Baxanların
3730
İnternetə qoyma tarixi: 2008/09/15
Sualın xülasəsi
Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
Sual
Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır? Belə dəyərlərin boşluğundan nə kimi problemlər yaranır?
Qısa cavab

Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar:

1. İnsanın Allahla əlaqəsi;

2. İnsanın özü ilə əlaqəsi;

3. İnsanın sair insanlarla əlaqəsi.

Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da olmalıdır. Buna görə də insanın nəzərdə tutulan istiqamətdəki hərəkəti üçün xüsusi metodları tələb edir. Bu mühüm məsələyə diqqət yetirməklə qeyd olunan əlaqələr bölməsində söhbət etmək üçün müxtəlif yönlərdə müfəssəl bəhslərə ehtiyac duyulur və bu kiçik məqaləyə sığmaz. Buna görə də yuxarıdakı əlaqələrin bəzi xüsusiyyətlərinə qısa şəkildə işarə edirik.

İnsanın Allah ilə əlaqəsi xüsusunda əsas məsələ Allaha itaət, bəndəlik və Onun dərgahında sırf təslimçilikdən ibarətdir. Yəni insan qüdrətli və ali məqamlı Allah qarşısında boyun əyməli, Ona xalis və sırf bəndəlik əsasında təslim olmalıdır. Bu da insanın Allahla əlaqəsinin əsasını təşkil edir. Buna görə də insanın Xaliqlə əlaqəsi nə qədər möhkəm olsa, Allahın qarşısında bəndəlik və təslimçilik ruhu da bir o qədər möhkəmlənər. İnsanın mütəal Allah ilə bağlılığına səbəb olan ən mühüm şey onun Allah barəsindəki mərifət və agahlığıdır.

Deməli, əgər insan Allah barəsində, eləcə də kainat barəsində daha kamil mərifət əldə etsə, Onun dərgahında daha artıq itaət və təslimçilik ruhuna malik olacaqdır. Çünki bu mühüm məsələnin mərifətlə birbaşa bağlılığı vardır. Nəzərdən qaçırmaq olmaz ki, insanın Allahla əlaqəsində xələl yaranması onun digər iki əlaqəsinə: yəni özü və başqaları ilə olan əlaqəsinə də xələl yetirir. Belə ki, insanın Allah ilə əlaqəsindən söhbət açılan zaman, təbiidir ki, insana və kainata ilahi nəzərlə nəzər salmış olur və insan ilahi yönə malik olan bir varlıq kimi qələmə verilir; o, Allahın camal və cəlalının cilvəgahıdır. Belə bir varlıq ilə kainatın əbədi və əzəli mənşəyi (Xaliq) ilə olan əlaqəsində bir xələl yaranarsa, təbiidir ki, onun özü və başqaları ilə olan əlaqəsində də xələl yaranacaqdır. Nəticədə özünün gerçək və əsil həyatını davam etdirə bilməyəcək, heyvanlar kimi sırf maddi, qərizə və şəhvət üzündən olan həyata üz gətirəcəkdir. Bunun da ağır nəticəsi hamı üçün əyandır.

İnsanın təkamül hərəkətinin ikinci mehvəri onun özü ilə olan əlaqəsidir ki, onun da necəliyi insanın fikir və ideologiyasının bünövrəsinin necə qoyulmasına bağlıdır. Yəni insan həyatın hədəfi, səbəbi və nədən ibarət olmasını özü üçün məlum etməlidir. Başqa sözlə desək, o, hansı hədəf və məqsəd üçün yaradıldığını bilməli, varlıq barəsində mərifət, mərifət yolları və insanşünaslıq məsələlərini həll etməli, heyrət və sərgərdanlıqdan xilas olmalıdır. Əlbəttə, insanın rabitə növünün təyini və rolunun məna edilməsində seyr-süluk və mənəvi təkamülün mövqe və əhəmiyyətini nəzərdən qaçırmaq olmaz. Hətta demək olar ki, bu mühüm məsələ olmadan insan özünü də layiqincə tanıya bilməz.

Aydındır ki, insan üçün mərifətin hasil olduğu zaman və nəticədə heyrət və sərgərdanlıqdan xilas olduğu halda əvvəlcə özünü və bunun ardınca da cəmiyyəti islah etməyə dair bir qədəm götürmüş olur. Çünki insanın ruh və batininin islah olunması öz ardınca xarici aləmdə cəmiyyətin islahını da gətirir. İnsanın özü ilə Allah arasındakı əlaqəsinin islahı da öz ardınca insanın başqa insanlarla əlaqəsinin islahını tələb edir. Buna görə də gərək insan batininin və ruhunun islahına zərbə vuran hər bir işdən ciddi şəkildə çəkinsin.

Üçüncü mehvərdə, yəni insanın sair insanlarla olan əlaqəsində də demək lazımdır: bu mühüm məsələ iki istiqamətdədir: din və etiqada olan oxşarlıq, xilqətdə olan oxşarlıq. Necə ki, imam Əli (əleyhis-salam) “Nəhcul-bəlağə”də buyurmuşdur.[1] Yəni insanın başqaları ilə olan əlaqəsi ya vahid etiqad əsasındadır və həmfikirlik, həməqidəlik əsasında müyəssər olur, ya da insan növünə məxsus olan xüsusiyyətlərdə müştərəklik yolu ilə – yəni insan olmaqda.

Qeyd olunan iki halda dərin məhəbbət hissləri, dolğun ülvi-insani duyğular yolu ilə başqaları ilə əlaqə yarada və bununla da əvvəlcə bəndələri, nəticə etibarı ilə də Allahı özündən razı sala bilər. Məhz buna görə də Allah-taala Quranda Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bu gözəl xislətinə işarə edərək buyurur: “Əgər kobud xasiyyətli və daş ürəkli olsaydın, camaat sənin ətrafından mütləq  dağılışardılar.”[2]

Bir hədisdə də imam Sadiq (əleyhis-salam) buyurur: “İman – Allaha eşq və məhəbbətdən başqa bir şey deyildir.”[3]

Allaha eşq və məhəbbət ilk növbədə möminlərə, bunun ardınca da sair insanlara qarşı məhəbbətdən başqa yolla müyəssər olmaz.

Qeyd olunan üç mehvərdən hər biri üç əsas hövzədən ibarətdir ki, onların da hər biri ayrı-ayrılıqda nəticə almaq üçün münasib yol və vasitələr məcmusunu tələb edir. Onlar aşağıdakılardan ibarətdir:

1. Allahı tanımaq;

2. İnsanı tanımaq;

3. İnsanın hədəfini və onu bu hədəfə doğru hidayət edən vasitələri tanımaq.

Xatırladırıq ki, bu üç hövzənin təqdim və təhlilində ikinci dərəcəli digər hövzələr də vardır və onların özü də öz ardınca mənəvi və əqlani (əql bəyənən) dəyərlər məcmuəsini gətirir. Bu da həqiqət aşiqlərinin həqiqət görən gözləri qarşısında yeni-yeni üfüqlər açır. İnsan bu əsaslı mehvərləri həyata keçirməkdə nə qədər müvəffəq və səadətli olsa, həqiqi kamala bir o qədər yaxınlaşmış olur. İnsan həqiqi kamala və səadətə nə qədər çox yaxınlaşsa, bəşər cəmiyyətlərində mövcud olan problemlər bir o qədər azalacaq və nəhayət bütün problemlər həll olunub aradan qalxacaqdır. Burada imam Xomeyninin (rəhmətullahi əleyh) dediyi sözün məzmunu dərk edilə bilər. O cənab buyurmuşdu: “Əgər 124 min peyğəmbərin hamısı bir şəhərdə olsaydılar, orada heç bir problem tapılmaz, eləcə də məhkəmə və s. şeylərə heç bir ehtiyac olmazdı.” Başqa bir filosofun sözü isə belədir: “Bütün dünya iki padşahın səltənət və hakimiyyəti üçün kiçik sayılır, halbuki bir xalça on nəfər arif və həkim üçün böyük sayılır.”

Bu müqəddiməni qeyd etməklə yuxarıdakı üç hövzəni qısa şəkildə bəyan edirik:

Birinci hövzə: Allahı tanımaq, hökmlərin fəlsəfəsi və şəri göstərişlərin səbəbi ilə agah olmaq.

İlahi və tövhid dünya görüşündə varlığın və aləmin əsas mehvəri Allahdır və hər bir şey Onun iradə, istək və qüdrəti mehvərində cərəyan edir. Allahı tanımaq asimani həqiqətin axtarışında olan insanın təkamülündə son dərəcə böyük təsir qoyur. Belə ki, bu məsələ insanın qarşılaşdığı problemlərin böyük hissəsini həll edə bilər. Çox hallarda bu məsələ zülm və cəhalətdən, ədalətsizlik və haqsızlıqdan yorulan bəşərin dərdlərinin və müsibətlərinin çoxuna son qoya bilər.

İmam Əli (əleyhis-salam) bu barədə buyurur: “Həmd-səna o Allaha məxsusdur ki, ən mahir natiqlər Onu (layiqincə) tərifləməkdən acizdirlər, sayanlar Onun nemətlərini sayıb qurtara bilməz... Onun sifətləri vəsfə gəlməz, məxsus vaxta və zamana sığmaz... Dinin başı və əsası Onu tanımaqdır. Onu tanımaq da yəqin etmək və düzgün yəqin etmək, Onu yeganə bilmək, layiqincə itaət etmək və (zatına artırılan) sifətləri Ondan inkar etməkdir.”[4]

Deməli, Allahı tanımaq və yeganə olduğunu bilmək insanı həqiqi kamala doğru hidayət edə bilər. Çünki Allah ən kamil varlıqdır, kamil bir varlıq da insanın əbədi səadəti üçün ən kamil qanunları, hər növ xətadan uzaq olan mütərəqqi göstərişləri verir. Buna əsasən, şəriət hökmlərinin səbəb və mahiyyəti barəsində agahlıq həqiqi kamal və səadət yolunu ötmək üçün ilk qədəm sayılır. Buna görə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı həzrət Fatimə (əleyha salam) Allahın tanınması və şəriət hökmlərinin fəlsəfəsi barəsində belə buyurur: “Bu həqiqətə şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, yeganə və misilsizdir... İxlası onun təvili (yozumu, açıqlanması) qərar verdi və qəlbləri genişləndirərək onunla əlaqəli etdi, ağıl məşəlini zehinlərdə şölələndirdi. Elə bir Allah ki, gözlərin Onu görməyə, dillərin və təsəvvürlərin Onun necə olmasını vəsf və bəyan etməyə qüdrəti çatmaz...” Bundan sonra həzrət Peyğəmbərin Allah ilə məxluqlar arasında vasitə olmasını belə bəyan edir: “Şəhadət verirəm ki, atam həzrət Məhəmməd – Allahın salavatı ona və pak Əhli-beytinə olsun! – Allahın bəndəsi və Onun Rəsuludur. Allah onu nazil etməzdən qabaq seçmişdir... Allah-taala həzrət Məhəmmədi seçmişdir ki, Öz işini tamamlasın, Onun iradə və fərmanı istiqamətində olan şeyləri irəli aparsın və Özünün möhkəm təqdiri əsasında olan proqramlarını yerinə yetirsin. Elə bir Peyğəmbər ki, – Allahın salam və salavatı ona olsun! – hər bir firqənin özünə bir din seçdiyini, hər bir qrupun bir od şöləsinin astanasına sürükləndiyini və hər bir dəstənin bir bütə sitayiş etdiyini görürdü. Hamı (fitri olaraq) Allahı tanıdığı halda (dildə) Onu inkar edirdi. Böyük Allah atamın vücud bərəkəti ilə qaranlıqları  işıqlandırdı, qəlbləri küfr zülmətlərindən təmizlədi, gözlərin qarşısına düşmüş heyrət pərdələrini kənara çəkdi; o, camaat arasında hidayət və aydınlıq gətirməyə başladı, onları əyri yollardan xilas etdi, qəlbin korluğunu onlardan uzaqlaşdırdı, düzgün dünya görüş bağışladı, möhkəm və sabit bir dinə doğru hidayət etdi və düzgün yola çağırdı.” Bundan sonra imamətin dəyər və fəlsəfəsini belə bəyan edir: “Allah-taala bizə itaət etməyi ümmətin işlərinin sahmana düşməsi üçün və bizim imamətimizi pərakəndəlikdən amanda olmaq üçün bir vasitə qərar verdi.” Daha sonra ilahi hökmlərin və şəriətin fəlsəfəsini, onların həyatdakı dəyər və məqamını bəyan edərək buyurur: “Allah imanı şirkdən paklanmaq üçün bir səbəb qərar verdi, sizin təkəbbürdən uzaq olmağınız üçün namazı vacib etdi, canlarınızın paklanması və ruzinizin artması üçün zəkatı qərar verdi; ixlası möhkəmləndirmək üçün orucu, dini möhkəmləndirmək üçün həcci, islamın izzətli və başı uca olması, küfrün, nifaqın zəlil və xar olması üçün cihadı; mənəvi mükafat üçün səbri qərar verdi. Məlumatsız xalq kütlələrinin islahı üçün əmr be mərufu, Allahın qəzəbindən uzaq olmaq üçün ata və anaya ehsan etməyi, nəslin qalıb davam etməsi və uzun ömürlülük üçün qohumluq əlaqələrinin bərqərar edilməsini; qanların toxunulmaz olması üçün qisas hökmünü, günahlardan bağışlanmaq üçün nəzirlərə vəfa etməyi, başqalarının hüququnun qorunması və mal-dövlətin azalmaması üçün ölçü qablarının və tərəzilərin düzgün şəkildə verilməsini; şirk çirkinliyindən təmizlənmək üçün şərabxorluğu, Allahın lənət və qəzəbindən amanda olmaq üçün yersiz ittihamlardan uzaq olmağı; iffətə təkid üçün oğurluqdan pəhriz etməyi qərar verdi; bəndəlikdə ixlas üçün şirki haram etdi. Allaha, əmr və qadağan etdiyi şeylərdə tabe olun![5] Çünki Allahın bəndələri yalnız Ondan qorxan alimlərdir.”[6]

İkinci hövzə: nəfsi tanımaq

Dini mənbələrə müraciət etməklə görürük ki, insanın nəfsi (ruhu) və onun xilqət aləmindəki yüksək məqamı ilə əlaqədar çoxlu ayə və rəvayət vardır. Hətta nəfsin tanınması Quranda mərifət mehvərlərinin bir mühüm yolu kimi qeyd olunur: “Tezliklə asimanlarda və onların özündə (ruh və nəfslərində) olan nişanələri onlara göstərəcəyik ki, Onun haqq olması (bəndələrə) aşkar olsun.”[7]

Bu da islam dininin insan nəfsi (ruhu) üçün son dərəcə yüksək əhəmiyyət verdiyini göstərir. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Hər kəs öz nəfsini tanısa, şübhəsiz, öz Rəbbini də tanımış olacaqdır.”[8]

Tam və qəti şəkildə demək olar ki, Peyğəmbərin bu kəlamı xilqət aləmində insan nəfsinin və ruhunun böyük əhəmiyyət və yüksək mövqeyini göstərir. Çünki Allah dərgahında seyr-süluk edənlərin nəzərində bütün kainat Allahın ad və sifətlərinin təzahürü, nişanəsidir və Allah-taala xilqət aləminin güzgüsündə Öz qüdrətini nümayiş etdirir. Başqa sözlə desək, hər bir varlıq Allah-taalanın isim və sifətlərinin göstəricisi olduğuna görə Allah xilqət aləmində Öz isim və sifətlərinə tamaşa edir. Güzgülər silsiləsində bəziləri şəffaf, bəziləri bulanıq olduğundan, demək olar ki, kainatın güzgüsündə də belə bir qanun hakimdir: isim və sifətlər güzgüsündə bəzi varlıqlar dumanlı, bəziləri şəffaf, bəziləri də daha şəffafdır. Allahın isim və sifətlərinin bəziləri nümayiş etdirilsə də, Onun bütün sifət və isimlərini şəffaflığın ən yüksək səviyyəsində nümayiş etdirən varlıq məhz insandır. Buna görə də insan Allahın isim və sifətlərinin kamil məzhəridir (göstəricisidir) və əlbəttə, varlıq aləmini kamil şəkildə əks etdirən bir güzgü. Məhz belə olan halda Peyğəmbərin kəlamında nəfsin (ruhun) tanınması ilə Pərvərdigarın tanınması arasındakı uyğunluq məna tapır: hər kəs insanı (kamil şəkildə – cisim və ruhunun müxtəlif yönlərini) tanısa, Allahı da tanıyacaqdır. Çünki insan Allahın (isim və sifətlərinin) göstəricisidir. Əlbəttə, Əli (əleyhis-salam)-ın bu bəyanı aşağıdakı şerdə deyilən məsələdir:

اَتَزْعَمُ اَنَّكَ جِرْمٌ صَغِيرٌ

وَ فِيكَ انْطَوَي الْعَالَمُ الْاَكْبَرُ

“Ey insan! Yoxsa güman edirsən ki, gördüyün xırda cisimsən?!

Halbuki səndə ən böyük aləm qoyulmuşdur!”[9]

Deməli, nəfsin və ruhun tanınması insan təkamülündə, onun bütün feyzlər və kamalların mənbəyinə qovuşmasına bir müqəddimədir. Bunun özü də bəşər cəmiyyətlərinə hakim olan problemlərin həllində özünə məxsus rol ifa edir.

Üçüncü hövzə: İnsanın hədəfi, eləcə də onu bu hədəfə doğru hidayət edən vasitə.

İnsan özünü tanıdıqdan sonra Allahı, Onun şəriətlərini və xilqət aləmində özünün məqamını, bunun ardınca da onun xilqətindən izlənilən hədəfi tanımalıdır. Buna görə də yuxarıda qeyd olunan mətləblərə diqqət yetirməklə demək olar: İnsan xilqət aləmində Allah-taalanın isim və sifətlərinin kamil göstəricisidir və Onun dərgahında böyük məqama malikdir. Bu müstəsna mövqe və məqam ilahi xəlifəlik məqamıdır ki, Allah onu insana bəxş etmiş və Quranda aşkar şəkildə buyurmuşdur: “(Yada sal) o zamanı ki, Pərvərdigarın mələklərə dedi: Həqiqətən Mən yer üzündə bir xəlifə qərar verəcəyəm.”[10]

Bu məqama diqqət yetirməklə “Allahın xəlifəsi olmaq”da hədəf Onun razılığından başqa bir şey ola bilməz. Onun razılığı da Onun sifətlərinə malik olaraq bu sifətlərin güzgüsünə çevrilməklə, daha yaxşı şəkildə desək, Onun zatında fani olmaqla mümkün ola bilər. Bu mühüm məsələ kamal yolunu ötüb keçməyin ən kamil vasitəsinə və ən mühüm ünvanına eşq bəsləmədən müyəssər ola bilməz.

Kəlamın xülasəsi

İnsan özünü və Rəbbini tanıdıqdan, əlbəttə, ilahi xilafət hədəfini bildikdən (insan bu məqama çatmaq üçün daim səy göstərir), həmçinin Quranda və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak itrətinin tərif və vəsflərində seyr edib agahlıq tapdıqdan sonra (itrət Peyğəmbər sünnətinin qəti şəkildə davamıdır) ilahi xəlifəlik məqamına bir qədəm yaxınlaşmış olur. Çünki qeyd olunan hövzə və mehvərlərə elm və agahlıq bütün mənəvi dəyərlərin başında dayanır. Xüsusilə müasir insan bu dəyərlərə ciddi ehtiyac duyur və bu dəyərlər onu Allahın yer üzündəki canişinlik məqamına yaxınlaşdırır. Məhz insanın özü barəsindəki bu elm və agahlığı Əli (əleyhis-salam) kimi kamil bir insan qura bilər. O həzrət buyurur: “Əgər qarışqanın ağzında apardığı arpa qabığını zülm ilə alaraq Allaha qarşı (bu qədər də) günah edim deyə, yeddilik təşkil edən iqlim qurşaqlarını, onun altında olanlarla birlikdə mənə versələr, yenə də qəbul (və bu günahı) etmərəm!”[11]

Xatırladırıq ki, qeyd olunanlardan başqa digər mənəvi dəyərlər də vardır ki, bütün dövr və zamanlarda insan cəmiyyətlərinin problemlərini həll etməkdə onların rol və təsiri inkar oluna bilməz. Belə ki, həzrət Fatimeyi-Zəhra (əleyha salam) öz xütbəsində bu dəyərlərin bəzisinə  işarə etmişdir ki, biz də onu xülasə şəkildə qeyd etdik.

Bu dəyərlər aşağıdakılardan ibarətdir:

1. Məsuliyyət qəbul etmək: Bu mühüm məsələ bəşəriyyətin problemlərinin böyük bir hissəsini həll edə bilər. Çünki yalnız məsuliyyətlik hissi ilə insan Allahın, özünün və başqalarının qarşısındakı vəzifələrini yerinə yetirir.

2. Təqva və pəhrizkarlıq. Əgər insan cəmiyyətlərinin hər bir fərdi malik olduqları müxtəlif mədəni, irqi və dil fərqləri ilə yanaşı bu mühüm məsələyə diqqət yetirsələr, cürətlə demək olar ki, bəşər cəmiyyətlərində heç bir problem qalmaz.

3. Əmanəti sahibinə qaytarmaq, ədalət və insaf əsasında hökm etmək.

İnsanın rəhbərlərdən və hökumətlərdən həmişə tələb etdiyi ən mühüm istəklərdən biri ədalətin bərqərar edilməsidir. Onun icrası ilə problemlərin bəziləri, o cümlədən zülm, fəsad, ayrı-seçkilik və s. bəşər cəmiyyətindən aradan qalxacaqdır.

4. Allah yolunda dostluq və düşmənçilik.

Əgər bütün işlər, xüsusilə dostluqlar və düşmənçiliklər Allaha görə olsa, nahaq qanlar axıdılmaz, evlər viran olmaz, müsibətlər məzlumların başına gəlməz. Nəticədə hər növ əyrilik və Allahdan qeyrisinə ürək bağlamaq kimi hisslər aradan gedər.

5. Nəsihət etmək, həmdərd olmaq, qayğı və mehr-məhəbbət göstərmək.

Niyyəti pak və xislətləri gözəl olan bir şəxsin tərəfindən gözəl öyüd-nəsihət verilməsi bütün işlərin irəliləyişinə, bəşər cəmiyyətində ayrı-ayrı fərdlərin islahına səbəb olacaqdır. Eləcə də cəmiyyət üzvləri ilə həmdərd olub onlara mehribanlıq göstərmək insanların dərd və müsibətlərini nisbətən azaldır və cəmiyyəti bərabərlik və həmrəyliyə doğru aparır.

6. Risalət və nübüvvətin məqamının dərindən və dəqiq şəkildə tanınması. Bu mühüm məsələ insanların düzgün yolda hərəkət etməsində özünə məxsus rol ifa edir. Çünki əgər ilahi peyğəmbərlərin, məxsusən sonuncu Peyğəmbər həzrət Məhəmməd (səlləllahu əleyhi və alih)-in ilahi məqamı düzgün və gözəl şəkildə tanınsa, bəşər cəmiyyətini küfrdən və dinsizlikdən xilas edəcəkdir. Çünki peyğəmbərləri göndərməkdə Allahın əsas hədəfi insanların həqiqi kamal və səadətə doğru hidayət olunmasıdır.

7. Günahın təhlükəsinin və yaratdığı ağır və mənfi təsirlərin düzgün şəkildə tanınması.

Əgər rəzalət sifətləri insan ruhundan paklanmasa, insan fitrəti günah yükləri altında dəfn olunacaqdır. Bu barədə imam Sadiq (əleyhis-salam) buyurur: “İnsan bir günah iş görən zaman onun qəlbində qara bir ləkə əmələ gəlir. Əgər tövbə etsə o ləkə aradan gedir. Əgər həmin günahı təkrar etsə o ləkə get-gedə böyüyür və nəhayət qəlbinin hər bir yerini örtür. Bu zaman artıq bu şəxs heç vaxt nicat tapmayacaqdır.”[12]

8. Təhdidlərin müqabilində möhkəm dayanmaq.

Bu məsələ bəşər cəmiyyətlərində islahatçılıq hərəkatlarının və inqilabların formalaşmasında çox mühüm rol ifa edir. Necə ki, həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətində də inkar olunmaz rol ifa etmişdir. O həzrət dəvətinin qarşısında mövcud olan məkrli hiylələr və xoşagəlməz hadisələrə baxmayaraq, zorakı qüdrətlərin və müxaliflərin qarşısında bir addım belə, geri çəkilmədi, üstəlik öz müqəddəs yolunu daha güclü əzm və iradə ilə davam etdirdi. Bundan sonra islam dini yayılmağa başladı və bəşər cəmiyyətləri iman və mərifətə tərəf üz gətirdi. Bu da düzgün yolu tam təmkinlə və möhkəm iradə ilə ötməyin əhəmiyyətini çatdırır.

9. Saleh və pəhrizkar örnəklərə tabe olmaq.

İnsan cəmiyyətlərinin hər bir fərdinin xoşbəxtlik və səadətində bu məsələnin ifa etdiyi mühüm rol və əhəmiyyət heç kəsə məxfi deyildir. Buna görə də saleh, təqvalı, pəhrizkar örnəklərin seçilməsi cəmiyyəti haqqa doğru hidayət edə bilər.

10. İman və əməl

İslam dini mömin insandan istəmişdir ki, imanla əməli eyni səviyyədə əncam versin. Bunların biri olmadıqda digəri təklikdə Allahın və islamın istədiyi ola bilməz. Bu halda demək lazımdır ki, onların bir-birindən ayrılması nəzər və əməlin ayrılmasının bariz nümunəsidir. Deməli, iman yalnız əməl ilə yanaşı olduqda cəmiyyəti xoşagəlməz və pis şeylərdən xilas edə bilər.

11. Gerçəkliyi qəbul etmək və xəyallardan uzaq olmaq.

Öz eyib və nöqsanları, habelə istedad və gözəllikləri barəsində agahlığı olan və bu kimi gerçəkliyi qəbul edən cəmiyyət səadətə nail ola bilər. Belə ki, bu, bir cəmiyyətin səadətinin ilk şərtidir.

12. Maddi və mənəvi (axirət) həyatı arasında müvazinətin bərqərar edilməsi.

İnsanın axirəti tərk edərək dünyadan iki əlli yapışması və dünya ləzzətlərinə qurşanmasına haqqı yoxdur. Eləcə də dünyanı tərk edərək üzlət həyatı keçirməyə və yalnız axirətin fikrində olmağa da haqqı yoxdur. Çünki maddi və mənəvi işlərdə ifrat və təfritə yol vermək düzgün mərifət yolunu dərk və ayırd etməyin qarşısını alır və onu düz yoldan azdırır.

Qeyd olunanlar dəyər və səciyyələrin xülasəsi idi ki, əgər insanlar onlara vəfadar qalsalar insaniyyət zirvələrinə çatacaqlar. İnşallah!

İnsan cəmiyyətlərində mənəvi dəyər boşluqlarının ağır nəticələri

Bir çox işlər öz ziddləri ilə tanınır. Mənəvi dəyərlərin boşluğundan yaranan təhlükəni, onun qəti və danılmaz nəticəsini bir cümlədə “insan cəmiyyətlərinin və ayrı-ayrılıqda hər bir fərdin mənəvi tənəzzülə yuvarlanması” kimi bəyan edə bilərik. Bu kimi hallarda cəhalət elm kürsüsündə əyləşəcək, düzlüyün yerində yalan və iki üzlülük yuva salacaq, Allaha görə məhəbbət və ədavət öz yerini riyakarlığa, laqeydliyə, dinsizlərin və müşriklərin razılığına verəcək, məsuliyyət barəsində məlumatsızlıq agahlığın yerinə keçəcəkdir. Qeyd olunan sair sifət və dəyərlərdə də eynilə belədir: bütün müsbət sifətlərin yerinə onun ziddi keçəcəkdir. Aydındır ki, belə mənəvi dəyərlərin olmaması və onların yerinə mənfi sifətlərin keçməsi peyğəmbərlərin islahatçılıq hərəkatları ilə müxalif və ziddiyyətdə olmaqdadır ki, bunun nəticəsində  bəşər cəmiyyəti süquta uğrayacaqdır. Buna görə də hamıya vacibdir ki, insan fitrətindən qaynaqlanan mənəvi dəyərlərin qorunub saxlanması üçün çalışsın ki, bəşər cəmiyyətləri haqqa və düzlüyə doğru hidayət olunsunlar.

 


[1] “Nəhcul-bəlağə”, məktub 53

[2] “Ali-İmran” surəsi, ayə: 159

[3] “Kafi”, 2-ci cild, səh. 152

[4] “Nəhcul-bəlağə”, xütbə 1

[5] “Biharul-ənvar”, 29-cu cild, səh. 221 və 225

[6] “Zariyat” surəsi, ayə: 20-21

[7] “Fussilət” surəsi, ayə: 53

[8] “Biharul-ənvar”, 2-ci cild, səh. 32

[9] İmam Əli (əleyhis-salam)-ın şerlər divanı, səh. 179

[10] “Bəqərə” surəsi, ayə: 30

[11] “Müstədrəkul-vəsail”, 13-cü cild, səh. 211

[12] “Kafi”, 2-ci cild, səh. 271, nömrə 13

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105987 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80810 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58599 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41342 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31396 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    24098 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22488 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22254 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20811 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20406 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...