Ətraflı axtarış
Baxanların
8213
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
İnsan nemət və əzabı, bərzəx və qiyaməti dərk edə bilirmi?
Sual
İnsan nemət və əzabı, bərzəx və qiyaməti dərk edə bilirmi?
Qısa cavab

Qısa cavab vermək üçün bir neçə açıqlamaya ehtiyac var və onlar bundan ibarətdir:

1)- Həqiqəti anlamaq və ona yol tapmağa tanışlıq və dərk etmək deyildir.

2)- İnsan dörd yolla bu tanışlıq və məlumata yol tapa bilər.

a). Hiss yolu b). Ağıl yolu c). Qəlb və ürək yolu d). Vəhy və ilahi kitab yolu.

3)- Tanımaq üçün ən zəif yol hissiyyat yolu və ondan sonra ağıl və ondan sonra ürək və bunların sonuncusu və ən yüksəyi isə vəhydir.

4)- Ağılın tanıyıb dərk etməsi, payidar həqiqətə elm tapmaqdır.

Həqiqətə çatmağın yollarından biri də budur.

5)- Bizim dərk etdiyimiz varlıq, ölçüyə və miqdara malik olan varlıqdır, amma maddiyyat deyil və yaxud dərk edilən varlıqlardır ki, onlar üçün ölçü və miqdar yoxdur.

6)- Quran kərimin nəzərində ağıl ilahi höccətdən (dəlillərdən) biridir. Bəzi həqiqət və məlumatları dərk edir. İslam dini də onun qəbul etdiklərini etibarlı bilərək təyid edir.

7)- O cür ki, qəlb (ürək) mərifətinə şuhud da deyilir; insan bu zaman bir çox həqiqətləri görür və eşidir amma digərləri bundan şəhrumdur.

O şəxs ki, öz nəfsini və qəlbini paklayaraq bu yoluna qədəm qoyur, o insanı uca məqama çatdırır.

Elə bir qüdrətə sahib olur ki, bütün aləm varlığının sirlərinə yol tapıb Allahı görməyə nail olur.

Yuxarıdakı: Bizim ağılmız bəzi bərzəx və qiyamət nemətlərini və əzablarını dərk edir. Əlbəttə bunu da qeyd etmək lazımdır, bizim ağlımız o nemət və əzabların həqiqətini və mahiyyətini tamamilə dərk edə bilməz; bu söz də ağılın dərk etməsini inkar etmir. Çünki ağıl çox şeyləri dərk etmək üçün vəhyə ehtiyacı vardır. Misal üçün: Bərzəx və qeyb aləminin necəliyini və keyfiyyətini tanımaq üçün vəhydən kömək alır.

Yuxarıdakı sual haqda; ağılın bərzəx aləmindəki nemət və əzabları dərk etməsinə qüdrətinin olması, yuxu aləminə oxşar və yuxuda ruh aləmini görmək kimidir ki, həqiqətini dərk etmək olur və inkar edilməzdir.

8)- Dünyanın varlığı iki hissədən ibarətdir, hiss olunanlar (aşkar) hiss olunmayanlar (qeyb) aləmindən bir hissəsi də insanların ixtiyarındadır.

9)- Ayə və rəvayətlərdən bir çoxu ilahi nemət və əzablardan xəbər verir ki, onları göz görməyib, qulaq eşitməyib və hətta heç kəs qəlbindən onları keçirməyibdir.

Ətreaflı cavab

Qeyd olunmuş sualın ətraflı cavabı bir neçə açıqlamayla məlum olacaqdır.

Dərrakə və mərifətin tərifi:

Dərrakə və mərifət nadir mənalardan biri olaraq tərif olunmazdır: Buna görə ki, biz hər bir şeyi elmlə tanıyırıq. Əgər elm və dərrakəni elmlə tərif etsək, iki tanışlıq verənə şamil olur və əgər elmdən başqasıyla tanısaq, lazımdır ki, o birisini elmin vasitəsilə tanıyaq və bundan sonra o elmi onun vasitəsilə tanıyaq. Belə olduqda da dövr qanunuyla üzləşirik.

Bəs belə olan halda elmin haqqında olan hər bir tərif həqiqi deyil. Bəlkə tənbeh tərifidir. Yəni dinləyicinin zehnində olan mətləbdir ama onu həqiqi mənaya yönəldən və yol göstərən tərif deyil.

