Ətraflı axtarış
Baxanların
4952
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Qənaətin həyatda nə kimi təsirləri vardır və onu xəsislikdən necə seçmək olar?
Sual
Qənaətin həyatda nə kimi təsirləri vardır və onu xəsislikdən necə seçmək olar?
Qısa cavab

Qənaətin lüğətdəki mənası “ehtiyac duyulan şeylərin az miqdarı ilə kifayətlənmək”, “insana nəsib olan şeylərə razı olmaq”dır. Hədislərdə qənaət kəlməsi bəzən “mütləq şəkildə olan razılıq” kimi istifadə edilir. Qənaətlə paxıllığın fərqində də demişlər: Qənaət əksər hallarda fərdi əxlaqda irəli çəkilir, onun mənası “həyat və məişət imkanlarından düzgün şəkildə istifadə etmək, xərclərdə ifratdan çəkinmək və hətta az da olsa, Allahın verdiyi nemətlərlə razılıq” deməkdir. Amma paxıllıq ictimai əxlaqa aiddir. Onun mənası budur ki, insan başqalarına kömək etməli olduğu vaxt, özünün maddi və etibari imkanlarından cəmiyyətin ehtiyac duyduğu sahələrdə istifadə etmək zamanı paxıllıq edərək heç nə xərcləməsin.

Ətreaflı cavab

Qənaət mövzusunu araşdırmazdan qabaq onun lüğətdəki və termindəki mənasını, paxıllıqla olan fərqlərini araşdırırıq. Sonra onun müsbət dəyər və təsirlərini qeyd edəcəyik.

Qənaətin mənası və onun paxıllıqla fərqi

a) Qənaətin mənası

Qənaət lüğətdə insanın ehtiyac duyduğu şeylərdən az miqdarla kifayətlənməsi və ona nəsib olan şeylərə razı olmasıdır.[1] Hədislərdə bəzən qənaət kəlməsi “mütləq şəkildə razılıq” mənasına gəlmişdir. İmam Əli (əleyhis-salam) Osman ibni Hüneyfə yazdığı məktubda buyurur: “Camaat mənə “o, möminlərin əmiridir!” - deyə (sözündən) özümü qane edimmi, amma ruzigarın çətinliklərində onlarla şərik olmayım?!”[2]

Əxlaq elmində qənaət hərisliyin və tamahkarlığın antonimi hesab olunur. Qənaət sifəti insanın ehtiyac və zərurət miqdarı ilə kifayətlənməsinə, ondan artığını istəməməsinə səbəb olur.[3] Buna əsasən, demək olar ki, qane şəxs – az miqdarla kifayətlənən, narahat olmayan və öz payına razı olan şəxsdir.

b) Qənaətin paxıllıqla fərqi.

Qənaət ilə paxıllığın fərqində demişlər: Qənaət əsasən, fərdi əxlaqda irəli çəkilir. O, həyat imkanlarından düzgün şəkildə istifadə etmək, həyat və məişət xərclərində ifratdan uzaq olmaq və ilahi nemətlərə razı olmaqdır, hətta bu nemətlər az olsa da belə. Amma paxıllıq ictimai əxlaqa aiddir: insan başqalarına kömək edərək, özünün maddi və etibari imkanlarından istifadə etməklə ehtiyaclıların əlindən tutub yardım etməli olduğu hallarda paxıllıq edərək mal xərcləmir. Qənaət etmək insanın səbir, zöhd, alicənablıq və s. əlamətidir. Halbuki, paxıllıq rəzalət sifətidir, insanın özünü istəməsindən (xudbinliyindən) və nəfsinin həqarətindən irəli gəlir.

Bu məsələ barəsində insanları dörd qismə bölmək olar:

1. Özü yeyir, başqalarına da ehsan edir; Bunlar infaq əhlidir.

2. Özü yemədən başqalarına ehsan edir; Bunlar isar (fədakarlıq) edənlərdir.

3. Özü yeyir, lakin başqalarına vermir; bunlar paxıllardır.

4. Nə özü yeyir, nə də başqalarına verir, bunlar alçaq insanladır.

Mümkündür, insan nə özünün mal-dövlətindən bəhrələnsin, nə də başqalarına bir şey versin. Paxıllıqdan da aşağı səviyyəli olan bu halət ən alçaq və mənfur bir halətdir. Çünki paxıl insan başqalarına heç bir şey verməsə də, heç olmazsa, özü öz malından bəhrələnir. Ən yaxşı hal budur ki, insan qənaətə riayət etməklə öz malından lazımi qədər bəhrələnsin, artıq qalanını başqalarına infaq etsin və onları da öz malından bəhrələnməkdə şərik etsin, nəticədə cəmiyyətdəki fəqir və ehtiyaclılarla həmdərd olsun.

