinə xeyir və bərəkət verməmiş olsun.Bir günün uğurlu sayılması ...
  • İnsan və Allah tərəfindən olan hidayətlər.
    8718 Qədim kəlam 2011/01/04
    İnsanların düz yola hidayət olması iki qismə bölünür:Birincisi insanın daxilindən (fitrətən) gələn tohid səsidir ki, buna bəzən təbii (təkvini) hidayət və vicdanın səsi də deyirlər.Qurani- kərimin bəyanına əsasən bütün dünya insanları, Allah taalanın lütfü sayəsində bu hidayət növündən bəhrələnərək ilahi şəriətə tərəf yönəlmişdir.İkinci hidayət yolu isə möminlərə ...
  • Nəyə görə Allah-Taala Quranı tərtillə oxumağı göstəriş verib?
    9726 Quran elmləri 2011/08/23
     Qurandabuayə - “Həmdəaramla (ağır-ağır) Qur’anoxu!”
  • İmam Hüseyn (ə)- ın qırxı barəsində izah verə bilərsinizmi?
    16028 تاريخ بزرگان 2012/02/13
    Qırx mərasimi barəsində bizim dini mədəniyyətdə qeyd olunan, səfər ayının iyirmisinə təsadüf edən həzrət Seyidüş- şühədanın şəhid olmasının qırxıncı gününü yad etməkdir. İmam Həsən Əsgəri (ə) hədislərin birində, möminin beş əlamətinin olduğunu buyurmuşdur: Əlli bir rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük salmaq, alını torpağa qoymaq və namazda bismillah ucadan ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168597 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166493 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121892 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115841 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114995 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96491 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60651 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56526 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49211 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47279 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...