Ətraflı axtarış
Baxanların
4174
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Necə olur ki, bəziləri (Allaha itaət yolunda) əqli və mənəvi təkamül üçün ömür nemətindən daha artıq faydalanırlar?!
Sual
Necə olur ki, bəziləri (Allaha itaət yolunda) əqli və mənəvi təkamül üçün ömür nemətindən daha artıq faydalanırlar?!
Qısa cavab

Bu sualın cavabı əsas etibarı ilə iki mehvərdə tədqiq oluna bilər:

Birincisi budur ki, ümumi şəkildə dünyaya məxsus olan bütün nemətlər və xüsusi şəkildə dünya həyatı və ömür iki yönə malikdir. Yəni əgər iman, Quranın hidayəti və Peyğəmbər (səlləllahu əleyhi və alih) itrətinin yolu əsasında qərar tutarsa, dəyərli və səadət səbəbi hesab olunur, əgər onda ilahi dəyərlər olmazsa hər iki dünyada insanın yükü hesab olunur.

Buna görə də dünyada qarşıya çıxan fürsətlərdən heç biri mənəvi yüksəliş üçün müqəddimədən başqa bir şey deyildir. Yəni onlardan bəhrələnmək mütləq şəkildə inkişafa, tərəqqiyə səbəb ola bilməz. Çox nemətlər həqiqətdə günahkarlar üçün bəla, müsibət ola bilər və çox hallarda uzun ömür sahibləri bütün ömürləri boyu (çoxlu günahlar səbəbi ilə) özləri üçün cəhənnəm odu hazırlayırlar.

Digər tərəfdən, daha çox nemətlərdən məhrum olmaq da (əbədi) məhrumiyyət səbəbi deyildir. Çünki Allahın dəsgahında kəmiyyət deyil, keyfiyyət nəzərdə tutulur. Bunu da qeyd edək ki, şəxsin əməlləri onun ixtiyarında olan nemət və imkanlara uyğun şəkildə hesablanır.

Bundan əlavə, əldən getmiş fürsətlərin bərpasında (xalis) niyyətin xariqul-adə və əsaslı rolu unudulmamalıdır. Çünki hətta mümkündür ki, qısa müddət ömür sürmüş bir şəxs pak-pakizə, xalis niyyətinə görə bütün yaxşı əməl sahiblərindən qabağa keçmiş olsun.

İkincisi, insan heç vaxt özünün saleh əməlləri üzərində hesab açaraq dərhal nəticə almamalıdır ki, ömrü nə qədər çox olsa, yaxşı əməlləri də çox olacaq və mütləq daha ali-insani məqamlara nail olacaqdır. Bunu unutmaq olmaz ki, behişt bizim saleh əməllərimizin dəyəri deyil; əksinə behiştin dərəcələri ilahi təfəzzül və mərhəmət əsasındadır. Əgər Allah bizimlə Öz ədaləti əsasında rəftar etsəydi, heç bir mükafata və savaba layiq olmazdıq.

Həqiqət budur ki, bizim həyatımızda – istər bilə-bilə, istərsə də bilmədən; istər qəflət, istərsə də agahlıq üzündən günahla savab yanaşıdır və çox hallarda böyük savab xırmanları kiçik günah qığılcımı ilə od tutub məhv ola bilər.

Bundan əlavə, Allahın mərhəməti olmasa, hətta bizim yaxşı əməllərimiz də Onun bizə əta etdiyi nemətlər müqabilində olduqca kiçikdir. Əsas etibarı ilə bizim mərifətimiz elə bir həddə deyildir ki, Allaha layiq olan şəkildə ibadət və pərəstiş etmiş olaq. Necə ki, Adəm övladının sərvəri Həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) bu mənaya etiraf edərək deyir: “Pərvərdigara! Səni layiqincə tanıya bilmədik, bəndəlik məqamına layiq olan şəkildə Sənə bəndəlik və ibadət etmədik.”

Buna görə də öz əməllərimizi deyil, Allahın lütf, mərhəmət və kərəmini meyar hesab etməliyik. Deməli, Allah-taalanın mərhəmət və nəzəri dairəsində olduğu halda az əməllə çoxun heç bir fərqi yoxdur; əsas məsələ Onun həmin əməllərdən hansını daha çox bəyənməsidir. Əlbəttə, Allahın inayət və mərhəməti o kəslədir ki, bütün ömrü boyu xalis şəkildə Onun xidmətində olsun – istər az ömür sürmüş olsun, istərsə də çox.