O cümlədən lüğətdə mərifət üçün olunan təriflərdən biri də budur. Mərifət, həqiqəti tanımaq və yaxud həqiqətə yol tapmaq deməkdir.[1]

Elə ki, həqiqəti tanımaq və baş vermiş hadisələrə bir çox yollarla qovuşmaq olarsa, onlardan biri də ağıldır. Bunun üçün də həqiqətə yol açan vasitələrə və ağılın və qədər həqiqəti dərk etməsinə işarə edirik.

Tanımağın yolları:

Tanımaq üçün dörd yol var:

A). Hissiyyat yolu. Bu yol hamı üçün açıqdır. B). Ağıl yolu, bir yoldur ki, bir dəstə insanlar o yolu keçməyə qadirdir. C). Qəlb və ürək yolu. Bu yol ariflər üçün açılmışdır, D) İlahi kitab və vəhy yolu. Bu yol isə ilahi peyğəmbərlərə məxsusdur.[2]

Tanışlıq nəzərində "hissi tanışlıq" ən zəif mərhələlərdən tanınmışdır. Əlbəttə hissi tanışlığın sinifləri arasında, bəziləri o birilərindən fərqli bilinmişdir.

Buna görə də deyirlər "eşitdiyin, gördüyün kimi necə olar"?[3]

Hissi tanışlıqdan isə ağıl tanışlığı və elmi üstündür; çünki hikmət, söz və başqa- başqa elmlərdə dəlillər üçün yeri var.

Tanışlıq və mərifətin bunlardan üstün olan mərhələsi "(qəlb) ürək tanışlığı" və mərifətdir ki, irfanda açıqlanır. Amma ən yüksək mərhələ "vəhy tanışlığı və mərifətdir" ki şuhud və aşkar mərifətdən ibarətdir.[4]

Ağıl mərifəti:

Elm mənası, həqiqətlərə o zaman sabit olar ki, təbiət aləminin hərəkətdə olan bütün dəyişikliklərini də əhatə etsin. O cür ki, bu elm hissi elmə üstünlük tapmışdır, öz möhkəmliyini və payidarlığını isbat etmişdir.

Ağıl elmiylə, hasil olan bütün elmlərin məsələlərinə bir çox yollarlar daxil olmaq olar. Amma bu cür elm zahirdə olan həqiqi və sabit varlıqları dərk etməkdən acizdir.

Demək olar: O cür ki, hissi tanışlıq ağılın bildiyini anlamaqdan acizdir. Ağıl mərifəti də ilahi şuhudu görməkdən imkansızdır.[5]

İşarə olunduğu kimi, ağıl elmiylə hasil olan elmlərin hər birinə yol açmaq olur. Ağılın düşüncəsi və bütün mənaları anlamaqla, insan xaricdən fərqli olan öz daxilini tanıyır və hər bir varlığı maddi olmayaraq tanıyır.

Ümumi məna zaman və məkana dəlalət etmir; bu da ona dəlalət edir ki ümumiyyət heç vaxt insan fikrində yer tutmur. Ümumi məlumatla əldə olunan xəbər hər hansı əşyaya qarşı insanda olur və təbiətin həqiqi məlumatını əldə etməyə kömək edir. Bundan əlavə isə buna qadirdir ki, insanın nəfsi bundan çox- çox yüksək olan həqiqətləri tanısın. Əbu Əli Sina işarat kitabında da mənəvi məadı isbat etmək üçün ağılın həyatdakı dərk etdiyi ləzzətlərlə işarə edib və bu əsasla insanın əbədi səadətə malik olmasını isbat edir.[6]

Bəs ağılın dərk etməsini qəbul edən nəzər sahiblərinin fikri əsasında, təbiət aləmi bir nişanələridir ki, onu yalnız möhkəm dəlil qaydaları və əbədi ona hakim olma qüdrət verməyə yox, bəlkə insanın həqiqət, məbdə və məadına da məlumat yaradır (verir).

Ürək və qəlbin tanımasında, şuhud (aşkara) tanışlıq və məlumatdır, insan özünə nəzər salaraq həqiqətləri tapır və öz qulaqlarıyla o sözləri eşidir ki, başqaları onu görməkdən və eşitməkdən məhrumdurlar. Bir çox varlıqlara baxdıqda və yaxud onlarla üzləşdikdə, fərqli mənzərələri müşahidə edir və fərqli səsləri eşidir. Amma bunlar haqda heç bir şübhə etmir.[7]

Məlumat hisslərə böldükdə üç hissəyə bölünür:

A). Təbiət aləmi: həyatdakı varlıqdan ibarətdir ki, onu hiss edərək dərk edirik.

