Ətraflı axtarış
Baxanların
3369
İnternetə qoyma tarixi: 2011/05/05
Sualın xülasəsi
Nə üçün Allah- Taala bütün insanları müsəlman yaratmayıb?
Sual
Nə üçün Allah- Taala bütün insanları müsəlman yaratmamışdır? Həmçinin bizim aramızda kafir, xristian və sair vardır.
Qısa cavab

Allah- Taala insanı Allahpərəst, Allah tanıyan və zəkalı yaratmışdır. Həmçinin doğru yola yönəlməsi üçün Peyğəmbərlər göndərmişdir. Deməli, Allah Taala heç kəsi kafir, yəhudi, xristian yaratmamışdır. İnsan özü öz ixtiyarından sui istifadə edərək yolunu azır və müxtəlif adlara şamil olur. Peyğəmbərimiz (s) buyurmuşdur:

"Hər bir insan pak sifətlə Allahpərəst yaradılır. Sonradan atası və anası onu yəhudi və xristian edirlər.

Ətreaflı cavab

Sualın cavabı daha da aydın olması üçün aşağıdakı qeydlərə diqqət edək:

1). Allah Taalanın mübarək vücudu kamalın, rəhmətin və xeyrin özüdür. Yəni bütün gözəlliklər Allahın mübarək vücudunun özüdür və bu sifətlər ondan ayrı deyildir. Həmçinin bütün yaranmışları bu xeyir və bərəkət sifəti ilə yaratmışdır. Bu səbəbdən də hər bir yaranmış öz xilqətində kamil və eybsizdir.

2). İnsan Allahın ən kamil yaranmışıdır. Yəni Allahın yer üzündəki xəlifəsidir.[1] Bundan əlavə bütün yaranmışlar insana xidmət üçün yaranmışdır.[2]

Bu səbəbdən də insanın müxtəlif kamilliyi vardır. Biz burada insanın müxtəlif olan kamal sifətlərinin bəzisinə işarə edəcəyik:

A). İlahi nemətlərlə ağıl və düşüncə ilə rəftar etmək: "And olsun nəfsə və onu yaradana, sonra xeyri və şəri ilham etdi".[3]

B). Daxilən Allahı tanımaq və ona ibadət etmək: Allah- Taala təkallahlığı və öz maarifini insanların fitrətində yerləşdirmişdir".[4]

"Yadına sal ki, sənin Allahın Adəmin belindən nəslini çıxardı və onları özlərinə şahid edib soruşdu ki: Mən sizin Allahınız deyiləmmi? Dedilər: Bəli. Şahidlik edirik. Qiyamət günü bizim bundan xəbərimiz yox idi deməyəsiniz".[5] "Ya Peyğəmbər! Batildən haqqa tapınaraq Allahın fitri olaraq insanlara verdiyi pak İslam dininə tərəf üz tut. Allahın dinini heç cür dəyişdirmək olmaz. Haqqın möhkəm dini budur ki, lakin insanların əksəriyyəti onun həqiqətindən agah deyillər!"[6]

C). İradənin və ixtiyarın olması.

İnsan bəzi yaranmışların əksinə olaraq öz yaradılışından və kimliyindən agahdır. Bu səbəbdən də insanın kamilli, təkamülə çatması ixtiyar qazanmaq səbəbi ilədir.[7] Qurani kərim buyurmuşdur: "De haqq Tanrı tərəfindən yetişmişdir. Kim istəyir iman gətirsin, kimsə də küfr etsin".[8] "Biz haqqı göstərdik. Kim istəyir şükr etsin və kimsə də naşükür olsun".[9]

Allah- Taalanın elə yaratdıqları vardır ki, heç vaxt onun əmrindən çıxmaq qüdrətinə malik deyillər.[10] Amma bəzən də iradə etmişdir insan öz qüvvəsi ilə təkamül yolunu tapsın və üsyan etməsin.

