Ətraflı axtarış
Baxanların
4595
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Hünah iş görməyən cavan həzrit Xızır (ə) – ın əli ilə öldürülməsi necə qarşılanır? Bu iş Allahın ədalətiylə uyöundurmu?
Sual
Mübarək Kəhf surəsinin 80- cı ayəsində, həzrət Xızır (ə) o cavanı öldürməsinin dəlilini açıqlayır. Allahın ədaləti əsasında nə qədər ki, insan şər iş görməmişdir o əməl onun üçün hesab olunmayıb əzab görmür.
Beləliklə bir neçə sualla qarşılaşırıq:
1. Nə üçün Allah- Taala o cavanın gələcəkdə günah əhli olacağını bilib, amma (ilahi ədalət çərçivəsində) ona fürsət vermədi ki, gələcəkdə öz pis əməllərinə şahid olsun?
Bəs bu cəbr deyil?
2. O cavan mömin valideyinlərinə görə Allah- Taalanın rəhmətinə şamil olmuşdursa çünki pis əməllərə qoşulmamışdan əvvəl dünyadan göçmüşdürsə bir daha əzab görməyəcək?
3. Və yaxud Allah Taala onun gələcəkdə günahkar olduğuna elmi var, axirətdə əzab görəcək?
Qısa cavab

Bir çox ayə, rəvayət və təfsirlərdən istifadə olur ki, cavanın öldürülməsi həzrət Xızır (ə)- ın əsəb və ya öz istəyi ilə olmamışdır, bu qətl məsləhət və hikmət üzündən baş vermişdir. Xüsusiylə də bu qətl Allahın saleh bəndələrindən olan bir insanın vasitəsiylə ki, qəlbi Allahın rəhmətiylə dolu idi, baş vermişdir.

Həzrəti Xızır (ə) Musa (ə)- ın bu işə etiraz etdiyi üçün cavab olaraq buyurur: Allahın iradə və hikməti hər bir şeydən üstündür və sadə fikirli insanlar Allahın işlərinin zərifliyini dərk edə bilməz. Bunun üçün də insanların ağılı Allahın işlərini əhatə edə bilməz və bunun əksinə Allahın iradəsi isə insanların ağılına hökümdar və onu əhatə edir, buna görə də aşkarada olan və ağılın dərk etdiyinə inanma hər iş görürəmsə, onu haqq olaraq qəbul et.

Başqa sözlə desək: O cavanın ölümü tamamiylə Allahın hökmü və əmri ilə olmuşdur, həzrət Xızır (ə) Allahın əmri olmadan bu işi görməmişdir, bəlkə o Allahın əmrinin icrasındadır.

Bəzi vaxtlar Allah Taala iradə edir, bir neçə üstün məsləhətlərə görə, zahirdə olan cəzaların çərçivəsindən üstün əməl edib istəyir bəzi əməllərin batində olan əzab və yaxud savabını versin.

Bir çox ayə və rəvayətlər bu mövzuda əlimizdə vardır, və onlar ibarətdirlər:

1.             Çünki bu oğlan müsəlman valideyndən dünyaya gəlmişdir, onun kafir olması gələcəkdə valideyninin mürtəd olmasına səbəb olacaq idi və övladın mürtəd olmasının dünyadakı əzabı (Xızır (ə) – ın əliylə ölməsi) axirətdəki əzabını asanlaşdırdı.

2.             Allahın buna elmi var idi ki, cavanın gələcəyi madddi və mənəvi ziyandan başqa bir şey deyildir. Bu şəxs həyatda, öz valideynlərini kafir edib onlarında günahı onun boynuna düşəcək.

3.             Cavanın həyatda qalması, valideynlərin xeyir işdən ayırmasına səbəb olurdu ki, Allah- Taala bir qız övladı verdi ki, o nəsildən Peyğəmbərlər dünyaya gəldi.

Bu qətl nəticəsində valideyinlərin imanının hifz olmasından əlavə xeyirsiz oğlanın əvəzinə pak, mehriban və bərəkətli bir qız uşağı onlara bağışladı və bununla buna nail oldular ki, yetmiş Peyğəmbərin cəddi olub onların savab və rəhmət diləməklərindən bəhrələndilər.

Nəticədə, o cavana möhlət verməməyin hikmətlərindən biri, Peyğəmbərlər nəslinin silsiləsidir.

