Ətraflı axtarış
Baxanların
26397
İnternetə qoyma tarixi: 2011/09/10
Sualın xülasəsi
Dünyada xeyir və şər, gözəllik və çirkinlik olmasına rəğmən Allahın mehriban olmasını neçə isbat etmək olar?
Sual
Allahın mehriban olmasını neçə isbat etmək olar? Bu dünyada xeyir, gözəllik və yaxşılıq olduğu qədər şər və çirkinlik də vardır. Məsələn, heyvanların içində də həm mehriban heyvan vardır, həm də yırtıcı. İnsanda belə bir fikir formalaşa bilər ki, bəlkə iki Allah vardır – yaxşılıq Allahı və pislik Allahı? Bu fikri neçə əsassız saymaq və yalnış olduğunu subuta yetirmək olar?
Qısa cavab

Allah insanı mümkün olan ən yaxşı halda yaratmış, onun həm bu dünyadakı, həm də o biri dünyadakı ehtiyaclarını, tamamilə, təmin etmişdir. Daha doğrusu, bütün varlıqları insan və ona xidmət etmək üçün yaratmışdır. Bunun özü Allahın insana qarşı nə qədər mehriban olduğunu göstərən ən güclü arqumentdir. Habelə O, başqa varlıqlara qarşı da mehribandır. Onları yoxdan var etmiş, ehtiyaclarını ödəmiş və təkamülə döğru istiqamətləndirmişdir.

Bunu da qeyd etməliyik ki, varlıq aləmində şər, çirkinlik və nöqsan hesab edilən əşya və hadisələrin xüsusi dəlil və özünəməxsus səbəbləri vardır. Onları bildikdən sonra şər, çirkinlik və nöqsanların Allahın rəhmət və mehribanlığı ilə heç bir ziddiyyət təşkil etmədiyi aydın olur.

Ətreaflı cavab

Allahın mehribanlıq və başqa sifətlərini söhbət pridmenti etdikdə bunu diqqət mərkəzində saxlamaq lazımdır ki, hər bir mövcudun özəlliklərini onun özünün vücudunun böyük- kiçikliyi və tutumunu nəzərə almaqla tədqiqat obyektinə çevirmək lazımdır. Məsələn, kiçik bir uşağın südəmər bir körpəyə olan mehribanlığı bu qədərdir ki, onu təhlükəli əşyalara yaxınlaşmağa qoymur və özünün xoşladığı yeməkləri ona da verir.

Onun ata və anasının mehribanlığı isə daha geniş çərçivədə özünü göstərir. Yəni həm onu təhlükədən uzaqlaşdırırlar, həm yemək-içməyə olan ehtiyaclarını aradan qaldırırlar, həm də onu təhlükəli xəstəliklər qarşısında sığortalamaq üçün – bəzən özlərinin meyllərinin əksinə olaraq – körpənin narahatlıq və əziyyətinə səbəb olan ağrıdıcı vaksin və peyvəndlər vurdurur. Bəzən görürsən körpəni bir həftə qızdırma, rahatsızlıq və iltihab bürüyür və hətta xəstəxanaya da köçürülür. Lakin ata və ana bu işi tam dəqiqliklə yerinə yetirirlər. Çünki bu işi öz övladlarına qarşı bir qayğı və mehribanlıq hesab edirlər. Zira ki, bilirlər, əgər körpələri bu dərdələri çəkməsə, öldürücü xəstəliklər qarşısında müqavimət göstərə bilməyəcək, həyatı təhlükəyə düşəcək və tələf olacaqdır. Deməli, bugünki bu dərd və əziyyət sabahkı xəstəliklərin qarşısında müqavimət, dözümlülük və sağlamlıq olduğundan hamı onu eynən mehribanlıq sayır. Belə ki, əgər ata və ana övladlarının narahat olmaması üçün bu isi görməsələr, hamı onları mehriban olmadıqları və daşürəkli olduqlarına görə qınayar.

Həmçinin, Allahın bəndələrinə olan mehribanlığı ata-ananın şüdəmər körpələrinə olan mehribanlığından fərqli və daha yüksək səviyyədədir. Əgər biz insanın həyatını yalnız dünya həyatı ilə məhdudlaşdırsaq və ölümü onun həyatının sonu hesab etsək, bəzi çatışmamazlıqları ola bilər bəndələrə qarşı mərhəmətsizlik sayaq, lakin, əgər bütün varlıq aləmi böyüklükdə bir məcmuəni nəzərədə tutsaq, yəni insan üçün düzənmış dünya və axirəti – insanın doğumundan qabaq, bu dünyada yaşadığı zaman, ölümündən sonra bərzəxdə yaşadığı həyat, cənnət və cəhənnəmdə yaşayacaq qədər bir müddəti insanın həyat müddəti olaraq nəzərə alasaq və Allahın mehribanlığını bu geniş sərəhdlər daxilində axtarsaq, bütün əşya və hadisələrin eynilə Allahın bəndələrinə olan mehribanlığı olduğunu görəcəyik.