Ətreaflı cavab

Ömür insanın dünyəvi nemətlərindən sadəcə biridir. Dünyada ömür nemətindən də böyük ola bilən digər nemətlər də vardır. Bu nemətlərdən hər biri öz növbəsində insanın mənəvi və əqli təkamülü üçün bir vasitə ola bilər, ondan düzgün istifadə nəticəsində insanı əbədi səadətə çatdırar.

Sizin sualınızı başqa nemətlər barəsində də irəli çəkmək olar. Məs; necə olur ki, bəziləri digərlərinə nisbətən Allaha bəndəlik, itaət və rəhmətin cəlb olunmasında daha artıq fürsət və nemətlərdən bəhrələnirlər?

Bu sualın cavabında bir neçə məsələni qeyd etmək lazımdır:

1. Ayə və rəvayətlərə səthi bir baxışla dünya və onunla əlaqədar nemətlər, o cümlədən ömür barəsində bir-birinə zidd olan iki nəzəriyyəni müşahidə etmək olar:

a) Birinci nəzərə əsasən, dünya çox gözəl bir yerdir, çünki o, axirət üçün əkin sahəsi,[1] faydalı ticarət yeridir.[2] Necə ki Əli (əleyhis-salam) dünyanı məzəmmət edən bir şəxsə xitab edərək buyurdu: “Ey dünyaya xidmət edən! Sən özünü dünyaya məftun etmişsən! Dünya sədaqət və dostluq evidir – o kəs üçün ki, onunla düzgün olsun; salamatlıq evidir – o kəs üçün ki, onu başa düşsün; ehtiyac evidir – o kəs üçün ki, ondan yol azuqəsi götürsün; öyüd-nəsihət və ibrət evidir – o kəs üçün ki, moizəni qəbul etsin. Dünya Allah dostlarının səcdəgah yeri, mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu yer, Allah övliyalarının ticarət evidir.”[3]

b) İkinci çıxarışa əsasən “Dünya çox pis bir əkin sahəsi,[4] fitnə evi,[5] oyun-oyuncaq yerindən[6] başqa bir şey deyildir; dünya möminin zindanı,[7] puç arzular evidir.[8] Hər kəs ona ümid bağlasa, dünya onu aldadar.”[9]  Onun şirinliyi acı, ağlığı küdurətli – paslıdır,[10] əvvəli ah, nalə, şivən, axırı yoxluq və puçluqdur.[11] O, əl vuranda yumşaq, lakin zəhəri öldürücü olan bir ilanın məsəlinə oxşayır. Buna görə də onun xoşluqlarından da üz çevirmək lazımdır.”[12] Bunlar Əli (əleyhis-salam)-ın kəlamında aydın müşahidə olunur.[13]

Yuxarıdakı nəzər və çıxarışlardan biri dünyanı bəyənilən bir şey kimi təqdim edir, digəri isə dünyanı məzəmmət olunmuş hesab edir. Bu iki nəzəriyyənin hər biri təklikdə naqis və natamam olmaqla, dünya və onun həyatının gerçəkliklərinin yalnız bir qismini göstərir. Bu ikisini birlikdə nəzərdə almaqla həqiqəti dərk etmək olar.

Yaxud bu mənaya demək olar ki, əgər dünyadakı nemətlərdən, o cümlədən ömür nemətindən Allaha itaət və bəndəlik etmək, Onun bəndələrinə xidmət göstərmək, elm, mərifət əldə etmək, yer üzünün abadlığı yolunda və s. istifadə olunarsa, dünyada mənalı, gözəllik, yaxşılıqlarla, nizam-intizam və böyüklüklə dolu olan bir həyatı nümayiş etdirmiş olacaqdır ki, bunların da hamısı Allahın haqq cilvəsidir və onda mehriban Allahın cilvələrini müşahidə etmək olar; elə bir dünya ki, mütəal Allaha eşqin nəticəsində abad olmuşdur, onda pak-pakizə həyat üçün ümid dalğalanır.