B) Misal aləmi: Bir varlıqdır ki, təbiət aləmindən kənarda müşahidə olunur. Bu varlığın həqiqəti ölçü və miqdara malikdir, lakin maddi deyildirlər. yatdığımız zaman yuxuda gördüyümüz doğru yuxular və müşahidələr təsadüf olur. bunların hamısl buna nümunə və misaldır.

Baxmayaraq ki, bu dünya həyatıdır amma xəyal və düşüncədən beləliklə yuxu deyildir.

C). Ağıl aləmi: Ağıl və düşüncə həyatındakı varlıqlar ümumi həqiqətlərdir və heç bir xüsusi və məlum ölşü və maddiyyata məxsus deyil.

Təbiət və misal aləminə də yol tapır və onları dərk edir. Bunu da qeyd edək ki, ağıl və misal aləmini xəyallar və düşüncə aləmini isbat etdikdən sonra insanda sabit etmək mümkündür.

Amma bu mövzuya işarə etmək üçün əlavə macal istəyir.

Quran və rəvayətdə ağılın həqiqətləri dərk etməsinin nə qədər etibarlı olması:

Quran və məsum imamların rəvayətlərində ağılı həqiqət və maarifin bir hissəsini belə tanımaqda aciz bilib, onu bəşərin hidayəti və xoşbəxtliyi üçün kifayət qədər olduğunu qəbul etməyib və onu bütün insan həyatına ehtiyacı olan elmləri dərk etməkdə etibarsız bilirlər. [8]

Buna görə də vəhy öz təlimlərindən bir hissəsində insan ağılının hidayətçi olduğunu təyid edir. Başqa bir hissəsində isə bir çox həqiqətlərə işarə edirik ki, insan ağlı vəhyin vasitəsilə yalnız o həqiqətlərə yol tapa bilər. misal üçün iqtisadi, siyasi və şəriət hökümlərinin nəticələri, bərzəx və qiyamətdə və yaxud qiyamətdə olan məqamlar yalnız ayə və rəvayətlərin verdiyi xəbərdir. Amma ağıl bunu dərk etməkdən acizdir.

Yuxarıdakı açıqlamayla bu həqiqət məlum olur ki, vəhy və din, insan ağılına olan üstünlüyü ilə onları inkar və rədd etmir. Bəlkə bəzi qeyb aləmində baş verənləri insan ağılı bir neçə qanun əsasında onu dərk edir.

Din, ağılı, höccət və dəlil olaraq təyin etmişdir. Din insan ağlına ehtiram qoyaraq onu etibarlı bilir.

Bəs bu nəticə əldə olur ki, ağılın seçdikləri və hökümləri dinin nəzərində də etibar qazanmışdır. Buna görə də din nəzəriyyəsi qeybdən verilən xəbərə baxmayaraq ki, ağılın dərk etməsindən üstündür; heç vaxt insan ağılının dərk etdiyi ilə müxalifət etmir.[9]

Bir çox müsəlman şiə alimləri, ağılı bəzi maariflərin dərk etməsində "Meyar" (ülgü) bəzi həqiqətləri tanımaq üçün (işıq və nur) bəzi yerlərdə isə" kilid və açar" bilirlər.

Ağılın kilid olmasından məqsəd budur ki: "İşıq"olaraq qanunları tanımaq üçün öz vəzifəsini yerinə yetirdikdən sonra, şəriət hökümlərini ümumi məlumat olaraq isbat edir; bundan əlavə isə şəriət qanunlarını digər hissələrinə daxil olmur. Misal üçün. İlahi hökümləri kəşf edib tanıdıqdan sonra, onun haqda olan fəlsəfə və sirləri təsdiq etməyə gücü çatmır. Çünki hökümün sirləri qeyb aləminə bağlıdır. İnsan ağılı isə qeyb aləmini dərk etməkdən acizdir.[10]

Qeybin və müşahidənin yolar:

Dünyada yaranmış varlıqlar iki hissəyə bölünür. Hiss olunan və olunmayanlar. Hiss olunan varlıqlar hiss və təcrübə ilə tanınır. Baxmayaraq ki, təcrübə öz əhatəsində etibarlıdır, amma onun etibarlı olması ağıla bağlıdır. Çünki təcrübədən məqsəd, elmin tərar və möhkəmliyi yox bəlkə davamlı olaraq hissdir ki, gizli müqayisənin sayəsində elm və yəqinliyə çatdırır.