Qənaətə əməl etməkdə əql çox mühüm bir amil sayılır. İmam Əli (əleyhis-salam) buyurur: “Ağlı olan insan qənaət edər.”[4]

Qənaətin malik olduğu müsbət cəhətlərə görə əql onu seçib onu insanın xeyrinə dəyərləndirir.

Qənaətin dünyada malik olduğu müsbət təsir və səmərələrdən bəziləri: insanın başqalarından ehtiyacsız olması, çatışmazlıqlara dözmək üçün qüdrətli olmaq və ona səbir etmək. Qənaətcil insan zahirdə maddi imkanlardan az istifadə etsə də, lakin qənaətin son nəticəsinə görə bu əməl ağıl tərəfindən qəbul olunur. İnsanın dünya və öz nəfsi barəsində mərifət və agahlığı nə qədər çox olsa və insani məsələlərə nə qədər dərindən diqqət yetirsə, bəyənilən insani sifətlərə və əxlaqi keyfiyyətlərə sahib olmağa, o cümlədən qənaəti qəbul etməyə bir o qədər çox hazırlıqlı olur.

Deməli, qənaət insanın həyat və məişətində, eləcə də davranış və rəftar səviyyəsində vücuda gələn zöhd (dünyaya bağlı olmamaq) səciyyəsindən və halətindən bir cilvədir. Həqiqətdə zahidlik və qənaət əsasında olan yaşayış hərislikdən, eyş-işrətdən və s. rəzil sifətlərdən uzaq olan sadə bir həyatdır. Əli (əleyhis-salam) da qənaəti sadə, yüngül və təmtəraqsız bir həyat kimi izah edərək buyurur: “Dünyadan az miqdarla kifayətlənin ki, dininiz sağlam qalsın. Çünki mömin ona kifayət edən az miqdarla qənaətlənir.”[5]

Ümumiyyətlə, qənaətin mənası paxıllıq etmək və ya mal-dövləti xərcləməmək deyildir; qənaət odur ki, insan öz maddi imkanlarından düzgün və münasib şəkildə bəhrələnsin, cəmiyyətdə islam göstərişlərinə müvafiq olan normal məsrəf nümunələrinə riayət etsin, bu məsələlərdə ifratçılıqdan ciddi şəkildə uzaq olsun.[6]

 

Qənaətin səmərəsi

Qənaətin çoxlu müsbət, hərisliyin isə çoxlu mənfi təsirləri vardır. Aşağıda onların bəzilərini qeyd edirik:

Qənaətin müsbət təsirləri

a) İzzət və başıucalıq.

Quran tam aşkar şəkildə buyurur ki, izzət yalnız Allaha, Onun Rəsuluna (səlləllahu əleyhi və alih) və möminlərə məxsusdur.[7] Bu izzət və başıucalıq böyük əhəmiyyət daşıdığına görə, mömin şəxsə başqalarının qarşısında xar və zəlil olmağa heç bir vəchlə icazə verilmir. İmam Sadiq (əleyhis-salam) buyurur: “Allah möminin bütün işlərini onun özünə həvalə etmişdir, lakin ona, özünü zəlil və xar etməyə icazə verməmişdir. Məgər Allahın bu barədə belə buyurduğunu eşitməmişsənmi: “İzzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”?! Buna əsasən, mömin şəxsə layiqdir ki, həmişə izzətlə yaşasın və zilləti heç vaxt qəbul etməsin.”[8]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Möminin özünü zəlil etməsi layiq deyildir.”[9]

Şübhəsiz, insanın alicənab və izzətli olması, habelə zillətdən, xarlıqdan uzaqlaşması amillərindən biri də qənaətdir. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: “Heç kəs qane (qənaətli) adamdan əziz deyildir.”[10] “Qənaət izzətə səbəb olur.”[11] “Qənaət izzətə və başqalarından ehtiyacsızlığa səbəb olur.”[12] “Qənaət ən möhkəm izzətdir.”[13]

b) Sonsuz və tükənməz xəzinə

Həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Qənaət fani olmayan və tükənməyən bir xəzinədir.”[14] Yenə buyurur: “Qənaət heç vaxt tükənməyən maldır.”[15] Həzrət Əli (əleyhis-salam) buyurur: “İnsanı, qənaətdən də çox ehtiyacsız edəcək bir xəzinə yoxdur.”[16]

v) Qənaət və ehtiyacsızlıq

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Ehtiyacsızlıq mal-dövlətin və sərvətin çoxluğunda deyil, yalnız ehtiyacsızlıq ruhiyyəsindədir.”[17]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs Allahın ona ruzi verdiyi şeylərə qane olsa, ən ehtiyacsız adamdır.”[18] Yenə buyurur: “Ən yaxşı ehtiyacsızlıq qənaətdir.”[19]

Əli (əleyhis-salam) buyurur: “Qənaət (bütün) ehtiyacsızlıqların başıdır.”[20]

 