Elə ki, Allah Peyğəmbərlərin valideynlərinin imanına hakimdir. Ona görə ki, əgər o ğolan yaşasaydı və valideynlərin kafir olmasına səbəb olardı və həqiqi mane bu yolu bağlayardı.

Ətreaflı cavab

Ayə, təfsir və rəvayətlərə diqqət yetirdikdə məlum olur Qulamın (həddi buluğa çatan cavan)[1] ölməsi cərəyanı təsadüf və ya əsəb üzündən olmamışdır, bəlkə həzrət Xızır (ə) heç bir söz- söhbətçin o cavanı öldürmüşdür.[2]

Bunun üçün də şəxsi qəzəb və istək bu məsəldən kənardır, və sual edən kəs bunu qəbul edir ki, təhrim edici alimlərin bunda təsiri olmamış, tamamı ilə bu qətlin hikməti və dəlili var və Xızır (ə) bu macərada öz nəfsinin istəklərinə əməl etməmişdir. Xüsusiylə də elə bir şəxs işi görür ki, Quran onun barəsində buyurur:

"...عبداً من عبادنا آتیناه رحمةً من عندنا و علّمناه من لدّنا علماً..."

"Bəndələrimizdən olan bir bəndəni ki, xüsusi rəhmətimlə onun qəlbini doldurmuşam və öz elimlərimdən olan elmimi ona öyrətmişəm."[3]

Bunun üçün də yuxarıdakı nöqtələrə diqqət yetirdikdə qəbul edilir ki, şəxsi istəklər bu məsələdə rol oynamamışdır; Amma onun atifə hikməti nədir? Və necə anlamaq olar ki, belə bir şəxs təzə həddi buluğa çatmış cavanı öldürər?

Bunların cavaba etiyacı var, qabaqda bunlar cavablandırılacaq.

Bəzi rəvayətlərdən istifadə olur, həzrət Musa (ə) bu macəranı gördükdə çox narahat olur çünki məsələni zahirdən müşahidə edir və qətli mənasız görərək Xızır (ə)- a buyurur: "Sən günahsız və pak bir insanı, beləliklə qisas haqqı olmayan bir insanı öldürdün?! Bu doğru iş deyil və sən bəyənilməz bir iş gördün!" bu zaman həzrət Xızır (ə) ümumi olaraq öz işinin illətini açıqlayaraq buyurur: Allahın iradə və hikməti hər bir şeydən ucadır və insanın naqis ağılı Allahın işlərinin zərifliyini dərk etməyə qadir deyildir, bunun üçün də insanın ağılı Allahın işlərini əhatə edə bilməz və onun iradəsidir ki, insanların ağıl və dərrakəsinə hakim olmuş əhatə edir, bunun üçün də ağılın zahirdə dərk etdiyinə əsaslanma indi hər bir işi görürəmsə, səbirli olaraq onu qəbul et.[4]

Hədisə diqqət yetirdikdə bu nəticəni alırıq:

1.             İşlər zahir və batin olan iki hissədən təşkil olur. Əgər zahiri baxımdan yaxşılıqları və günahsızlıqları, batində olan pisliklərə və günahkarlığa doğru çəkilsə, zahirdə olan işlərə əsaslanmaq olmaz.

2.             Bəzi vaxtlar Allah iradə edir bir neçə məsləhətlər əsasında, zahirdə olan cəzaların həddindən kənar bəzi əməllərin savabını və yaxud əzabını batində olaraq versin.

3.             O cavanın öldürülməsi tamamiylə Allahın hökmü ilə idi və Xızır (ə) Allahın əmri olmadan bir iş görməmişdir, o yalnız Allahın əmrinin icrası idi.[5] Sual belədir: Allah Taala o cavanı öldürməklə, cinayətdən əvvəl qisas almamışdır?