Çünki xilqət aləminə diqqətlə baxdıqda, yetərincə anlayırıq ki, böyük Allah bütün varlıqların özlərinə məxsus təkamülə çatması üçün lazım olana ehtiyaclarını təmin edmişdir. Yəni hər bir məxluqun inkişaf və təkamülü üçün öz hədd və tutumunda şərait və zəmin hazırlamışdır. Bunun özü Rəbbin məxluqlara məhəbbət və mərhəmətini göstərir.

Bundan əlavə, Allah tükənməz qüdrət və sonsuz elm mənbəyidir; heç bir şey onun başqalarına xeyir yetirməsinin qaşısını ola blməz, çünki nə həsədi var, nə qüdrətinin tükənməsindən qorxur, nə də çəhl və məlumatsızlıq onda təsəvvür olunur ki, onun lütf, məhəmət, mehribanlıq və bəxşişinin qarşısında bir maneçilik törətsin. Biz necə qəbul edək ki, belə bir Allah öz xeyir və mərhəmətini öz yaratdıqlarından əsirgəsin. O, öz sönsuz elm, qüdrət və mərhəmətilə ən mükəməl aləm (nizami-əhsən) xəlq etmişdir ki, burada mümkün olan daha çox xeyir və gözəllliklər meydana çıxır. Bu, ilahı müstəvi, əzəmət və böyüklükdə bir mehribanlıq və xeyirxahlıq deməkdir.

Başqa bir tərəfdən də, valideynlərin, xüsusən ananın qəlbində övladlarına mehr-məhəbbət qoyan bir varlıq, yəqinən, özü ona ən yüksək dərəcə və kamil şəkildə malik olmalı və məhəbbətsiz olmamlaıdır. Çünki filosofların dediyi kimi: "Bir üstün xüsusiyəti başqasına verən varlığın özünün ona malk olmaması mümkü deyildir". [1]

Lakin dünyada baş verən xoşagəlməz hadisələr, müşahidə edilən zülmlər, çətinliklər, əzab-əziyyətlər, məhrumiyyətlər, ölüm-itimlərə gəldikdə isə, qeyd etməliyi ki, belə hallar iki qrupa bölünürlər:

1 – Bəzi insanların xoşagəlməz rəftar və əməlləri nəticəsində baş verən hadisələr. Məsələn: zülmlər, qətllər, qarət və talanlar.

2 – Təbii hadisələr nəticəsində meydana çıxan acınacaqlı hadisələr. Məsələn: sellər, zəlzələlər, quraqlıqlar, xəstəliklər...

Birinci qrup hadisələr barəsində bunu qeyd etməliyik ki, Allah insanı ixtiyarlı yaratmış və əməllərində azad qoymuşdur ki, özü yaxşını və pisi, çirkini və gözəli, xeyiri və şəri seçsin. Təbidir ki, belə bir vəziyyətdə bəzən insanların öz azadlıq və ixtiyarlarından düzgün bəhrələnməmələri, pis istifadə etmələri və nalayıq rəftarları nəticəsində cəmiyyətdə bəyənilməz hallar, çirkinliklər, xaos, zülmlər və ədalətsizliklər meydana çıxır. Aydındır ki, bu xoşagəlməz hallar Allah tərəfindən deyil, Allahın məxluqlarıın əli ilə baş verir. Quranda da bu barədə belə buyurulur: "İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur". [2] Lakin qiyaməti, bəndələrin əməllərindən çəkiləcək dəqiq haqq-hesabı nəzərə alsaq, şübhəsiz, bu zülm və ədalətsizliklər cavabsız qalmayacaq və qarşı tərəfin zərəri ödənəcəkdir.

Təbii hadisələrin nəticəsidə meydana çıxan ikinci qrup hallar barəsində aşağıdakıları qeyd etmək olar:

1 – Bu dünya imtahan dünyası, insanların dəqiq ölcülüb-biçilməsi meydanıdır. Burada bütün baş verənlər – rahatlıqlar, çətinliklər, şadlıqlar, müsibətlər, bol nemətlər və nemət qıtlığı və s. imtahan materialları, yaxşını pisdən ayırmaq vasitələridir. Əgər bu meydandan, bu imtahandan üzü ağ, başı uca çıxan insanlara Allah tərəfindən əta edilən vəsfəgəlməz mükafata nəzər salsaq, başa düşərik ki, hətta bu dünyanın ən acı hadisəsi də belə, eynilə, uca Rəbbin hədsiz mehribanlıq və mərhəmətidir. Çünki əzab- əziyyət və çətinliklər nə qədər çox olarsa, mükafat, savab və əcr bir o qədər çox olar.

Qurani-Kərim bir çox yerlərdə bu məsələyə toxunmuşdur. O cümlədən, belə buyurmşdur: "   Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver " . [3]

2 – Çətinliklər və problemlər həm insanları tərbiyə edir , həm də millətləri oyadır, onların iradə və əzmkarlığını artırır. [4] Elə buna görə də demək olar ki, çətinliklər, tamamilə, xilqətin hədəf və qayəsi ilə uyğundur və inanların kamilliyini istəyən Allahın mehribanlığı ilə zidiyyət təşkil etmir.

3 – Bir çox xoşagəlməz hadisələr insanın mənəvi inkişafında yüksək təsirə malikdir. Yoxsulluq və imkansızlıq içində inkişaf edən, problem və çətinlklərlə mübarizə apararaq yüksək nailiyyətlər, böyük uğurlar əldə edən bir sıra insanlar vardır ki, bəşəriyət öz inkişafında onlara borcludur.

4 – Çirkinliklər gözəlliklərin yanında olmasaydı, nə gözəlin gözəlliyi bilinərdi, nə də çirkinin çirkinliyi. Yəni, əgər dünyada çirkinlik olmasaydı, gözəllik də olmazdı. Əgər bütün insanlar gözəl olsaydılar, heç kəs gözəl olmazdı... Həqiqətdə, gözəllərin cazibəsi çirkinlərin dafiəsindən güç alır. [5]

5 – Çirkinliklər gözəlliklərin müqəddiməsi, onların yaradıcısı və əmələgətiricisidir. Yəni müsibət və bəlaların bətnində səadət və xoşbəxtliklər gizlənmişdir. Həmçinin, bəzən də xoşbətliklərin içində bədbəxtliklər yatır. Bu, bu dünyanın formuludur. [6]

Bütün bu qeyd edilənləri nəzərdə alsaq, aydın olacaqdır ki, bizim bu aləmdə müşahidə etdiyimiz mənfi və şər çalarlı hadisələr daha ali xeyirlərə çatmaq üçün nəzərdə tutulan yol və vasitələrdən başqa bir şey deyildir.

Sizin sualınızın axırıncı hissəsinin cavabına – şər və çirkinliklərin yaradanı barəsində qaldırdığınız məsələnin həllinə gəldikdə isə, xatırlatmalıyıq ki, şər və nöqsan yaradılmış bir varlıq deyidirlər, əksinə bunlar yoxluqla sifətlənmiş anlamlardırlar. Belə ki, bunlar başqa bir varlığın yoxluğundan alınan və dərk edilərək qavranan məfhumlardır. Məsələn, əlillik ya hər hansı bir bədən üzvünün naqisliyi birbaşa xəlq edilməmişdir, əksinə bu, bədən üzvünün olmaması ya yaradılmaması deməkdir. Beləliklə, "sənəviyyə" – ikitanrılıq və aləmin iki yaradılış mənşəyinə malik olması fikri aradan qalxır. Çünki varlıq iki növ deyildir tainki iki başlancığı olsun. [7] Bəlkə varlıq, ona mövcud olduğu prizmadan baxdıqda, xeyirdir, yoxluq və ədəm, mövcud olmadığını nəzərə aldıqda, şər və nöqsandır. Məlumdur ki, yalnız varlığın yaradana ehtiyaci vardır, yoxsa ki, yoxluğun yaradana nə ehtiyacı ola bilər?! Deməli, aləmin birdən artıq yaradanı yoxdur.

Daha çox məlumat əldə etmək üçün aşağıdakı göstəricilərə müraciət edə bilərsiniz:

1 – Fərqlər, çirkinliklər, gözəlliklər, hidayət və azğınlığın səbəbələri, sual 5024.(   5520)

2 – Təbii bəlalar (sel, zəlzələ, tufan...) və ilahi əzab, sual 288.

3 – Mübtəlalıq və bəlaların ilahi əzab olması məsələsi və bu iki məsələni bir-birindən ayıran meyarların təyin olunmaı problemi, sual 169 .

4 – İlahi imtahanın qayəsi, sual 107.



[1]   - "Bedayətül-hikmət", Əllamə Təbatabai, s. 269.

«معطی الکمال غیر فاقد . »

[2]   - Rum surəsi, ayə 41.

« «یظهر الفساد فی البر و البحر بما کسبت ایدی الناس» . »

[3]   - Bəqərə surəsi, ayə 155.

«و لنبلونکم بشیء من الخوف و الجوع و نقص من الاموال و الانفس و الثمرات و بشر الصابرین »

[4]   - "Ədle-ilahi", Şəhid Mütəhhəri, s. 156.

[5]   - "Ədle-ilahi", Şəhid Mütəhhəri, s. 143.

[6] - "Ədle-ilahi", Şəhid Mütəhhəri, s. 149.

[7]   - "Ədle-ilahi", Şəhid Mütəhhəri, s. 135.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...