Hiss olunmayan qeyb aləmi, özü- özlüyündə də iki hissəyə bölünür: Tam və ümumi.

Tam qeyb aləmi odur ki, varlığın bütün növlərində və hər bir insan üçün gizlidir. Amma ümumi qeyb odur ki, bəzi vaxtlarda və yaxud bəzi insanlar üçün gizlidir.

Tam qeyb Allah taalanın həqiqəti kimidir ki, bütün insanlara gizlidir. Elm öyrənmək və əldə etməklə və yaxud aşkar olan elm istər olsun, istərsədə qəlb və ürək gözüylə görməyə səy edilsin, amma bu mümkün deyil. Bunu yalnız iman gözüylə görmək mümkündür.

Ümumi qeyb isə qiyamətdən və mələklərdən verilən xəbərlərdən ibarətdir.

Onu dərk etmək üçün məntiqli dəlillər və ürəkdən onu dərk edib və Quranın təkid etdiyi kimi təfəkkür və ağıl onun üçündür ki, ağıl onu tanımağın birinci yoludur; çünki əgər ağıl hakim olsa və bundan əlavə nümunə də olacaqdır.

Yəni, ağıl vəhyi qəbul edir və ürəyin gördüyünü təyid edir; bundan əlavə hissin dərk etməsinə kömək edir.[11]

Bərzəxdin lüğətdə və termindəki mənaları:

Bərzəx iki şeyin arasında (maddə və ruh...) olan fasiləyə deyilir. (misal aləminə) ona görə bərzəx deyilir ki, çirkin cismlə (maddi) ruh aləminin arasındakı fasiləyə səbəb olduğu kimi dünyayla axirət arasındakı fasiləyə də səbəb olur. bərzəx mənasını iki yerdə istifadə etmək olar: Birincisi bərzəx aləmidir ki, insanın ruhu bədəndən ayrıldıqdan sonra oraya köçür. İkincisi isə insanın cismiylə ruhunun arasındakı fasiləyə deyilir.[12]

Bəs insan qeyb aləmini dərk edə bilərmi? Cavabında bu cür demək olar. Məqsəd əgər ağılın dərk edib anlamasıdırsa, bu bəhs mərifət bəhsində açıqlanmışdır və sabit olmuşdur. Burada isə ona işarə etmək mümkün deyil. Amma bu anlam və dərrakə mümkündür. Əgər məqsəd şuhud və ürəyin dərk etməsidirsə, bu düşüncədə başqa aləmdə də bəzi qanunlara riayət etməklə mümkündür.

İnsan buna qadirdir ki, bir məqama sahib olsun onda digər varlıqları dərk etməyə yol tapsın.

Aləm varlığında (cürbə- cür) müxtəlif və fərqli aləmlər vardır. Onların hər birinin özünə məxsus hakimiyyəti var.

Bu hakimiyyət aləmlərin fərqli olduğu üçün bir- birindən fərqlidir. misal üçün: Təbiət aləminin özünə məxsus hökm və əhkamı var, bərzəx aləminin də özünə məxsus hökümləri vardır, qiyamət aləmində özünə məxsus başqa bir hökümləri vardır. İnsan bu aləmlərə daxil olub onların dərk etmək üçün, bir məqama çatmalıdır ki, o tutuma (zərfiyyətə) malik olsun. Buna görədir ki, insan ölümlə başqa bir həyata yol tapır və bu vasitəsilə bərzəx aləminə daxil olur. Quran kərimin buyurduğuna görə, aləmdə tamamilə bir dəyişiklik baş verməlidir ki, qiyamətin qanun və hökümlərini insanlar dərk etməyə hazır olsun. Bunun üçün də demək olar insan maddi aləmdən başqa aləmləri də dərk etməyə qadirdir. Amma aləmi dəyişmək vasitəsilə bu qabiliyyətə malik bilər. o cür ki, bəzi insanlar bir çox əməl və qaydalara riayət etməklə, təbiətdən başqa aləmləri dərk etməyə nail olur. bu dünyada ölümündən əvvəl qiyamət səhnəsini və bir çox həqiqətləri kəşf edir. O şəxs ki, nəfsini və qəlbini paklaşdırıb. Allaha doğru qayıdıb bir çox mərhələlərdən keçərək uca məqama sahib olur.