1). İlahinin rəhmət paylarından biri də budur ki, insanın qəlbində fitrət yolu ilə Allahpərəstlik nişanəsi, qoyduğuna baxmayaraq, onu doğru yola yönəltmək üçün Peyğəmbər və İlahi kitablar da göndərmişdir. Bütün bunlar insanın təkamülə yönəlməsi üçün zəruridir.

2). Bütün İlahi Peyğəmbərlər insanları doğru yola dəvət etmişlər. deməli bütün Peyğəmbərlər müsəlman olmuşlar.[11] Onlar insanları İslam dininə təzə səsləyirdilər. Çünki, İslam dini insanın fitrətində olan anlamda eynidir. Başqa sözlə desək İslam dini insanın fitrətindən xəbər verir.

Amma keçmiş Peyğəmbərlərin dini təəssüflər olsun ki zaman keçdikcə təhrif olmuşdur. İslam Peyğəmbərindən savayı bütün Peyğəmbərlər gələcək Peyğəmbər barəsində xəbər vermiş və qövmünə ona iman gətirməyi əmr etmişlər.

Deməli bu gün İslam dinindən savayı fəaliyyətdə olan dinlər öz zəmanətlərini əldən vermişlər və onlara iman gətirmək batildir. Çünki Allah yanında ən etibarlı din İslam dinidir. İslam dinindən savayı bütün dinlər batil olmuşdur.[12]

Hər kəs İslamdan başqa dinə üz tutsa qəbul deyildir.[13]

Nəticə:

Allah- Taala insanı Allahpərəst, təkallah aqil, tədbirli, mütəfəkkir və iradəli yaratmaqla yanaşı ona Peyğəmbər və İlahi kitab da göndərmişdir. Deməli, Allah- Taala heç kəsi atəşpərəst, yəhudi və xristian yaratmır. Bu insan özüdür ki, ona yaradılmış şəraitdən sui istifadə edərək yolunu azır.[14] Peyğəmbərimiz buyurmuşdur: "Hər kəs doğulanda Allahpərəst doğulur. Amma sonradan valideynləri onu kafir edir".[15]

 



[1] - Bəqərə surəsi, ayə 30.

«و اذ قال ربک للملائکة انی جاعل فی الارض خلیفة»

[2] - Casiyə surəsi ayə 13.

«و سخرلکم ما فی السموات و ما فی الارض»

[3] - Şəms surəsi, ayə 7- 8.

«و نفس و ما سویها فالهمها فجورها و تقویها»

[4] - Bax: Göstərici: Fitrət və fəsada meyl sual 44.

[5] - Əraf surəsi, ayə 172.

[6] - Rum surəsi, ayə 30.

[7] - İslam maarifi, cild 1, səh 109. Bax: Düz yoldan azmağın amiləri, sual 164. İnsan və ixtiyar, sual 278.

[8] - Kəhf surəsi, ayə 29.

«و قل الحق من ربکم فمن شاء فلیؤمن و من شاء فلیکفر»

[9] - İnsan surəsi, ayə 3.

«انا هدیناه السبیل اما شاکراً و اما کفوراً»

[10] - Tərhim surəsi, ayə 6.

«لا یَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ»

[11] - İbrahim surəsi, ayə 67.

«ما کانَ إِبْراهیمُ یَهُودِیًّا وَ لا نَصْرانِیًّا وَ لکِنْ کانَ حَنیفاً مُسْلِماً وَ ما کانَ مِنَ الْمُشْرِکین‏»

[12] - Ali- imran surəsi, ayə 19.

[13] - Ali- imran surəsi, ayə 85.

[14] - Bax: Göstərici: Allahın hidayəti və ixtiyar, sual 292.

[15] - Biharul- ənvar, cild 3, səh 289.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    106577 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    81277 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    59019 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41840 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31795 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    25101 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22614 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22547 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    21021 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20562 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...