Ətraflı axtarış
Baxanların
5315
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
İnsi- şeytan nədir?
Sual
İnsi- şeytan nədir?
Qısa cavab

"Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur.

Bu mövzudada "insi- şeytan sözündən əsas məqsəd məhz yer üzündə fitnə- fəsad törədən və insanları haqq yoldan azdıran şeytan sifətli şəxslərdir. Belə insanlar haqq yoldan azmaqla bərabər, başqalarını da öz arxalarınca sürükləməyə çalışırlar.

Ətreaflı cavab

"Şeytan sözü ərəb mənşəli olub "şətənə" sözündən götürülərək uzaqlaşdırılmış, qovulmuş mənasını daşıyır. İlk dəfə iblis Allahın əmrindən boyun qaçırdığı üçün ilahi rəhmətdən uzaqlaşdırılmış və bu ada layiq görülmüşdür.[1] Buna görə də "Şeytan" sözü iblis sözündən tamamilə fərqlənir. Çünki, iblis xüsusi bir yaranmışın ismidir (adıdır) Başqa sözlə desək, "Şeytan" sözü pis əməllərin nəticəsində hər hansı bir yaranmışa deyilə bilər. Amma iblis xüsusi bir ad olduğu üçün hamıya deyilə bilməz. bundan əlavə iblis, ilk dəfə Allahın əmrindən boyun qaçırmaq Adəmə (s) səcdə etmədiyi və onu yoldan çıxartdığı üçün bu oda layiq görülmüşdür. Həmçinin bu saatdada yaşayaraq, öz dəstəsi ilə (insan və cin) insanları haqq yoldan azdırmaq üçün pusquda durmuşdur.[2]

Sihahul lüğəti bu barədə belə yazır: "Əgər hər hansı bir canlı, istər insan olsun, istərsədə cin və ya heyvan haqq yoldan azarsa (haqqa boyun əyməzsə) "Şeytan" adlanır."[3]

Qurani- kərimdə də "Şeytan" sözü şərr, zərərverici, haqq yoldan azaraq başqalarını da azdırmaq istəyən yaranmışlar barəsində işlədilmişdir. Məsələn: Allah- Taala Qurani- kərimdə buyurur:

«انما یرید الشیطان ان یوقع بینکم العداوة و البغضاء...»[4]

"Şeytan sizin aranızda kin- küdurət və düçmənçilik salmaq istəyir."

«و کذالک جعلنا لکل نبی عدواً شیاطین الانس و الجن»[5]

Biz hər peyğəmbərlər üçün cin və insan şeytanlardan düşmənlər qərar verdik.

Bu və başqa ayələrdən məlum olur ki, "Şeytan" dedikdə heç də iblis və ya ayrı məxluqat nəzərdə tutulmur. Əksinə, iblis bir çox pis və şərr əməllərinə görə "Şeytan" deyilir.[6]

Bəzi hədislərdə "şeytan" sözünün mikrob kimi işlədilməsinə də rast gəlmək olar. Məsələn:

«لاتبیتوا القمامة فی بیوتکم... فانها مقعد الشیطان»[7]

Zibil cəm etdsiyimiz qabları gecə evdə saxlamayın çünki, ora şeytanın yeridir".

Zibil qabı ziyanverici həşaratların və mikrobların cəmləşdiyi yer olduğu üçün hədisdə imam (ə) "Şeytan" sözündən istifadə etməklə həm mikroba həm də ziyanverici həşaratlara işarə etmişdir. Bundan əlavə Allah- Taala Qurani- kərimdə təkəbbürü, nəfsani istəkləri, o cümlədən həsədi və münafiqləri "Şeytan" adlandırmışdır.[8]

Bir çox hədislərdən və ayələrdən belə nəticə alırıq ki, "Şeytan" sözünün müxtəlif mənaları vardır. Belə ki, bütün pisliklər və Allahın rəhmətindən uzaq olan hər bir şey "Şeytan" adlanır. Amma bunu da qeyd edək ki, bütün pisliklərin və şərr əıməllərin başında iblis və onun ordusu (insan və cin) durduğu üçün onu şeytanın bariz nümunəsi kimi göstərmək olar.[9]

Başqa sözlə desək, "şeytan" sözünü "şərr" sözünün sinonimi kimi başa düşmək olar.

Qurani- kərimdə iblis sözünün yerinə şeytan kəlməsinin əsas səbəbi də budur ki, iblis şəytənətlərin (şərr cin və insanlar) içində pisliklərin ən uca mərtəbəsində özünə yer almışdır.[10] Amma iblisin özü hansı tayfadandır? Cin, insan yoxsa mələk sualına gəldikdə isə, Quran ayələrinə əsasən onun cinnilərdən olması məlum olur.

«... فسجدوا الاّ ابلیس کان من الجن ففسق عن امر ربه...»[11]

"Cinnilərdən olan iblisdən savayı hamı səcdə etdi".

Nəticə:

Hər kəs Allahın əmrindən çıxaraq fitnə- fəsad törədə və başqalarını da bu işə sövq edərsə ona şeytan deyərlər. həmçinin bu pis əməlin sahibinin hər bir tayfadan olması mümkündür. Məsələn: Cin, insan, heyvan və sair.

Bundan əlavə bu mövzuda "insi- şeytan" kəlməsindən məqsəd, mətində qeyd etdiyimiz pis sifətlərə malik olan insanlardır.

Mövzuya aid geniş məlumat üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

  1. Şeytan və ölüm, səh 398 (sayt 849)

  2. Nalə və şeytanın şivəni, səh 762

  3. Şeytanın yaradılış fəlsəfəsi, səh 233

  4. Şeytanın məqsəd və proqramları, səh 234



[1] - Məcməul bəhreyn, maddeye şeytan

[2] - Şiri təmədari, Cəfər, lüğəti Quran təsirinin şərhi, cild 2, səh 290, Bistuni, Muhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 2

[3] - Sihahul lüğəti, əlnun babı, Şin fəsli, şeytan sözü, cild 5, səh 2144

[4] - Maidə surəsi, ayə 91

[5] - Ənam surəsi, ayə 112

[6] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 13- 14

[7] - Rey şəhri, Məhəmməd, Mizanul hikmət, cild 13, səh 63 40

[8] - Musəvi, Qərəvi, Məhəmməd Cavad, Quran baxımından Adəm kitabı, cild 2, fəsil 9, itlaqatı şeytan, səh 337- 398

[9] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı səh 13- 14

[10] - Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi kitabı, cild 1- 3, səh 297- 298

[11] - Kəhf surəsi, ayə 50

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    108646 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    82761 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    60564 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    43893 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    33587 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    28869 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23186 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23122 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22213 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21105 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...