Ətraflı axtarış
Baxanların
6843
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsinin mənası nədir?
Sual
وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ “Yetimlər həddi-buluğa çatana qədər onları imtahan edin” ayəsi barəsində bir qədər izah verin.
Qısa cavab

Allah-taala bu ayədə yetimlərin qəyyumlarına göstəriş verib buyurur ki, onların mal-dövlətlərinə nəzarət edin, sərmayələrini qoruyub saxlayın. Qəyyumluq dövründə yetimləri, həddi-buluğa və ağlı kəsən dövrə çatdıqları zamana qədər sınaqdan keçirin. Onların həddi-buluğa və əqli kamilliyə çatdıqlarını bildiyiniz zaman mal-dövlətlərini özlərinə qaytarın. Bu imtahanın səbəbi budur ki, həddi-buluğa və izdivac həddinə çatdıqları zaman öz mal-dövlətlərindən düzgün istifadə etmək, onları özünün fərdi və ictimai mənfəətlərində sərf etməklə əlaqədar kifayət qədər (əqli) inkişaf etmələri məlum olsun. Yetimin malını mənimsəmək və israf etməkdən çəkinin. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından heç bir şey (əmək haqqı olaraq) özünə götürməsin. Əgər yoxsuldursa, adi qaydada və həyat zərurətinə münasib olaraq onun ixtiyarında olan mal-dövlətdən əmək haqqı götürsün.

Buna əsasən, qəyyumların vəzifəsi budur ki, yetimlərin əql, düşüncə və səlahiyyətlərini yoxlasınlar; əqli cəhətdən kamal həddinə çatdıqları surətdə mal-dövlətlərini və sərvətlərini onların özünə qaytarsınlar.

Ətreaflı cavab

Sualda qeyd olunan ayənin[1] şəni-nüzulu Sabit ibni Rəfaə və onun əmisi barəsindədir. Sabitin atası Rəfaə dünyadan getmiş və Sabit kiçik yaşlarında yetim qalmışdı. Onun əmisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gəlib soruşdu: “Qardaşım oğlu mənim öhdəmdədir. Onun mal-dövlətindən nə qədər istifadə edə bilərəm? Mal-dövlətini nə vaxt ona qaytarmalıyam?”

Bu zaman yuxarıdakı ayə nazil oldu.[2]

Məsələnin hökmünün aydınlaşması üçün əvvəlcə ayədəki əsas kəlmələri bəyan edir, sonra əsas mətləbə qayıdırıq. “İbtəlu” əmr felinin məsdəri olan “ibtila” kəlməsi imtahan mənasınadır.[3] “Nikah buluğu” dedikdə məqsəd insanın izdivac yaşlarına çatmasıdır. Deməli, həqiqətdə “Nikah həddinə çatmaq” əqli məcazdır. “Anəstum” feli də “iynas” kökündən alınmışdır və müşahidə mənasınadır, onda mehr-məhəbbət və ülfət mənası da gizlənmişdir.[4] Onun kökü “üns”dür. “Rüşd” kəlməsi əqli cəhətdən püxtələşmək mənasınadır.[5]

“Dəf edin və qaytarın” cümləsi göstərir ki, yetimin malını onun öz əlinə vermək lazımdır. “Fəə’tu” kəlməsinin yerinə gələn “fədfəu” kəlməsi buna görədir ki, o, həm təhvil vermək mənasını çatdırır, həm də zəhmət və məsuliyyətləri özündən dəf etməyə dair bir kinayədir. Bu ifadə çox aydın bir təbir olmaqdan əlavə, onda incə bir kinayə də vardır.

حَتَّى إِذا بَلَغُوا النِّكاحَ ... “Nikah dövrünə çatdıqları vaxta qədər” cümləsi əvvəldəki “imtahan edin” cümləsinin tamamlayıcısıdır. Mənası budur ki, yetimi müntəzəm surətdə imtahandan keçirin və bu imtahan müməyyizlik dövründən izdivac yaşlarına çatana qədər davam etməlidir. Həmin vaxt əqli cəhətdən inkişaf həddinə çatdığını görsəniz, mal-dövlətini onun öz əlinə (ixtiyarına) verin. Bu təbir imtahanın müəyyən qədər davam etməsini göstərir, habelə bunu da çatdırır ki, yetim uşaq əqli cəhətdən ayırd etmə həddinə çatmaq istədiyi, yəni imtahan olunmağa ləyaqətli bir vaxta çatdığı zaman onu imtahandan keçirin və bu imtahan izdivac yaşlarına qədər davam etməlidir.

Məsələnin təbiəti də bunu tələb edir. Çünki sadəcə bir-iki dəfə imtahan etməklə uşağın əqlinin kamil olmasını təyin etmək olmaz; uşaqda əqli kamillik müşahidə olunana qədər imtahan davam etməlidir. Uşaq müməyyizlik həddindən sonra əvvəlcə “rəhaq” həddinə,[6] sonra isə izdivac yaşlarına və əqli inkişaf həddinə çatır.[7]

Buna əsasən, ayənin məcmusunun mənası belə olur: Yetimi imtahandan keçirin, əgər onda əqli kamillik müşahidə etsəniz, mal-dövlətini onun özünə qaytarın. Kəlamın bu cür düzümü bizə çatdırır ki, izdivac yaşlarına çatmaq yetimin mal-dövlətini özünə təhvil vermək üçün tam səbəb deyil, sadəcə onu tələb edəndir – müqtəzidir. Səbəb o zaman tamamlanar və yetim öz malında müstəqil şəkildə istifadə edə bilər ki, əqli inkişaf həddinə də çatmış olsun. Çünki maddi istifadələrdə yaşca həddi-buluğa çatmaqdan əlavə, əqli buluğ da şərtdir. Buradan aydın olur ki, islam dini həddi-buluğ məsələsini bütün sahələrdə eyni mənaya götürməmişdir. İbadət, cəza qanunları və diyə kimi məsələlərdə buluğu şəri yaş həddinə, yəni izdivac yaşına çatmaq hesab edir. Amma mal-dövlətində təsərrüf etmək, məhkəmədə iqrar etmək və s. məsələlərdə əqli kamala çatmaqdan ibarət olan digər bir şərt də əlavə edilir. Bu, islamın şəriət qanunları barəsində işlətdiyi incəliklərdən biridir. Çünki əgər, mal-dövlətdən istifadə və sair kimi işlərdə əqli kamal məsələsini şərt hesab etməsəydi və mötəbər saymasaydı, yetimlər kimi insanların ictimai həyatında xələl və  pozuntu əmələ gələrdi.[8] İmam Sadiq (əleyhis-salam)-dan sözü gedən ayədəki “rüşd” kəlməsinin mənası barəsində soruşdular, həzrət buyurdu: “Rüşd – mal-dövlətin qorunmasına dair qüdrət və bacarıqdır.”[9]

Deməli, yetimlərin qəyyumlarının vəzifəsi budur ki, onların düşüncə, səlahiyyət, iqtisadi cəhətlərdən və s. əqli kamallarını yoxlasınlar, əqli qüvvələri kamal mərhələsinə çatdığı zaman onların mal-dövlətini öz ixtiyarlarına təhvil versinlər.[10]

Allah-taalanın yetimlərin qəyyumlarına vacib etdiyi məsələlərdən biri də budur ki, onların mal-dövlətini ciddi nəzarət altında saxlasınlar, yetim malını mənimsəməkdən və israf etməkdən çəkinsinlər. Əgər qəyyumun öz mal-dövləti vardırsa, yetimin malından özü üçün (əmək haqqı ünvanı ilə) heç nə götürməsin, əgər yoxsuldursa, adi qaydada və həyatın zərurəti qədər onun ixtiyarında olan maldan əmək haqqı götürsün.[11] Əlbəttə, əgər yetimin sərmayəsi nəzərə çarpmayacaq dərəcədə cüzi olsa, ondan heç nə götürməsinlər.[12]

Digər məsələ budur ki, yetim ağlı kamal həddinə çatanda əmlakını təhvil verdiyiniz zaman şahid tutun! Allah-taala şahidlik üçün kafi olsa da, bu şahidlik iki cəhətdən diqqət mərkəzində ola bilər: Birincisi budur ki, gələcəkdə yetimin “qəyyumu və kəfili tərəfindən onun özü və sərmayəsindən boş-boşuna xərclənməsi və israf edilməsi” ilə əlaqədar iddiası olmasın. İkincisi budur ki, əgər camaat arasında belə bir şayiə yayılsa özünü müdafiə etmək üçün qəyyumun tutarlı sənədi olsun.

Son məsələ: Yetimlərin necə imtahan olunması barəsində ixtilaf vardır; bəzi alimlər demişlər: Yetim əgər oğlandırsa, onu imtahan etmək üçün qəyyumu bir aylıq, yaxud ondan az miqdar məişət xərclərini yetimə verib necə xərcləyəcəyini desin və onu öz ixtiyarına boşlasın, sonra onu necə xərclədiyinə nəzarət etsin. Əgər düzgün xərcləsə, əqli kamala çatdığı məlum olur və gərək malını özünə qaytarsın. Əgər bunun əksinə olarsa, deməli əqli həddi-buluğa çatmamışdır. Əgər qız olsa, ev işlərini və qadınlara aid olan işləri ona həvalə etsin və necə işləyəcəyini izah etsin, sonra düz işləyib-işləmədiyinə baxsın. Əgər işləri düz yerinə yetirsə, deməli əqli cəhətdən kamala çatıbdır və gərək qəyyum mal-dövlətini ona təhvil versin. Əks halda əqli həddi-buluğa çatıncaya qədər gözləməlidir.[13]

 


[1] “Nisa” surəsi, ayə: 6: “Yetimləri, həddi-buluğa çatıncaya qədər sınaqdan keçirin! Əgər onlarda (əqli cəhətdən kifayət qədər) inkişaf görsəniz, mal-dövlətlərini onlara qaytarın! Onlar böyüməzdən qabaq mal-dövlətlərini israf üzündən mənimsəməyin! Hər kəs ehtiyacsız olsa (yetimi saxladığına görə əmək haqqı almaqdan) çəkinsin. Hər kəs fəqir və yoxsuldursa, layiqli surətdə (yetimə çəkdiyi zəhmətlərə müvafiq olaraq onun malından) götürsün. Mal-dövlətini onlara qaytardığınız zaman şahid tutun! Baxmayaraq ki, Allah mühasibə üçün kifayətdir...”

[2] “Əsbabul-nuzul,” tərcüməçi: Zəkavəti, Əli Riza, səh. 78, “Ney” nəşriyyatı, Tehran , 1-ci çap 1383-cü şəmsi il.

[3] İbni Mənzur, “Lisanul-ərəb”, 14-cü cild, səh. 83, “ibtila” kəlməsi

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 4-cü cild, səh. 274, “İslamı nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan dər təfsiri Quran”, 4-cü cild, səh. 17, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il

[5] İbni Mənzur, “Lisanul-ərəb” 3-cü cild, səh. 175, “rüşd” kəlməsi

[6] Bu, uşaqlıq və cavanlıq arasındakı yaş həddidir və həqiqətdə yeniyetməlik çağlarıdır. “Əbcədi” lüğəti, səh 803, “rəhq” kəlməsi

[7] “Əl-mizan fi təfsiril-Quran”, 4-cü cild, səh. 275

[8] Yenə orada

[9] Hürr Amili, “Vəsailuş-şiə”, 19-cu cild, səh. 369, “Alul-beyt”, nəşriyyatı, Qum, 1409-cu qəməri il

وَ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ قَالَ قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (ع) قَوْلُ اللَّهِ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْداً فَادْفَعُوا إِلَيْهِمْ أَمْوالَهُمْ أَيُّ شَيْ‏ءٍ الرُّشْدُ الَّذِي يُؤْنَسُ مِنْهُ قَالَ حِفْظُ مَالِهِ

[10] Təbərsi, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Setudə, Rza, 5-ci cild, səh. 29, “Fərahani”, nəşriyyatı, Tehran, 1-ci çap, 1360-cı şəmsi il

[11] Beyzavi, Əbdüllah ibni Ömər, “Ənvarut-tənzil və əsrarut-tə’vil”, tədqiq: Məhəmməd Əbdür-Rəhman, Əl-mürə’şəl, 2-ci cild, səh. 61, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1-ci çap; Əmin, Seyyidə Nüsrət, “Məxzənul-irfan”, 4-cü cild, səh. 18, “Müsəlman qadınlar mədəni-maarif hərəkatı”, 1361-ci şəmsi il:

عَنْ زُرَارَةَ وَ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ مَالُ الْيَتِيمِ إِنْ عَمِلَ بِهِ الَّذِي وُضِعَ عَلَى يَدَيْهِ ضَمِنَ وَ لِلْيَتِيمِ رِبْحُهُ قَالَا قُلْنَا لَهُ قَوْلُهُ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ قَالَ إِنَّمَا ذَلِكَ إِذَا حَبَسَ نَفْسَهُ عَلَيْهِمْ فِي أَمْوَالِهِمْ فَلَمْ يَجِدْ لِنَفْسِهِ فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ مِنْ مَالِهِمْ

“Vəsailuş-şiə”, 17-ci cild, səh. 258

[12] Şeyx Tusi, “Ət-təhzib”, 6-cı cild, səh. 341, "Darul-kutubil-islamiyyə", Tehran, 1361-ci şəmsi il:

"... عَنْ مُحَمَّدِ بْنِ الْفُضَيْلِ عَنْ أَبِي الصَّبَّاحِ الْكِنَانِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) فِي قَوْلِهِ عَزَّ وَ جَلَّ وَ مَنْ كانَ فَقِيراً فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَقَالَ ... إِذَا كَانَ يُصْلِحُ لَهُمْ أَمْوَالَهُمْ، فَإِنْ كَانَ الْمَالُ قَلِيلًا فَلَا يَأْكُلْ مِنْهُ شَيْئاً

[13] Əbul-Futuh Razi, Hüseyn ibni Əli, “Rovzul-cinan və ruhul-cənan fi təfsiril-Quran”, tədqiq, Yahəqqi, Məhəmməd Cəfər və Naseh, Məhəmməd Məhdi, 5-ci cild, səh. 251, “Astani qüdsi Rəzəvi”nin islami tədqiqat qurumu, Məşhəd, 1408-ci qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    8230 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    7091 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    7745 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Xallaqiyyətdə tövhidin mənası nədir?
    11294 Qədim kəlam 2012/02/15
    Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə. ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14821 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    10193 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    10803 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Dinin bəlası nədir?
    8632 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8990 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6690 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168830 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166638 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122048 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115931 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115198 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96644 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56666 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49413 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47404 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...