Bunun əksinə olaraq, əgər dünyadakı maddi və mənəvi nemətlər, o cümlədən ömür kimi ilahi nemətdən Allaha qarşı üsyankarlıq, günah və inadkarlıq yolunda istifadə olunarsa, onda bu kimi şeylər insan ömrünün qaralmasına səbəb olaraq onu puça çıxaracaqdır.

Buna görə də imanla yanaşı olan həyat dəyərli və axirətin abad edilməsidir; heyvan yönlü və alçaq həyat isə əbədi xəsarətə səbəb olur.

2. Dünya Allahın məxluqu olduğundan Onun ayə və nişanəsi sayılır, lakin hal-hazırda bizim sözümüz bu istiqamətdə deyildir; əksinə, sözümüzü bu nemətlərin insanın həqiqi (mənəvi) tərəqqisi və inkişafı yolunda ifa etdiyi təsir cəhətdən davam etdiririk. Bu cəhətdən dünya öz-özlüyündə nə bəyənilən, nə də məzəmmət ediləndir. Əgər ondan olduğu kimi bəhrələnsək tərifləyir, yox əgər layiq olmadığı tərzdə istifadə etsək, məzəmmət edirik. Buradan aydın olur ki, insanın uzun ömrə malik olması, dünyadakı məziyyət və imkanlardan istifadə etməsi təklikdə onun vücud gövhərinin tərəqqi və inkişafında kifayət deyildir. Əksinə, iman və iradə ünsürü onu bil-fel (real və gerçək) bir nemətə çevirir. Buna görə də ömür və digər dünyəvi nemətlər inkişafın eyni deyil, yalnız onun müqəddiməsi ola bilər.

Çox insanlar dünyanın müxtəlif çeşidli nemətlərindən, uzun ömürdən bəhrələnsələr də, özləri üçün zülmətlə dolu əbədi bir bədbəxtçiliyi hazırlayırlar. Bunun müqabilində də tarix böyü elə insanlar görmək olur ki, qısa ömür ərzində və Allahın verdiyi nemətlərdən az miqdarda bəhrələnməklə dillər əzbəri olmuş, insani kamalların yüksək həddinə – hamının  qibtə etdiyi bir məqama çatmışlar.

Quran və Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində bu qəbildən olan insanların çoxlu nümunələrini görmək olar.

3. Bəhsimizin fəzasından xaricdə olan acı tarixi gerçəklik budur ki, camaatın əksəriyyətinin günah və savabı – hər ikisi onların əməl dəftərlərində gecə-gündüz qeyd edilir. Əksər hallada əməl tərəzisinin günah tərəfi savab tərəfindən ağır gəlir, xüsusilə insan qəflət və cəhalət üzündən, bəzi günahlara diqqət yetirmədən bu işləri görmüş olur. Buna görə də əgər Allah-taalanın mərhəməti, kərəmi və xüsusi inayəti olmasa, insan ömrünün nəticəsi, yaxşı əməllərinin dəyəri belə dəqiq hesablamada çox da xoşa gələn olmaz. Qısa şəkildə desək, daim Allahın lütf və mərhəmətinə ümidvar olmaq lazımdır. Çünki O, vədə vermişdir ki, insanın yaxşı işlərini bir neçə qat artıracaq, tövbə edənlərin günahlarını onların əməl dəftərindən silib təmizləyəcəkdir.

Deməli, ömrün uzunluğu və nemətlərin çoxluğu həmişə Allahın lütf mərhəməti mənasına deyil.

Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih)-i yeməyə dəvət etdilər. Həzrət ev sahibinin evinə gəldiyi zaman gördü ki, bir toyuq divarın üstündə yumurtlayıb. Yumurta divarın üstündən düşərək dəmirin üstündə dayandı: nə yerə düşdü, nə də sındı. Həzrət bu mənzərəni görməklə heyrətə daldı. Ev sahibi dedi: “Bu toyuğun yumurtasının sınmamasından təəccüb edirsiniz?! Səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha and olsun ki, mən indiyə qədər heç bir bəla görməmişəm.” Peyğəmbər (səlləllahu əleyhi və alih) ayağa qalxdı, onun yeməyindən bir tikə belə yemədən buyurdu: “Bir kəs bəla görməsə, Allah ona lütf və mərhəmət etməz, nəzər salmaz!”[14]

Deməli, çox hallarda nemətin bolluğu istidrac və (daha şiddətli cəzalandırmaq üçün) möhlət vermək qəbilindəndir. Yəni onlar (günah əhli) naz-nemətə, firavanlığa qərq olur, günah və çirkab bataqlığına daha artıq batmaq üçün onlara fürsət verilir ki, öz əməllərinin cəzasına çatsınlar.

İnsan daim qorxmalıdır ki, görəsən onun ixtiyarında olan ilahi nemətlər doğrudanmı lüft və mərhəmət üzündəndir, yoxsa Allahın əbədi sünnəti olan möhlət vermək və istidrac qəbilindəndir?! Buna görə də həzrət “Məkarimul-əxlaq” duasında Allah dərgahında belə ərz edir:

اَللَّهُمَّ عَمِّرْنِى مَا کَانَ عُمُرِى بِذِلَّةٍ فِى طاَعَتِکَ فَاِذَا کَانَ عُمُرِى مَرْتَعاً لِلشَّیْطاَنِ فَاقْبِضْنِى اِلَیْکَ قَبْلَ اَنْ سَبَقَ مَقْتُکَ اِلَىَّ اَوْ یَسْتَحْکِمَ غَضَبُکَ عَلَىَّ

“Pərvərdigara! Mənə o zamana qədər ömür ver ki, Sənə itaət və bəndəlik yolunda olum. Əgər ömrüm şeytanın otlağına çevrilsə, həmin anda, Sənin qəzəbin mənə yönəlməzdən, qəzəbin mənə hakim kəsilməzdən öncə mənim canımı al!”

5. İnsanın bəzi yaxşı əməlləri, o cümlədən sədəqə vermək, sileyi-rəhim (qohum-əqrəbanın görüşünə getmək və onlara ehsan etmək), xüsusilə ata-ana barəsində etmək ömrün uzanmasına səbəb olur. Eləcə də bəzi günahlar ömrün kəsilməsinə, qısalmasına səbəb olur.

Bu gözəl əməlləri yerinə yetirməklə və ya qeyd olunan günahları tərk etməklə insanın ömrü uzana bilər. Necə ki, imam Riza (əleyhis-salam) buyurur: “Bir nəfərin ömründən üç il qalmışdı, sileyi-rəhim etdiyinə görə Allah onun ömrünü otuz ilə qədər uzatdı. Allah istədiyi işləri görür.”[15]

 6. Maddi dünyada heç bir şey əbədi deyildir. Dünya və onda olan şeylər, o cümlədən insan üçün müəyyən olunmuş möhlət və əcəl vardır ki, ondan bir anlığa o tərəfə keçə bilməz, bu möhlət artırılıb-azaldıla bilməz. Təqdir olunmuş əcəl Allahın məsləhət bildiyi əsasda cərəyan edir və bu, Onun ilahi elmində məlumdur. Müqəddər olunmuş əcəldən əlavə – buna əsasən onun ardınca təbii ölüm gəlir – insan müəlləq əcələ də malikdir ki, o artIrıla, azaldıla bilər.

Amma təbii ömrün hansı məsləhətlər əsasında müqəddər olunmasına – bu,  bizə məlum deyildir – gəldikdə isə, ondan yalnız Allah-taala agahdır. Bu, mühüm məsələdir ki, çox hallarda onu başa düşmək olmaz. Həqiqətdə insanın təbii, yoxsa müəlləq (müəyyən şeylərlə şərtlənən) əcəllə dünyadan getməsini başa düşmək olmaz.

7. Bəzi rəvayətlərdən aydın olur ki, insanın təkamül seyri ölümlə sona çatmır, bərzəx aləmində də davam edir. Əlbəttə, oradakı mənəvi inkişaf insanın bu dünyada özündən qoyub getdiyi yola tabedir. Buna görə də əgər bir şəxs ruhi kamallar yolunda ölümlə qarşılaşsa, onun bu yoldakı inkişafı və tərəqqisi bərzəx aləmində də davam edəcəkdir.

8. Ömrün ən dəyərli və yaxşı hissəsi ömrün əvvəlləri olan cavanlıq dövrüdür. Çünki bu dövr Allaha eşq, cavanlıq iradəsi və əzmi ilə yanaşıdır. Mütəal Allah cavan şəxsin ibadəti ilə Öz mələklərinə öyünür, onun üçün qat-qat artıq savab verir, onun xətalarını güzəştə gedir və tövbə tövfiqini ona mərhəmət edir.

Qocalıq çağlarında isə, fiziki qüvvələrin zəiflədiyinə görə bir çox ibadətləri yerinə yetirməyə imkanı olmur. Ömrün bu dövründə günaha mürtəkib olmaq daha çirkin və daha təhlükəli olur. Çünki tövbə üçün çox az tövfiq yaranmaqdan əlavə, əksər hallarda qocalıq dövründə yeni bir hadisə baş vermir, insanın həqiqi halı və günləri elə orta yaşlarına qədər özündən göstərdiyi şeylərdir. Buna görə də insan ömrünün ən mühüm və ümdə hissəsi cavanlıq dövrüdür ki, əksər hallarda pakdır, hidayəti qəbul edir, mənəvi feyzləri əldə etmək üçün daha çox qabiliyyəti vardır.

Tarixin göstərdiyi kimi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in köməkçilərinin əksəriyyəti cavanlar, inadkar düşmənlərinin çoxu da yaşlılar və qocalar idi.

Müasir dövrdə elə cavanları görürük ki, həvayi-nəfsi ayaq altına qoymaqla Allah dərgahına doğru seyr-sülukun yüz illik yolunu bir gecədə qət etmiş və bir çox qocalardan irəli keçmişlər.

9. Allahın ədalətinin tələbinə əsasən ilahi dəsgahda hər bir şəxsə yalnız onun ixtiyarında olan nemətlər əndazəsində ilahi təklif (vəzifə) verilir, bu əsasda da savab və ya cəza onun əməllərinə aid olur. Buna görə də misal üçün, əgər bir şəxs qasir cahil olarsa, yəni heç bir təqsirə yol vermədən şəriət hökmləri ilə əlaqədar cahil olarsa, təklif onun haqqında heç vaxt cəza gətirməz.

Həmçinin mühasibə və sorğu-sual da insanın ixtiyarında olan nemətlər əsasındadır. Buna görə də rəvayətlərdə deyilir ki, bərzəxdə və qiyamətdə alimlərin, sərvətlərin, mənsəb sahiblərinin sorğu-suala tutulması adi insanların sorğu-sualından çox dəqiq və ağırdır.

Ömür boyu az maddi imkanlardan bəhrələnən bir şəxsin əməl dəftəri həmin əndazədə və mizanda araşdırılacaq, həmin qədər də onunla müdara edib güzəştə gedəcəklər. İmam Sadiq (əleyhis-salam) buyurur: “Qiyamət günü olan zaman camaatın bir dəstəsi qalxacaq və behiştin qapısına gələcəklər. Onlara deyiləcək: “Siz kimsiniz?!” Deyəcəklər: “Biz fəqirlərik.” Onlara deyiləcək: “Hesab çəkilməzdən qabaq behiştə daxil olmaq istəyirsinizmi?!” Deyərlər: “Bizə bir şey verməmişdiniz ki, ondan da hesab alasınız!” Allah-taala buyurar: “Onlar düz deyirlər; behiştə daxil olun!”[16] [17]

10. Mühüm məsələlərdən biri də budur ki, əksər hallarda Allah-taalanın hüzurunda əməllərin kəmiyyəti deyil, keyfiyyəti nəzərdə tutulur. Belə ki, Əli (əleyhis-salam) həmişə buyurardı: “Təqva ilə yanaşı olan əməl (az olsa da belə) əslində az deyildir. Necə az ola bilər, halbuki böyük Allah tərəfindən qəbul olunur?!”[18]

Buna görə də mümkündür ki, bir şəxs iyirmi dəfə həccə getsin, amma ondan bir fayda görməsin; bir şəxs isə yalnız bir dəfə həccə getsin və həmin Həcc ilə behiştin açarını əldə etsin. Buna görə də Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində qeyd olunur ki, əgər insanın qısa ömrü ərzində bir əməli qəbul olunsa, onun axirət həyatı üçün faydalı olacaqdır. Halbuki çoxlu işlər zahirdə mühüm və böyük olsa da, müxtəlif dəlillərə görə, o cümlədən ücb (qürur hissi keçirmək), riyakarlıq,  təqvasızlıq üzündən Allah tərəfindən qəbul olunmaya bilər və insanın halına fayda verməz. Buna görə də daim keyfiyyətli olan az əməl keyfiyyətsiz olan çox əməldən üstün sayılmışdır.[19]

11. Möminin niyyəti onun əməlinin əslindən daha yaxşıdır.[20]

Əməlin Allah dərgahında qəbul olunmasının əsl şərti də niyyətdə ixlas – əməlin Allah üçün xalis əncam verilməsidir.[21]

Buna görə də əgər insan saleh bir əməl yerinə yetirməyi niyyət etsə, lakin müəyyən dəlillərə görə, o cümlədən ömrü kifayət etmədiyinə və ya maddi cəhətdən imkanı olmadığına görə onu yerinə yetirə bilməsə, mütəal Allah o əməlin savabını ona mərhəmət edəcəkdir.[22]

Buna görə də yaxşı əməl sahibi daim xeyir işlər niyyətində olmalı və Allahdan istəməlidir ki, bütün saleh əməllərin əncam verilməsini ona mərhəmət etsin ki, ömrü buna kifayət etmədiyi təqdirdə niyyət etdiyinə görə onların savabını əldə etsin və əməl dəftərində qeyd olunsun. İmam Sadiq (əleyhis-salam) buyurur: “Cəhənnəm əhli ona görə orada əbədi qalacaqlar ki, onların niyyəti dünyada əbədi qalacaqları təqdirdə həmişə Allaha itaətsizlik etmək idi. Behişt əhli də buna görə behiştə əbədi qalacaqlar ki, onların niyyəti dünyada həmişəlik qalacaqları təqdirdə daim Allaha bəndəlik və itaət etmək idi. Deməli, hər iki dəstə öz niyyət və əməlləri səbəbi ilə əbədi oldular...”[23]

12. Axırıncı məsələ budur ki:

Yaxşı olar ki, bəndə özünün bütün hümmətini Allahın vəzifəliyi etdiyi işləri yerinə yetirməyə və bəndəliyə doğru yönəltsin, öz vəzifəsini ayırd etdikdən sonra bunları yerinə yetirsin. Şübhəsiz, mütəal Allah heç kəsin əcr və savabını zay etməz və insana kömək edər.



[1] “Dünya axirət üçün əkin sahəsidir.”

[2] "Nəhcul-bəlağə", “Müttəqilər” xütbəsi

[3] "Nəhcul-bəlağə", Sübhü Saleh, xütbə 131

[4] “Ğurərul-hikəm”, səh. 142

[5] "Nəhcul-bəlağə", xütbə 63, səh. 94, Sübhü Saleh

[6] “Hədid” surəsi, ayə: 20

[7] “Kafi”, 2-ci cild, səh. 250

[8] "Nəhcul-bəlağə", xütbə, 45, səh. 85, Sübhü Saleh

[9] "Nəhcul-bəlağə", xütbə 178, səh. 257, Sübhü Saleh

[10] "Nəhcul-bəlağə", xütbə 52, səh. 89, Sübhü Saleh

[11] "Nəhcul-bəlağə", xütbə 82, səh. 106

[12] “Nəhcul-bəlağə", xütbə 68, səh. 458

[13] "Nəhcul-bəlağə", xütbə 116, səh. 310

[14] “Üsuli kafi”, “iman” kitabı, “ibtilaı mömin” babı, hədis 20

[15] “Üsuli kafi”, “iman” kitabı, “sileyi-rəhim” babı, hədis 3

[16] “Kafi”, 2-ci cild, səh. 264, “fəzilətu füqərail-müslimin” babı,

[17] “Üsuli kafi”, “iman” kitabı, “taət” babı, hədis 5

[18] Yenə orada, hədis 7

[19] “Üsuli kafi”, “niyyətul-mömin xəyrin min əməlih” bölməsi, “iman və küfr” kitabı, niyyət

abı, hədis 2

[20] Yenə orada, hədis 1

[21] Yenə orada, hədis 3

[22] Yenə orada, hədis 5

[23] “İsra” surəsi, ayə: 82

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    127771 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    96892 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    78489 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    67120 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    61758 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    39303 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    33232 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    28713 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    28315 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    26390 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...