Aşağıdakı mətləblər bu sualın cavabında bizə kömək olur:

1.             Əgər bir insan mömin ata və anadan dünyaya gəlib, həddi buluğa çatdıqdan sonra, öz iman gətirməsini inkar etsə "Fitrətən mürtəd olan şəxsin" hökmünə şamil olur və əgər belə bir şəxs kişi olsa öldürülməlidir. Bir çox rəvayətlərdə gəlmişdir: "Quranda qeyd edildiyi kimi, o cavanın ata- anası mömin idilər, amma övladları kafir idi, elə bir dərəcədə idi ki, qəlbinə hidayət nurunun saçmasına ümüd yox idi, imanı qəbul etməmək və təkəbbürlük möhrü onun qəlbinə vurulmuşdu."[6] Baxmayaraq ki, o oğlanın zahirdə olan rəftarı, dostlarıyla oynadığı zaman, onun kafir olduğunu göstərmirdi (o cür ki, həzrət Musa (ə) onun zahirdə olan əhvalına əsaslanaraq onu günahsız bilirdi.) Amma qəlbində olan əqidə həqiqətləri onun kafir olmasının sabit edirdi (elə ki, Allahın elmi, onu həzrət Xızır (ə)- a elan etməklə sabit etdi.) Onun ölümünün nəticəsi isə onun dünyadakı mürtəd olması idi.

2.             Allah- Taala bilirdi ki, o cavanın həyatda yaşaması, mənəvi və madi xəsarət xüsusi ilə də mömin valideynlərini yoldan çıxarıb ailənin məhv edərək onları dünya və axirət bərəkətindən və insanları bütün bunlardan məhrum etməkdən başqa bir xeyri yoxdur, bunun üçün də Allah Taala məsləhət görüb onun ömrünü kəsdi. İnsan bir zaman ona xeyir verib və zərərli işləri ondan uzaqlaşdıran bir şeyi qoruyub saxlayır, amma bunun əksinə olduğu zaman onu öz əlləriylə məhv edir. Çünki onun olmamasını daha çox istəyir! Bu zaman, baxmayaraq ki, ruhu insandan olan həzrət Cəbrail (ə) və onun xadimləridir. Amma Allah Taala istədi ki, onun zahirdə olan icrasını (o cavanın ömür səhifələrini sona çatdıran) onun seçilmiş bəndələrindən olan həzrət Xızır (ə) olsun.

Başqa sözlə desək, o həzrətin bu işi görməsi, Allahın təşrii və ya təkvini iradəsi əsasında idi ki, onun ölümünə bağlı idi.

Bu qətl başqa ölümlərlə ki, təsadüf olmuşdur bir səviyyədədir (bu fərq aralarında var ki, təsadüf qəza olaraq) ölüm yaradılışın nizam- tərtibi nəzərindən Allahın əmri ilə olmamışdır, amma bəhs etdiyimiz qətl isə təbii ölümlərlə iki baxımdan (təmiri və təkvini- səbəb olaraq) Allahın iradəsiylə baş vermişdir).

Həzrət imam Sadiq (ə) bu müəmmanın həlli üçün buyurur: Xızır (ə) bu fikirdə idi ki, olmaya bu işin gedişində başqa bir şey ona mane ola və o Allahın iradə etdiyi işin icrasından, yəni cavanın həyatını sona yetirməkdən (ki, əvvəli və sonu Allahın məsləhət və lütfü dairəsindədir) mərhum olsun. Xüsusiylə də bu işin icrasının səbəbi o cavanın valideynlərinə Allahın rəhməti idi! (Çünki Quranın buyurduğuna görə, Xızır (ə) bilirdi Allah belə bir cavanın əvəzində onun ata- anasına elə bir övlad verəcək ki, pak və nəsilin davamçısı olacaq), bundan əlavə Allahın iradəsi, nəticəsində Xızır (ə) Allahın hikmətlərini, həqiqətləri və Allaha məxsus olan elmləri, həzrət Musa (ə)- a açıqladı. Bu nöqtəyə diqqət etmək lazımdır ki; həzrət Xızır (ə) o vaxt istəyir ki, hikmətləri açıqlasın deyir: Hər cəhətdən qorxdum ki, cavan həyatda durduqca təkəbbürlüyə və valideynlərini haqq yoldan çıxartmağa səyy edəcək;" yəni o həzrət bu işləri görməkdə öz iradə və istəklərindən söz açmayıb və feli cəm olaraq (bilikdə) işlədib, bunu açıqlayır ki, baxmayaraq mən Allahın iradəsinin icraçısıyam, amma bu işdə tək deyil Allahın himayəsi, istəyi mənimlə şərikdirlər. bu fərqlə ki, Allahda qorxu sifəti yoxdur, amma Xızır (ə) və başqaları qorxu hissindən uzaq deyildir. (İlahi əmri tamamıyla yerinə yetirmək xüsusiylədə qorxulu bir vaxtda o hökmü icra etməkdə bir olmaq).[7]

Nə üçün əgər Allah Taala bilirdi ki, bu cavan gələcəkdə günah əhli olacaq, amma (Allahın ədaləti daxilində) ona ömür vermədi hətta öz çirkin əməllərinin şahidi olsun? Bəs bu cəbr deyil?

