Ətraflı axtarış
Baxanların
3586
İnternetə qoyma tarixi: 2012/02/07
Sualın xülasəsi
Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
Sual
Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
Qısa cavab

Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir:

1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. Və ya ancaq şəxslər barəsində ayələrin nazil olmasına işarə edir onunla əlaqədar hadisəni bəyan etmir: İmam Əli (ə) və başqa İmamlar şənində nazil olmuş ayələrin bəzisi kimi. [1]

2.             Qurani kərimin ayələri ki, tədricən münasibətlərdə müxtəlif zamanlarda və məkanlarda əziz Peyğəmbərə (s) nazil olurmuş, bu münasibətlərdən, zamanlardan və məkanlardan bəziləri bizim üçün rəvayət olubdur; amma onların hamısı bizim üçün nəql olmayıb və yaxud bizim əlimizə yetişməyibdir.

3.             Bir çox ayələr İmam Əli (ə) və sayir İmamların şənində nazil olub ki, onlardan hər hansı biri İmamət kimi bir əslin bəyanın və isbatı arxasıncadırlar.

O ayələrdən bəzisinin nazil olan yerlərinə baxan zaman və bu haqda araşdırmaları nəzərə alsaq başqa aylardan daha çox zihəccə ayında İmam Əlinin (ə) İmaməti və şənində ayə nazil olubdur; aşağıdakı ayələr kimi:

Bir: Ey Peyğəmbər! O şey ki, Allahın tərəfindən nazil olubdur kamil şəkildə (xalqa) çatdır, əgər yerinə yetirməsən, onun Peyğəmbərliyini yerinə yetirməyibsən və Allah səni xalqın (ehtimalı xətərlərindən) saxlayar və Allah kafir və tərs cəmiyyəti hidayət etmir". [2]

« یا أَیُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَ اللَّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لا یَهْدِی الْقَوْمَ الْکافِرینَ »

İki: Bu gün, sizin dininizi kamil etdim və öz nemətimi sizlərə tamamladır və İslamı sizin (əbədi) dininiz olaraq qəbul etdim.

« الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتی‏ وَ رَضیتُ لَکُمُ الْإِسْلامَ دیناً » [3]

Bu iki ayə zihəccə ayının 18- də İmam Əli (ə) İmaməti barədə nəql olubdur. [4]

Üç: "İnsan" surəsidə zihəccənin iyirmi beşinci günündə nazil olubdur; yəni həmən gecənin gündüzü ki, əsiri yedizdirdilər. [5]

Dörd: Sizin başçınız və rəhbəriniz, təkcə Allah və onun Peyğəmbəri və onlar ki, İman gətiriblər həminkilər ki, namaz qılırlar və ruku halında zəkat verirlər.

« إِنَّما وَلِیُّکُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذینَ آمَنُوا الَّذینَ یُقیمُونَ الصَّلاةَ وَ یُؤْتُونَ الزَّکاةَ وَ هُمْ راکِعُون » [6]

Zikr olunan şərafətli ayədə zihəccə ayının iyirmi dördündə nazil olubdur [7] , vilayət ayəsi adıyla mərufdur. [8]

Habelə zihəccə adıyla nazil olmuş başqa ayələr barədə və bu ayın münasibətləri haqqında artıq məlumat üçün Şeyx Mufidin "Məsaruş- şiə" kitabına müraciət olunsun. [9]

Bu barədə olunan araşdırmalara əsasən həzrəti İmam Əli (ə) İmamətində və şənində ayələrin daha çoxu zihəccə ayında nazil olubdur.

Bu sualın müfəssəl cavabı yoxdur.



[1]   - Heydər, Həsən Möhsin, Əsbabun- nuzulul- Qurani tarix və həqaiq, səh 113- 114, Əl- mərkəzul- aləmi lidderasatil- İslamiyyəh, Qum, birinci çap, 1385 M/ 1427 q.

[2] - Maidə, 67, "İmaməti həzrəti Əli (ə)" göstəricidən tutulma, sual 7277 (sayt: 7554.).

[3]   - Maidə, 3.

[4]   - R. K. Davər Pənah, Əbulfəzl, Ənvarul- irfan fi təfsiril- Quran, cild 10, səh 55 və 56, Sədr nəşriyyatı, Tehran, birinci çap, 1375 M. Habelə "Məsumların vilayətinin dəlilləri" Sual 6651 (sayt: 6736) "İmamətə və İmamlara etiqadın dəlilləri ; sual 321 (sayt: 2707) "İmam Əli (ə) İmamətinin Qurandan isbatı" sual 324 (sayt: 1817). Göstəriciləri kimi.

[5]   - Höccəti, Seyyid Muhəmməd Baqir, Əsbabi nuzul, səh 36, dəftəri nəşri fərhəngi İslami Tehran, altıncı çap, 1377 M.

[6]   - 7277 ci suladan tutulmuşdur. (sayt: 7554)

[7]   - Şeyx Mufid, Məsaruş- şiə, cild 41, Şeyx Mufid konfransı, Qum,birinci çap, 1413 q.

[8]   R. K. Göstəricilər "Məsumların vilayət dəliləri" Sual 6651 (sayt: 6736) : İmamətə və İmamlara etiqadların dəlilləri" sual 321 (sayt: 2707) "İmam Əli (ə) İmamətinin Qurandan isbatı" sual 324 (sayt: 1817).

[9]   - Məsariş- şiə, səh 32- 36.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar