Ətraflı axtarış
Baxanların
15609
İnternetə qoyma tarixi: 2011/02/15
Sualın xülasəsi
Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
Sual
Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
Qısa cavab

Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ölçülərdə bu hissələrdən təşkil olmuşdur.

Təfsir alimləri və Nəhcül- bəlağə şərhçiləri öz eolmləri həddində və elmin inkişaf etdiyi dövürdə, düşmənlərin nəzəriyyəsi teori axtarışları nəticəsində ki, təbiətşunaslıq alimləri tərəfindən ayələrin təfsirinə və rəvayətlərin şərhinə fikir söyləmişdilər deyirlər:

Şübhəsiz ki, Quranda olan "Duxan" tüstü kəlməsi lüğətdə olan tüstü mənasında deyil, çünki tüstü dedikdə oddan yaranan maddəyə deyilir. Amma Quran nəzərində tüstü oddan qalxan tüstü nəzərdə tutulmamışdır. Bəlkə sudan qalxan buxar nəzərdə tutulmuşdur ki, güclü dalğaların nəticəsindən yaranır.

Bunun üçündə İmam Əli (ə) sözlərində buyurur: Dünyanın yaradılışı sudan idi, Quranla da heç bir ixtilafı yoxdur; çünki buna heç bir dəlilimiz yoxdur ki, o həzrətin sudan məqsədi oksigen və hidrojendən təşkil olmuş su olsun. Bəlkə də mümkündür. İmamın (ə) məqsədi əridilmiş[i] maddə olsun. O həzrət o əridilmiş maddəni insanlar tanımadığı üçün, o maddəni su olaraq tanıtdırmışdır: Elə ki, əridilmiş maddə su kimi maye və rəvandır.

Nəticədə imam Əli (ə)- ın dedikləriylə yəni teoriylə deyilən: Dünyanın əsl maddəsi maye olmuşdur, heç bir ixtilafi yoxdur; çünki imam Əli (ə) buyurur: Suyun (və yaxud maye maddə) hərəkəti zamanı suyun üzərində köpüklər yarandı. Köpükdə məqsəd isə o zərrələrdir ki, maye maddədən onun üzərinə qalxaraq sonra isə ondan ayrılmışdır; yəni ondan parça- parça olaraq buxar kimi yuxarı qalxdı, buxardan səma köpükdən isə yer yarandı. Beləliklə yer həmin əridilmiş şəkildə olan maddələrdən idi, sonralar onun üzəri (üz qatı) bağlandı.

Bunların böyük partlayış nəzəriyyəsiylə üst- üstə düşdüyünü təsdiqləmək olar ki, dedyir: Ərimiş mayenin zərərləri (hissələri) yer olaraq yaranmışdır.

Bunun üçün də dünyanın ilk yaranış maddəsi üçün olan, Quran, rəvayət və yeni inkişaf etmişelmə yiyələnmiş alimlərin nəzəriyyəsini bu cür bir araya gətirmək olar ki, o da "su" və "yüstü" kəlməsinin təfsirini ərimiş maddə və qaz mənasında açıqlayaq. Amma buna diqqət etmək lazımdır ki, aşağıdakı nöqtələri nəzərdən qaçırmayaq:

  1. Baxmayaraq ki, Quranın lüğətdəki mənasında və elmdə bu mənaya çatırıq ki, dünya əvvəl isti qazlardan təşkil olmuşdur, amma Quranın (birinci partlayış) haqda açıq aşkar heç bir nəzəriyyəsi yoxdur.

  2. Yaradılış haqqında olan bir çox nəzəriyyələrin olmasına baxmayaraq bunu isbat edən aəlillərin olmadığı üçün, bunların heç birini Qurana nisbət vermək olmaz. Quran fizika vəkimya yox bəlkə hidayət kitabıdır; baxmayaraq ki, hidayət kitabıdır bəzi yerlərdə bu cür mübahisələrə də işarə etmişdir. Bunun üçün də bunun cavabı islam mənbəyindən olan tədqiqatlarından və Quranın elm cəhətindən möcüzəsi əsasında nümunə olaraq işarə etmişdir.

  3. Əgər böyük partlayış nəzəriyyəsi bir gün tam şəkildə isbat olunarsa, Quranın elm cəhətindən möcüzə olmasını isbat etməmişdir; çünki o nəzəriyyə Quranın bir nöz elm sirlərindən sayılır.



[i] - Məqsəd maye maddədir ki, səmavi və yerdə olan maddəyə çevrilməyə malikdir.

Ətreaflı cavab

Hər bir insan öz fikir və düşüncəsiylə həmişə səy edir ki, özünü və özü haqda olan hər bir şeyi tanısın. Xüsusilədə elmin müxtəlif mövzuda inkişaf etdiyi dövrdə və hər gün inkişaf etmiş texnikalarla çalışır ki, bu böyük kainatı və planetləri hər tərəfli olaraq tanısın. Madi elm və təbiət alimləri baxmayaraq ki, bu maddi dünyanın bəzi varlıqlarını tanımaqda müvəffəqiyyət əldə etmişlər və onun yaranması haqda bəzi nəzəriyyələr vermişdirlər. amma bunu da təyid etmək lazımdır ki, onların tapıb aşkar etdikləri, onlara gizli qalan sirlərin qarşısında çox azdır. Bunun üçün də dünyanın ilk yarandığı maddə haqda bir- birindən fərqli nəzəriyyələr verilmişdir ki, onu teori və yaxud nəzəriyyə adlandırmpışdırlar.

Quran kərim islam Peyğəmbərinin (s) möcüzəsi olaraq ki, o həzrətin risalətini təsdiqləyir, özü müxtəlif mövzularda möcüzədir; onlardan biri də elm baxımından möcüzə olmasıdır.

Quranın elmi möcüzə olması, elmin sirlərinə şamil olmasıdır ki, Quran onları açıqlayır. Amma Quranın nazil olduğu zaman çünki insanlar nadan olmuş, sənət və texnologiyanın inkişaf etmədiyi bir zaman idi, sonralar isə texnologiya və elmin inkişafı nəticəsində onlardan bəziləri aşkar olunmuşdur.

Əlbəttə Quranın risalət və hədəfi qarışıq elmi məsələləri həll etmək deyil, və bu cür məsələləri bəşəriyyətin öz ağılı və düşüncəsi ixtiyarına qoymuşdur.

Qurani kərim insanların ixtiyarında dəlilər verməklə insanı tövhidə doğru yönəldir və qiyamət gününə qarşı olan şübhələri aradan aparıb onun qəbul edilməsi üçün dəlillər açıqlayır. Bəs bu cür məsələlərin Quranda gəlməsi, Allahın varlığını və bir olmağlığın tanıtdırmaq üçündür.

Quranın nazil olması yalnız insanlar üçündür. Quran əsl qanun çərçivəsi daxilində varlığın dərk edilməsi və onu yaradanla olan rabitəni açıqlamaq üçün nazil olmuşdur.

Amma təbiət aləmində maddi elmlər və analizlər, texnika və onun bir çox yolları, təcrübələr, kəşf olunan şeylər və nəzəriyyələr insan ağılının ixtiyarında qoyulmuşdur ki, insan özü bütün bunlarda öz qüdrəti və səyi nəticəsində bunları dərk etsin.

Bunun üçün də elmi məqsədlər və təcrübələri Qurana nisbət vermək düzgün sayılmır.[1]

Beləliklə bu verilən suala cavab vermək üçün, əvvəlcə bəzi maddielm alimlərinin və filosofların nəzəriyyəsinə diqqət yetirək, sonra isə islam mənbələri, rəvayət və ayələrə diqqət yetirərək onların bir mənada olmasını əldə edəcəyik.

Dünyanın ilk maddəsi alimlərin və filosofların nəzərində:

"Tales" birinci Yunan filosofudur ki, 640- cı il milad ilindən əvvəl yaşamışdır. Onun nəzəriyəsi budur ki, dünya sudan yaranmış və bütün dəyişikliklər o ünsürlərin nəticəsindən yaranmışdır ki, suda təsir qoyur. O deyir, kiçik və böyük daşlar havanın dəyişilməsi nəticəsində yaranmışdır. Hava buxardan yaranmış sudur, buludlar isə buxar toplumudur. Od, su toplumunun bir- biriylə toqquşduğundan yaranır. Dünyada hər bir varlıq öz əsli olan suya bağlıdır.

Bu filosof iddia edir ki, bütün varlıq, keçmiş sulardan yaranmış və onun ətrafı buz bağlamışdır. Bu böyük parçalardan biri ayrılaraq suyun üzərində qalmışdır ki, onun adı yerdir.[2]

Təbiətşunas alimləri isə inanırlar ki, bu varlığın əsli isti qazlardır, açıq fəzanı doldurmuşdur və bir növ maddədir ki həmişə hərəkət halındadır.

Bir çox alimlər buna qaildirlər ki, dünya milyon illər bundan əvvəl" böyük partlayış" nəticəsində yaranmışdır. Hesab olunur o partlayışda, indiki olan bütün maddə və enerji yaranmışdır.

Böyük partlayış nəzəriyyəsi, dünyanın yaranması haqda məşhur nəzəriyyədir.[3] Bu teori bunu açıqlayır ki, dünya çox keçmiş dı, təqribiylə 13 milyard il əvvəl müəyyən bir an içərisində və bir nöqtədə yerləşmişdir ki, onda enerji və sonsuz proteinlər[4] var idi. Dünyanın yaranma tarixinə görə, bütün varlıq bir partlayışla başlamışdır ki, həddindən artıq istilik nəticəsində yaranmışdır. Beləliklə dünya hər an böyüdükcə, onda olan istilik də dünyanın məsafə böyüklüyünə bağlı olaraq istilik tempratoru aşağı düşdü.[5]

Bu alimlər öz tədqiqatlarında aləmin yaranması haqda bu nəticəni əldə etdilər ki, dünyanın ilk yaranış maddəsi maye yox, möhkəm maddədən ibarət olmuşdur. Beləliklə maddə əvvəl bir- birində sıxlaşmış qazlardan ibarət idi və möhkəm partlayış nəticəsində dünya yarandı.

Quran nəzərində dünyanın ilk maddəsi:

Quran təfsirçiləri, Hud surəsinin 7- ci ayəsini[6] və başqa[7] ayələri dəlil gətirərək deyirlər:

O şey ki, dünya ondan yaranmışdır sudur.

Seyyid Qütbun nəzəri budur ki, (Hud surəsinin 7- ci ayəsi) yalnız suyun, yerin və göyün yarandığı və Allahın ərşinin onda qərar tutmasına dəlalət edir. Amma bu necə su olmuşdur, qeyb aləmindədir onu başa düşmək üçün heç bir yol yoxdur.[8] Bəziləri də bildirirlər ki, Allah əvvəl suyu yaratdı, sonra isə göyləri və yeri, və bütün varlığı isə sudan yaratdı.[9]

Qurani kərim göyün yaranması haqda buyurur: " ثم استوی الی السما و هی دخان..."[10] sonra isə göyü yaratdı, o halda ki, tüstü idi. Bu ayə göyün tüstüdən yaranmasını açıqlayır.

İmam Baqir (ə) buyurur: bu tüstü oddan qalxan tüstüdən deyil.[11]

İmam Əli (ə)-ın nəzərində dünyanın ilk yaranış maddəsi:

İmam Əli (ə) Nəhcül- bəlağədə ilahi fellər açıqlayır yəni bütün varlıqların yaranması və aqibəti haqqında istər yer və göylə olan mücərrəd (gözə görünməyən varlıqlar) olsun. Istərsədə maddi (gözlə görünən varlıqlar) olsun, buyurur: " ثم انشأ سبحانه فتق الاجواء..."[12]

Allah fəza və cazibə qüvvəsini yaratdı və onun üzərində su kimi olan maye küləyi yaratdı ki, onun aşağısından təzyiq verərək suyu saxlasın. Sonra isə ikinci küləyi yaratdı ki, sudan olan küləkləri sürətlə bir- birinə çırpsın; və nəticədə çoxlu səslər yaranır.

Bu dalğaların bir- birinə çarpma nəticəsində, köpük dalğaları yaranır (köpüklərin əsli suyun kişik damcılarıdır ki, suyun üzərində köpük halına gəlir) və bu köpüklərdən göylər yaranmışdır.

Bəzi rəvayətlərdən və onlardan biri də o həzrətin özündən rəvayət olmuşdur, istifadə olunur ki, köpüklərdən tüstüyə oxşar buxar qalxır.[13] Əlbəttə bunların bir- biriylə heç bir ayrılığı yoxdur; çünki əgər bir yerdə çoxlu buxar yığılarsa və bir dəfəyə havaya buraxıldığı zaman tüstüyə oxşayacaqdır.

Bunun üçün də, əgər həzrətin bu sözlərini başqa rəvayətlərlə bir araya gətirsək, deyə bilərik ki, həzrət dünyanın əsl maddəsinin su olmasını bildirmişdir.

Ayə, rəvayət və təzə nəzəriyələrin bir yerə cəmləşdirilməsi:

Şübhəsiz ki, "Duxan" kəlməsindən məqsəd yəni Qurandakı tüstü kəlməsi onun termini mənası deyildir; çünki tüstünün od olduğu yerdən başa düşülür, təfsirçilər ilam Baqir (ə)- dan olan rəvayətdən istifadə edərək bir araya gələrək Quranda olan tüstünü oddan yaranan mənasında olmadığını bildirirlər. onun sudan qalxan şiddətli dalğaların nəticəsindən yaranmış buxardır ki, sudan yarandığını bilirlər. bundan əlavə bu nəzəriyyədə var ki, Hud surəsinin 7- ci ayəsində olan "Allahın ərşi" Allahın qüdrətindən kinayə olunmuşdur. Yəni Allahın, aləmi sudan yaratmasının qüdrətidir. Bu da imam Əli (ə)- ın buyurduğu cümlələrdir ki, buyurur: Aləmin yaradılışı sudandır və ...

Əlbəttə buna dəlilimiz yoxdur məqsəd oksigen və hidrogendən təşkil olan su olsun, bəlkə də mümkündü ki, məqsəd həmin maye maddədir; o dövrün insanlarına bu mayenin naməlum olduğu üçün, onun adı deyilməmiş və onu su adlandırmışlar. Beləliklə küləyi o yerdə ki həzrət buyurur suya hakim oldu; mümkündür məqsəd termini mənası olmasın bəlkə həmin maye maddəni hərəkətə gətirən güc və qüvvədir ki, o mayeni surətlə hərəkətləndirir.

Beləliklə imam Baqir (ə) sözlərindən məlum deyil dənizdən məqsəd nədir; İmam buyurur: O vaxt ki, Allah istədi göyləri yaratsın küləyə əmr etdi dənizlərin suyunu bir- birinə vurdu" buradakı dənizdən məqsəd, dənizlər və okeanların olması məlum deyildir; çünki bu cür dəryaların yaranması yerin yaranmasının bir hissəsidir, məsələ bundadır ki, söz planetlərin yaranmasındadır və onlardan biri də yer kürəsidir.

Bəs bu cür olduqda imam Əli (ə) nəzəri yeni nəzəriyyələrlə heç bir ixtiyarı yoxdur. O həzrətin buyurduğuna əsasən dünyanın yaranmasının əsl maddəsi su və təbiət alimlərinin deməsinə görə isə maye maddədir.

İmam Əli (ə) Nəhcül- bəlağədə buyurur: hərəkətin nəticəsində köpük yarandı. Köpükdən məqsəd həmin zərrələrdir ki, maye maddədən yuxarı qalxaraq ondan ayrılır; yəni əslində ondan parça- parça olaraq ayrılıb buxar kimi yuxarı qalxdı. Buxardan göy yarandı, köpükdən isə yer. Bunun üçün də yer o maye maddədən yaranıb sonra isə üz qat onda yarandı. Bu mətləbi böyük partlayış nəzəriyyəsiylə bu mənada bir bilmək olar ki, maye maddədən zərrəciklər ayrılaraq yer yarandı.

Bəz belə olduqda ayə və rəvayət nəzəriylə yeni elm alimlərinin nəzəriyyəsində heç bir müxalifətçilik yoxdur; çünki Quran və rəvayət nəzəriyəsin, yəni nəzəriyyəylə xüsusiylə "sedyum"[14] nəzəriyyəsiylə bir mənada və bir nəzəriyyədir. Çünki su və buxar mənasını maye maddə kimi nəzərdə tutmaq mümkündür.

əlbəttə bunu da qeyd edək ki, mütəkəllimlər ayə və rəvayətin öz mənasıyla kifayətlənirlər. onun heç bir məna daşımadığını bilərək qəbul etməmişlər və deyirlər: O cür ki, Allah hər bir şeyə qadirdir, bəs suyu yaratdı, sonra isə ondan yeri və göyləri yaratdı.

Bəziləri isə dəlil olaraq Quranın bu ayəsini ki, buyururlar: "Biz göylərin və yerin, onların öz nəfslərinin yaranmasını onların ixtiyarına qoymamışıq."[15] Dəlil gətirərək alimlərin nəzəriyyəsi, hələ də bir fikir olaraq qalmışdır, onu qəbul və yaxud rədd etmək olar; indiyə kimi onun elmi baxımdan doğru olması sabit olmamışdır. Çünki heç bir şəxs bu varlığın ilk maddə və keyfiyyətini görməmişdir.[16]

Ayənin zahirdəki ilk başa düşülən mənasını ki, aləmin ilk maddəsi su olduduğunu qəbul etmişdirlər.[17]

Bir çoxları isə göylərin və yerin sudan yaranmasının isbatı üçün, başqa açıqlamalar verərək deyirlər:

Aləm iki növdür:

  1. Maddə və yaranmış aləm.

  2. Əmr aləmi yəni gözə görünməyən varlıq, dəlil isə Əraf surəsinin 54- cü ayəsidir ki, buyurur: " الا له الخلق و الامر "

Yəni, "yaradılış və əmr Allaha məxsusdur." "yaradılışdan" məqsəd təbiət aləmi, "əmr"- dən məqsəd isə gözə görünməyən aləmdir.

Buna əsaslanaraq sudan məqsəd də, Allahın feyz və mərhəməti nəzərdə tutulur. Bu feyz və mərhəmət bütün aləmlərə şamil olur. Bunun üçün də cümlədən ki, su dalğalarının bir- birinə qarışmasıyla yer və göylər yaranmışdır, ondan məqsəd budur ki, ağıl aləmidir Allah taalanın feyz və mərhəməti nəticəsində əldə edirlər. onların öz feyzləri vardır və bu feyz və rəhmətin nəticəsindən maddi varlıq, yer və göy yaranmışdır.[18]

Sonda bu nöqtəni qeyd etmək lazımdır ki, ayə və rəvayətlərə nəzər salqıqda onların müxtəlif mənalarına da diqqət yetirmək lazımdır:

  1. Baxmayaraq ki, Quranın zahirdə olan mənalarından bunu dərk etmək olur ki, dünya əvvəl isti qazlardan təşkil olmuşdur, amma Quran başqa bir nəzəriyyə, böyük partlayış haqqında heç bir söz deməmişdir.

  2. Yaradılışın əvvəlini isbat edən dəlilin olmaması və yaxud olması haqda nəzəriyyələrin çox olmasına diqqət yetirdikdə, onların heç birisini Qurana nisbət vermək olmaz. Bunun üçün də bu sualın cavabını yalnız islam əsərləri, Quranın elmi baxımından möcüzə olması həddində cavablandırmaq mümkündür.

  3. Əgər bir zamanlar, böyük partlayış nəzəriyyəsi tamamiylə sabit olsa, Quranın və rəvayətlərin elmi baxımdan möcüzə olmasının təsdiqləyəcəkdir; çünki bu Quran və rəvayətlərin bir növ elmi sirrlərindən birisidir.[19] Bəs beləliklə heç bir şeyi Quran və rəvayətə nisbət verməyə ixtiyarımız yoxdur.



[1] - Seyyid Qütb bu haqda deyir: O müsəlmanlar ki, istəyirlər texnologiyanın köməyiylə bəzi şeyləri Qurana nisbət versinlər ki, Quranın tib, kainat və planet elmlərinə yiyələnən bir kitab kimi tanıtdırsınlar; amma Quranın nəzəri bu deyil, sadəlikdən deyirlər: Quran öz mövzusunda kamil bir kitabdır; onun mövsuzu bütün bu elmlərdən üstündür; çünki Quranın mövzusu insanın özüdür. Təfsir fi- zülalil- Quran, cild 1, səhifə 181.

[2] - Əbdül Qəni, Xətib, Quran və elme emruz. (tərcümə Əsədullah mubəşşiri), səhifə 69- 70.

[3] - 1927- ci ildə Beljik astronomu olan Jerj Lumter, bu nəzəriyəni verdi ki, əvvəlcə dünya çox kiçik idi, o bunu "kainatın yumurtası" adlandırmışdı, sonra isə böyük partlayış nəticəsində bu aləm yarandı, 1930- 1940- ilk on illikdə "kainat yumurtası" nəzəriyyəsi" böyük partlayış". Adlı nəzəriyyəylə dəyişildi. Daneşnameye Aksford, cild 1, səhifə 90.