Birinci mərtəbədə, mələklər aləmini dərk etməyə qadir olur...bundan sonrakı mərtəbədə isə ruh aləminin sirlərinə yol tapır...

Bundan sonrakı və yuxarı mərtəbədə isə Allahın ərşini görməyə hazır olur.

Bu məqam, Haris ibni Malik kimi insanların məqamıdır ki, Peyğəmbər (s)- in ondan soruşduğu sualın (gecəni gecə səhərə çıxardın) cavabında deyir:

"کانى انظر الى عرش الرحمن بارزاً"

Elə bil ki, Allahın ərşini görürdüm.[13]

İnsan Ağılı qiyamət və bərzəx aləmini və onun nemət və əzablarını dərk edə bilərmi? Bu sualın cavabında demək olar ki: Dünyanın bir çox həqiqətləri, xüsusiylədə təbiətdən kənar olan varlıqlar, bizim üçün bilinməzdir. Əlbəttə bu bilməməzlik, həqiqətin kəmmiyyətində və keyfiyyətindəndir. Amma o həqiqətin əslini ağıl və vəhy öz yerində sabit edir və bizim də ondan məlumatımız var. Əlbəttə o həqiqətin mahiyyətini bilmək bir həddə qədərdir, yalnız az bir dəstə insanlar ki, öz əməlləri sayəsində ona yol tapmışdırlar.

Onların az bir elmləri ətraflı məlumata çevrilir. Buna görə də bərzəxdəki bədənlər, nemət və əzablar tamamilə bizim üçün məlumdur. Bununla belə ayə və rəvayətlərdən və yaxud təhlillər nəticəsində bərzəxdəki bədən, nemət və əzabları təsəvvür etmək olar.[14] Əgər bərzəx aləminin nemət və əzablarını təsəvvür etmək istəsək yuxuda gördüyümüz nemət və əzablara oxşada bilərik. İnsan yuxuda həqiqətən bəzi işləri görür, yol gedir, danışır, fikirləşir, hər vaxt bunları maddi həyatla müqayisə etsək, həqiqəti olmayan bir varlıq kimi bilirik.

Amma əgər müqayisə etməsək, deyə bilərik bu yuxular özü- özlüyündə bir həqiqətdir, çünki yuxuda olan sevinc rahatlıq və yaxud yuxuda gördüyün narahatçılıq və ağrılar bir növ həqiqətdir. Bəs yuxuda görülən röyalar insan bədənində də təsir qoyur.

Bu cür yuxu həyatı daha çox həqiqətə yaxın olarsa onu bərzəx həyatı adlandırmaq olar. Orada maddə, molekul hüceyrə və atom yoxdur, amma bütün həyatın varlığı, maddi olmayaraq və çəkisiz vardır.

Misal üçün, təsəvvür aləmində, bütün varlığı təsəvvür etmək olar və onlarınhamısını öz yanımızda hiss edə bilərik və yaxud həqiqətən göyləri və yeri, dostlarımızdan öz yanımızda təsəvvür edək, bəs yuxuda gördüyümüz mənzərələri təsəvvür aləmində müşahidə edirik, beləliklə bunu bir həqiqət olaraq görürüksə onu bərzəx aləmi adlandırırıq. Bunun üçün də alimlər deyir bərzəx aləmində istilik və soyuq, şirin və acı, sevinc və güzn olan bütün maddiyyatın təsiri hiss olunmazdır orada yemək içmək, danışmaq, eşitmək və görmək vardır, baxmayaraq ki, həyatımızda müşahidə etdiyimiz maddədən orada heç bir xəbər yoxdur.[15]

İşarə olunduğu kimi, Qurandan və bəzi ayələrdən istifadə olur ki, insan axirət aləminə köçdükdən sonra bir çox nemətlər (və yaxud əzablarla) üzləşəcəkdir ki, insan təsəvvür etdiyindən daha üstündür. İnsanın öz imanının ya kafir, münafiq və yaxud tamahkar olduğu üçün nemət və əzablarında fərqli olacaqdır.

"فلاتعلم نفس ما اُخفى لهم من قرة اعین"

Heç bir kəs bilmir onlar üçün hazır olanları ki, gözlər onları görməmişdir.[16] Peyğəmbər əkrəm (ə) buyurur:

"... و من صام من رجب اربعة عشر یوماً اعطاه اللَّه من الثواب مالاعین رأت ولا اذن سمعت ولاخطر على قلب بشر..."[17]

Bu məzmunun bir hissəsi imam Əli (ə)- ın kəlamlarında da müşahidə olunmuşdur.

Həzrət buyurur:

"و من تصدق بصدقة فى رجب ابتغاء وجه اللَّه، اکرمه اللَّه یوم القیامة فى الجنّة من الثواب بما لاعین رأت ولااذن سمعت ولاخطر على قلب بشر"[18]

Buna görə də Allah taala öz rəhməti sayəsində möminlərə elə bir nemət əta edəcəkdir ki, onu göz görməyib qulaq eşitməyibdir, heç bir insanın acığından və qəlbindən də bu cür nemətlər təsəvvür olunmamışdır.

İmam Xumeyni (rh) behişt nemətlərini təsvir etdiyi zaman buyurur: Mərifət əhli olan alimlərdən biri bu cür söylədiyini eşitdim ki, buyurmuşdur: Behiştdə, şərbətdən bir çeşmə vardır ki, eşitdiyimiz bütün ləzzətlərin hər növü (müxtəlif musiqi və səslər) və bütün gözəl hiss olunan ləzzətləri (gözəl sima və rənglər) orada vardır. Başqa hiss qüvvələri də bu cür olduğu kimi orada da vardır, bütün ləzzətləri ayrı- ayrılıqda da dərk etmək mümkündür.[19]

Əlavə məlumat üçün mənbələr:

1.             İmam Xumeyni (rh) səhər duasının təfsiri.

2.             Cavadi Amuli, Abdullah, Təfsire mövzuyi Quran kərim, cild 13

3.             Cavadi Amuli, Abdullah, Şəriət dər ayineye mərifət.

4.             Cavadi Amuli, Abdullah, Şenaxt şunasi dər Quran.

5.             Cavadi Amuli, Abdullah, Əql və iman və insan şunasi.

6.             Hürr Amuli (rh) Vəsailuş- şiə, cild 4

7.             Sübhani, Cəfər, Məade insan və cahan

8.             Səccadi, seyyid Cəfər, Fərhənge ulume islami və kəlami, çap 1357. ş.

9.             Şərani, Mirza Əbül Həsən, Nəsre Tuba, ya dairətul məarife luğate Quran.

10. Kaşifi, Məhəmməd Rza Xuda şunasi və fərcam şunasi.

11. Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 14



[1] - Cavadi Amuli, Abdullah, Təfsir mövzuyi Quran kərim, cild 13, səh 78- 88

[2] - Cavadi Amuli, Abdullah Təfsire mövzuyi Qurani kərim, cild 13, səh 216

[3] - Mən la yəhzuruhul fəqih, cild 4, səh 378, hədis 5788

[4] - Cavadi Amuli, Abdullah, Həyate arifaneye imam Əli (ə), səh 21

[5] - Şəriət dər ayineye mərifət, səh 178- 179

[6] - Bax: Təfsir mövzuyi, cild 13, səh 331- 332

[7] - Cavadi Amuli, Abdullah, Şenaxt şunasi dər Quran, səh 407

[8] - Əql və iman və insan şunasi, səh 16

[9] - Şəriət dər ayineye mərifət, səh 368

[10] - Şəriət dər ayineye mərifət, Tibq nəql, əql və iman və insan şunasi, səh 18

[11] - Bax: Təsnim, cild 2, səh 171- 173

[12] - Bax seyyid Cəfər Səccadi, Fərhənge ulume islami və kəlami, çap 1357, nəsre uba ya dairətul- məarife luğate Quran.

[13] - Cavadi Amuli, Abdullah, Şenaxt şunasi, səh 409- 410

[14] - Məhəmməd Rza Kaşifi, Xuda şunasi və fərcam şunasi, səh 98- 100

[15] - Sübhani, Cəfər Məade insan və cahan; təfsire numunə, cild 14, səh 321, Kaşifi Məhəmməd Rza, Xuda şunasi və fərcam şunasi, səh 94

[16] - Səcdə surəsi, ayə 17

[17] - Hürr Amuli, Vəsailuşşiə, cild 7, kitabe sovm, səh 354, hədis 10

[18] - Hürr Amuli, Vəsailuş- şiə cild 7, kitabe sovm, səh 354, hədis 10

[19] - İmam Xumeyni (rh) Təfsire səhər, səh 44

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...