Yuxarıdakı açıqlamalardan məlum olur ki,

A: həyat özü, Allah tərəfindən bir nemətdir o cür ki, insana da şamil olmuşdur. Bunun üçün də Allahdan ömür istəməyə haqqımız yoxdur və ömrün kəsilməsinin illətini soruşmaq olmaz.

B: Allah iradə etmişdir ki, hikmət və səbəblər üzündən o cavanın həyatı sona çatsın, və yenə də bu sualın qarşısında başqa yollarla da cavablandırmaq olar.

1.             O cavan iki cəhətdən günahkar idi.

A: Fitri Mürtədd idi.

B: Valideyinləri etiqadlarını (əqidələrini) zəiflətməyə qüdrəti var idi, Allah ona fürsət verdi və gördü ki, o bu fürsətdən günahlarını və cəhvlərini əfv etdirmək üçün istifadə etmir və küfr və mürtədlikdən əl götürmür, bunun üçündən onun qətl hökmünü əmr etdi.[8]

2.             Əgər o cavan yaşasaydı, öz gizli niyyət və məqsədinə (valideyinlərini küfrə doğru çəkmək) çatmaq üçün çalışacaq idi və belə olan halda böyük fəsad və ziyan bunun arxasında gözlənilirdi.

Buna görə də, sonradan əmələ gələn xoşa gəlməz həqiqətlərin qarşısını almaq üçün, belə bir məxluqun ömrünün sona çatmasının hökmü verildi, bundan əlavə, ayələrin zahirindən belə nəticə almaq olar ki, bu oğlan xyirli övlad deyildi və qısa bir müddətdə, yəni həddi buluğa çatan kimi bir çox günahlara sahib olmuşdu! Bir sözlə o ata- anasını haqq yoldan döndərmək üçün qədəm götürmüşdü.

3. Kəhf surəsinin 81- ci ayəsindən istifadə olur, Allah təqdirdə tutmuşdu ki, bu ata- ananın iman və səbrinin qarşısında onlara fərqli bir övlad nəsib etsin. Bundan başa düşülür ki, cavanın öldürülməsi valideynlərin haqq yolu azmağa səbəb və kafir olduğu üçün əzab olmasaydı belə, yenə də başqa bir xeyrin ata- anaya çatmasına səbəb olurdu. Rəvayətdə bu nöqtəni açıqlayırlar ki, "Allah Taala iradə etmişdi, bu cavanın əvəzində bir qız onlara versin ki, onun nəslindən bir oğlan dünyaya gəlsin və biri o birinin ardınca neçə nəsil ilahi Peyğəmbərlik məqamını daşısınlar və yetmiş Peyğəmbər bu qızın nəslindən dünyaya gəlsinlər."[9]

O cavana fürsət verilməməyin hikmətlərindən biri də bu əziz Peyğəmbərlərin nəslinin nəticəsidir.

Allahın ədaləti Peyğəmbərlərin valideyinlərinin imanına şamil olmuşdur, buna görə də əgər oğlan yaşasaydı və valideynin kafir olmasına səbəb olub bu həqiqətə mane olardı. Bunun üçündə bu sual cavabsız qalır ki, nə üçün oğlan diri qalıb və Peyğəmbərlər onun nəslindən dünyaya gəlmədi?

O cavan mömin valideyinlərinə görə Allahın rəhməti ona şamil olub, günah iş görməkdən əvvəl dünyadan gediblərsə bir daha ona əzab olmayacaq? Və yaxud Allah- Taala bilirdi ki, o gələcədə üsyan edəcək, belə bir halda ona əzab etməyəcək?

Qabaqda tozih verdiyimiz kimi və açıqladığımız mətləblərə diqqət etdikdə, belə nəticə alırıq ki, bu qətl (məqtul) öldürülən, həzrət Xızır (ə) və ailənin valideyinləri üçün rəhmət səbəbi olmuşdur.

A: Ölən üçün xeyir bunlardan ibarətdir:

1.             Dünyada mürtəd olduğunun cəzasını aldı və bəlkədə bu iş axirətdə əzabının yüngül olmasına səbəb oldu.

2.             Həyatda yaşamasıyla, öz valideyinlərini kafir edib, onların da günahlarını öz öhdəsinə götürüləcəkdi.

3.             Əqidə basxımından kafir olan şəxs daha çox günaha batdı və o cavan da ömür dəftərinin bağlanmasına bununla səbəb ola və əbədi olaraq günah dəftərini bağladı, qiyamətdə də əgər sağ qalsaydı, günah işlərdən olan əzabdan amanda qaldı.

4.             O, ata- anasının haqqını yerinə yetirmirdi, valideyinlərə əziyyət vermək özü günahın çoxalmasına və valideyinlərin nifrətinə səbəb olur.

B: Ölənin valideyinləri üçün olan xeyir ibarətdir:

1.             İmanları hifz oldu.

2.             Belə övladın qarşısında səbr etmək, onlar üçün yol açmırdı, atalıq atifəsi və ananın rəhməti onun qarşılığında yumşaldıb, əqidələrini puç edirdi. Bu cəhətdən də ruhları amanda qaldı.

3.             Allahın səbr və razılığı imtahanından başı uca keçdilər.

4.             Təkəbbür və günahkar oğlanın əvəzinə pak, atəfəli və bərəkətli bir qız onlara ruzi edildi.

5.             Buna nail oldular ki, yetmiş Peyğəmbərin əcdadı olub onların məğfirətindən bəhrələndilər.

C: Öldürən üçün olan xeyirlər ibarətdir:

1.             Allahın qanununu icra etməkdə müvəffəq oldu.

2.             Mömin ailəyə bərəkətin nazil olmasına səbəb oldu.

3.             Həzrət Musa (ə)- a vəhyin sirlərindən, qeyb elmi və olanların həqiqətini açmaqda müvəffəq olmuşdur.

İmam Sadiq (ə) bu nemətlər belə adlandıraraq buyurur: "Allah Taala bilirdi əgər bu cavan yaşasa ata- anasının kafir olmasına səbəb olacaq və başqalarının dafəsada yönəlməsinə yol açacaq. Bunun üçün də Xızır (ə) onun ölümünə məmur oldu və sonda onların hamısı (öldürən, ölən və valideyinlər) İlahi lütf və mərhəmətə nail oldular."[10]



[1] - Qulam o kəsə deyilir ki, dodaqlarının arxasında təzə tü çıxmışdır. (möcəme məqayisul- lüğət

[2] - " فقتله من غیر تروٍّ و استکشاف حال " Təfsiri Safi, cild 2, bəhs olunan ayənin aşağısı, " فقتله" Fəqətələhu- da olan fa- ətf hərfi, o deməkdir ki, həzrət Xızır (ə) heç bir müqəddiməsi olmadan onu öldürdü.

[3] - Kəhf surəsi, ayə 65

[4] - Feyz Kaşani, Safi, cild 3, səh 253, imam Sadiq (ə)- dan rəvayət

[5] - Bax: Nurussəqəleyn, cild 3, səh 238- 284 (ضمیر جمع فخشینا) (Fəxəşəyna cəminin şəkilçisinə)

[6] - Təfsire Məcməül- bəyan; Nurus- sələqeyn, cild 3, səh 286, Təfsireəyyaşi; iləlüş-şəraye, Təfsire Safi, cild 3, səh 255

[7] - İləlüş- şəraye, Nurus- sələqeyn, cild 3, səh 284, İmam Sadiq (ə)- ın hədisi

[8] - Əlbəttə fitrətən mürtəd olmaq məsələsinin açıqlaması, və həzrət Xızırın (ə) həqiqi höküm əsasında əməl etməsi əgər belə bir şəri höküm o zaman olmamışdırsa bir neçə nəzəriyyə vardır və bəziləri bu mövzuda bəhs ediblər.

[9] - Nurul əs- Səqəleyn, cild 3 səh 286, hədis 170- 173

[10] - İləlüş- şəraye, Təfsire Safi, cild 3, səh 256

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər cənabət qüslu zamanı insandan hava çıxsa, qüslu sona çatdırmalıdır yoxsa, təzədən qüsl almalıdır?
    4017 Qüslün keyfiyyəti və əhkamı
    Mərhum ayətulllah Xumeyni (rəh.) buyurur: Əgər qüsl arasında insandan kiçik hədəs baş verərsə[1], məslən bol edərsə, qüslu batil etməz.[2] Amma diqqət etmək lazımdır ki, bu qüsldan sonra dəstəmazın şərt olduğu əməlləri yerinə yetirmək istəyən şəxs dəstamaz almalıdır. Amma, ehtiyat budur ki, ...
  • Əgər İslam məhəbbət və mehribanlıq dinidirsə,Quranda özündə zorakılığı ehtiva edən ayələrin mənası nədir?
    1325 دین اسلام
  • Yerdə və göydə Allahın qüdrət nişanələri hansılardır?
    4902 Qədim kəlam
    Asiman, yer və bu ikisində olan hər bir şey və ümumiyyətlə vücud aləmində olan şeylərin hamısı Allahın qüdrət nişanələrindəndir. Bu nişanələr o qədər çoxdur ki, heç kəs onları sayıb qurtara bilməz. Qurani-Kərim insanları dəfələrlə bu ayələri müşahidə etməyə çağırmışdır. Kəhkəşanların, müxtəlif günəş ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    4209 Nizamlar (Qurluşlar)
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Quranın adları hansılardır?
    10293 Quran elmləri
    Quran üçün çoxlu adlar qeyd olunub ki, onların yalnız bəzisi müsəlmanlar arasıbda məşıhurdur. Quranın adları olaraq işlədilən bəzi kəlmələr, Quranda Quranın sifəti kimi zikr olubdur. Ad və sifəti müəyyənləşdirməkdə olan nəzər müxtəlifliyinə görə, Quran elmləri alimləri arasında Quranın adlarının sayı və zikri barəsində çoxlu nəzər müxtəlifliyi var. Məcməül- bəyan ...
  • Ümumiyyətlə tato haramdır?
    5557 Cürbəcür
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk etməyin şərtləri nədir?
    6049 Təfsir
    Quran peyğəmbərin (s) əbədi möcüzəsidir. Bunun üçündə qeyri adi və təbiət aləmindən kənardır və beləliklə məmuli kitabla müqayisə etmək olmaz; yəni baxmayaraq ki, Quran özü rövşən və hər bir şeyi açıqlayandır, kəlmə və sadə cümlə şəklində, yüksək fəsahətə və bəlağətə malikdir. Bir çox maarif və həqiqətləri açıqlayır ki, insanlar adi ...
  • Qeyri-müsəlmandan bir şey oğurlamaq caizdirmi?
    3809 Nizamlar hüquq və əhkam
    Mərcəyi-təqlidlərin dəftərxanalarından aşağıdakı cavablar gəlmişdir: “Qeyri-İslam ölkələrində yaşayan qeyri-müsəlmanların mal-dövlətini qəsb edib onlara sahib çıxmaq əgər müsəlmanlarla müharibə şəraitində olmasalar, caiz deyildir və əgər müsəlmanlarla müharibə şəraitində olsalar, yaxşı olar ki, müsəlmanlar belə işi görməsinlər.”[1] Həzrət Ayətullah ...
  • İnsan Allahın sevimlisi necə ola bilər?
    5432 Əməli əxlaq
    "Məhəbbət" "hubb" kəlməsindəndir və dostluq mənasınadır. Allahın bəndələrinə olan məhəbbəti ürfi mənanı daşımır. Çünki, ürfi məna nəfsin təsir altına düşməsidir ki, Allah ondan uzaqdır. Allahın bəndələrinə olan məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allah öz etdiyti işləri sevir. Yaratdıqları da onun etdiyi işin nəticəsi olduqlarına görə, onları da sevir. İlahi ...
  • Şənbə günü Yəhudilər üçün niyə cəza günüdür? Bazar günü də xristianlar üçün cəza günü sayılırmı?
    11100 Qədim kəlam
    Dini təlimlərdə qadağan olunan məsələlərdən biri, düz olmayan işləri yozmaqdır. Qurani- kərim, qanun sındıran bəzi yəhudiləri "əshabi- səbt" adlandırır və onlara nifrin və qarğış edir. Çünki, şənbə günü balıq ovlamaq onlara haram idi. Həmin gün yəhudilərin İlahi qanuna nə qədər vəfalı olmalarını yoxlamaq üçün, (İlahi iradə ilə) ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    127972 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    97046 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    78647 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    67516 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    61883 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    39374 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    33466 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    28756 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    28369 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    26471 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...