Qane (qənaətcil) olmamağın (hərisliyin) ağır təsirləri

a) Zillət və xarlıq

Hər kəs Allah tərəfindən onun üçün ruzi verilənlərə razı olmasa, istər-istəməz başqalarının malına tamah gözü dikəcək, nəticədə ehtiyac əllərini onlara tərəf uzadacaqdır. Bu da onun xar və zəlil olmasına səbəb olacaqdır.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Mömin üçün necə bir çirkin haldır ki, onu əlil və xar edən (şeylərə) meyl və rəğbəti olsun!”[21]

Mərhum Əllamə Məclisi bu hədisin izahında buyurur: “Məzəmmət olunan və insanın zillətinə, xarlığına səbəb olan meyl və rəğbət dedikdə məqsəd budur ki, insan başqalarına əl açsın, onlardan bir şey istəsin. Amma Allahdan bir şey istəmək, Ona diqqət yetirib rəğbət göstərmək zillət olmamaqdan əlavə, başı ucalığın səbəbi və eyni ilə izzətdir.”[22]

b) Həmişəlik nigarançılıq

Hərislik və tamahkarlığın nəticələrindən biri insanın həmişə nigaran olub təşviş hissi keçirməsidir.

İmam Baqir (əleyhis-salam) “Heç vaxt gözlərini onlardan bir qrupuna verdiyimiz maddi nemətlərə dikmə! Çünki bunlar dünya həyatının çiçəkləridir və onları sınaqdan keçirmək üçündür. Pərvərdigarının ruzisi daha əbədidir” ayəsinin şəni-nüzulu barəsində buyurur: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu ayəni eşidən zaman qalxıb düz oturdu və buyurdu: “Hər kəs Allaha ürək bağlamasa, dünya həsrəti onu əldən salar və həlak edər. Hər kəs camaatın sərvətindən və mal-dövlətindən (tamah) gözünü çəkməsə, hüznü və qəm-qüssəsi uzun olar, qəzəbi sönməz. Hər kəs Allahın nemətini yalnız yeməlilər və içməlilər hesab etsə ömrü az, əzabı (dərdi və bəlası) yaxın olar.”[23]

Deməli, insan öz həyatında həmişə orta səviyyədə yaşamalı, qənaətə adət etməlidir. Əks halda, səadət və xoşbəxtliyin üzünü görməyəcəkdir.

 


[1] Tureyhi, Fəxrəddin, “Məcməul-bəhreyn”, 4-cü cild, səh. 384, “Mürtəzəvi” kitab mağazası, Tehran, 1375-ci şəmsi il

[2] “Nəhcul-bəlağə”, səh. 418, “Hicrət” nəşriyyatı, Qum

[3] Nəraqi, Molla Məhdi, “Camius-səadat”, 2-ci cild, səh. 104, “Ə’ləmi mətbuat” müəssisəsi, Beyrut

[4] Amədi, Əbdül-Vahid ibni Məhəmməd, “Ğurərul-hikəm”, səh. 391, “Dəftəri təbliğat” nəşriyyatı, Qum, 1366-cı qəməri il

[5] Yenə orada, səh. 393

[6] http://amoozeh.ir/Archive saytından iqtibas (azacıq dəyişiklik və redaktə ilə)

[7] “Munafiqun” surəsi, ayə: 8

[8] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 5-ci cild, səh. 63, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci qəməri il

[9] Seyid ibni Tavus, “Əl-yəqin”, səh. 336, “Darul-kitab” müəssisəsi, Qum, 1413-cü qəmər il.

[10] “Ğurərul-hikəm”, səh. 392

[11] Yenə orada, səh. 391

[12] Yenə orada

[13] Yenə orada

[14] Fəttal Nişapuri, Məhəmməd ibni Həsən, “Rovzətul-vaizin”, səh. 456, “Rəzi” nəşriyyatı, Qum.

[15] Yenə orada

[16] “Nəhcul-bəlağə”, səh. 560, “Darul-hicrət” nəşriyyatı, Qum.

[17] Hərrani, Həsən ibni Şöbə, “Töhəful-üqul”, səh. 57, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1404-cü qəməri il

[18] “Kafi”, 2-ci cild, səh. 139

[19] Təbrəsi, Əbul-Fəzl Əli ibni Həsən, “Mişkatul-ənvar”, səh. 130, “Heydəriyyə” kitabxanası, Nəcəfi-Əşrəf, 1385-ci qəməri il.

[20] “Ğurərul-hikəm”, səh. 392

[21] “Kafi”, 2-ci cild, səh. 139

[22] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 7-ci cild, səh. 171, hədis, 25 “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[23] Yenə orada, 67-ci cild, səh. 317, hədis 25

Bu hissə “Nöqtəhayi ağaz” kitabından ixtisarla götürülmüşdür: Məhdəvi Kəni, Məhəmməd Rza, “İslami mədəniyyət” nəşriyyatı, Tehran, 1376-cı şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    124738 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    94404 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    75596 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    61437 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    58980 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38742 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    30536 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    27719 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    27516 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25891 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...