[4] - Hər hansı bir şeyin ölçüsünə deyilir.

[5] - Əlavə məlumat üçün düşüncə saytları, Taraskar və məcəlleye roşd- a baxa bilərsiniz.

[6] - " و هو الذی خلق السموات و الارض فی ستة ایام و کان عرشه علی الماء..." O, bir kəsdir ki, göyləri və yeri altı günə yaratdı, ərşi isə suyun üstündəydi.

[7] - Misal üçün: " و جعلنا من الماء کل شی حی " hər bir canlı varlığı sudan yaratdıq. Ənbiya surəsi, ayə 30.

[8] - Seyyid Qütb, təfsire fi zülal, cild 4, səhifə 1857.

[9] - Dairətul məarife Qurane kərim, cild 1, su kəlməsi.

[10] - Fussilət surəsi, ayə 11.

[11] - O zaman ki, Allah göyü yaratmaq istədi küləklərə əmr etdi, dənizləri bir- birinə vursun ki, külək yaransın. Bu dalğa və köpüklər ki, suyun üzərində idi onlardan odsuz tüstü qalxdı, Allah o tüstüdsən göyləri yaratdı. İbni Meysəm, Nəhcül- bəlağənin şərhi, cild 1, səh 138.

«لما ارادالله سبحانه و تعالی ان یخلق السماء، امر الریاح فضربن البحر حتی ازبد فخرج من ذالک الموج والزید دخان ساطع من وسطه من غیرنار، فخلق الله منه السماء»

[12] - Nəhcül- bəlağə, cild 1, ondan sonra Allah cazibə qüvvələrini bir- birindən ayıraraq onun ətrafın açdı və boşluqlar yaratdı. Onda isə coşan su dalğalarını qərar verdi, onları möhkəm və tufanlı buludlara yükləndi ki onları daşısın. Sonra isə onun çevrilməsinə əmr etdi. Ona qüdrət verdi ki, onu saxlasın o vaxta qədər ki, onun altında suyun axması üçün boşluq yaransın, su da onun üstündə hərəkətdə idi. Sonra Allah tufan göndərdi ki, yalnız o suyu bir- birinə vururdu, bundan sonra ona əmr etdi o böyük su dalğalarını bir- birinə vursun və bu su dalğalarını hər tərəfə göndərsin. Sonra onu süzmə kimi bir- birinə vurdu. Tərcümeye Quya və şərhe foşordeye bər Nəhcül- bəlağə, cild 1, səhifə 50.

[13] - İbni Meysəm, Şərhe Nəhcül- bəlağə, cild 1, səhifə 138.

[14] - Sedyom, planetlərdə olan tozlarla qarışmış qazlara deyilir bir sözlə qazdır ki, onda möhkəm və maye maddələr vardır. Alimlər onu Qurandakı (Duxan) tüstü olaraq bilirlər.

Bəzi nəzəriyələr bildirir ki, günəş ulduzlar yer və ... maye isti qaz maddəsindən yarandığını bildirirlər ki, onun sürətlə hərəkətdə olmasından yaranmışdır. Buna görə də mümkündür sudan məqsəd həmin maye maddə olsun. Sedyom bu qaz və tüstüdür ki, bu maddənin sürətli hərəkəti zamanı yaranır; göylərdə ondan yaranmışdır.

[15] - Kəhf surəsi, ayə 51

«و ما اشهدتم خلق السموات و الارض...»

[16] - Əbdül Qəni, Xətib, Quran və ulume emruz. (tərcüme Əsədullah Mübəşşiri), səhifə 85- 86.

[17] - Əlavə məlumat üçün: Nəhcül- bəlağənin şərhi, İbn Meysəm, cild 1, səhifə 138- 155.

[18] - Maddi varlıqların yaranışı haqda əlavə məlumat üçün bax. Şərhe ibn Meysəm bər Nəhcül- bəlağə, cild 1, səhifə 138.

[19] - Əlavə məlumat üçün bax: Pejuheşi dər ecaze elmiye Quran, Məhəmməd Əli Rzayi

sfəhani, cild 1, səhifə 93- 105.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    90383 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    59542 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    48386 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    29272 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    19888 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19212 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    17014 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    15609 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    15099 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    14874 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər